Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-427/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı Iddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona hüququnun yarandığı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi tərəfidən tərtib olunmuş ##.##.2022-ci il tarixli, ** №-li arayışda görünür ki, Iddiaçı ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
2. Bərdə rayon Dövlət Arxivinin ## ###### 2022-ci il tarixli arayışından və Iddiaçı məxsus ##.##.1987-ci ildə tərtib olunmuş * №-li kolxozçunun əmək kitabçasında görünür ki, Iddiaçı 1973- 1974, 1977-1987-ci illərdə H.Hacıyev kolxozunda işləmişdir. Əmək kitabçasından həmçinin görünür ki, Iddiaçı ##.##.1987-ci il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən ## ###### 1993-cü il tarixdən ## ###### 2002-ci il tarixədək “xxxx " EIM-də, ## #### 2002-ci il tarixdən ## ###### 2004-cü il tarixədək “xxxx" MMC-də çalışmışdır.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçı Iddiaçı ünvanlanmış ##.##.2022-ci il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda görünür ki, ##.##.1987-ci il tarixli kolxozçunun əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı (##.##.1975-ci il tarixindən ##.##.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 14 il 3 ay təşkil edir. ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. ##.##.1987-ci il tarixində adına tərtib olunmuş kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş, ##.##.1993-cü il tarixindən ##.##.2002-ci il tarixinədək və ##.##.2002-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın ##.##.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx” EIM-in ##.##.1993-cü il tarixindən ##.##.2002-ci il tarixinədək, "xxxx" MMC-nin ##.##.2002-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərində müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər.
4. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər statistika idarəsi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx” EIM və "xxxx" MMC Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Bakı şəhəri üzrə mövcud deyildir. 5.
6. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda görünür ki, "xxxx” EIM və "xxxx" MMC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir.
7. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidməti tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda görünür ki, dövlət reyestrində "xxxx” Elm-Istehsalat Müəssisəsinin ##.##.1993-cü il tarixdə 1453 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin hüquqi şəxs adından VÖEN almaq üçün vergi orqanına muraciət olunmamışdır. Reyestrdə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2001-ci il tarixdə M-1590 nömrə ilə dövlət qeydiyyatından keçməsi, təsisçilərinin qərarına əsasən ##.##.2009-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN: **********) qoşularaq ləğv edilməsi və qeydiyyata alındığı tarixdən ləğv edildiyi tarixə qədər fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Hüquqi şəxslərin işçiləri barədə məlumatın əldə edilməsi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət edilməsi tövsiyə olunmuşdur.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubunda görünür ki, Iddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq altsistemində 1993-2002-ci illərdə “xxxx” EIMdə və 2002-2004-cü illərdə “xxxx” MMC-də işçı olubolmamaması ilə bağlı məlumatlar mövcud deyildir.
9. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Gəncə Inzibati Məhkəməsinə ünvanladığı ##.##.2025-ci il tarixli məktubunda görünür ki, "xxxx” MMC-nin Korporasiyaya birləşdiyi vaxta qədər olan sənəd və məlumatları haqqında Korporasiyanın arxiv məlumat bazasında hər hansı bir məlumat aşkar etmək mümkün olmamışdır. Bu səbəbdən, məktubda qeyd olunmuş sorğu ilə əlaqədar olaraq məlumatların təqdim edilməsi mümkün olmamışdır. 10.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ## ###### 1993-cü il tarixdən ## ###### 2004-cü il tarixə qədər 11 il 8 ay 18 gün olan əmək stajının iş stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1957-ci il tarixdə Bərdə rayon Mirzəcəfərli kəndində anadan olmuşdur. Bərdə rayon Qarağacı kəndində yaşayır. O, 1973-cü il tarixdən 2004-cü il tarixə qədər bir çox müxtəlif sahələrdə işləmişdir. 1973-cü il tarixdən 1974-cü ilə qədər H.Hacıyev kolxozunda “Briqada-3”-də işləmişdir. ## ### 1975-ci il tarixdən ## ### 1977-ci il tarixə kimi həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirmək üçün hərbidə olmuşdur. 1978ci ildə H.Hacıyev kolxozunda “Briqada-3”-də, 1979-cu ildən 1987-ci ilə qədər H.Hacıyev kolxozunda Fermada işləmişdir. 1987-ci ildən 1993-cü ilə kimi isə müxtəlif müəssisələrdə müxtəlif ixtisaslar üzrə işləmişdir. Lakin iş ixtisarları ilə əlaqədar işdən çıxarılmışdır. Daha sonra isə ## ###### 1993-cü il tarixdə “xxxx" EIM-in əməkdaşı vəzifəsinə təyin edilmiş və ## ###### 2002-ci il tarixdə isə işindən azad edilmişdir. Yenidən ## #### 2002-ci il tarixdə “xxxx" MMC-nin əməkdaşı vəzifəsinə təyin edilmiş və ## ###### 2004-cü il tarixdə qəbul edilmiş işindən azad edilmişdir. Hal-hazırda o, heç bir yerdə işləmir. Işlədiyi dövrlərdə əmək stajının iş stajına əlavə olunaraq ona əmək pensiyasının verilməsi ilə əlaqədar hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Lakin ## ##### 2022-ci il tarixli, №-*********** saylı məktub ilə qeyd olunan əsaslara görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməsindən imtina olunmuşdur. Onun 11 il 8 ay 18 gün əmək stajını iş stajına əlavə etməkdən imtina olunmuşdur. Halbuki onun cəmi olaraq 25 il 11 ay 18 gün olan iş stajı digər arayışlarda da qeyd olunmuşdur. Onun iş stajı ## ###### 1993-cü il tarixdən ## ###### 2002-ci il tarixə qədər (9 il 24 gün), ## #### 2002-ci il tarixdən ## ###### 2004-cü il tarixə qədər (2 il 7 ay 24 gün) stajı var. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bunu nəzərə almamışdır. Bunun üçün də onun əmək stajının iş stajına müəyyən edilməsini istəyir.
13. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş, iddia tələbi “ona hüququnun yarandığı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, ##.##.1957-ci il təvəllüdlü Iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdə çatmışdır. Iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq: 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən heç birini ödəmir. Iddiaçının fərdi şəxsi hesabında ##.##.2006-ci il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, ** №-li arayışa əsasən ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 01 il 11 ay 22 gün, ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi 3 il 04 ay, ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək işlədiyi 01 il 08 ay 20 gün və 10 il 5 ay kolxozda işlədiyi dövr olmaqla ümumilikdə 17 il 05 ay 12 gün təşkil edir. Iddiaçının mübahisələndirilən sığorta stajı ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək "xxxx" EIM-də işlədiyini iddia etdiyi 09 il 24 gün və ##.##.2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" MMCdə işlədiyini iddia etdiyi 02 il 07 ay 24 gün müddətdir ki, ümumilikdə 11 il 08 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş "Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçıya məxsus ## ### 1987-ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək "xxxx" EIM-də və ##.## 2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" MMC-də olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Belə ki, iddiaçının ##.##.1993-cü il tarixdə işə daxil edilməsi, ##.##.2002-ci il tarixdə işdən azad edilməsi barədə qeyd kiril əlifbası ilə yazılmış və həmin qeyd kiril əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. Həmçinin, ##.##.2002-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsi isə # #### 1999-cu il tarixdə qüvvəyə minmişdir. Bundan əlavə iddiaçının ##.##.2004-cü il tarixdə işdən azad edilməsinə əsas verən əmrin nömrəsi qeyd olunmamış və əmr tarixində qaralama vardır. Odur ki iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı Iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir.
16. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi.
17. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməsi, iddiaçı Iddiaçı hüququnun yarandığı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
18. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməli, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilməlidir. Iddiaçıya məxsus əmək kitabçasından görünür ki, onun ##.##.1993-cü il tarixdə işə daxil edilməsi, ##.##.2002-ci il tarixdə işdən azad edilməsi barədə qeyd kiril əlifbası ilə yazılmış və həmin qeyd kiril əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işə daxil olması və işdən çıxması barədə qeydin kiril əlifbası ilə yazılması və kiril əlifbası ilə olan möhürlə təsdiq edilməsi onun həmin müəssisədə işləməməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa, iddiaçının ##.##.2002-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunması və ##.##.2004-cü il tarixdə işdən azad edilməsinə əsas verən əmrin nömrəsinin qeyd olunmaması, əmr tarixində qaralama olması ilə bağlı qeyd olunmalıdır ki, aparılmış qeydlər həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələblərinə uyğun olmasa da, məhkəmə tərəfindən sorğu edilib əldə edilmiş "xxxx" EIM və "xxxx" MMC-yə məxsus sənədlər üzrə qeyd olunan işəgötürənlərə aid möhürlərlə iddiaçının əmək kitabçasına vurulmuş möhürlərin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə iddiaçının mübahisələndirilən dövrlərdə "xxxx" EIM və "xxxx" MMC-də işlədiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Göstərilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edildikdə isə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən çox təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Iddiaçı hüququnun yarandığı ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli ** №li arayışa əsasən ##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 01 il 11 ay22 gün, ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi 3 il 04 ay, ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək işlədiyi 01 il 08 ay 20 gün və 10 il 5 ay kolxozda işlədiyi dövr olmaqla ümumilikdə 17 il 05 ay12 gün təşkil edir. Iddiaçının mübahisələndirilən sığorta stajı ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” EIM-də işlədiyini iddia etdiyi 09 il 24 gün və ##.##.2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” MMC-də işlədiyini iddia etdiyi 02 il 07 ay 24 gün müddətdir ki, ümumilikdə 11 il 08 ay 18 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus ## ### 1987-ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” EIM-də və ##.##.2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” MMC-də olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(114)-843/2025 qərarı onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının ##.##.1993-cü il tarixdə işə daxil edilməsi, ##.##.2002-ci il tarixdə işdən azad edilməsi barədə qeyd kiril əlifbası ilə yazılmış və həmin qeyd kiril əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işə daxil olması və işdən çıxması barədə qeydin kiril əlifbası ilə yazılması və kiril əlifbası ilə olan möhürlə təsdiq edilməsi onun həmin müəssisədə işləməməsi kimi qiymətləndirilməməlidir. Bundan başqa iddiaçının ##.##.2002-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunması və ##.##.2004-cü il tarixdə işdən azad edilməsinə əsas verən əmrin nömrəsinin qeyd olunmaması, əmr tarixində qaralama olması ilə bağlı qeyd olunmalıdır ki, aparılmış qeydlər həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələblərinə uyğun olmasa da, məhkəmə tərəfindən sorğu edilib əldə edilmiş "xxxx" EIM və "xxxx" MMC-yə məxsus sənədlər üzrə qeyd olunan işəgötürənlərə aid möhürlərlə iddiaçının əmək kitabçasına vurulmuş möhürlərin eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bu baxımdan məhkəmə iddiaçının mübahisələndirilən dövrlərdə “xxxx” EIM və “xxxx” MMC-də işlədiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildiririk ki, iddiaçının işlədiyini iddia etdiyi illərə dair məlumatları dəqiqləşdirmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Hüquq Idarəsinə sorğu göndərilmiş, sorğuya gələn ##.##.2024-cü il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubunda Nazirliyin “Əmək və Məşğulluq” altsistemində Iddiaçı 1993-2002-ci illərdə“xxxx” EIM-də və 2002-2004-cü illərdə “xxxx” MMC-də işçi olub-olmaması ilə bağlı məlumatların mövcud olmadığı qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Milli Arxiv Idarəsinin ##.##.2024-cü il tarixli məktubunda görünür ki, “xxxx” EIM və “xxxx” MMC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Sorğulara gələn cavab məktublarından da göründüyü kimi, iddiaçının qeyd olunan müəssisələrdə işlədiyini təsdiq edən hər hansı bir məlumat aşkar edilməmişdir. Beləliklə, iddiaçıya məxsus ## ### 1987-ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” EIM-də və ##.##.2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” MMC-də olan dövrlərin doldurulma qaydasının pozulması, həmçinin əldə edilmiş cavab məktublarında qeyd olunanlar iddiaçının həmin dövrlərdə işləməsi faktını şübhə altına salır. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-***/**** nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
25. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
26. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
29. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 yerli qurumları tərəfindən aparılır.
32. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
33. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
34. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
36. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
37. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
38. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
40. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
41. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
42. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
43. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
44. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
45. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
48. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
49. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
50. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi kolxozçunun əmək kitabçasının surətinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajının ümumilikdə 14 il 3 ay təşkil etdiyini, eyni zamanda ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona ##.##.2022-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
51. Daha sonra cavabdeh tərəfindən iddia ərizəsinə dair təqdim edilən etirazda iddiaçının mübahisələndirilməyən sığorta stajının ümumilikdə 17 il 05 ay 12 gün (##.##.1975-ci il tarixdən ##.##.1977-ci il tarixədək hərbi xidmət keçdiyi 01 il 11 ay 22 gün, ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək işlədiyi 3 il 04 ay, ##.##.1991-ci il tarixdən ##.##.1993-cü il tarixədək işlədiyi 01 il 08 ay 20 gün və 10 il 5 ay kolxozda işlədiyi dövr təşkil etdiyi qeyd edilmişdir.
52. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı Iddiaçı ##.##.1957-ci il təvəllüdlüdür və ##.##.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
53. Iddiaçının inzibati orqan tərəfindən qəbul edilən 17 il 05 ay 12 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran dövrlər – 1) ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” EIM-də; 2) ##.##.2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” MMC-də işlədiyi əmək fəaliyyəti dövrləridir.
54. Cavabdeh inzibati orqanın imtinasının, eləcə də iddiaya dair etirazının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb aşağıdakılar olmuşdur: 1) "xxxx EIM-in ##.##.1993-cü il tarixindən ##.##.2002-ci il tarixinədək, "xxxx" MMC-nin ##.##.2002-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması; 2) iddiaçıya məxsus ## ### 1987-ci il tarixli kolxozçunun əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək "xxxx" EIM-də və ##.## 2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək "xxxx" MMC-də olan dövrlərin doldurulma qaydasının pozulması (##.##.1993-cü il tarixdə işə daxil edilməsi, ##.##.2002-ci il tarixdə işdən azad edilməsi barədə qeyd kiril əlifbası ilə yazılması və həmin qeydin kiril əlifbası ilə olan möhürlə təsdiq edilməsi, həmçinin, ##.##.2002-ci il tarixdə işdən azad olma barədə qeyddə həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunması, bundan əlavə ##.##.2004-cü il tarixdə işdən azad edilməsinə əsas verən əmrin nömrəsinin qeyd olunmaması və əmrin tarixində qaralama olması).
55. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
57. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
59. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
60. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
61. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən o, ##.##.1993cü il tarixli, * nömrəli əmrlə "xxxx" EIM-də iş icraçısı təyin edilmiş, ##.##.2002-ci il tarixli ** nömrəli əmrlə işdən azad edilmiş, ##.##.2002-ci il tarixli ** nömrəli əmrlə tikinti ustası təyin edilmiş və ##.##.2004-cü il tarixli əmrlə işdən azad edilmişdir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
63. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.
64. Bu baxımdan mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (kiril qrafikalı əlifbadan və möhürdən istifadə edilməsi (baxmayaraqki həmin dövrdə artıq latın qrafikalı əlifbaya keçilmişdir) və işdən azadolma əmrində həmin tarixdə qüvvədə olmayan qanunvericilik aktına, yəni Əmək Qanunları Məcəlləsinə istinad olunması, eləcə də ##.##.2004-cü il tarixdə işdən azad edilməsinə əsas verən əmrin nömrəsinin qeyd olunmaması və əmrin tarixində qaralama olması) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd olunan hallar iddiaçının həmin dövrdə qeyd olunan müəssisələrdə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilməməlidir.
65. Həmçinin məhkəmə kollegiyası cavabdehin iddiaçının mübahisələndirilən dövrlər üzrə işlədiyi müəssisələrin arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, müəssisənin arxivləşdirilməli olan sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından bu onun üçün mənfi nəticələr doğurmamalıdır. Bu baxımdan həmin dövrün iddiaçının sığorta stajına hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.
66. Digər tərəfdən iddiaçının ##.##.1993-cü il tarixdən ##.##.2002-ci il tarixədək “xxxx” EIM-də və ##.##.2002-cı il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” MMC-də işlədiyi dövrlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə # ###### 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmçinin, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı Idarəsi tərəfindən təqdim edilən sənədlərdən X5 Müəssisəsinin Ədliyyə Nazirliyi tərəfindən ##.##.1993-cü il tarixdə 1453 nömrə ilə dövlət qeydiyyatına alınması, eləcə də ləğv edilməsi barədə məlumatın olmaması həmin müəssisənin qeyd olunan dövrdə mövcud olmasını və fəaliyyət göstərməsini təsdiq edir.
67. Iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (17 il 05 ay 12 gün) və mübahisələndirilən sığorta stajı (11 il 08 ay 18 gün) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
68. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
69. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
70. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.