Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-389/2026 15.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Cavabdeh Cavabdehnın DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəyə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra Cavabdehnın DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının cavabdeh qismində qeyd edildiyi iddia tələbinin dəqiqləşdirilməsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, istehsalat qəzası nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin 80 faiz miqdarında təyin edilmiş aylıq ödəncin (##.##.2010-cu ildən aylıq kompensasiya) düzgün hesablanmaması nəticəsində ##.##.2021-2025-ci illər ərzində ödənilməmiş 19759.92 manat artımın dövlət büdcəsinə hesabına birdəfəyə ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə (hakim Nurəli Hüseynov) iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Iddiaçı İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-****/**** saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Iddiaçı İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş və ərizə üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 24.5ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. Həmin Məcəllənin 24.6.-cı maddəsinə görə, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Göstərilənlərə əsasən və IPM-nin 24-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-7)-389/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-389/2026
15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver