Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-373/2026 18.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı Iddiaçı iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(*-*)-***/**** nömrəli qərardadından iş üzrə iddiaçı Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan Cavabdehn onun ərizəsinə cavab verməməsinin inzibati fəaliyyətsizlik kimi qanunsuz hesab edilməsi, xxxx PHŞ tərəfindən ona vurulmuş 30.000 maddi və 20.000 mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin may ayından xxxxnda Çernobil əlilili kimi qeydiyytdadır. Lakin, həmin xəstəxana tərəfindən o, imtiyazlı qrup dərmanlarının alınması, müalicə və müayinə üçün faydalanmamışdır, müxtəlif bəhanələrlə heç vaxt verməmişdir. Müxtəlif özəl xəstəxanalarda bahalı prosedurlar, reablitasiyalar və müalicələr qəbul etmişdir, dərmanlar almışdır. Çoxlu vəsait sərf etmişdir. Sərf etdiyi müalicə və müayinə sənədləri (reseptlər, ödəniş qəbzləri və s.) Qazax RMX-na təqdim etmişdir ki, orada olan tibbi kitabçasına əlavə edilsin, lakin Qazax RMX-si onun ambulator kitabçasını bilərəkdən itirmişdir. O, dəfələrlə Qazax RMX-yə və AR Tibbi ərazi bölməsinin idarəetmə birliyi PHŞ-yə şikayət xarakterli ərizələr ünvanlasa da, şikayətləri təmin edilməmiş, ambulator kitabçasının və ödəniş sənədləri və qəbzlərin tapılması üçün heç bir tədbir görülməmişdir. Belə ki, QRMX-nın direktoru Afiq Fərruxov ##.##.2025-ci il tarixli məktubunda onun itmiş kitbçasının tapılması üçün göstəriş verdiyini qeyd etmişdir, lakin həmin tarixdən sonra ona hər hansı bir cavab verilməmişdir. Həmin xəstəxananın keçmiş direktoru da ##.##.2024-cü il tarixdə ona məktub ünvanlamış və həmin məktubda ambulator kitabçasının itirilməsini etiraf etmişdir, lakin məsul şəxslərə qarşı heç bir tədbir görməmişdir. Ambulator kitabçası itməsinə görə müddətsiz 2-ci qrup əlillik dərəcəsi 2022ci ilin avqust ayında dayandırılmışdır. Çünki o, ambulator kitabçasında olan məlumatları, arxiv sənədlərini reablitasiya müəssisəsinə təqdim edə bilməmişdir. Bunların hamısının baş verməsi Cavabdehn səhlənkarlığı ucbatından olmuşdur. Nəticədə o, xəstə olaraq öz vəsaitinə dərman almaq və müalicə olunmaq məcburiyyətində qalmışdır. Bu haqda X4 iddia qaldıraraq Cavabdehn cavabdeh kimi cəlb etmişdir. Həmin iddia tələbi üzrə 2-1(114)-5437/2025 nömrli iş üzrə hakimin ##.##.2025-ci il tarixli sərəncamı ünvanına daxil olmuşdur. Qeyd edilən sərəncamda məhkəmə ona vurulmuş 30 000 maddi və 20 000 mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan xxxx PHŞ-ə müraciət edilməli olduğunu göstərilmişdir. Ona görə də o, ## ###### 2025-ci il tarixdə ərizə ilə Cavabdeh müraciət edərək səhlənkarlığı ucbatından ona vurulmuş 30 000 maddi və 20 000 mənəvi ziyanın ödənilməsini, ödəməkdən imtina etdikdə isə bu haqda rəsmi olaraq imtina etməklə bu barədə ünvanma əsaslandırılmış məlmat göndərməsini tələb etmişdir. Ünvanına daxil olmuş xəbərnamədən görünür ki, müraciətini Qazax RMX-nin əməkdaşı Vəfa Mustafayeva adı şəxs imza etmklə almışdır, lakin həmin vaxtdan bu günə qədər 41 gündən artıq vaxt keçməsinə baxmayaraq inzibati orqan onun ərizəsinə hər hansı bir cavab verməmişdir. Cavabdeh “xxxx” X1 ## ##### 2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli məktubu ilə iddiaya etiraz edilərək bildirilmişdir ki, vətəndaş Qazax rayonu, Kəmərli kənd sakini Iddiaçı “xxxx” ambulator tibbi kitabçası tibb müəssisəsində qeyri müəyyən səbəbdən aşkar edilmədiyi üçün ##.##.2025-ci il tarixində Qazax RMX PHŞ-ə ərizə ilə müraciət etmişdir.Vətəndaş ərizəsində qeyd etmişdir ki, ambulator tibbi kitabçası olmadığı üçün Dövlət tərəfindən imtiyazlı qrup xəstələri üçün ayrılmış dərman pereparatları ilə təmin olunmadığını bildirərək eyni zamanda müayinə və müalicələri üçün bütün xərcləri şəxsi vəsaiti ilə ödədiyinə görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Bildirilir ki, Iddiaçı ərizəsində onun iddia etdiyi kimi dəymiş maddi və mənəvi ziyanın məbləği baradə heç bir sübut təqdim etməmişdir. Qeyd: Vətəndaş Iddiaçı ambulator tibbi kitabça dublikat (00-68- 066) ##.##.2023-cü il tarixində açılmışdır və vətəndaşın əvvəlki illərə aid bəzi tibbi sənədləri kitabçaya əlavə edilərək 2023-cü ilin dekabr ayında Iddiaçı Qazax RMX PHŞ-də fəaliyyət göstərən HMK-da iştirak etmişdir və F-88 doldurularaq TSEK-na göndərişlərin reyestrinə daxil edilmişdir və vətəndaşa III dərəcəli əlillik təyin edilmişdir. Odur ki, Iddiaçı Qazax RMX PHŞ-ə qarşı iddiasını qəbul etmirlər və əsassız hesab edirlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı Iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim L.Əliyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Apellyasiya şikayətində iddia ərizəsinin dəlilləri sadalanmış, əlavə olaraq isə qeyd edilmişdir ki, Gəncə Inzibati Məhkəməsi iddianı mümükün saymamaqla yuxarıda sadaladığı məcburi tələbləri pozmuşdur. Üstəlik qərərda da ağlabatan əsaslandırma verməməklə formal yanaşma daxilində həqiqətdən uzaq yanaşmalar ilə mövqe qoyulmuşdur. Bundan əlavə, qərərdadda hər hansı bir beynəlxalq sənədlərə və ya presedentlərə istinad edilməmiş, elektron sistemin AZEMIS-in çıxarışında həmin xana boş qalmağa məhkum edilmişdir, qərardad subyektiv yanaşma daxilində qəbul edilmiş. Ona görə də subyektiv yanaşma barədə beynəlxalq presedent olmadığından həmin xana boş qalmışdır. Hesab edir ki, qərərdad əsassızdır, ləğv edilməli, iddia mümkün sayılmaqla araşdırma aparılması üçün iş Gəncə Inibati Məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansıya məhkəməsinin qərdadının ləğv olunmasını iddia tələbinin mümkün sayılaraq yenidən baxılması üçün birinci instansıya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan: -Azərbaycan Respublikası “xxxx” X1 ## ###### 2024-cü il tarixli, **-*-**/*-***/**** nömrəli məktubu ilə bildirilmişdir ki, vətəndaş Qazax rayonu Kəmərli kənd sakini ##.##.1968-ci il təvəllüdlü Iddiaçı müraciətində qeyd etdiyi kimi tibbi sənədləri (Ambulator tibbi kitabça xxxx qeyrimüəyyən səbəbdən tibbi müəssisəsində aşkar edilməmişdir. Belə ki, Iddiaçı ##.##.2017-ci il tarixində ona təyin edilmiş II dərəcəli əlillik (səbəb: Çernobıl AES-da hərbi xidmətlə əlaqədar. Növbəti müayinə tarixi ##.##.2022 ) müddəti bitdikdən sonra 2023-cü ilin noyabr ayında Qazax RMX PHŞ-ə əlillik dərəcəsinin bərpa edilməsi üçün müraciət edərkən məlum olmuşdur ki, vətəndaşın ambulator kitabçası tibb müəssisəsində yoxdur. Bu səbəbdən Iddiaçı adına dublikat ambulator kitabça açılmış (00-68066) vətəndaşa aid tibbi sənədlər əlavə edilərək 2023-cü ilin dekabr ayında Qazax RMX PHŞ-də fəaliyyət göstərən HMK-da iştirak etmişdir və F-88 doldurularaq TSEK-na göndərişlərin reyestrinə daxil edilmişdir və vətəndaşa III dərəcəli əlillik təyin edilmişdir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, **-**/*-***/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 3315 sayda tibbi xidmət daxildir. Icbari Tibbi Sığorta üzrə X3 Heyətinin ##.##.2023-cü il tarixli ** nömrəli “Icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qayda”sının təsdiq edilməsi haqqında Qərarına əsasən sığortaolunana xxxxnda ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi mümkün olmadığı hallarda, müalicə həkimi göndərişi özlərinin aid olduqları tibbi ərazi bölməsində fəaliyyət göstərən, bu xidməti həyata keçirmək imkanına malik dövlət tibb müəssisəsinə verir. Əgər dövlət tibb müəssisələrində də tibbi xidmətlərin göstərilməsi mümkün olmadıqda müalicə həkimi həmin tibbi ərazi bölməsində yerləşən Agentliklə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlamış bu xidməti göstərmək imkanına malik özəl tibb müəssisəsinə (sahəvi tabeliliyi olan dövlət tibb müəssisəsinə) göndəriş verməlidir. Eyni zamanda Iddiaçı sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin siyahısı təqdim edilmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olubolmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda qeyd olunan normaların mahiyyətindən də göründüyü kimi, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi, iddiaçı cavabdeh orqan Cavabdehn onun ərizəsinə cavab verməməsinin inzibati fəaliyyətsizlik kimi qanunsuz hesab edilməsi, xxxx PHŞ tərəfindən ona vurulmuş 30 000 maddi və 20 000 mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Iddiaçı cavabdeh orqan tərəfindən ona məxsus ambulator tibbi kitabçasının itirilməsi səbəbindən Çernobıl əlili kimi istifadə etdiyi dərmanları ala bilmədiyini, eləcə də müvafiq tibbi xidmətlərdən faydalana bilmədiyini, qeyd olunan dərman və tibbi xidmətlərə görə özünün çoxlu vəsait sərf etdiyini və nəticədə ona maddi və mənəvi ziyan dəydiyini iddia etmişdir. Iddiaçının hazırki tələbinə münasibətdə əvvəla qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən həqiqətən də iddiaçıya məxsus ambulator tibbi kitabçanın qeyri-müəyyən səbəbdən tibbi müəssisəsində itməsi öz təsdiqini tapır. Belə ki, iddiaçı ##.##.2017-ci il tarixində ona təyin edilmiş II dərəcəli əlillik (səbəb: Çernobıl AES-da hərbi xidmətlə əlaqədar. Növbəti müayinə tarixi ##.##.2022) müddəti bitdikdən sonra 2023-cü ilin noyabr ayında Qazax RMX PHŞ-ə əlillik dərəcəsinin bərpa edilməsi üçün müraciət edərkən məlum olmuşdur ki, vətəndaşın ambulator kitabçası tibb müəssisəsində yoxdur. Bu səbəbdən Iddiaçı adına dublikat ambulator kitabça açılmış (00-68066) vətəndaşa aid tibbi sənədlər əlavə edilərək 2023-cü ilin dekabr ayında Qazax RMX PHŞ-də fəaliyyət göstərən HMK-da iştirak etmişdir və F-88 doldurularaq TSEK-na göndərişlərin reyestrinə daxil edilmişdir və vətəndaşa III dərəcəli əlillik təyin edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının bütün vətəndaşları icbari tibbi sığorta fondunun vəsaiti hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan 3315 sayda tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Həmçinin, dövlət tərəfindən ödənişsiz (pulsuz) dərman preparatları və tibbi ləvazimatlar əsasən Nazirlər Kabinetinin qərarları və xüsusi Dövlət Proqramları çərçivəsində müəyyən edilmiş imtiyazlı şəxslər kateqoriyasına və xüsusi xəstəlikləri olan vətəndaşlara şamil olunur. Qeyd edilən imtiyazlı şəxslər kateqoriyasına əlillər də daxildir. Əlilliyi olan şəxslər “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Göründüyü kimi “Icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan 3315 sayda tibbi xidmətlərdən bütün vətəndaşlar pulsuz istifadə edə bildiyi halda, ödənişsiz (pulsuz) dərman preparatları və tibbi ləvazimatlarla yalnız imtiyazlı şəxslər təmin olunurlar. Hazırki tələbində iddiaçı ambulator tibbi kitabçanın itməsi səbəbindən müvafiq dərman və reabilitasiya vasitələri ilə təmin olunmadığını qeyd etsə də nəzərə almamışdır ki, müvafiq alt sistemdə aktiv əlillik statusu olan şəxslər müvafiq dərman preparatları və tibbi ləvazimatlarla təmin olunurlar və bunun üçün əlavə tibbi sənədlər tələb olunmur. Yəni hazırki halda iddiaçının qeyd edilən xidmətlərdən istifadəsi üçün ambulator kartada olan sənədlərə ehtiyac yoxdur. Digər tərəfdən iddiaçı onun müvafiq dərman preparatları və tibbi xidmətlərlə təmin olunmadığını qeyd etsə də buna dair müvafiq sübutları məhkəmələrə təqdim etməmişdir. Həmçinin iddiaçı ala bilmədiyi dərmanları və müvafiq tibbi xidmətləri öz vəsaiti hesabına əldə etdiyini iddia etsə də bu halı təsdiq edən müvafiq sübutları (çəkdiyi xərcləri təsdiq edən ödəniş qəbzləri və.s) da təqdim etməmişdir. Qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “Inzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işin hallarına görə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh orqan tərəfindən pozulması müəyyən edilmədiyindən, yəni cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən və bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-373/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-373/2026
18.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver