Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-388/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Göygöl rayonunda yerləşən 1.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2025ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktub ilə imtina edilərək onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi, həmçinin, elektron baza (DWG) məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpağa düşdüyü, Yeni uçot xəritəsində (AzCAD) torpaq sahəsinin dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dincə qoyulmuş torpağa düşdüyü aşkar edilmişdir. Torpaq sahəsinin üzərindən (6-10 kV-luq) hava elektrik xəttinin keçdiyi şimal istiqaməti boyunca 0.60 m məsafədən yüksək təzyiqli qaz xəttinin keçdiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il may tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblərə riayət edilməmişdir. Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılıq, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər, mülkiyyətə verilə bilməz.
İşdə olan sənədlər:
2. ##.##.2007-ci il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi və digər idarələrin nümayəndələri bələdiyyənin torpaq sahəsindən həmin 1.40 ha torpaq sahəsinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişlər.
3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması barədə rəy vermişdir.
4. Xanlar bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı əsasında Xanlar bələdiyyəsinin şəhər daxili ərazisindəki torpaq sahəsindən 1.40 ha ayrılıb İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılması qərara alınmışdır.
5. Xanlar bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, İddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 12040 manat vəsait ödənilmiş, eləcə də alqı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi tərəfindən təsdiq edilməklə ##.##.2007-ci il tarixdə 1018 nömrə ilə qeydiyyata alınmışdır.
6. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
7. Göygöl rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli, *-**-**RA/*-K-**-*/**** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Göygöl bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarı əsasında bələdiyyənin şəhərdaxili ərazisindən 1.40 ha ayrılıb İddiaçın Faxrəddin oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə satıldığı göstərilmişdir.
8. Göygöl bələdiyyəsi tərəfindən Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış məktubda Göygöl bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarının hazırda qüvvədə olduğu, həmin qərarla ayrılmış 1.40 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsinə bələdiyyənin etirazının olmadığı bildirilmişdir.
9. Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- *****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu, Göygöl şəhərində yerləşən faktiki istifadəsində olan 1.40 ha sahibkarlıq məqsədli torpaq sahəsi naturada ölçülərək sahəsi, sərhədləri və döngə nöqtələri dəqiqləşdirildi. Faktiki torpaq sahəsində tikinti yoxdur. Naturada təqdim edilmiş faktiki torpaq sahəsinin koordinatları 2002-ci il tarixli "Xanlar rayonu X7 Ərazisində Aparılan Torpaq İslahatına Dair Kompleks Yerqurluşu Lahiyəsi" xəritəsinə əsasən təmiz suvarılan əkin ərazi kimi qeyd edilib. Xanlar bələdiyyəsi ərazisində Bələdiyyə Mülkiyyətinə Verilən Torpaqların İnvetarlaşdırılmasına Dair Yerqurluşu Planında sözügedən torpaq sahəsinin koordinatlarına düşən ərazi dövlət mülkiyyətinə məxsus əkin altında olan torpaqlar kimi qeydə alınmışdır. Yeni elektron baza məlumatlarına əsəsən (TEKUİS) torpaq sahəsinin kataqoriyası kənd təssərrüfatı təyinatlı torpaqlar, uqodiyası dinc, islahat uqodiyyası əkin, mülkiyyət növü dövlət kimi qeydə alınmışdır. - İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu, Göygöl şəhərində yerləşən faktiki istifadəsində olan 1.40 ha sahibkarlıq məqsədli torpaq sahəsi, bələdiyyənin yerquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsi eynilik təşkil edir. - İddiaçı naturada təqdim etdiyi Göygöl rayonu, Göygöl şəhərində yerləşən faktiki istifadəsində olan 1.40 ha sahibkarlıq məqsədli torpaq sahəsinin koordinatları hər hansısa subyektin mülkiyyətində icarəsində istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkar edilmədi.
10. Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki: - ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Ələkbərov Abil İdris oğlunun istifadəsində olan dövlət mülkiyyətinə aid 0.30 ha torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar Rayon Aqrar Sənaye Kombinatı ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olaraq göstərilmişdir. - ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, *********** reyestr nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində 0.50 ha torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar Rayon Aqrar Sanaye Kombinatı ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olaraq göstərilmişdir. - ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, *********** reyestr nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində 2.50 ha torpaq sahəsinin 1.34 ha hissəsinin yerləşdiyi ərazi Xanlar Rayon Aqrar Sanaye Kombinatı ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olaraq göstərilmişdir. Həmin 2.50 ha torpaq sahəsinin 1.16 ha hissəsinin yerləşdiyi ərazi isə Xanlar Rayon Aqrar Sənaye Kombinatı ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində dövlət mülkiyyətində olan torpaq sahəsi olmaqla ictimai tikili ərazisi olaraq göstərilmişdir. Həmin hissənin kateqoriyası barədə ərazinin kompleks yerquruluşu layihəsində məlumat qeyd olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Göygöl şəhərinin ərazisində yerləşən 1.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Göygöl (Xanlar) rayonunun Göygöl (Xanlar) şəhərinin şəhərdaxili ərazisindən Göygöl bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1,40 hektar torpaq sahəsi alqı-satqı yolu ilə satılmışdır. Göygöl (Xanlar) bələdiyyəsinin ## #### 2007-ci il tarixli ** saylı qərarına əsasən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə "Torpaq islahatı haqqında" və "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqı qaydalarına", eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1998-ci il tarixli *** nömrəli qərarına müvafiq olaraq Göygöl (Xanlar) rayon bələdiyyəsinin şəhərdaxili ərazisindən 1,40 hektar sahibkarlıq (tikinti) məqsədi üçün alqı-satqı yolu ilə mənə satılmışdır. ## ##### 2007-ci il tarixdə keçmiş Göygöl (Xanlar) rayon Torpaq şöbəsi ona satılacaq 1,40 hektar torpaq sahəsinə dair rəy verib göstərmişdir ki, bələdiyyə mülkiyyətində olan 1,40 hektar torpaq sahəsi sahibkarlıq üçün satılması qanunamüvafiqdir. Satılacaq torpaq sahəsinə dair müvafiq sənədləri keçmiş rayon Torpaq şöbəsi tərtib edib bələdiyyəyə təqdim etmişdir. Həmin sənədlərə müvafiq olaraq bələdiyyə ilə onun arasında alqı-satqı müqaviləsi tərtib edilmiş və ## ##### 2007ci il tarixdə Göygöl (Xanlar) rayon "Kapital" bankının 183080000 (bələdiyyənin) hesabına 12040 (on iki min qırx) manat keçirib 1,40 hektar torpaq sahəsini mülkiyyətinə almışdır. Azərbaycan Respublikasının MM-nin 139.1-ci maddəsində göstərir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bununla bağlı bu torpaq sahəsinə dair Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqlarının qeydiyyata alınması üçün cavabdeh quruma müraciət etsə də cavabdeh tərəfindən müxtəlif bəhanələrlə məntiqsiz olaraq hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Maraqlıdır ki, torpaq sahəsinin ətrafında sahibkarlıq fəaliyyəti kimi qeydiyyatı aparılan torpaq sahələri vardır. Torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsi tərəfindən etiraz məktubu verilərək həmin torpaq sahəsinə dair sənədlər hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmədiyindən, həmçinin elektron baza (DWG) məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı dincə qoyulmuş torpağa düşdüyünü bildirmiş, eyni zamanda torpaq sahəsinin üzərindən (6-10 kV-luq) hava elektrik xəttinin keçdiyi, şimal istiqaməti boyunca 0,60 m məsafədən yüksək təzyiqli qaz xəttinin keçdiyi aşkar edildiyindən, bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizəsi zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılması dair tələblərin riayət edilməməsi və Torpaq məcəlləsinin 16.3-cü maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericilikdə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər, mülkiyyətə verilə bilinməz. Bu kimi əsassız səbəblər əsas gətirilərək etiraz verilmişdir. Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinin rəisi Eldəniz Hacıyevin vermiş olduğu etiraz məktubu bizi təəcübləndirməklə yanaşı təəsüf hissi yaratdı. Hörmətli rəis bir parseldə yerləşən 1,40 hektar torpaq sahəsinə bir birinə ziddiyyət təşkil edən 7əsassız səbəb göstərərək torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi haqqında məktub imzalamışdır. 1ci səbəb olaraq ona məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin ərizəmə əlavə edilmədiyini bildirmişdir. Təəsüf hissi ilə bildirilir ki, Xanlar (indiki Göygöl) bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı əsasında mənə alqı-satqı yolu ilə satılmış 1,40 ha torpaq sahəsinə dair torpaq-ayrıma sənədləri o cümlədən hüquqmüəyyənedici bütün sənədlər Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Asan Xidmət mərkəzində ##.##.2025-ci il tarixində (saat 14:59) vermiş olduğu ərizəsinə əlavə edərək təsdiqetmə bildirişi əsasında təhvil vermişdir. Ərizəsinə əlavə etmiş olduğu hüquqmüəyyənedici sənədlər aşağıdakılar olmuşdur: Göygöl rayon Dövlət Arxivinin vermiş olduğu - Arxiv arayışı; Göygöl bələdiyyəsinin * saylı Gəncə ərazi idarəsinə vermiş olduğu məktub; Göygöl bələdyyəsinin vermiş olduğu Göygöl şəhər bələdiyyəsinin yerquluşu planından Çıxarış, koordinat arayışı; Xanlar (indiki Göygöl) bələdiyyəsinin Qərarı; Ərazinin seçilməsi barədə akt; X2 və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin vermiş oduğu Rəy: Xanlar bələdiyyəsinin və keçmiş DT və XK-nin Xanlar rayon şöbəsinin vermiş olduqları Xanlar bələdiyyəsinin yerquruluşu planından (1:10000 miqyasında) Çıxarış; Keçmiş DT və XK-nin əməkdaşları tərəfindən tərtib və təsdiq olunmuş qiymət arayışı; Torpaqların alqı-satqısına dair Akt; Torpaq alqı-satqısı üçün ödənilmiş rüsüm haqqında çek. Qeyd olunan bütün torpaqayırma sənədləri yəni hüquqmüəyyənedici sənədlər ərizə ilə birlikdə * saylı Gəncə Ərazi İdarəsinə verilmişdir. Nədənsə inzibati orqan bu sənədlərin ərizəyə əlavə edilmədiyini göstərmişdir. Eyni zamanda məktubda göstərilib ki, elektron baza (DWG) məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpağa düşdüyünü bildirmiş və yeni uçot xəritəsində (AzCAD) torpaq sahəsinin dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dincə qoyulmuş torpağa düşdüyünü göstərmişdir. Belə yanaşma, araşdırma cavab olar? Bildirilir ki, Xanlar (Göygöl) şəhərində aparılmış torpaq islahatına dair tərtib olunmuş yerquruluşu layihəsində və Göygöl bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların inventarlaşdırılmasına dair 2009-cu il tarixli yerquruluşu planında, bələdiyyə mülkiyyətində olan şəhər-daxili sənaye-nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid sahə kimi göstərilmişdir. Sonradan istinad etdiyi yeni uçot xəritəsi və AzCAD məlumatları Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli fərmanı ilə təsdiq edilmişdir. Bu torpaq sahəsi onun mülkiyyətinə 2007-ci ildə satılmışdır. Yəni belə çıxır ki, onlara həmin torpaq sahəsi satıldıqdan uzun müddət sonra dövlət mülkiyyətinə verilmişdir. Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi üçün yalnız NK-nin qərarı olmalıdır. Bildirilir ki, əslində bu sistemlərdə belə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində göstərilmişdir. Onu da bildirirlər ki, rəis yazır ki, bir neçə baza məlumatlarından istifadə edilir və bunlar da eyniyyat təşkil etmir. Yəni bunun mövcud qanunvericiliyə əsasən mümkünsüz olduğunu bildirərək Respublikada vahid baza məlumatlarından istifadə olunmalıdır. Etiraz səbəbində torpaq sahəsinin üzərindən (6-10 kV-luq) hava elektrik xəttinin keçdiyi, şimal istiqaməti boyunca 0,60 m məsafədən yüksəktəzyiqli qaz xəttinin keçdiyi əsas gətirilərək ərizənin icrası mümkünsüz hesab edilmişdir. Bildirirlər ki, onlara alqı-satqı yolu lə satılmış 1,40 hektar sahəyə * saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən baxış keçirildi. O, ərazini mütəxəssisə göstərmiş və eyni zamanda sənədlərdə yerquruluşu planında torpaq sahəsinin konfiqurasiyası və döngə nöqtələri arasındakı məsafə qeyd olunmuşdur. Düzdür onlara məxsus torpaq sahəsinin qonşuluğundan həm elektrik, həm də qaz xətti keçir, həmin xəttlərin oonların əraziyə aydiyyatı belə yoxdur. Sadəcə qonşu ərazidən keçir və arada mühafizə zolaqları qanunauyğun qaydada saxlanılmışdır. Göstərilən digər səbəbdə isə bildirmişdir ki, torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. AR Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılmasına dair Əsasnaməyə" və "Torpaqların alqısatqısına dair Qaydalara əlavə və dəyişiklik edilməsi barədə də Azərbaycan Respublikasının mərhum X8 ## ####### 2003-cü il tarixli Fərmanına əsasən 1997-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqı qaydalarına dəyişikliklər edilərək kənd təsərrüfatına az yararlı və yararsız və 8-ci bənddə ehtiyat fondunun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən sözləri çıxarılmışdır. Bu baxımdan cavabdeh tərəfindən onun torpaq sahəm üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından veridiyi imtina əsassızdır.
13. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, ##.##.2026cı il tarixli qərardad ilə cavabeh hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir.
15. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
16. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin yerquruluşu planından çıxarış və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin müvafiq rəyi, torpaqların alqı-satqısına dair akt ilə təsdiq edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Xanlar bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** nömrəli qərarı və Torpaqların alğı-satqısına dair aktı ilə satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Xanlar bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
21. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsalar da, nümayəndələrinin iştiraklarını təmin etməmiş, üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Konstitusiyası:
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
139. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu – (## ####### 2008-ci il tarixdən əvvəlki redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. 7.2. Ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə satıla bilər. 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə - bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamə:
10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.
23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: (əvvəlki redaksiya)
2. Müəyyən edilsin ki: 2.5. həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. İş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı Xanlar bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Xanlar bələdiyyə ərazisində yerləşən 1.40 ha torpaq sahəsinin satılması barədə ##.##.2007-ci il tarixli, ** nömrəli qərar qəbul edilmişdir.
34. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmiş, iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən əsaslı hesab olunmuşdur.
35. Cavabdehin imtinasının və hazırki halda apellyasiya şikayətinin dəlili sözügedən torpaq sahəsinin elektron baza (DWG) məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı, Yeni uçot xəritəsində (AzCAD) isə dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı dincə qoyulmuş torpağa düşməsi, həmçinin üzərindən 6-10 kV-luq hava elektrik xətti, şimal istiqaməti boyunca 0.60 m məsafədən yüksək təzyiqli qaz xəttinin keçməsi olmuşdur.
36. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda həmin qanunun müvafiq maddələri sadalanmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi Xanlar bələdiyyəsinin ##.##.2007-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı İddiaçı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun ## ####### 2008-ci il tarixədək olan redaksiyasının 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satıla bilməsi nəzərdə tutulmuşdur.
38. İş materiallarında olan torpağın alqı-satqısına dair aktdan görünür ki, Aşağı Quşçu bələdiyyə ərazisindən 1.40 ha torpaq sahəsi İddiaçı satılmış, bu barədə ##.##.2007-ci il tarixli, ** saylı qərar qəbul edilmiş, bunun müqabilində sonuncu tərəfindən Xanlar rayon Kapital bankının ********* saylı hesabına əvvəlcədən 12040 manat haqq ödənilmişdir.
39. Bu vaxt akt Xanlar rayon bələdiyyə orqanının nümayəndəsi X5, torpaq alan İddiaçı, rayon torpaq şöbəsinin mütəxəssisi X4 iştirakları ilə ##.##.2007-ci il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmiş, akt Komitənin Xanlar rayon şöbəsində 1018 nömrə ilə qeydiyyata alınmışdır.
40. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
41. Yuxarıda da qeyd edildiyi kimi hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılmasına dair sənədləşdirmə işləri həmin dövr üçün səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu Xanlar rayon şöbəsi tərəfindən aparılmışdır.
42. Həmçinin işdə olan sənədlərlə təsdiq olunur ki, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyə qərarı ilə yanaşı torpaq sahəsinin iddiaçıya satılması barədə iddiaçı ilə bələdiyyə arasında tərtib edilmiş DTXK Tovuz rayon şöbəsində qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Akt, torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olması, satılmasının qanunamüvafiqliyi barədə rayon torpaq şöbəsi tərəfindən tərtib edilmiş sənədlər mövcud olmuşdur.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, bələdiyyənin müvafiq qərarı ilə torpaq sahəsinin satılması qanunvericiliyin tələblərinə zidd olan hal deyildir. Həmçinin bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Başqa sözlə, bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.
44. Cavabdehn * saylı Gəncə Ərazi idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli məktubu ilə təqdim edilən mütəxəssis rəyində qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi bələdiyyənin yerquruluşu planından çıxarışda əks olunmuş torpaq sahəsi eynilik təşkil edir, koordinatları hər hansısa subyektin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür.
45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etmişdir. Təqdim olunan sənədlərdə də torpaq sahəsinin sahəsi və bütün texniki göstəriciləri qeyd olunmuş, həmçinin iş materiallarına əlavə edilmiş mütəxəssis rəyi ilə də əmlakın faktiki vəziyyəti müəyyən edilmişdir.
46. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur.
47. “İnzibati icraat haqında” Azərbaycan Respublikasının Qanununun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
48. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
49. Apellyasiya şikayətinin “torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması” dəlilinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan sənədlərə əsasən, iddiaçının qonşuluğunda yerləşən Göygöl şəhərində yerləşən 2.50 ha və 0.50 ha torpaq sahələri üzərində X3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2011ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli təyinatı kənd təsərrüfatı məhsullarının istehsalı kimi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlar, məqsədli təyinatı isə sahibkarlıq kimi qeyd edilmişdir. Hansıki Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli *-**-*- **/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, *********** reyestr nömrəli çxarışa əsasən X3 xüsusi mülkiyyətində 0.50 ha torpaq sahəsinin yerləşdiyi ərazi Xanlar Rayon Aqrar Sənaye Kombinatı ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olaraq göstərilmişdir. ##.##.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, *********** reyestr nömrəli çıxarışa əsasən X3 xüsusi mülkiyyətində 2.50 ha torpaq sahəsinin 1.34 ha hissəsinin yerləşdiyi ərazi Xanlar Rayon Aqrar Sənaye Kombinatı ərazisində aparılmış torpaq islahatı əsasında tərtib olunmuş 2002-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olaraq göstərilmişdir.
50. Göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə qanunvericiliyin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.
51. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.
52. Məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə ziddir. Belə ki, iddiaçının qonşuluğundan yerləşən torpaq sahələrinin mülkiyyət növü dövlət, kateqoriyası kənd təsərrüfatı təyinatlı olmasına bamayaraq, üzərinə hüquq sahibinin mülkiyyət hüququ qeydə alınmışdır.
53. Apellyasiya şikayətinin “torpaq sahəsinin üzərindən 6-10 kV-luq hava elektrik xəttinin, şimal istiqaməti boyunca 0.60 m məsafədən yüksək təzyiqli qaz xəttinin keçməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir.
54. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.
55. Həmin Qaydaların 12-ci bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağmədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
56. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.
57. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır və hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov