Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(3-7)-43/2026 24.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmri ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 saylı əmrin ona aid olan hissədə ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3414/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin polis serjantı İddiaçı dair məlumatlardan görünür ki, o xx.xx.2005-ci il tarixdə Gəncə şəhər Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində işə başlamış, xx.xx.2020-ci il tarixdə öz arzusu ilə X1 xaric olunmuş, yenidən xx.xx.2023-cü il tarixdə DİN-in Baş Mühafizə İdarəsinin X2 İdarəsində polis nəfəri vəzifəsində işə qəbul edilmişdir.
2. xx.xx.2025-ci il tarixli İddiaçı izahatında qeyd edilmişdir ki, “o, 2005- ci ilin may ayından 2020-ci ilin iyul ayına qədər X2 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmiş, həmin vaxtdan isə öz arzusu ilə xidmətdən xaric olunmuş, xaric olunduqdan sonra müxtəlif işlər görərək, o cümlədən dəmirçi, qaynaqçı işləri görərək ailəsini dolandırmışdır. 2023-cü ilin oktyabr ayının 11-də o, yenidən xidmətə qəbul edilmiş, həmin vaxtdan sonra vətəndaşlara ödənişli xidmət göstərməmişdir. Bununla yanaşı, yaxın dostları və qohumları onun müxtəlif işləri bacardığını bildikləri üçün bəzən onların evlərində xırda işləri görməyi xahiş etmiş, o isə onların xahişlərini yerə salmayaraq müəyyən işləri təmənnasız görmüşdür. Sonuncu dəfə kimin belə xahiş etdiyi onun yadında deyil və bu işlərə görə o onlardan pul almamışdır. Onun belə bir məqsədi olmayıbdır. İzahatı özü düzgün yazmış, əlavəsi yoxdur.”
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin “Gəncə RMİ-nin bir qrup əməkdaşlarının, mülki mühafizəçilərinin və Xankəndi RMŞ-nin polis nəfəri, polis serjantı B.Nəsibovun intizam tənbehinə cəlb olunmaları barədə” xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrinin 2-ci bəndinə əsasən, xidmətdə və xidmətdən kənar vaxtlarda X4nın əməkdaşı adını uca tutmalı, X4nda xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərdiyinə, həmin hərəkəti ilə “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin İ hissəsinin, Azərbaycan Respublikası X4nın İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin və “X4 əməkdaşlarının X5”nin 2.1, 5.1, 9.1, 25.1, 25.2 və 34.1-ci maddələrinin tələblərini pozduğuna, bununla da X4 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə X2 İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4nda xidmətdən xaric edilmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-17/2- 8575/2025 nömrəli məktuba əsasən, X2 İdarəsinin sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Baş Mühafizə İdarəsinin rəis müavini polis polkovniki Daşqın Mehdiyev tərəfindən izahatına müdaxilə olunduğunu və bəzi cümlələrin sonuncunun təkidi ilə yazıldığını bildirmişdir. Cari ilin fevral ayında D.Mehdiyevin Gəncə şəhərinə ezam olunması barədə Baş Mühafizə İdarəsinin rəhbərinə və DİN-nin rəhbərliyinə rəsmi qaydada heç bir muraciət olmamışdır. Həmçinin o da bildirilmişdir ki, 27 fevral 2025-ci il tarixdə İddiaçı izahatı Gəncə şəhərində yerləşən X2 İdarəsinin inzibati binasında bununla bağlı xidməti yoxlamanı aparan Gəncə şəhərinə ezam olunmuş Baş Mühafizə İdarəsinin təşkilati-inspektor şöbəsinin inspektoru İlqar Malışov tərəfindən alınmışdır. Odur ki, X2 İdarəsinin sabiq polis nəfəri, polis serjantı İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatın həqiqətə uyğun olmadığından protokoldan və sübutların siyahısından çıxarılması xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ünvanlanmış X2 İdarəsinin rəisi tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş xx.xx.2025-ci il tarixli xidməti-xasiyyətnaməyə əsasən, 1984-cü il təvəllüdlü, azərbaycanlı, orta-ixtisas tehsilli, X3 İdarəsinin sabiq polis nəfəri İddiaçı İddiaçı 24 may 2005-ci il tarixdən 24 iyul 2020-ci il tarixədək X2 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin 24 iyul 2020-ci il tarixli 9910Ş/h-038-20 nömrəli əmri ile DİO-dan xaric edilmiş, 11 oktyabr 2023-cü il tarixdə BMİnin 3-13-17/Ə(Ş/h)1704/2023 nömrəli əmri ile DiO da xidmətə bərpa edilmiş və 06 mart 2025-ci il tarixədək X2 İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. DİN-in əmr və göstərişlərinin tələblərini qismən bilib, xidməti vəzifələrinin icrasına etinasız münasibət göstərmişdir. Kollektivdə müsbət nüfuza malik olamamış, iş yoldaşlarına və komandir heyətinə qarşı qeyri-səmimilik göstərmiş, xasiyyətcə aqresivdir və törətdiyi əməllərə bəraət qazandırmağa səy göstərmişdir. Xidmətdə mənfi xarekterizə olunmuşdur. Xidmət etdiyi müddətdə nizam-intizama və rəhbərlik tərəfindən verilən göstəriş və tapşırırqları vaxtında, məsuliyyətlə yerinə yetirməyən, bilik, intellekt dünyagörünüşünün müasir tələblərə cavab vermədiyini, həmçinin öz üzərində çalışmadığını büruzə vermiş, gündəlik işini DİN-nin əmr və göstərişləri əsasında tam qurmağı bacarmamışdır. Xidmətə gecikmə, geyim formasını daşıma qaydalarını pozması, saç düzümünün qaydasında olmaması, xidməti postda olarkən idarənin növbətçi hissəsi ilə əlaqə saxlamadığına görə onunla fərdi söhbət kitabında profilaktiki söhbətlərin aparılması qeydiyyata alınmışdır. Sabiq polis nəfəri xidmət müddəti ərzində dəfələrlə rəis və komandirlər tərəfindən nizam-intizama dəvət olunmuş, bununla bağlı fərdi söhbət aparılmasına baxmayaraq, yenidən nizamsızlıq etmiş, lakin idarə rəhbərliyi tərəfindən dəfələrlə nəzərə alınaraq şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə78/2025 nömrəli əmri ilə DİO-dan xaric edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə78/2025 saylı əmrinin ləğv edilərək, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2005-ci il tarixdən polis orqanlarında işləyir, işlədiyi müddətdə hər hansı töhmət və xəbərdarlıq almamışdır. xx.xx.2025-ci il tarixdə o bilmişdir ki, xx.xx.2025-ci il tarixdən azad edilmişdir. Qeyd edir ki, işdən hansı əsasla çıxmağını soruşduqda isə ona “məhkəmədə məlumat verəcəyik” bildirmişlər. İddiaçı hesab edir ki, onun işdən çıxarılmağı qanunsuz və əsassızdır. O, prosessual hüquq normaları ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsindən və yükündən azad edilərək işdən çıxarılma əsaslarının və səbəblərinin qərəzli və qanunsuz olmasını təsdiq edə biləcək sübut və dəlil gətirmədən öz əvvəlki işinə bərpa olunmaq imtiyazı əldə edir. Ona görə də, o, məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır.
8. Cavabdeh orqan məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər DİN-nin Baş Mühafizə İdarəsinin X2 İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. Daha sonra İddiaçı xx.xx.2020-ci il tarixdə “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında” Əsasnamənin 135.1 (öz arzusu ilə) maddəsi ilə X4nda xidmətdən xaric edilmiş və xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi yenidən X2 İdarəsində polis nəfəri vəzifəsində işləmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı X2 İdarəsində polis nəfəri vəzifəsində işləyərkən DİN-nin aidiyyəti qurumu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində dəmirçi-usta kimi işlədiyi müəyyən edilmişdir. DİN-nin Baş Mühafizə İdarəsi tərəfindən həmin əməkdaş barəsində xidməti araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə 3-3-17/Ə78/2025 nömrəli əmr ilə xidmətdə və xidmətdən kənar vaxtlarda X4nın əməkdaşı adını uca tutmalı, X4nda xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətədaşlara xidmət göstərdiyinə, həmin hərəkəti ilə “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinin İ hissəsinin, “Azərbaycan Respublikası X4nın İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin və “X4 əməkdaşlarının etik davanış kodeksi"nin 2.1, 5.1, 9.1, 25.1, 25.2 və 34.1-ci maddələrinin tələblərini pozduğuna, bununla da X4 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4nda xidmətdən xaric edilmişdir. Odur ki, iddianın təmin edilməməsi xahiş edilmişdir.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 saylı əmrin ona aid olan hissədə ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilmiş etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
12. Gəncə İnzibati Məhkəməsinin (hakim N.Hüseynov) xx.xx.2025-ci il tarixli, 2- 1(114)-3414/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, İddiaçı X2 İdarəsinin polis nəfəri vəzifəsinə bərpa edilməsi və ona işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, cavabdeh orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli əmrin qəbul edilməsinə səbəb olmuş əsas mübahisəli məsələ kimi sonuncunun X4nın əməkdaşı olduğu halda əlavə gəlir əldə etmək məqsədi ilə pul qarşılığında qanunvericiliklə X4nın fəaliyyət istiqamətinə və səlahiyyətinə aid olmayan işlərlə məşğul olması, yəni ustalıqla məşğul olmasını göstərilmişdir. Lakin cavabdeh tərəfindən mübahisələndirilən hal, yəni iddiaçının istər rəsmi iş vaxtı, istərsə də işdən kənar və ya asudə vaxtlarında müəyyən pul qarşılığında “dəmirçi-usta” kimi işləməsi faktı nə məhkəməyə qədər, nə də ki inzibati məhkəmə icraat zamanı öz təsdiqini tapmamışdır. Həmin faktla bağlı cavabdeh tərəfindən heç bir araşdırılma aparılmadan və əsas faktiki hallara istinad edilmədən belə bir qərara gəlinmiş, habelə, məhkəmə araşdırılması zamanı da iddiaçının qeyd olunan cavabdeh tərəfindən iddia edilən iş ilə əlaqədar “muzdlu” olaraq işləməsi halı ilə bağlı məsələ öz təsdiqi tapmamışdır. Yəni, iddiaçının “muzd” müqabilində işləməsinə dair cavabdeh tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, məhkəmə icraatı zamanı cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli, 3-13- 17/Ə78/2025 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3414/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə İddiaçı X2 İdarəsində polis nəfəri vəzifəsində işləyərkən DİN-nin aidiyyəti qurumu tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində dəmirçi-usta kimi işlədiyi müəyyən edilmişdir. DİN-nin Baş Mühafizə İdarəsi tərəfindən həmin əməkdaş barəsində xidməti araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə 3-3-17/Ə78/2025 nömrəli əmr ilə xidmətdə və xidmətdən kənar vaxtlarda X4nın əməkdaşı adını uca tutmalı, X4nda xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətədaşlara xidmət göstərdiyinə, həmin hərəkəti ilə “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinin İ hissəsinin, “Azərbaycan Respublikası X4nın İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin və “X4 əməkdaşlarının etik davanış kodeksi”nin 2.1,5.1,9.1,25.1,25.2 və 34.1 ci maddələrinin tələblərini pozduğuna, bununla da X4 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4nda xidmətdən xaric edilmişdir. Beləliklə, İddiaçı xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətədaşlara xidmət göstərdiyi və bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4nda xidmətdən xaric edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş normaların kobud şəkildə pozulduğunu və barəsində qəbul olunan qərarın doğruluğunu bir daha təsdiq edir. Məhkəmə tərəfindən Qərarda xx.xx.2025-ci il tarixdə baş tutmuş və cavabdehin nümayəndəsinin də iştirak etdiyi məhkəmə iclasına qədər, cavabdehə iddiaçının işdən azad edilməsinə səbəb olan qəbul edilmiş əmrin qanuni və əsaslı olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün vaxt verilməsinə baxmayaraq, cavabdeh tərəfindən “muzd” müqabilində işləməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilmədiyi bildirilmişdir. Ancaq təyin olunmuş məhkəmə iclasından əvvəl İddiaçı barəsində toplanmış materialın məxfi olduğunu və həmin materialı məhkəməyə təqdim ediləcəyi barədə məktub göndərilmişdir. Daha sonra, həmin material məhkəmə iclasında təqdim edilmişdir.
b). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3414/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi, həmçinin əlavə olaraq məhkəmə kollegiyasının suallarına cavabında bildirdi ki, cənab nazirin tapşırığına əsasən işçilər barədə mütəmadi olaraq yoxlamalar aparılır. Nazirliyin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iddiaçının işdən sonra gəlir məqsədi ilə digər işlə məşğul olması aşkar edilərək bu barədə onlara məxfi arayış göndərilmişdir. Həmin arayış əsasında araşdırma aparılmışdır. İddiaçı verdiyi izahatında bunu etiraf etməsə də, Daxili Təhlükəsizlik İdarəsinin həmin arayışı əsasında işdən azad edilmişdir. İddiaçının işlədiyi müddətdə barəsində intizam tənbehi olmamışdır.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)- 3414/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, o başqa yerdə əlavə işlə məşğul olmamışdır, sadəcə ara-sıra yaxınlarının xahişinə əsasən xırda işlər görmüş, ancaq qarşılığında pul almamışdır.
Tətbiq edilən hüquq normaları
19. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur: polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Maddə 32. Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət İ. Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz. Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə. 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). İİ. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə.
20. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında” Əsasnamə:
135. X4nın əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: 9) X4 əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;
21. DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “X4 əməkdaşlarının X5”: Maddə 1.1. Kodeks bütün əməkdaşlara şamil edilir. Maddə 2.1. Əməkdaş fəaliyyəti dövründə polis andına sadiq olmalı, xidmət zamanı və xidmətdən kənar davranışını həmin anda və Kodeksə uyğun qurmalıdır. Maddə 5.1. Hər bir əməkdaş Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, digər hüquqi aktlarına və bu Kodeksin tələblərinə riayət etməlidir. Maddə 9.1. Əməkdaş X4nın və X4nda xidmətin nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Maddə 25.1. Əməkdaş ödənişli və ya ödənişsiz olmasından asılı olmayaraq onun xidməti vəzifələri ilə bir araya sığmayan, xidməti vəzifələrin qərəzsiz və obyektiv icrasına mənfi təsir göstərən, təsir göstərə bilən və belə təəssürat yaradan heç bir kənar fəaliyyətlə məşğul olmamalıdır. Maddə 25.2. Əməkdaş heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməz. Maddə 34.1. Əməkdaşın xidməti fəaliyyətdən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamalıdır. Maddə 42.1. Kodeksin tələblərinin pozulması əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 22.1. İnzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
İddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
24. İPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. İPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
26. İPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
27. İPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
28. İPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
29. İPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
30. İPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
31. İPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
32. İPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
34. Baxılan mübahisə Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Bununla belə, birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
40. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə DİN-in Baş Mühafizə İdarəsinin X2 İdarəsində polis nəfəri vəzifəsində işə qəbul edilmişdir. Daha sonra, Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin müvafiq arayışına əsasən barəsində icraat başlanılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin “Gəncə RMİ-nin bir qrup əməkdaşlarının, mülki mühafizəçilərinin və Xankəndi RMŞ-nin polis nəfəri, polis serjantı B.Nəsibovun intizam tənbehinə cəlb olunmaları barədə” xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrinin 2-ci bəndinə əsasən X4nda xidmətdən xaric edilmişdir. İddiaçı hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrinin ona aid hissədə əsassız olduğundan ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
41. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, “X4 əməkdaşlarının X5”nin tələblərinə əsasən, X4nın əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, X4 əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası X4nın intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması X4 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. X4 əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
42. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrin məzmununda qeyd edilmişdir ki, idarənin polis nəfəri, polis serjantı İddiaçı X4nda xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərmişdir.
43. Sözügedən əmrin əmr etdi hissəsinin 2-ci bəndində əsasən, xidmətdə və xidmətdən kənar vaxtlarda X4nın əməkdaşı adını uca tutmalı, X4nda xidmətin nüfuzunu möhkəmləndirməli, öz adını və şərəfini uca tutmalı olduğu halda xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə polisdə xidmətlə bir araya sığmayan dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərdiyinə, həmin hərəkəti ilə “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin İ hissəsinin, “Azərbaycan Respublikası X4nın İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin və “X4 əməkdaşlarının X5”nin 2.1, 5.1, 9.1, 25.1, 25.2 və 34.1-ci maddələrinin tələblərini pozduğuna, bununla da X4 əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə X2 İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4nda xidmətdən xaric edilmişdir.
44. Məhkəmə kollegiyasının iclası zamanı cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, işçilər barədə mütəmadi olaraq yoxlamalar aparılır və Nazirliyin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində iddiaçının işdən sonra gəlir məqsədi ilə digər işlə məşğul olması aşkar edilərək bu barədə onlara məxfi arayış göndərilmişdir. Həmin arayış əsasında araşdırma aparılmış və iddiaçı işdən azad edilmişdir.
45. Göründüyü kimi, iddiaçının xidmətdən xaric edilməsinə səbəb onun dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərməsi barədə müvafiq İdarədən daxil olan məlumat (arayış) olmuşdur.
46. Araşdırma zamanı xx.xx.2025-ci il tarixdə verilmiş izahat, eləcə də məhkəmə kollegiyasının iclası zamanı verdiyi izahatla iddiaçı bildirmişdir ki, 2005-ci ildən 2020-ci ilə qədər X4nda işləmiş, daha sonra öz arzusu ilə xidmətdən xaric edilmiş, bir müddət dəmirçi usta kimi fəaliyyət göstərmiş, 2023-cü ildə isə yenidən xidmətə qəbul edilmişdir. Həmin müddətdən sonra vətəndaşlara ödənişli əsaslarla xidmət göstərməmiş, yalnız yaxın qohum və tanışların xahişləri ilə onların evlərində təmənnasız işləmiş və bunun qarşılığında onlardan pul almamışdır.
47. Məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçını X1 xidmətdən xaric edərkən “Azərbaycan Respublikasının X4nda xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə istinad etmişdir. Həmin norma şəxsin X4 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyi təqdirdə xidmətdən xaric edilə biləcəyini özündə ehtiva edir. Normanın məzmunundan göründüyü kimi, polis əməkdaşı X4 əməkdaşının adına ləkə gətirən hərəkət etdiyi halda qeyd olunan normanın tətbiqi labüd ola bilər. Lakin iş materialları ilə iddiaçının X4 əməkdaşının adına ləkə gətirən hər hansı bir hərəkət etdiyi müəyyən olunmur.
48. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müvafiq sorğu göndərilərək, iddiaçının işdən azad edilməsinə səbəb olan qəbul edilmiş əmrin qanuni və əsaslı olmasını təsdiq edən sübutların, yəni inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi tələb edilsə də, cavabdeh tərəfindən yalnız mübahisələndirilən əmr məhkəməyə təqdim edilmiş, eyni zamanda məhkəmə iclasları zamanı cavabdehin nümayəndəsi məxfi hesab edilən müvafiq arayışa istinad edərək əmrin verilməsinə məhz həmin arayışın əsas olduğunu bildirmişdir.
49. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının dəmirçi-usta fəaliyyəti ilə məşğul olaraq vətəndaşlara xidmət göstərməsi barədə müvafiq İdarədən daxil olan məlumatın (arayış) olması iddiaçının həmin fəaliyyətlə məşğul olduğunu deməyə əsas vermir. Ona görə ki, bu arayış təktərəfli mövqeni əks etdirir və heç də iddiaçının xidmətdən xaric edilməsinə səbəb ola bilməzdi. Həmin arayışa istinadla şəxs barəsində o halda intizam tənbehi tətbiq edilə bilərdi ki, arayışda qeyd olunan məlumat müvafiq sübutlarla öz təsdiqini tapmış olsun. Başqa sözlə, əgər iddiaçı həqiqətən də bu cür fəaliyyətlə məşğul olmuşdursa bunu təsdiq edən sübutlar, yəni müvafiq foto və videoçəkiliş, iddiaçının xidmət göstərdiyi vətəndaşların izahatı və onların iştirakı ilə tərtib edilən akt, eləcə də iddiaçının onlara muzd müqabilində xidmət göstərdiyini təsdiq edən digər hallar olmalı idi.
50. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
51. Cavabdeh orqan nə birinci instansiyadakı məhkəmə icraatı zamanı, nə də işin apellyasiya baxışı zamanı qeyd olunan sübut növlərini məhkəmələrə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə78/2025 nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
52. Halbuki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə, öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Həmçinin, inzibati orqanlar inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
53. Odur ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
54. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-3414/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.