Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-44/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 57 yaşdan, yəni ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus ##.##.1981-ci il tarixli *** nömrəli şəhadətnaməyə əsasən İddiaçı ##.##.1981-ci il tarixdən ##.##.1981-ci il tarixədək xxxx Bakı Texniki Peşə Məktəbində refrijerator mexaniki kursunda əyani təhsil almışdır. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı ##.##.1978- ##.##.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ##.##.1981-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.1981-##.##.1981-ci ildə xxxxnın Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunun əyani şöbəsini bitirmiş, ##.##.1981-ci il tarixdən ##.##.1988-cü il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki, ##.##.1991-##.##.1994-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.1994-cü il tarixdən ##.##.1998-ci il tarixədək Şəmkir rayonu Azadlıq kolxozunda kolxozçu, ##.##.1998-ci il tarixdən ##.##.1999-cu il tarixədək X8 elektrik montyoru, ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki, ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2019-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləmişdir. ##.##.2023-cü il tarixdən hazıradək Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləyir. “xxxx” QSC Hərəkət vasitələrinin təmiri departamenti X2 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə ##.##.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İşə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir, seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edır. 8. Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. 11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb edir. Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda, təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda, lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir. " Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479 ", “Dəmir yolunun işçilərinin intizamı haqqında", "Dəmir yolunda siqnallaşma haqqında təlimat", " Dəmir yolunun texniki istismarı haqqında təlimatı", " Poyezdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevr işləri haqqında İxtisas tələbi. "Ali, orta,xüsusi təhsilli olan", "Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı ", "Soyuducu və kompressor maşını və qurğusu"," Elektrik stansiyas sistemi "," Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri" ixtisasını qurtarmış kadrlar. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının ##.##.2024-cü il tarixli *- **-**F/*-H-*** nömrəli arxiv arayışına əsasən İddiaçı 1994-1998- ci il tarixlərdə “Azadlıq” adına kolxozda kolxozçu işləmiş və əmək haqqı almışdır. Filialda mühafizə olunan Şəmkir rayonu Q.İsmayılov kəndi Azadlıq damazlıq təsərrüfatının arxiv sənədlərinə əsasən ## #### 1997-ci il tarixli * nömrəli əmri ilə Azərbaycann Respublikası Kənd Təsərrüfatı Nazirliyi RİE Azərdamazlıq birliyinin ##.##.1997-ci il tarixli ** nömrəli əmrinə əsasən Azadlıq kolxozunun bazası əsasında “Azadlıq” dövlət damazlıq təsərrüfatının yaradılması təsdiq edilmişdir. Həmçinin, filialda saxlanılan Şəmkir rayon Azadlıq damazlıq təsərrüfatının əmr kitablarına əsasən İddiaçı işə qəbul əmri aşkar edilmədi. Lakin Azadlıq damazlıq təsərrüfatının ##.##.1998-ci il tarixli * nömrəli əmri ilə işdən azad eidlmişdir. “xxxx” QSC-nin xxxxnın Bakı texniki məktəbində kurs keçmiş İddiaçı arxiv sənədlərindən ##.##.2024-cü il tarixli **-*/*-H-****/*-**/**** nömrəli çıxarışa əsasən İddiaçı həqiqətən xxxxnın Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunu ##.##.1981- ##.##.1981-ci ildə əyani şöbəni bitirmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2024-cü il tarixli 13- */*-H-****/*-**/**** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlət ərzində işləmişdir: ##.##.1981-##.##.1988-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki; ##.##.1991-##.##.1994-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2011-##.##.2011-ci illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki; ##.##.2011-##.##.2018-ci illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2018-##.##.2018-ci illərdə X3 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2018-##.##.2019-cu illərdə “xxxx” MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2019-##.##.2023-cü illərdə “xxxx” MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki; ##.##.2023-cü il tarixdən hazıradək Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 refrijerator seksiyaların böyük mexaniki. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 24 il 7 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ##.##.2024-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən ##.##.2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən # ###### 2006-cı il tarixinədək Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının # #### 2007-ci il tarixli ***-IIIQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun İdarə Heyətinin qərarlarını, Fondun İdarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək sizin güzəştli iş stajı 12 il 6 aydan az (6 il 11 ay 29 gün (##.##.1981-##.##.1988-ci tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, "xxxx" QSC-nin ona dair ##.##.2024-cü il tarixli 13-1/2-H-3556/3- **/**** nömrəli arayışında ##.##.1991-##.##.1994-cü il, ##.##.2011-##.##.2018-ci il, ##.##.2018- ##.##.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X10 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 1 ay 6 gün (##.##.1981-##.##.1988-ci il, ##.##.2011-##.##.2011-ci il, ##.##.2019- ##.##.2021-ci il, ##.##.2021-##.##.2022-ci il, ##.##.2022-##.##.2022-ci il, ##.##.2023- ##.##.2024-cü arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli xidməti məktubunda bildirilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ##.##.2019-cu il tarixinədək ümumi iş stajı 28 il 8 ay 16 gün (##.##.2006-cı il tarixinədək 19 il 9 ay 16 gün (##.##.1978-##.##.1980-ci il (hərbi xidmət dövrü), ##.##.1981-##.##.1994-cü il, ##.##.1994-##.##.1998-ci il, ##.##.1998-##.##.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 8 11 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə həmin tarixə 34825,26 manat təşkil edir. Məhkəmə sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli məktubunda qeyd olunur ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ##.##.2016-cı il tarixinədək ümumi iş stajı 26 il 4 ay 28 gün (##.##.2006-cı il tarixinədək 20 il 3 ay 28 gün (##.##.1978-##.##.1980-ci il (hərbi xidmət dövrü), ##.##.1981-##.##.1981-ci il, ##.##.1981-##.##.1994-cü il, ##.##.1994- ##.##.1998-ci il, ##.##.1998-##.##.1999-cu il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 6 il 1 ay), güzəştli iş stajı isə 12 il 6 aydan az (7 il 7 ay 11 gün (##.##.1981- ##.##.1988-ci il, ##.##.2011-##.##.2011-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında Azərbaycan Respublikasının, Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinin ## #### 2017-ci il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən ümumi və güzəştli staj əsasında 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 57 yaşının tamam olduğu ## ###### 2016-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğu üçün, Əmək pensiyaları haqqında" Qanununun 9.1-ci maddəsinin ## #### 2017-ci il tarixinə kimi qüvvədə olmuş müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün ## ###### 2024-cü il tarixli, *-**-*/*-H-******/**** saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, „refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi..., güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil". Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu (İzləmə nömrəsiSX020475955AZ) ## ###### 2024-cü il tarixində poçtamt vasitəsilə almış və bu fakt imtina məktubunun çatdırılması barədə Azərpoçt MMC-nin rəsmi saytında yerləşdirilmiş raportla təsdiq edilir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, İddiaçı ## ###### 1959-cu ildə Şəmkir rayonunun Qasım İsmayılov kəndində dünyaya gəlmişdir və hazırda da həmin kənddə yaşayır. Orta təhsilini başa vurduqdan sonra ## ###### 1978-## ###### 1980-ci tarixində həqiqi hərbi xidmətdə olmuşdur. ## ###### 1981-## ###### 1981- ci il tarixlərində xxxxnın Bakı Texniki Məktəbində refrijerator mexaniki kursunda əyani təhsil almışdır. ## ###### 1981ci il tarixində xxxxnın Ələt-Liman stansiyası X10 refrijerator qatarı mexaniki vəzifəsinə işə qəbul edilmişdir. ## ###### 1988-ci ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmişdir. ## ###### 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. ## ### 1994-cü ildə işdən çıxmışdır. ## #### 1994-cü il tarixində şəmkir rayonunun Azadlıq kolxozuna üzv qəbul edilmişdir, ## #### 1998-ci ildə işdən çıxmışdır. ## ##### 1998-ci il tarixində X8 elektrik montyoru vəzifəsinə qəbul edilmiş və 17 may 199-cu il tarixində işdən çıxmışdır. ## ###### 2011ci ildə Yeni ələt X9 refijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. ## ######## 2011-ci il tarixində refrijerator seksiyasının rəhbər mexaniki keçirilmiş, ## ###### 2018-ci ildə işdən çıxmışdır. ## ###### 2018-ci ildə X2 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, ## ######## 2018-ci il tarixində işdən çıxmışdır. ## ####### 2018-ci il tarixində xxxx Ekspress MMC-də X3 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmiş, ## ####### 2019-cu il tarixində refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə keçirilmiş, ## ####### 2023-cü il tarixində işdən çıxmışdır. ## ####### 2023-cü il tarixində xxxx QSC-də X3 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə işə qəbul edilmiş və ## ###### 2024-cü il tarixində işdən çıxmışdır. O, iddiaçı iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövründə 57 yaşının tamam olduğu ## ###### 2016-cı il tarixinə kimi 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. 57 yaşının tamam olduğu ## ###### 2016-cı il tarixinə kimi mən iddiaçı ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya mən iddiaçının refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişimi rədd etmişdir. Cavabdehin həmin inzibati qərarı qanunsuzdur. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, iddiaçı İddiaçı 57 yaşdan, yəni ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.1981-ci il tarixdən ##.##.1988-cü il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki, ##.##.1991-##.##.1994-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.1994-cü il tarixdən ##.##.1998-ci il tarixədək Şəmkir rayonu Azadlıq kolxozunda kolxozçu, ##.##.1998-ci il tarixdən ##.##.1999-cu il tarixədək X8 elektrik montyoru, ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki, ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2019-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki, ##.##.2023-cü il tarixdən hazıradək Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVIII (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur. Göründüyü kimi, iddiaçıya ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir. Məhhkəmə iddia tələbinin ##.##.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ, onun bu barədə cavabdeh inzibati orqana müraciət etdiyi ##.##.2024-cü il tarixdən əvvəl, yəni ##.##.2016-cı il tarixdə yarandığından, o, son 3 il üçün alınmamış əmək pensiyasının ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh orqan qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında istinad olunan vəzifə borcu barədə xxxx QSC-nin ##.##.2012-ci il tarixli məlumatında refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsinin təlimatlarını müəyyən edə bilərik. Bununla əlaqədar olaraq bildirir ki, güzəştli pensiya hüququnun mövcudluğu subyektiv qiymətləndirməyə deyil, yalnız normativ uyğunluğa əsaslanmalıdır. Qanunvericiliyin tətbiqi praktikasında sabit mövqe ondan ibarətdir ki, vəzifə adının siyahıda olmaması, güzəştli pensiya hüququnun yaranmasını avtomatik olaraq istisna edir. Məhkəmə qərarında sözügedən məlumata istinadən qeyd edilənlərə münasibətdə bildirir ki, burada diqqət olunmalı əsas məsələ vəzifənin real çətinliyi, istehsalat mühiti, subyektiv təhlükəlilik dərəcəsindən ibarətdir. Sözügedən məlumatlar əsasında müəyyən olunur ki, refrijerator seksiyası rəhbər mexaniki birbaşa icraçı deyil, rəhbər, təşkilati və nəzarət funksiyaları daşıyan vəzifədir. Bu vəzifəyə xas olan əsas funksiyalar texniki istismarın təşkili, işçilərin fəaliyyətinə rəhbərlik, planlaşdırma və nəzarət, avadanlığın ümumi işləkliyinə cavabdehlikdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası sosial təminat sistemində xüsusi xarakterli hüquqdur və bu səbəbdən dar şərh olunmalı, genişləndirici və analoji tətbiqə yol verilməməlidir. Bu prinsipə əsasən normativ aktda açıq göstərilməyən halların güzəştli pensiya hüququna daxil edilməsi qanunun məqsədinə birbaşa olaraq ziddir. Qeyd edilir ki, sözügedən Siyahının digər bölmələrində, həmçinin Nəqliyyat bölməsində həm işçilərin həm rəhbərlərin, həm də işçilərin gördükləri işin güzəştli iş stajı kimi nəzərə alındığını görə bilərik. Burdan belə nəticəyə gələ bilərik ki, Siyahıda güzəştli işlərlə məşğul olan rəhbər şəxslərin gördüyü işlər də konkret olaraq göstərilmişdir. Yəni, əgər rəhbər şəxs ağır iş şəraitində əmək fəaliyyəti ilə məşğul olmuşdursa, həmin vəzifələr Siyahıda təsbit olunmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, qeyd olunan məsələ üzrə Siyahıda xeyli sayda nümunə mövcuddur. Nəticə olaraq, Nazirlər Kabinetinin Siyahıya daxil edilməsini zəruri hesab etdiyi peşələri sözügedən siyahıya daxil etmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş digər tələb olan “ödənilməmiş pensiya məbləğinin ##.##.2021-ci il tarixdən hal-hazıradək” ödənilməsi hissəsi qanunvericiliyin tələbləri baxımından əsassızdır. Belə ki, yuxarıda qeyd etdiyi üzrə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ ##.##.2016-cı il tarixdən yaranmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd edir ki, sözügedən dəyişiklik ##.##.2017-ci il № ***-VQD Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə edilmişdir. Bildirir ki, dəyişiklik ##.##.2017-ci il tarixdə qüvvəyə minmişdir. Qanunun normasının təfsiri bu mənaya gəlir ki, sözügedən norma qüvvəyə mindiyi tarixdən sonrakı münasibətlərə tətbiq edilməlidir. Bu halda isə əgər şəxsin hüququ normanın tətbiq edildiyi tarixdən əvvəl yaranırsa, tətbiq edilə bilməz. Bildirir ki, iddiaçının hüququnun yarandığı ##.##.2016-cı il tarixi Qanuna dəyişiklik edilən ##.##.2017-ci il tarixdən əvvəl olduğundan iddiaçıya münasibətdə tətbiq oluna bilməz. Həmçinin tətbiq olunacağı halda belə, ##.##.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi qanunvericiliyin normalarına əsasən cavabdehin üzərinə qoyula bilməz. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə yalnızca müraciət tarixindən əvvəlki 3 il üzrə ödənilmə öhdəliyini cavabdehin üzərinə qoya bilərdi. Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Yasin Zeynalov apellyasiya şikayətini müdafiə etdiyini, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu (2017-ci il ####un #-dək qüvvədə olan redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı” XXVIII. Nəqliyyat 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: refrijerator qatarlarının (seksiyaların) mexanikləri Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı X6 pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının ##.##.2003-##.##.2006-cı il tarixləri arasındakı dövrləri nəzərə almaqla 12 il 6 aydan az olmaqla 3 il 7 ay 4 gün olduğuna görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanın imtinası əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdeh iddiaçının müvafiq pensiya yaşına çatması və tələb olunan minimum ümumi əmək stajının mövcudluğu ilə bağlı hər hansı bir mübahisə açmadığından artıq bu hissə işin mübahisələndirilməyən halıdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona 57 yaşdan, yəni ##.##.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2021-ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsinə nail olmaq istəyir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün onun 57 yaşının tamamlandığı ##.##.2016-cı il tarixədək 25 il ümumi iş stajı və bu müddətin daxilində 12 il 6 ay güzəştli iş stajı toplaması tələb olunur. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir İş materiallarından görünür ki, iddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə əks olunan məlumatlara əsasən, # ###### 2006-cı il tarixinədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 6 il 11 ay 29 gün (##.##.1981–##.##.1988-ci illər) təşkil etmişdir. Bundan əlavə, xxxx QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **-*/*- H-****/*-**/**** nömrəli arayışda iddiaçının ##.##.1991–##.##.1994-cü illərdə, ##.##.2011–##.##.2018-ci illərdə və ##.##.2018–##.##.2018-ci illərdə Yeni-Ələt X10 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin həmin vəzifə arayışda istinad olunan və yuxarıda göstərilən Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğun hesab edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az, yəni 12 il 1 ay 6 gün (##.##.1981–##.##.1988-ci illər, ##.##.2011–##.##.2011-ci illər, ##.##.2019–##.##.2021ci illər, ##.##.2021–##.##.2022-ci illər, ##.##.2022–##.##.2022-ci illər və ##.##.2023–##.##.2024-cü illər) təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ##.##.1981- ##.##.1981-ci ildə xxxxnın Bakı texniki məktəbinin “Mexanik refrijerator” kursunu əyani şöbəni bitirmiş, ##.##.1981ci il tarixdən ##.##.1988-cü il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki, ##.##.1991-##.##.1994-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.1994-cü il tarixdən ##.##.1998-ci il tarixədək Şəmkir rayonu Azadlıq kolxozunda kolxozçu, ##.##.1998-ci il tarixdən ##.##.1999-cu il tarixədək X8 elektrik montyoru, ##.##.2011-ci il tarixdən ##.##.2011-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki, ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2019-ci il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləmişdir. ##.##.2023-cü il tarixdən hazıradək Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləyir. Hazırda göründüyü kimi cavabdehin imtinasının əsasını iddiaçının qanunvericilikdə tələb olunan ən azı 12 il 6 ay güzəştli iş stajının olmaması təşkil edir. Belə ki, cavabdeh inzibati orqanın mövqeyinə görə İddiaçı ##.##.1991-##.##.1994-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2011-ci il tarixdən ##.##.2018-ci il tarixədək Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2018-ci il tarixədək X3 refrijerator seksiyaların rəhbər mexaniki, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixədək “xxxx” MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində işlədiyi dövrlər müvafiq olaraq Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarında nəzərdə tutulan vəzifəyə uyğun olmamışdır. Belə olan halda, iddiaçının həmin vəzifələrdə işlədiyi dövrlərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olub olmaması yoxlanılmalıdır. Qeyd olunan xüsusat birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, iddiaçının həmin illərdə işlədiyi peşələrin güzəştli pensiya hüququna əsas verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarına * nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nın XXVIII bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələrinə uyğun olması öz təsdiqi tapmışdır. Həmçinin iş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2024-cü il tarixli **-*/*-H-****/*-**/**** nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövlət ərzində işləmişdir: ##.##.1981-##.##.1988-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki; ##.##.1991-##.##.1994-cü illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2011-##.##.2011-ci illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların mexaniki; ##.##.2011-##.##.2018-ci illərdə Yeni-Ələt X10 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2018-##.##.2018-ci illərdə X3 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2018-##.##.2019-cu illərdə “xxxx” MMC-nin X3 refrijerator seksiyaların rəhbər mexaniki; ##.##.2019-##.##.2023-cü illərdə “xxxx” MMC-nin X3 refrijerator seksiyaların böyük mexaniki; ##.##.2023-cü il tarixdən hazıradək Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X3 refrijerator seksiyaların böyük mexaniki. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 24 il 7 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. “xxxx” QSC Hərəkət vasitələrinin təmiri departamenti X2 Refrijerator seksiyası rəhbər mexanikinin vəzifə borcu barədə ##.##.2012-ci il tarixli məlumatında göstərilmişdir ki, Rəhbər mexanik deponun səlahiyyətli nümayəndəsi sayılır, refrijerator seksiyasının istismarına cavabdehdir və briqadanın rəhbəri sayılır. 1. İşə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirir. 2. Briqadaya rəhbərlik edir, seksiyalara xidmət vaxtı əmək intizamını yerinə yetirməsini tələb edir. 3. Briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət edir. 4. Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin edir. 5. Vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət edir. 6. Yükləmə vaxtı vaqonların işıqlanmasını təmin edir. 7. Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb edir. 8. Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb edir. Təmizlənmə keyfiyyətsiz aparıldıqda stansiya rəisinə ölçü götürmək üçün müraciət edir. 9. Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin edir. 10. Texniki sənədləri səliqəli saxlayır, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istifadə olunmasını hesabatını aparır. 11. Ref. seksiyanın vaxtında təchizat olunmasını təmin edir. 12. Ref. seksiyanın təchizat və təmirdən sonra göndərilmək üçün stansiya növbətçisinə xəbərdarlıq edilir. 13. Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir edir, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürülür. 14. Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət edir, ( tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komissiya tələb edir. Teleqramın surəti həmin dəmir yolunun yük daşıma xidmətinə göndərilir. 15. Ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin edir. 16. Depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak edir, bütün növ görülən işlərin keyfiyyətli olmasını və təmirdən tam ekipirovka olmasını tələb edir. 17. Mexanik xəstələndikdə və ya seksiyadan qaldıqda, təcili olaraq depo rəhbərliyinə, stansiya rəisinə və xətti polisə teleqramla məlumat verir. 18. Əmək və istehsalat intizamı pozulduqda, lazımı hallarda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq edir. Lazım olduqda mexaniki əvəz edir. Bilməlidir. “Tez xarab olan yüklərin daşınması haqqında təlimat № DÇ-479”, “Dəmir yolunun işçilərinin intizamı haqqında”, “Dəmir yolunda siqnallaşma haqqında təlimat”, “Dəmir yolunun texniki istismarı haqqında təlimatı”, “Poyuzdların hərəkəti haqqında təlimatı və dəmir yolunda manevr işləri haqqında İxtisas tələbi.” “Ali, orta, xüsusi təhsilli olan”, “Hərəkətdə olan izotermik tərkib və soyuducu təsərrüfatlı”, “Soyuducu və kompressor maşını və qurğusu”, ”Elektrik stansiya sistemi”, “Dəqiq ölçü cihazları, daxili yanma mühərrikləri” ixtisasını qurtarmış kadrlar. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndin 27-ci abzasında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” peşəsi təsbit olunmuş və bunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı qərarına * nömrəli əlavədə verilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı”nın XXVIII bölməsinin alt bölmə 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşələri ilə eynilik təşkil etdiyi müəyyən edilir. Həmçinin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi hazırkı işlə bağlı mübahisəli məsələyə dair vahid məhkəmə təcrübəsi mövcuddur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2023 tarixli qərarı) Kassasiya instansiya məhkəməsinin həmin Qərarında da qeyd edilmişdir ki, “Refrijerator seksiyasının rəhbər mexaniki” və “Refrijerator seksiyasının mexaniki” vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifənin iş şəraiti eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərə məruz qalırlar. “Refrijerator qatarların (seksiyaların) rəhbər (böyük) mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000—23598)” peşəsinə uyğundur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il ####un #-dək qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri tam ödənilmişdir. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin “##.##.2021-ci il tarixdən halhazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair ## ####### 2020-ci il tarixli Qərardadında qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il ## #### tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı cavabdeh inzibati orqana ##.##.2024cü il tarixdə müraciət etdiyindən ona həmin tarixdən əvvəlki ən çoxu üç il, yəni ##.##.2021ci il tarixdən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin cavabdehin üzərinə qoyulması barədə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri əlavə olaraq təkrarlamağa lüzum yoxdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-7)-44/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-44/2026
23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver