Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-4/2026 01.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı (üçüncü şəxs Üçüncü şəxs) iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları:
1. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2023-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi Torpaqların elektron uçot kadastr informasiya sistemində (TEKUİS) İslahat uqodiyası üzümlüklər və faktiki uqodiyası tikinti altıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
İşdə olan sənədlər:
2. Xanlar bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı əsasında Xanlar bələdiyyəsinin Qızılqaya qəsəbə daxili ərazisindəki torpaq sahəsindən İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.
3. Həmin tarixdə tərtib edilmiş aktla Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsi bələdiyyənin torpaq sahəsindən həmin həyətyanı torpaq sahələrinin ayrılaraq vətəndaşa satılmasını məqsədəuyğun hesab etmişdir.
4. Eyni zamanda DT və XK-nin Xanlar rayon şöbəsi ayrılmış torpaq sahəsinin bələdiyyənin perspektiv inkişaf fonduna aid olması barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.
5. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə ##.##.2006-cı il tarixdə 882 nömrə ilə qeydiyyata alınmışdır.
6. Həmin torpaq sahəsinə dair ##.##.2010-cu il tarixli A ****** nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2007-ci il qeydiyyat tarixli ********* nömrəli çıxarışa əsasən Xanlar rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.339096 ha torpaq sahəsi üzərində Üçüncü şəxs xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmışdır.
8. Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki: - A ****** nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 159.0 kv.m (0.0159 ha) hisəssi, ************ reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. JN-**** nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktına əsasən 2(iki) hissədən (3390.96 kv.m və 889.99 kv.m) ibarət 0.43 ha torpaq sahəsinin, ərazinin kompleks yerquruluşu layihəsinə və naturada yerləşmə vəziyyətinə istinadən, A ****** nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən olunmadı. - ************ reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.339096 ha torpaq sahəsi, JN-**** nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 0.339096 ha hissəsinin naturada yerləşmə vəziyyəti ilə üstüstə düşmür. - ************ reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 0.339096 ha torpaq sahəsi, JN-**** nömrəli "Torpağa mülkiyyət hüququna dair" dövlət aktının 0.339096 ha hissəsinin naturada yerləşmə koordinatlarına uyğun deyildir. - İddiaçı faktiki istifadəsində olan 880.0 kv.m torpaq sahəsinin 269.0 kv.m hissəsi, A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. - A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin yerləşdiyi ərazinin mülkiyyət və məqsədli təyinatı barədə, konkret olaraq 2006-cı il tarixə dair məlumat olan xəritə və layihə sənədi mövcud olmadığından sualın cavablandırılması mümkün deyil. Lakin torpaq islahatı əsasında tərtib olunmuş 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə istinadən, A ****** nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid kəndaltı (yaşayış təyinatlı) sahədir. X5 Uçotu İnformasiya sistemində (TEKUİS və AZCAD) həmin torpaq sahəsinin islahat uqodiyası (təsərrüfat yeri)-üzümlüklər, kateqoriyası isə kənd təsərrüfatı təyinatlı torpaqlar qeyd olunmuşdur. Bununla yanaşı TEKUİS və AZCAD məlumatlarına istinadən, A ****** nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 317.0 kv.m hissəsinin başqa şəxsin xüsusi mülkiyyəti (reyestr nömrəsi 508013063966 olaraq göstərilmişdir), 283.0 kv.m hissəsinin bələdiyyə mülkiyyəti olaraq göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halı mövcuddur. Qeyd edək ki, faktiki istifadədə olan 880.0 kv.m torpaq sahəsi, 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən kəndaltı (yaşayış təyinatlı) sahədir. Həmin faktiki istifadə sahəsi, TEKUİS VƏ AZCAD məlumatlarında, bələdiyyə mülkiyyətində olan, tikinti altında olan, kənd təsərrüfatlı təyinatlı, eyni zamanda fərdi yaşayış sahəsi olaraq göstərilmişdir. - Rəy hazırlanarkən, 2005-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanı əsasında hazırlanmış, X5 uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına istinad olunmuşdur.
9. Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.339096 ha torpaq sahəsi X5 uçotu informasiya sistemi və AZCAD məlumatlarında əks olunmamışdır. Həmin 0.339096 ha torpaq sahəsinin ərazinin kompleks yerquruluşu layihəsinə istinadən naturada yerləşmə kordinatları ilə, ##.##.2015ci il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışa və həmin çıxarışın AA ****** nömrəli plan və ölçü sənədindəki koordinatlara istinadən X1 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi, 0.043 ha hissədə üst-üstə düşür. Lakin X5 uçotu informasiya sistemi və AZCAD məlumatlarında X1 istifadə sahəsi olaraq göstərilən sahə, AA ****** nömrəli plan və ölçü sənədindəki koordinatlarda göstərilən torpaq sahəsi ilə eynilik təşkil etmir. X5 uçotu informasiya sistemi və AZCAD məlumatlarında, Üçüncü şəxs istifadə sahəsi olaraq göstərilən sahə, JN-**** nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən 0.339096 ha torpaq sahəsi ilə 0.16 ha hissədə üst-üstə düşür.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayon Qızılqaya qəsbəsində yerləşən və hazırda faktiki istifadələrində olan 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhər bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı ilə Göygöl bələdiyyəsinin qəsəbə daxili torpağından fərdi yaşayış evi tikmək üçün ona 0.06 ha həyətyanı torpaq sahəsi verilib. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl rayon Qızlqaya qəsəbəsi ərazisində yerləşir. Torpaq sahəsi 17 ildir fasiləsiz olaraq onların sahibliklərində və istifadələrində olmaqla həmin torpaq sahəsində yaşayış evi tikərək 15 ildir ailəsilə orada yaşayırlar. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, mülkiyyət hüququnun qeydiyyata alınaraq aidiyyəti üzrə çıxarışın verilməsi üçün Cavabdehn * saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuş, səbəb kimi torpaq sahəsinin elektron uçot kadastr informasiya sistemində İslahat uqodiyası-üzümlüklər və faktiki uqodiyası tikinti altı olması göstərilir ki, bu da imtina üçün əsas ola bilməz.
12. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2023-cü il tarixli, *-**-*-**/*-*****/**** nömrəli etiraz onunla əsaslandırılmışdır ki, ərizəyə əlavə edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməmişdir. Sözügedən faktiki torpaq sahəsi Torpaqların elektron uçot kadastr informasiya sistemində (TEKUİS) İslahat uqodiyası-üzümlüklər və faktiki uqodiyası-tikinti altıdır. Faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən (TEKUİS və AZCAD) kənd təsərrüfatı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpağa düşür. Həmçinin, Ərazi İdarəsinin baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin 60 kv.m hissəsi Üçüncü şəxs məxsus çıxarışla üst-üstə düşür. Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən 0.339086 ha torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” göstərən texniki sənəd müraciətə əlavə edilməmişdir. Torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və s. əks olunmalıdır. Əks halda iddiaçı Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı idi.
13. Gəncə İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Üçüncü şəxs adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəl edilmişdir.
14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim G.Əliyeva) iddia mümkün sayılmamışdır.
15. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının adına qeydə alınmasını tələb etdiyi (mütəxəssisin izahatına əsasən, istər faktiki istifadəsində olan, istərsə də sənəd üzrə) torpaq sahəsinin bir hissəsinin üzərində Üçüncü şəxs xüsusi mülkiyyət hüququ qeydə alınmışdır və nə qədər ki, həmin qeyd mübahisələndirilməmişdir və qüvvədədir, belə olan halda başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə iddiaçının hüququnun qeydə alınması mümkün ola bilməz.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırıcı hissəsində iddiaçının mübahisələndiridiyi torpaq sahəsi üzərində başqa şəxsin hüquqlarının qeydə alındığı, ona görə də həmin qeyd ləğv olunmadan iddiaçının hüquqlarının qeydə alınmasının mümkün olmaması qeyd edilmişdir. Məhkəmə buna əsas kimi də iddiaçının adına işlənmiş A ****** nömrəli plan-ölçü sənədini göstərmişdir. Lakin nəzərə almamışdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə iddiaçının adına işlənmiş A ****** nömrəli plan-ölçü sənədində göstərilən koordinatlar uyğunluq təşkil etmir. Mütəxəssis rəyində də qeyd edilir ki, iddiaçının faktiki istifadəsi ilə iddiaçının adına işlənmiş A ****** nömrəli plan-ölçü sənədində göstərilən koordinatlar uyğunluq təşkil etmir. Eyni zamanda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində heç bir mübahisə yoxdur və başqa şəxsə məxsus torpaq sahəsi ilə də üst-üstə düşmə halı mövcud deyildir. O, Azərbaycan Respublikası vətəndaşı kimi bələdiyyə orqanı ilə alqısatqı edərək, aidiyyəti dövlət orqanlarının rəylərini və digər mötəbər sənədlərinə inanaraq torpaq sahəsini almışdır. Hansıki hazırki cavabdeh orqanın sələfinin (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi) rəyi də mövcuddur. Torpaq sahəsini aldığı vaxtdan da uzun müddət keçməyib və həmin vaxtı da aidiyyəti orqanların razılıq və rəyləri var. Bundan başqa mütəxəssis rəyində qeyd edilir ki, onun faktiki istifadəsində 880.0 kv.m torpaq sahəsi var. O, 880 kv. torpaq sahəsinin deyil, 0.06 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
24. İşin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Qeyd edilən prinsip iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki- mümkünlük və əsaslılılq hissəsinə ayrılır.
25. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
26. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ##### 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
28. İşin halları ilə müəyyən olunur ki, Xanlar bələdiyyəsinin ##.##.2006-cı il tarixli ** nömrəli qərarı əsasında bələdiyyənin Qızılqaya qəsəbəsi daxili ərazisindəki torpaq sahəsindən iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair ##.##.2010-cu il tarixli A ****** nömrəli planı və ölçü sənədi tərtib edilmişdir.
29. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, müsbət həllindən imtina edilərək torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərazi İdarəsinin elektron baza məlumatlarında aşkar edilməməsi, islahat uqodiyası üzümlüklər və faktiki uqodiyasının tikinti altı olması ilə əsaslandırılmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi mümkün sayılmayaraq torpaq sahəsinin bir hissəsinin üzərində üçüncü şəxsin xüsusi mülkiyyət hüququnun qeydə alınması, həmin qeydin qüvvədə olmaqla mübahisələndirilməməsi və bu səbəbdən torpaq sahəsinə iddiaçının hüququnun qeydə alınmasının mümkün olmaması ilə əsaslandırılmışdır.
30. Kollegiya iş üzrə gəlinən hüquqi nəticə ilə razılaşmır və iddianın mümkünlük şərtləri ilə əlaqədar yuxarıda göstərilənlərə istinadən qeyd edir ki, cavabdeh plan və ölçü sənədinin elektron bazada mövcud olmamasına istinad edərək iddiaçıya imtina cavabı vermiş, birinci instansiya məhkəməsi isə torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi, həmçinin sonuncunun buna dair qüvvədə olan çıxarışının olması əsası ilə iddia tələbini mümkün saymamışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya bələdiyyənin qərarı ilə torpaq sahəsi satılmış, həmin torpaq sahəsinə dair plan və ölçü sənədi işlənmiş, eyni zamanda iddiaçı torpaq sahəsindən faktiki istifadə etməklə naturada mütəxəssis baxışına təqdim etmişdir. Buna baxmayaraq, məhkəmə torpaq sahəsinə dair plan və ölçü sənədi üzrə üstüstə düşməyən sahə və iddiaçının naturada təqdim etdiyi faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsinin mümkünlüyünü kifayət qədər araşdırmamışdır.
32. Birinci instansiya məhkəməsinin qərardadının 29-cu bəndində mütəxəssisin izahatına istinadən istər faktiki istifadədə olan, istərsə də sənəd üzrə torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilsə də, iş üzrə təqdim olunmuş mütəxəssis rəyində faktiki istifadə də olan torpaq sahəsinin üst-üstə düşməsinə dair heç bir qeyd aparılmamış, məhkəmə tərəfindən həmin hala düzgün hüquqi qiymət verilməmişdir.
33. Belə ki, təqdim edilən rəydə A ****** nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən 0.06 ha (600.0 kv.m) torpaq sahəsinin 159.0 kv.m (0.0159 ha) hisəssinin ************ reyestr nömrəli çıxarışın planı və ölçüsü sənədində göstərilən torpaq sahəsi, İddiaçı faktiki istifadəsində olan 880.0 kv.m torpaq sahəsinin 269.0 kv.m hissəsi, A ****** nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi, bununla yanaşı TEKUİS və AZCAD məlumatlarına istinadən, A ****** nömrəli plan və ölçü sənədində göstərilən 600.0 kv.m torpaq sahəsinin 317.0 kv.m hissəsinin başqa şəxsin xüsusi mülkiyyəti (reyestr nömrəsi 508013063966 olaraq göstərilmişdir), 283.0 kv.m hissəsinin bələdiyyə mülkiyyəti olaraq göstərilən torpaq sahələri ilə üst-üstə düşmə halının mövcud olması, faktiki istifadədə olan 880.0 kv.m torpaq sahəsinin 2005ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə əsasən kəndaltı (yaşayış təyinatlı) sahə olması və həmin faktiki istifadə sahəsinin TEKUİS VƏ AZCAD məlumatlarında, bələdiyyə mülkiyyətində olan, tikinti altında olan, kənd təsərrüfatlı təyinatlı, eyni zamanda fərdi yaşayış sahəsi olaraq göstərilməsi qeyd edilmişdir.
34. Kollegiya hesab edir ki, torpaq sahələri üzrə üst-üstə düşməyən hissə, həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqların qeydə alınmasının mümkünlüyü kifayət qədər araşdırılmamış, cavabdehin imtina səbəblərinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməmişdir.
35. Bundan başqa, məhkəmə kollegiyasının iclasında mütəxəssis X2 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının faktiki istifadəsində 880 kv.m olsa da, sənəd üzrə 600 kv.m-dir. Bu səbəbdən də yalnız həmin hissəyə dair çıxarışın rəsmiləşdirilməsi mümkündür və iddiaçının naturada istifadə etdiyi sözügedən sahə boşdur.
36. Beləliklə işə yenidən baxılan zaman İPM-in 12 və 58-ci maddələrinə əsasən A ****** nömrəli plan və ölçü sənədində qeyd edilən 600.0 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyəti olaraq göstərilən 283.0 kv.m hissəsi, həmçinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi (torpaq sahəsinin mülkiyyət forması, təyinatı və hüquqi rejimi müvafiq mtəxəssis rəyi ilə müəyyən edilməklə) üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının mümkünlüyü araşdırılmalıdır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
Apellyasiya şikayəti təmin edilsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov