Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-39/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, müəyyən etdi: Iddiaçılar X4 və iddiaçı1 cavabdeh cavabdeh1n ** saylı Şəmkir Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 0.3994 ha həyətyanı torpaq sahəsi və onun üzərində ümumi sahəsi 60.5 kv.m fərdi yaşayış evinə dair üçüncü şəxs1 və Məmmədova (Hüseynova) Vəfa Ədil qızının adına verilmiş qeydin (##.##.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın) ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçılar tələbini belə əsaslandırmışdır ki, ataları Hüseyn Məmmədov ##.##.1993cü il tarixdə, anası Qızbəs Məmmədova ##.##.2000-ci ildə vəfat etmişlər. X11 isə ##.##.1988-ci ildə vəfat etmişdir. Onlar mərhum ataları Hüseyn Məmmədova məxsus evdə anadan olmuş, həmin evdə böyümüş, anaları Qızbəs Hüseynovaya qardaşı Nazim baxmış və analarının yas mərasimini o təşkil etmişdir. Bundan başqa istər valideyinlərinin sağlığında istərsə də, onların ölümündən sonra daima mərhum atalarına məxsus evə gedib-gəlmiş və həmin evdə bir müddət qalıb qayıtmışlar. Lakin buna baxmayaraq hazırki iş üzrə üçüncü şəxslər olan qardaşları üçüncü şəxs1 və onun həyat yoldaşı üçüncü şəxs2 mərhum ataları Hüseyn Məmmədova məxsus olan Gədəbəy rayonu, Miskinli kəndində yerləşən evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair qeyri-qanuni yolla öz adlarına çıxarış almışlar. Belə ki, Vəfa və üçüncü şəxs1ların adına verilmiş ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş Gədəbəy Rayon Icra Hakimiyyəti Başçısının Miskinli kənd Inzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2016-ci il tarixli, *** nömrəli və ##.##.2016-cı il tarixli, *** nömrəli arayışlar Gədəbəy rayon Prokrorluğunun ##.##.2023-cü il tarixli qərarı ilə saxta olması müəyyən edilmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə etdikləri arxiv arayışlarına nəzər yetirəndə müəyyən olunur ki, 1969-1971-ci illərə dair təsərrüfatbaşına kitabda mərhum ataları Hüseyn Məmmədovun adına torpaq qrafasında 0.25 ha torpaq sahəsi, tikili qrafasında isə 1958-ci ildə inşa edilmiş ev qeyd edilmişdir. Adil və Vəfa Məmmədovlar tərəfindən edilmiş digər qanunsuzluqlar isə iddia ərizəsinə əlavə etdikləri 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitabda ailə üzvləri siyasında onların ##.##.1998-ci il təvəllüdlü övladları olan X6 adının olmasıdır. Həmçinin onların qanunsuz hərəkələrinə digər səbəb isə, iddia ərizəsinə əlavə etdikləri arxiv arayışlarında ailə üzvləri siyasında onların və hazırki iş üzrə iddiaçı Azad Məmmədovun oğlu X1 adı qeyd edilməsinə baxmayaraq, onların razılıqları olmadan miras əmlakı öz adlarını sənədləşdirmək olmuşdur. Məhz bu səbəblərdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdurlar. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs1 və Məmmədova (Hüseynova) Vəfa Ədil qızı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdirlər. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçılar X4 və iddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Gəncə Inzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmırlar. Belə ki, məhkəmənin nəzərinə çatdırılır ki, X2 adına rəsmiləşdirilmiş ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Gədəbəy rayon Aqrar islahat Komissiyasının ## ##### 2002-ci il tarixli, ** nömrəli qərarı ilə 3994.51 kv.m olan həyətyanı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Göstərilən sənədin də etibarsızlığına dair iddia ərizəsi üzrə tələbin artırılmasına zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ## ### 2024-cü il tarixli məktubuna əsasən yuxarıda göstərilən A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün və onun verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilmişdir. Gədəbəy rayonunun R.Əliyev kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə X2 adı qeyd edilmişdir. Halbuki həmin torpaq sahəsi iddiaçıların mərhum atasına məxsus olmuşdur. Həmin torpaq sahəsinin vərəsəlik qaydasında keçməsi hüququ olan şəxslər olduğu halda X2 adına sənədlərin verilməsi qanunsuzdur. Bundan başqa, Gədəbəy rayon Dövlət Arxivindən alınmış arayışlardan da göründüyü kimi Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan R.Əliyev kənd X12 1991-1995-ci illərə dair * saylı Təsərrüfatbaşına kitabın 319-cu şəxsi hesabında sorğuda X4 və X1 qeyd edilməsinə baxmayaraq sonrakı dövrlərdə onlar qanunsuz olaraq təsərrüfat kitabından adları çıxarılmışdır. Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X1 və üçüncü şəxs2 adlarına ümumi birgə mülkiyyət hüququ ilə JN-*** saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" tərtib edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, əvvəldən təsərrüfat kitabında olan şəxslərin adlarının qanunsuz çıxarılması və digər qanunsuz arayışlar verilməklə əldə edilən bütün hüquqi sənədlər etibarsız hesab edilir. Yuxarıda sadalanan xüsusatlardan göründüyü kimi çıxarış və torpaq sahəsinə dair sənədlərin verilməsinin əsasında qanunsuz verilmiş arayışlar dayanır. Məhkəmənin nəzərinə çatdırılır ki, iddia ərizəsində kifayət qədər əsaslandırılmış mövqelərini təqdim etmişlər. Bundan başqa, məhkəmənin subyektiv hüququn olmamasına istinad etməsi tamamilə əsassızdır. Əksinə bildirilir ki, məhz iddiaçıların subyektiv hüququ miibnhisə predmeti ola bilməz. Belə ki, mübahisə predmeti iddiaçıların ata evi və torpaq sahəsi olmuşdur. Iş materiallarında olan təsərrüfat kitabından da göründüyü kimi iddiaçıların subyektiv hüququnun olmamasına dair istinad əsassızdır. Məhkəmənin əsasladırdığı digər məsələ isə ondan ibarətdir ki, çıxarışın verilməsinə əsas Gədəbəy rayon Aqrar islahat Komissiyasının ## ##### 2002-ci il tarixli, ** nömrəli qərarı olmuşdur, iddiaçılar həmin qərarı mübahisləndirməmişdir. Bildirilir ki, qeyd edilən qərar barədə iddiaçılar məlumatsız olmuşdur. Yalnız məhkəmə mübahisəsi zamanı həmin qərarın mövcudluğu iddiaçılara məlum olmuşdur. Onu da qeyd edirlər ki, Gədəbəy rayon Aqrar islahat Komissiyasının ## ##### 2002-ci il tarixli, ** nömrəli qərarının mövcudluğu qanunsuz əldə edilmiş arayışlar əsasında çıxarışın alınmasına əsas ola bilməzdir. Məhz bu səbəbdən də hesab edirlər ki, məhkəmənin qərardadı əsassızdır. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n ** saylı Şəmkir Ərazi Idarəsinin hüquq varisi kimi tanınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin müvafiq qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin və ona əlavənin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Inzibati Məhkəməsinin qərardadı qismən ləğv olunmalı və iş materialları ləğv edilən hissədə yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. Inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. Iddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası IPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. Inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ## ##### 2015-ci il tarixli, * №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (Qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Bundan əlavə həmin Qərarın 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır (6.1). Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Iş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair üçüncü şəxslərin adına aparılmış qeydin ləğv edilməsini xahiş etmişlər. Iş materiallarında olan ##.##.2026-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, Miskinli kəndində yerləşən 0.3994 ha torpaq sahəsi üzərində üçüncü şəxs2, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 60.5 kv.m ilan fərdi yaşayış evi üzərində isə üçüncü şəxs1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların tələblərində göstərmiş olduqları ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas Gədəbəy rayon Aqrar Islahat Komissiyasının ## ##### 2002-ci il tarixli, ** nömrəli qərarı və Gədəbəy rayon Miskinli Icra Nümayəndəliyinin ##.##.2016-cı il tarixli 472 və *** saylı arayışları olmuşdur. Gədəbəy rayon Prokororluğunun ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə həmin arayışlar saxta hesab edilsə də, iddiaçıların həmin qərara istinad edib iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Belə ki, torpaq sahəsinə və evə dair iddiaçılar subyektiv hüquqlarının olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Gədəbəy rayon Aqrar Islahat Komissiyasının ## ##### 2002-ci il tarixli, ** nömrəli qərarı iddiaçılar tərəfindən mübahisləndirilməmişdir, həmin qərar hal-hazırda qüvvədədir. Mübahisələndirilən fərdi yaşayış evi də X14 həmin qərarı əsasında verilmiş torpaq sahəsinin üzərində yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, iş materiallarında olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş müvafiq arayışlarla müəyyən edilir ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan R.Əliyev kənd X12 müvafiq illərə dair Təsərrüfatbaşına kitabların şəxsi hesabında iddiaçıların, eləcə də üçüncü şəxs üçüncü şəxs1 mərhum atası X5 adına təsərrüfat qeyd olunmuş və həmin təsərrüfatda onun ailə tərkibində arvadı və övladları, sonrakı illərdə isə nəvələri və gəlini (hazırki iş üzrə üçüncü şəxs X2) qeyd edilmiş, eyni zamanda torpaq qrafasında 0.25 ha torpaq sahəsi və 1958-ci ildə inşa edilmiş ümumi sahəsi 60 kv.m olan fərdi yaşayış evi qeyd edilmişdir. Doğrudur ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi üzrə aqrar islahat aparılan zaman qeyd olunan təsərrüfata aid olan torpaq sahəsi Gədəbəy rayon Aqrar Islahat Komissiyasının ## ##### 2002-ci il tarixli, ** nömrəli qərarı ilə X2 verilmiş və həmin qərar əsasında onun adına A***** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. Qeyd olunan sənədlərə istinadla həmin torpaq sahəsi üzərində üçüncü şəxs üçüncü şəxs2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə kollegiyası mübahisələndirilən çıxarışın torpaq sahəsinə aid hissəsiylə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissəyə münasibətdə haqlı olaraq iddianı mümkün saymamışdır. Belə ki, işin hallarından da bəlli olur ki, mübahisəli torpaq sahəsinə dair verilmiş çıxarışın əsasında Gədəbəy rayon Aqrar Islahat Komissiyasının müvafiq qərarı dayanır və bu halda torpaq sahəsinə münasibətdə reyestr qeydindən öncə həmin qeydin aparılmasına əsas olan qərar mübahisələndirilməlidir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara müvafiq hüquqi yardım göstərilmiş, bundan sonra qeyd olunan qərarın ləğvi barədə məhkəməyə dəqiqləşmə təqdim edilmiş, lakin sonradan həmin dəqiqləşmə barədə ərizə geri götürülmüşdür. Lakin qeyd olunan halla bağlı məhkəmə kollegiyası bildirir ki, hazırki halda sözügedən qərarın ləğvi ilə bağlı iddia qaldırılmış olsaydı belə həmin tələb üzrə mümkünlük şərtləri ödənilməyəcəkdi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016- 2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki: -“Inzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və # ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il ## #### tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur.” -“Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, # ###### 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Göründüyü kimi iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan da iddiaçılar inzibati orqanın (Aqrar Islahat Komissiyasının) bundan təxminən 24 il əvvəl qəbul etdiyi qərarın ləğv olunmasını tələb etmiş olsaydı belə, hazırki halda həmin inzibati aktın mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti # ###### 2011-ci il tarixədək artıq ötürülmüşdür və belə olan halda sözügedən qərar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Buna baxmayaraq mübahisələndirilən çıxarışın fərdi yaşayış evi ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir. Belə ki, işin hallarından da müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evinin üçüncü şəxs üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas Gədəbəy rayon Miskinli Icra Nümayəndəliyinin ##.##.2016-cı il tarixli, 472 və *** saylı arayışları olmuşdur, hansı ki həmin arayışlar Gədəbəy rayon Prokororluğunun ##.##.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə saxta hesab edilmişdir. Qeyd olunan hal isə sözügedən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilməsi üçün əsas hesab edilə bilər. Digər tərəfdən qeyd edilməlidir ki, fərdi yaşayış evinə münasibətdə qeydiyyata alınmış hüququn mübahisələndirilməsi üçün iddiaçılar Gədəbəy Rayon Dövlət Arxivinin müvafiq arayışlarını təqdim etmişdir ki, bu da həmin iddianı qaldırmaqla bağlı iddiaçıların subyektiv hüququnun olduğunu deməyə əsas verir. Belə ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan R.Əliyev kənd X12 müvafiq illərə dair Təsərrüfatbaşına kitabların şəxsi hesabında mərhum X5 adına olan təsərrüfatda ailə üzvləri qismində üçüncü şəxs üçüncü şəxs1la yanaşı iddiaçıların da adı mövcud olmuş, eyni zamanda sözügedən fərdi yaşayış evi həmin təsərrüfata aid olmuşdur. Göründüyü kimi, iddianın dövlət reyestrindən verilmiş çıxarışın (daşınmaz əmlaka dair reystr qeydinin) fərdi yaşayış evinə münasibətdə ləğv edilməsi hissəsi ilə bağlı iddiaçıların subyektiv hüququnun müəyyən edilməsi istiqamətində birinci instansiya məhkəməsi yetəri qədər araşdırma aparmamış, müvafiq arayışlarda qeyd olunan məlumatların konkretləşdirilməsi istiqamətində sorğular verilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatlara hüquqi qiymət verməmiş, bununla bağlı lazımi araşdırma aparmadan iddianı bütövlükdə mümkün saymamışdır. Azərbaycan Respublikası IPM-nin Inzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli və iş materialları iddianın “fərdi yaşayış evinə münasibətdə reyestr qeydinin ləğv edilməsi” hissəsində mümkünlük məsələsinin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 82, 87-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı qismən, yəni fərdi yaşayış evinə dair aparılmış qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin. Iş materialları həmin hissədə yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-7)-39/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-39/2026
02.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver