Məhkəmə qərarları › İş №2-1(3-7)-431/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-431/2026

30.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-431/2026 30.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 qarşı iş üzrə QƏRARI Açar sözlər: mülkiyyət hüququnun qeydə alınması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı (üçüncü şəxs Samux rayon Samux Bələdiyyəsi) “Samux rayonu, Kolayır kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki istifadəsinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “plan ölçü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə qəbul edilmiş Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.

2. DT və XK-nin Samux rayon şöbəsinin Samux şəhər bələdiyyəsinin sədri X.Cəfərova ünvanlanmış ##.##.2013-cü il tarixli, *** nömrəli məktubda qeyd edilmişdir ki, “Sizin ##.##.2013-cü il tarixli ** saylı məktubunuza cavab olaraq bildirirəm ki, Azərbaycan Respubilkası Prezidentinin ## ####### 2008-ci il tarixli, 709-III QD saylı fərmanı ilə Bələdiyyələrin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətə yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respubilkası vətəndaşlarına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi hərrac və müsabiqədən kənar verilməsi nəzərdə tutulur. Icra Hakimiyyəti başçısının Samux şəhər Icra nümayyəndəsinin arayışına əsasən İddiaçı 5 ildən artıq daimi olaraq qeydiyyatdadırlar. Rayonda ## ####### 2009cu il tarixdə torpaq müsabiqə və hərracı keçrilmiş 1 sotun (bir yüz kvadrat metr) qiyməti 62,50 (almış iki manat əlli qəpik) manat müəyyənləşdirilmişdir. Samux rayon IHB-nın Memarlıq və Tikinti şöbəsinin rəyini nəzərə alaraq həmin torpaq sahəsinin satılmasını DT və XK-nin Samux rayon şöbəsi məqsədə müvafiq hesab edir.”

3. ##.##.2013-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Samux Bələdiyyəsinin hesabına 1500 manat pul ödəmişdir. 4. 5. 6.

7. ## ### 2013-cü il tarixli “xxxx” Aktdan görünür ki, İddiaçı tərəfindən Samux Bələdiyyə orqanına torpaq sahəsi almaq barədə ##.##.2013-cü il tarixdə müraciət edilmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və İddiaçı Samux bələdiyyə ərazisindən 0.08 ha torpaq sahəsinin satılması barədə ##.##.2013-cü il tarixli, ** saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən X1 rayon filialının hesabına əvvəlcədən 1500.00 manat haqq ödənilmişdir. 8.

9. Iddiaçı İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi üçün Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Gəncə Ərazi Idarəsinə müraciət etmiş, lakin onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı və ##.##.2013-cü il tarixli, "xxxx Aktın ##.##.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

11. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Samux Rayon Dövlət Arxivi tərəfindən Gəncə Inzibati Məhkəməsinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda görünür ki, İddiaçı Samux rayon Kolayır kəndində yerləşən 0,08 ha torpaq sahəsinin ayrılması barədə Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı və həmin qərara aid sənədlər (cizgi planı, alqı-satqı aktı) mühafizə olunmaq üçün Samux rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

12. cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki,

1. Samux rayonu, Kolayır kəndində yerləşən Samux rayonu Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan koordinatlar ilə naturada təqdim edilmiş faktiki torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluq var. Rəyə izah üçün cizgi sxem əlavə edilir.

2. Naturada təqdim edilmiş torpaq sahəsinin sərhədləri, koordinatları və döngə nöqtələri müəyyən edildi. Naturada təqdim edilmiş torpaq sahəsi 0.08 ha təşkil edir.

3. Samux rayonu, Kolayır kəndində yerləşən Samux rayonu Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” bələdiyyə qərarına əlavə edilmiş torpaq sahəsinin cizgi planına uyğun işlənmişdir.

4. Samux rayonu, Kolayır kəndində yerləşən Samux rayonu Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” koordinatları və naturada təqdim edilmiş torpaq sahəsinin koordinatları, 2002-ci il tarixli Samux rayonu Kolayır kənd S.Ağayev adına üzüm istehsalı və emal Müəssəsi Ərazisində Aparılan X3 X6 əsasən bələdiyyə ehtiyyat fond (BEF) torpaqlarına düşür. Yeni elektron xəritə məlumatlarına əsasən mülkiyyət növü xüsusi, kateqoriyası bələdiyyə ehtiyyat fond (BEF) torpaqları kimi qeydə alınıb.

5. Samux rayonu, Kolayır kəndində yerləşən Samux rayonu Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin “planı və ölçüsü" koordinatları və naturada təqdim edilmiş torpaq sahəsinin koordinatları, başqa şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən edilmədi.

6. Samux rayonu, Kolayır kəndində yerləşən Samux rayonu Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” koordinatları əsasında təyin edilmiş torpaq sahəsinin və ya naturada təqdim edilmiş torpaq sahəsinin üzərindən və hava məkanından kommunikasiya xətti elektirik xətləri keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin başqa mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı.

7. Samux rayonu, Kolayır kəndində yerləşən Samux rayonu Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş AN:****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” koordinatları əsasında təyin edilmiş torpaq sahəsində və ya naturada təqdim edilmiş torpaq sahəsində tikili yoxdur. Elektron məhkəmə informasiya sistemindən görünür ki, İddiaçı 2005-ci ildən və hal-hazırda Samux rayonu, Kolayır kəndində qeydiyyatdadır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Samux Bələdiyyəsinin ##.##.2013cü il tarixli, ** saylı qərarı ilə ona satılması qərara alınmış Samux şəhəri ərazisində (Kolayır), keçmiş şərab zavodunun qərb tərəfində, yeni salınmış yaşayış massivində yerləşən 0.08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir

14. Tələb onunla əsaslandırılmışdır ki, Samux Rayon Icra Hakimiyyəti başçısı Aparatının ## ### 2013-cü il tarixli məktubundan görünür ki, ona satılması nəzərdə tutulan torpaq sahəsi Samux şəhəri ərazisində (Kolayır), keçmiş şərab zavodunun qərb tərəfində, yeni salınmış yaşayış massivində yerləşir. X5 məktubunu, DT və XK-nin Samux rayon şöbəsi tərəfindən verilmiş cizgi planını nəzərə alaraq, həmin torpaq sahəsinin iddiaçıya Torpaq Məcəlləsinin müvafiq bəndinə əsasən, satılması məsələsinə baxılmasını məqsədəuyğun hesab etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin ## ### 2013-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, bələdiyyələrin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətə yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi hərrac və müsabiqədən kənar verilməsi nəzərdə tutulur. Arayışa əsasən də iddiaçının 5 ildən artıq müddətə daimi olaraq qeydiyyatda olmağı məlum olmuşdur. Iddiaçının müraciətinə ## ### 2013-cü il tarixdə bələdiyyə orqanının iclasında baxılmış və həmin tarixli “xxxx” aktla Samux Bələdiyyəsinin bələdiyyə ərazisində olan 0,08 ha torpaq sahəsinin ona satılması barədə ** nömrəli qərar qəbul edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ** nömrəli rəyindən görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü çəkilmiş və bütün sənədlər tam olaraq qanunidir. Iddiaçı aidiyyəti üzrə çıxarışın verilməsi üçün cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsinə müraciət etsə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti * saylı Gəncə Ərazi Idarəsinin ## #### 2019-cu il tarixli arayışından məlum olur ki, iddiaçıya məxsus daşınmaz əmlaklar aşkar edilmişdir. Sözügedən torpaq sahəsi bələdiyyənin müvafiq iclasının qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri onun tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni sözügedən torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Iddiaçı hesab edir ki, iddia tələbi tam əsaslı və qanunidir. Bundan əlavə, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini qanunla müəyyən edilmiş qaydalara əməl etmədən yəni (hazırki halda torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş akt olmadan) satması Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Çünki bələdiyyələrin fəaliyyətinə nəzarət hazırki iş üzrə cavabdeh qurumun səlahiyyətlərinə aid olmadığından bələdiyyənin müəyyən prosedur qaydalarına riayət etməməsi əsası ilə bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin qeydə alınmasından imtinaya əsas verə bilməz.

15. Cavabdeh cavabdeh1n * saylı Gəncə Ərazi Idarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı onların qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Samux Bələdiyyəsinin ##.##.2013- cü il tarixli, ** nömrəli qərarı və ##.##.2013-cü il tarixli, "xxxx” Aktın ##.##.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası mümkün olmamış və vətəndaşa ##.##.2024-cü il tarixli, *-**-*-**/*-*-****-*/**** nömrəli cavab məktubu ünvanlanmışdır.

16. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə Samux rayon Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına olunmuşdur.

17. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “Samux rayonu, Kolayır kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində faktiki istifadəsinə uyğun olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və “plan ölçü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

18. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh qismində iştirak edən “xxxx” publik hüquqi şəxsin * saylı Gəncə Ərazi Idarəsi hüquqi varisi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 ilə əvəz olunmuşdur.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir..

21. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin qeyd olunan müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların özgəninkiləşdirilməsi barədə müvafiq müqavilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Iş materiallarından göründüyü kimi iddiaçının adına qeyd olunan hüquqmüəyyənedici sənədlər mövcuddur. Məhkəmə cavabdehin imtinası üzrə bələdiyyə qərarının qəbulu zamanı qanunvericiliyin torpaqların satılması ilə bağlı müvafiq müqavilənin bağlanması tələbi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən qanunvericiliyin əvvəlki normasına əsasən, xxxx aktın tərtib edilməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal kimi çıxış etməməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçı 2005-ci ildən və hal-hazırda Samux rayonu Kolayır kəndində qeydiyyatdadır və yaşayır. Göründüyü kimi iddiaçı 2013-cü ildə bələdiyyənin ərazisində yaşamış, eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya bələdiyyə torpağının bilavasitə satılması qanunvericiliyin tələbinə uyğun olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** saylı qərarına əsasən Samux şəhəri ərazisində (Kolayır), keçmiş şərab zavodunun qərb tərəfində, yeni salınmış yaşayış massivində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Qeyd olunan qərarda torpaq sahəsinin hansı kateqoriyalı torpaq sahəsindən ayrılması barədə məlumat qeyd edilməmişdir. Məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar ilə naturada təqdim edilmiş faktiki torpaq sahəsinin koordinatları arasında qismən uyğunsuzluq var. Həmçinin A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” bələdiyyə qərarına əlavə edilmiş torpaq sahəsinin cizgi planına uyğun işlənmişdir. Mütəxəssis rəyinə əsasən, 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” koordinatları və naturada təqdim edilmiş torpaq sahəsinin koordinatları, 2002-ci il tarixli Samux rayonu Kolayır kənd S.Ağayev adına üzüm istehsalı və emal Müəssəsi Ərazisində Aparılan X3 X6 əsasən bələdiyyə ehtiyyat fond (BEF) torpaqlarına düşür. Yeni elektron xəritə məlumatlarına əsasən mülkiyyət növü xüsusi, kateqoriyası bələdiyyə ehtiyyat fond (BEF) torpaqları kimi qeydə alınıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7-ci maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Lakin bələdiyyə qərarında torpaq sahəsinin bələdiyyələrin ehtiyat fonduna daxil olan hansı məqsədli istifadə növünə aid olması qeyd edilməmişdir. DT və XK-nin Samux rayon şöbəsinin İddiaçı aid tərtib olunmuş ** №-li arayışında görünür ki, Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** saylı iclas protokolunun qərarına əsasən fərdi mənzil tikintisi üçün İddiaçı ayrılan 0.08 hektar torpaq sahəsi Samux zonasına aiddir. Həmin torpaq sahəsi II qiymət zonası “xxxx” 100 banitel balla cəmi 0.08 hektardır və normativ qiyməti 240 (iki yüz qırx) manat olmaqla torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Bu torpaq sahəsi yüksək keyfiyyətli və tam yararlı torpaq hesab olunur (100 bal ən yüksək məhsuldarlıq göstəricisidir). Ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı onların qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı və ##.##.2013-cü il tarixli, “xxxx” Aktın ##.##.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə “Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi” tələb olunur. ##.##.2007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlanmış alqı-satqı müqaviləsi tələb olunur. Torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları qeydə alınmalı və bələdiyyə hərrac və ya müsabiqə keçirilməli, nəticəyə uyğun olaraq tərəflər arasında müqavilə bağlanmalı idi. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən və iş üçün əhəmiyyətli olan hallar qərarda qanunla nəzərdə tutulan sübutlarla təsdiq edilməmişdir, gəldiyi nəticələrin təsdiq edilməsi üçün işə məhkəmə ziddiyyətli və aid olmayan sübutlara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası IPM-nin 81-ci maddəsinə əsasən qərarın apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

27. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 25. Bənd 5. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Maddə 13. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatıüçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

30. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, özəlləşdirilə bilər... Maddə 57.1. Sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Maddə 57.6. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadəsi qaydaları bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

31. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Maddə 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına.

32. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: Bənd 5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Bənd 7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.. Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

33. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli, *** nömrəli Fərmanının 2-ci bəndinə əsasən (əvvəlki redaksiyada) həmin Əsasnamənin 17-ci, 18-ci və 19-cu bəndlərində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər.

34. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

35. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

36. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

37. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

38. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

39. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

40. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

41. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

42. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

43. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

44. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

45. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

46. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

48. Işin məhkəmələr tərəfindən araşdırılan hallarından bəlli olur ki, İddiaçı tərəfindən Samux Bələdiyyəsin orqanına torpaq sahəsi almaq barədə ##.##.2013-cü il tarixdə müraciət edilmiş, Samux Rayon Icra Hakimiyyəti Başçısı Aparatı ona satılması nəzərdə tutulan torpaq sahəsinin satılması məsələsinə baxılmasını məqsədə uyğun hesab etmiş, həmçinin Samux rayon IHB-nın Memarlıq və Tikinti şöbəsinin rəyini nəzərə alaraq həmin torpaq sahəsinin satılmasını DT və XK-nin Samux rayon şöbəsi məqsədə müvafiq hesab etmişdir. Bundan sonra, Samux rayon Kolayır Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** saylı qərarına əsasən İddiaçı 0.08 ha fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsinin satılması qərar alınmış, bunun müqabilində İddiaçı tərəfindən X1 rayon filialının hesabına əvvəlcədən 1500.00 manat haqq ödənilmişdir. Həmçinin, alqı-satqıya dair tərəflər arasında ## ### 2013-cü il tarixli “xxxx” Akt tərtib edilmiş və sözügedən akt rayon torpaq şöbəsində ##.##.2013-cü il tarixdə 54 nömrə ilə qeydiyyata alınmışdır. Bundan əlavə, həmin torpaq sahəsi ilə bağlı A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X4 kitabında ##.##.2013-cü il tarixdə 1571 nömrə ilə uçota alınmışdır.

49. Iddiaçı qeyd olunan sənədlərə istinad edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin imtinasının dəlili ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı ərizəyə əlavə edilmiş sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Samux Bələdiyyəsinin ##.##.2013-cü il tarixli, ** nömrəli qərarı və ##.##.2013-cü il tarixli, "xxxx Aktın ##.##.2007-ci il tarixindən sonra tərtib edildiyi müəyyən edilmişdir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmişdir ki, hazırda baxılan işdə hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün bu əsaslar yoxdur.

51. Belə ki, torpaq və bələdiyyələr haqqında qanunvericililk bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələrinin müvafiq məqsədlə satılmasının mümkünlüyünü müəyyən etmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan müvafiq normalarına əsasən, bələdiyyə tərəfindən qəbul edilmiş qərar, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsi barədə verdiyi rəy, torpaqların özgəninkiləşdirilməsi barədə müvafiq müqavilə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Iş materiallarından göründüyü kimi iddiaçının adına qeyd olunan hüquqmüəyyənedici sənədlər mövcuddur.

53. Iş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadına əsasən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən naturada təqdim edilmiş faktiki torpaq sahəsinin koordinatları ilə ##.##.2013- cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar arasında qismən uyğunsuzluq var. Naturada təqdim edilmiş torpaq sahəsi 0.08 ha təşkil edir. ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü bələdiyyə qərarına əlavə edilmiş torpaq sahəsinin cizgi planına uyğun işlənmişdir. Naturada təqdim edilmiş torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü koordinatları 2002-ci il tarixli Samux rayonu Kolayır kənd S.Ağayev adına üzüm istehsalı və emah Müəssəsi Ərazisində Aparılan X3 X6 əsasən bələdiyyə ehtiyyat fond (BEF) torpaqlarına düşür. Yeni elektron xəritə məlumatlarına əsasən mülkiyyət növü xüsusi, kateqoriyası bələdiyyə ehtiyyat fond (BEF) torpaqları kimi qeydə alınıb. Naturada təqdim edilmiş torpaq sahəsi və həmin torpaq sahəsinə ##.##.2013-cü il tarixdə işlənmiş A№****** nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” koordinatları başqa şəxslərin istifadəsində və ya mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmə halı müəyyən edilmədi, üzərindən və hava məkanından kommunikasiya xətti elektirik xətləri keçməsi halı müşahidə olunmadı. Elektron kadastr bazası məlumatlarına istinadən, torpaq sahəsinin başqa mühafizə və qorunma zonalarında yerləşməsi halı aşkarlanmadı.

54. Məhkəmə kollegiyası cavabdehin imtinası üzrə bələdiyyə qərarının qəbulu zamanı qanunvericiliyin torpaqların satılması ilə bağlı müvafiq müqavilənin bağlanması tələbi ilə bağlı qeyd edir ki, hazırkı iş üzrə bələdiyyə tərəfindən qanunvericiliyin əvvəlki normasına əsasən, xxxx aktın tərtib edilməsi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istisna edən hal kimi çıxış etməməlidir.

55. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq, iddiaçı 2005-ci ildən və hal-hazırda Samux rayonu Kolayır kəndində qeydiyyatdadır və yaşayır. Göründüyü kimi iddiaçı 2013-cü ildə bələdiyyənin ərazisində yaşamış, eyni zamanda beş ildən çox müddətdə yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya bələdiyyə torpağının bilavasitə satılması qanunvericiliyin tələbinə uyğun olmuşdur.

56. Digər tərəfdən, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən tərtib edilmiş rəylərdə satılması nəzərdə tutulmuş torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması və onun fərdi yaşayış evinin tikintisi məqsədi üçün satılmasının məqsədəmüvafiq olması göstərilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi satılan zaman səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin rəyi alınmışdır.

57. Eyni zamanda torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsi tərəfindən A ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və X4 kitabında ##.##.2013-cü il tarixdə 1571 nömrə ilə uçota alınmışdır.

58. Bütün bu hallar nəzərə alınaraq, məhkəmə kollegiyası cavabdehin mövqeyini hüquqi baxımdan əsassız və iddiaçının mülkiyyət hüququnun qeyri-qanuni şəkildə məhdudlaşdırılmasına yönəlmiş bir yanaşma kimi qiymətləndirir.

59. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən hallar mövcud deyil. Odur ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır.

60. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh edilənlərə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar