Məhkəmə qərarları › İş №2-1(3-7)-477/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-477/2026

25.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-477/2026 25.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Işin halları 1.

2. ##.##.1985-ci il tarixli, ПТ-İ 0928181 seriya nömrəli əmək kitabçasına əsasən, İddiaçı ##.##.1977-ci il tarixdən hal-hazırki tarixədək ayrı-ayrı müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olur.

3. ##.##.1979-cu il tarixli, НЗ 4013563 seriya nömrəli hərbi biletə əsasən, İddiaçı ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

4. xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli, *-**-*/*-A-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “Təqdim edilən sənədlərin surətlərinə əsasən ümumi sığorta stajınız (##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla) 20 il 11 ay 24 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 19 il 5 ay 24 gün sığorta stajına uyğun olaraq 19632,58 manat, ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək 1480,32 manat olmaqla, ümumilikdə 21112,90 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1977-cı il tarixindən ##.##.1982-ci il tarixinədək (əmək fəaliyyəti hərbi xidmət müddəti ilə üst-üstə düşür, qeydlərdə işdən çıxma və işə daxilolma tarixləri yoxdur) və ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək (qeydlərdə qaralamalar var) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilir ki, sözügedən dövrlər üzrə vətəndaş İddiaçı əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun Gəncə- Daşkəsən regional filialına təqdim etməklə təkrar müraciət əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta vətəndaş İddiaçı stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.” 5.

6. Məhkəmə sorğusuna cavab olaraq xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli, 3-17-1/2- *****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçı İddiaçı ##.##.2024-cü il tarixində pensiya yaşına çatmışdır. Adıçəkilən şəxsin təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən ##.##.1982-ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1987-cı il tarixindən ##.##.1988-ci il tarixinədək, ##.##.1988-ci il tarixindən ##.##.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən onun (pensiya yaşına çatdığı tarixədək) ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək onun fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınan 1 il 6 ay nəzərə alınmaqla ümumilikdə 20 il 11 ay 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1977-ci il tarixindən ##.##.1982-ci il tarixinədək (əmək fəaliyyəti dövrü hərbi xidmət dövrü ilə üst-üstə düşür, qeydlərdə işdən çıxma və işə daxilolma tarixləri yoxdur) və ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək (qeydlərdə qaralamalar var) olan dövrlər üzrə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. MEIS-in “Pensiya” altsistemində olan məlumata əsasən, İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır.

7. Məhkəmə sorğusuna cavab olaraq Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, sorğuda qeyd olunan Şəki “Soyuq Bulaq” Turist Bazası ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.

8. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş Idarəsi tərəfindən məhkəməyə göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “vergi ödəyicilərinin məlumat-uçot bazasında Şəki “Soyuq bulaq” Turist bazası adlı vergi ödəyicisi aşkar edilməmişdir. Vergi ödəyicilərinin məlumat-uçot bazasında “Soyuq-Bulaq” X9 adlı hüquqi şəxs mövcuddur. “Soyuq-Bulaq” X9 ##.##.1995-ci il tarixdə 25725 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Soyuq-Bulaq” X9 ##.##.1997-ci il tarixdə ********* saylı 9 rəqəmli vergi ödəyicisinin identifikasiya nömrəsi ilə, ##.##.2005-ci il tarixdə isə inventarlaşma ilə əlaqədar ********** saylı 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin hüquqi ünvanı və fəaliyyət göstərdiyi (təsərrüfat subyektinin yerləşdiyi) ünvan Şəki şəhəri, M.Ə.Rəsulzadə, 330 ünvanıdır. Vergi ödəyicisinin fəaliyyəti ##.##.2024-cü il tarixədək aktiv olmuş, ##.##.2024-cü il tarixdə fəaliyyətini ##.##.2024-cü il tarixdən ##.##.2069-cu il tarixədək dayandırması barədə arayış təqdim etmişdir. Məlumat-uçot bazasında “Soyuq-Bulaq” X9 yenidən təşkil edilməsi barədə məlumat aşkar edilməmişdir.” 9. - ##.##.2001-ci il tarixli, ** nömrəli əmr ilə X15 ##.##.2002-ci il tarixdən turbazaya gözətçi vəzifəsinə işə götürülmüşdür; - ##.##.2005-ci il tarixli, 09 ömrəli əmr ilə Birliyin işçisi X15 ##.##.2006-cı il tarixdən işdən azad olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı cavabdeh “xxxx” X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək və ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanaraq pensiya hüququnun yarandığı gündən ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 11.

12. Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı “##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının ## ###### 2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. 13.

14. Məhkəmənin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim E.Axundov) iddia təmin edilərək, İddiaçı ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək Şəki “Soyuq Bulaq” Turist bazasında gözətçi vəzifəsində işlədiyi dövr və ##.##.1993-cü il tarixdən ##.##.1997-ci il tarixədək olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və ona ##.##.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

15. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “onun ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək və ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi illərin sosial stajına hesablanaraq ona ##.##.2024-cü il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat verərək iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 məhkəməyə təqdim edilən etiraza oxşar izahat verərək təmsil etdiyi inzibati orqanın mövqeyinin hüquqi cəhətdən əsaslı olduğunu və bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

20. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim N.Hüseynov) iddianın təmin edilməsi, ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək və ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək işlədiyi illərin sosial stajına hesablanaraq iddiaçı İddiaçı ##.##.2024-cü il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh “xxxx” X3 Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

21. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrlər ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixinə qədər və ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinə qədər olan dövrdür, hansı ki əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən, müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan, əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması, həmin qeydlərin əlavə araşdırılması zərurəti və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını, məhkəmə, iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçıya əmək haqqı cədvəllərində ödənişin olmaması iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz. Iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuş və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətində onun ##.##.2001- ##.##.2005-ci il tarixlərdə Şəki “Soyuq Bulaq” Turist bazasında işləməsi barədə qeydlər vardır. Lakin, araşdırma zamanı iddiaçının əmək kitabçasının düzgün doldurulmaması (##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək qeydlərdə qaralamalar mövcuddur), həmçinin cavabdehə inzibati araşdırma zamanı sözügedən müəssisələrdə işləməsi faktını təsdiq edəcək zəruri sənədlərin (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim edilməməsi səbəbindən qeyd olunan dövrlər mübahisələndirilərək iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də onun qanunvericiliklə təsdiq olunmuş sığorta stajı mövcud deyildir. Bildiririk ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçı İddiaçı ##.##.2024-cü il tarixində pensiya yaşına çatmışdır. Qeyd edək ki, İddiaçı tərəfindən təqdim edilmiş ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmət dövrü, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən ##.##.1982-ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1987-cı il tarixindən ##.##.1988-ci il tarixinədək, ##.##.1988-ci il tarixindən ##.##.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən onun (pensiya yaşına çatdığı tarixədək) ##.##.2022-ci il tarixindən ##.##.2024-cü il tarixinədək onun fərdi şəxsi hesabında pensiya kapitalı qeydə alınan 1 il 6 ay nəzərə alınmaqla ümumilikdə 20 il 11 ay 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, MEIS-in “Pensiya” altsistemində olan məlumata əsasən İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1977-cı il tarixindən ##.##.1982-ci il tarixinədək (əmək fəaliyyəti dövrü hərbi xidmət dövrü ilə üst-üstə düşür və işdən çıxma və işə daxilolma tarixləri qeyd edilməmişdir) və ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək (qeydlərdə qaralamalar var) olan dövrlər üzrə əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Həmçinin əmək kitabçasının surətində qeyd edilmiş ##.##.2001-ci il tarixindən ##.##.2005-ci il tarixinədək (işdən çıxma əmrinin tarixində qaralama var, qaralama ilə bağlı heç bir qeyd aparılmamışdır) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Sözügedən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilməlidir ki, əmək kitabçasına düzəliş olduqda həmin düzəliş müəssisənin məsul şəxsi tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiq edilməlidir. Iddiaçının əmək kitabçasının surətindən aydın olur ki, qeydlərə edilmiş düzəliş müəssisənin məsul şəxsi tərəfindən təsdiq edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı və iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi” hissəsində mümkün sayılmamışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq məhkəmə tərkibinin suallarına cavabına qeyd etdi ki, o, ##.##.1977-ci il tarixdən hərbi xidmətə gedənədək, yəni ##.##.1979-cu il tarixədək Ermənistan Respublikası Artaşad rayonu Kakavaberdskiy sovxozunda işləmiş, ##.##.1979-cu il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra həmin sovxozda işləməyə davam etmiş və ##.##.1982-ci il tarixdə işdən azad edilmişdir.

Tətbiq edilən hüquq normaları

28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

29. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.

30. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

33. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X14 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X14 yerli qurumları tərəfindən aparılır.

36. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

37. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

38. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

39. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

40. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

41. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

42. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

43. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

44. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

45. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

46. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

47. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

48. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

49. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, cavabdehin apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərin surətlərinə əsasən (##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) sığorta stajının ümumilikdə 20 il 11 ay 24 gün təşkil etdiyini, eyni zamanda ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona ##.##.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.

52. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.1959-cu il təvəllüdlüdür və ##.##.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.

53. Iddiaçının inzibati orqan tərəfindən qəbul edilən 20 il 11 ay 24 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran dövrlər – 1) ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək Artaşad rayon Kakavaberdskiy sovxozunda; 2) ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək “Soyuq-Bulaq” X9 işlədiyi əmək fəaliyyəti dövrləridir.

54. Cavabdeh inzibati orqanın imtinasının, eləcə də iddiaya dair etirazının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb aşağıdakılar olmuşdur: 1) ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək Artaşad rayon Kakavaberdskiy sovxozunda işlədiyi dövrün hərbi xidmət müddəti (##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixədək) ilə üst-üstə düşməsi və əmək kitabçasındakı həmin dövr üzrə qeydlərdə onun işdən çıxma və işə daxilolma tarixlərinin olmaması; 2) ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək “Soyuq-Bulaq” X9 işlədiyi dövr üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (qeydlərdə qaralama olması) 3) sözügedən müəssisələrdə işləməsi faktını təsdiq edəcək zəruri sənədlərin (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim edilməməsi.

55. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

57. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

59. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X6) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.

60. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

61. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən o, ##.##.1977ci il tarixli, * nömrəli əmrlə Artaşad rayon Kakavaberdskiy sovxozuna işə qəbul edilmiş, ##.##.1982-ci il tarixli ** nömrəli əmrlə işdən azad edilmiş, ##.##.2001-ci il tarixli ** nömrəli əmrlə gözətçi təyin edilmiş və ##.##.2005-ci il tarixli, ** nömrəli əmrlə işdən azad edilmişdir.

62. Həmçinin müəyyən olunur ki, iddiaçı ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək Artaşad rayon Kakavaberdskiy sovxozunda işlədiyi müddətdə hərbi xidmətə gedərək ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra da həmin sovxozda əmək fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi iddiaçı həmin dövrün ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək olan müddəti ərzində hərbi xidmətdə olmaqla faktiki olaraq işləməmişdir, həmçinin hərbi xidmət dövrü cavabdeh tərəfindən sığorta stajı kimi nəzərə alınmışdır. Bu səbəbdən də məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddia “##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi” hissəsində mümkün sayılmamışdır.

63. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

64. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.

65. Bu baxımdan mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (yəni, ##.##.1977-ci il tarixdən ##.##.1982-ci il tarixədək Artaşad rayon Kakavaberdskiy sovxozunda işlədiyi dövrdə onun hərbi xidmətə getməsi və hərbi xidmətdən qayıtması ilə əlaqədar əmək kitabçasında onun işdən çıxma və işə daxilolma tarixlərinin qeyd olunmaması və ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövr üzrə qeydlərdə qaralamaların olması və qaralama ilə bağlı heç bir qeyd aparılmaması) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd olunan hallar iddiaçının həmin dövrdə qeyd olunan müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilməməlidir.

66. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən iddiaçıya məxsus əmək kitabçasının əslinə baxış keçirilərkən ordakı qeydlərdə əsaslı şübhə yaradacaq tərzdə qaralama müəyyən edilməmişdir.

67. Həmçinin məhkəmə kollegiyası cavabdehin iddiaçının mübahisələndirilən dövrlər üzrə sözügedən müəssisələrdə işləməsi faktını təsdiq edəcək zəruri sənədlərin (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) təqdim edilməməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin iddiaçıya pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi, əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

68. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

69. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurası tərəfindən iddiaçının ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək olan dövrlər üzrə əmək fəaliyyətinə dair müvafiq əmrlər təqdim edilmişdir və qeyd edilən əmrlərdə əks olunan məlumatlar əmək kitabçasındakı qeydlərlə eynilik təşkil etmişdir.

70. Həmçinin iddiaçının işlədiyi Kakavaberdskiy sovxozu Ermənistan Respublikası Artaşad rayonunda yerləşmişdir və hal-hazırda da həmin ərazi Ermənistan Respublikasının tərkib hissəsidir. Əmək kitabçasında olan məlumatların dəqiqləşdirilməsi üçün bir qayda olaraq iş yerinə və ya arxiv idarələrinə sorğular göndərilir. Lakin hazırda belə bir sorğunun göndərilməsi mümkün olmadığından bu kimi hallar iddiaçının ziyanına şərh edilə bilməz.

71. Digər tərəfdən qeyd edilməlidir ki, müəssisənin arxivləşdirilməli olan sənədlərinin (əmr kitabları, əmək haqqı cədvəlləri və.s) Dövlət Arxivinə eləcə də digər aidiyyəti təşkilatlara təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından bu onun üçün mənfi nəticələr doğurmamalıdır. Bu baxımdan həmin dövrün iddiaçının sığorta stajına hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.

72. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Kakavaberdskiy sovxozunda işlədiyi ##.##.1977-ci il tarixdən ##.##.1979-cu il tarixədək və ##.##.1981-ci il tarixdən ##.##.1982-ci il tarixədək, eləcə də “Soyuq-Bulaq” X9 işlədiyi ##.##.2001-ci il tarixdən ##.##.2005-ci il tarixədək dövr onun sosial sığorta stajına daxil edilməlidir.

73. Iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (20 il 11 ay 24 gün) və mübahisələndirilən sığorta stajı (7 il 2 ay 16 gün) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.

74. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.

75. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

76. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar