Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-490/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və onun nümayəndəsi Səfərov Osman Əşrəf oğlunun iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ##.##.2020-ci il tarixli, **/i nömrəli və ##.##.2020-ci il tarixli, ***/K nömrəli əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o 2015-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Idarəsinin 4-cü kalonunda R rütbəsində üç il altı ay müddətində heç bir qanunsuzluğa yol vermədən, üzərinə düşən vəzifəsini dövlət qanunları əsasında layiqincə yerinə yetirərək xidmət etmişdir. 2019-cu il tarixdə öz arzusu ilə iş yerini dəyişərək Azərbaycan Respublikasının ən ağır həbsxanası olan Qobustan həbsxanasında R rütbəsi əsasında xidmət etmişdir. Xidmət edən müddətdə, iş yerində soyuqlama nəticəsində xəstələnmiş, onu Nazirliyin nəzdində olan hospitala apararaq müalicə etmişlər. Müalicə qurtarandan sonra iş yeri olan Qobustan həbsxanasına qayıdaraq xidməti işində işləyərək xidmətini davam etdirmişdir. Həmin müddətdə xəstəliyi ilə əlaqədar həkim tərəfindən idarəyə göndərilən xəstəlik arayışı əsasında idarə tərəfindən ona 1200 manat xəstəlik pulu hesablanmışdır. Bir neçə aydan sonra Qobustan həbsxanasının rəis müavini Cahandar adlı şəxs onu yanına çağıraraq demişdir ki, onun xəstəliyinə görə 1200 manat pul hesablanmış, həmin pulu kartından çıxardıb gətirib ona verməlidir. Həmin pul həbsxananın rəisi Avtandil Ağayevə çatacaqdır. Həmin vaxt o rəis müavini Cahandara demişdir ki, xəstəlik bülleteni ilə ona hesablanaraq verilmiş 1200 manat pul onun xüsusi mülkiyyəti əmlakı sayılır və heç kəs onu ondan tələb edib ala bilməz və onun ondan tələb edilməsinin özü qanunsuzdur. Bundan əlavə Cahandara bildirmişdir ki, onun “Kapital Bank”a 11 800 manat kredit borcu var və həmin pulu kredit borcunun bir hissəsini bağlamağa ödəyəcəkdir, üstəlik bu pul onun kirayə haqqını, ümumi gündəlik kommunal xərclərini və yemək pulunu aldığı əmək haqqı ayın əvvəlindən axırına qədər ödəmir. Ona görə də həmin xəstəlik pulu olan 1200 manat pulu rəisə verə bilməyəcəkdir. Həmin vaxtdan həbsxananın rəis müavini Cahandar və həmin həbsxananın rəisi Aftandil Ağayev onu işlədiyi işində dinc xidmət etməyinə imkan verməmiş və qərəzli olaraq barəsində qarayaxma kampaniyası aparmağa başlamışlar. Bu proses 8 ay davam etmişdir. Xidməti işini qəbul edən vaxtı yersiz olaraq tənqidi-təhqirli sözlərlə onun işləməsinə imkan verməmişlər. Nəticədə 2020-ci ilin may ayının 9-da növbəti işinə gedərək, xidməti işini qəbul etmək istəmiş, lakin həmin vaxtı həbsxananın rəisi Avtandil Ağayev onu iş yerinə buraxmamış və onu özündən narazı salmamaq üçün planlı şəkildə ona mülayim söz ilə yavaş səs tonu ilə demişdir ki, “Sabiq, sən bu gün işi qəbul etmə, qayıt get evinə, mən çağıranda gələrsən”. Həmin vaxt həbsxananın bir rəisi kimi təklif etdiyi sözünü qəbul etmiş və qayıtmış kirayə yaşadığı evinə getmişdir. Iki gün gözləmiş, lakin rəis Avtandil onu işə çağırmamışdır. Üçüncü gün xidməti işinə getmiş, həmin vaxtı onu xidməti işinə buraxmamışlar. Şifahi olaraq ona demişlər ki, həbsxananın rəisi Avtandil tapşırıq vermişdir ki, Sabiqi işə buraxılmasın. Həmin vaxt 10 gün Avtandilin qəbuluna düşmək istəsə də, Avtandil onu qəbul etməmişdir. Məhz bu vaxtlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti qərəzli olaraq ##.##.2020-ci il tarixli, **/i nömrəli əmri ilə guya davamlı olaraq üzrlü səbəb olmadan xidmətə çıxmadığına görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin və “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın 1.4, 2.2, 2.4, 2.5, 4.1 və 5.4-cü bəndlərinin tələblərini kobud şəkildə pozduğuna görə Həbsxananın Rejim-nəzarət şöbəsinin nəzarətçisi, R olaraq ədliyyə orqanlarından xaric edilmişdir. Bundan təxminən 5-6 gün sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ##.##.2020-ci il tarixli, ***/K nömrəli əmrinə əsasən onun “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməyinə xitam verilmişdir. Lakin həmin vaxt barəsində çıxarılan qeyd olunan əmrlərin surətini tələb etsə də ona verilməmişdir. Belə ki, işdən çıxarılması barədə əmrin surətini bir il iki ay müddətində tələb etsə də, bu günə qədər əmrlərin çıxarışlarını ona verməmişlər. Ona görə də 2020-ci ilin may ayının 19-dan 2021-ci ilin iyun ayının axırına qədər Penitensiar Xidmət Idarəsinin bir qrup vəzifəli şəxsləri tərəfindən kobud surətdə qanun pozuntuları etdiklərinə görə Azərbaycan Respublikasının Prezidentinə, Vitse-prezidentə, Baş prokurora, Baş Nazirə, Ədliyyə Nazirinə, Dövlət Təhlükəsizlik Komitəsinin sədrinə, Penitensiar Idarəsinin rəisinə bir il iki ay müddətində maddi və mənəvi zərər çəkərək dövlət poçt xərclərini ödəyərək qəbula düşmək üçün teleqramlar vurmuş və şikayət ərizələri yazmışdır. Nazirlər Kabinetinin qərarı əsasında COVID-19 virus xəstəliyi ilə əlaqədar çəkdiyi xərclər əsasında qəbula düşməyi mümkün olmamışdır. Həmin ərizələr və teleqramlar Respublika rəhbərləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmət Idarəsinə göndərilmişdir ki, onların iştirakı ilə araşdırılsın, qanun pozan vəzifəli şəxsin haqqında tədbir görülsün. Lakin həmin ərizə və teleqramlardakı tələblər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti idarəsinin bir qrup vəzifəli şəxsləri tərəfindən heç bir araşdırma aparılmadan Respublika rəhbərlərinə yalan rəsmi məlumat verərək şikayətlərini örtbasdır etmək istəmişlər. Bir il iki ay müddətinə Respublika rəhbərlərinə hüquqi qaydada şikayətlərini davam edəndən sonra Baş prokuror tərəfindən şikayət ərizələri Bakı şəhər prokuroruna göndərilmişdir. Bakı şəhər prokuroru rəsmi cavab vermişdir ki, şikayətləri ilə bağlı məhkəməyə iddia ərizəsi verə bilər. Ona görə də məcbur olub cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və ümid edir ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyi əldə rəhbər tutaraq iddiasını təmin edilməsi barədə qərar çıxaracaqdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən bildirir ki, onun işdən azad edilməsi və ədliyyə orqanlarından xaric edilməsi barədə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ##.##.2020-ci il tarixli, **/i nömrəli və ##.##.2020-ci il tarixli, ***/K nömrəli əmrləri qanunsuz və əsassızdır. Bu hal onunla sübut olunur ki, cavabdeh qanunun tələblərinə riayət etməmiş və bu səbəbdən də verilmiş əmrlər mötəbər sübutlara əsaslanmamışdır. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim R.Tağıyeva) iddianın mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Səfərov Osman Əşrəf oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Iş materiallarında olan sənədlərlə müəyyən edilir ki: -Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2021-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunma” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2021-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Belə ki, bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız inzibati orqanların hərəkət və hərəkətsizliyindən müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi isə məhdudlaşıdırıla bilməz. Bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Avropa Məhkəməsi “X2rşı” ## ###### 1975-ci il tarixli qərarında göstərmişdir ki, məhkəməyə müraciət etmək hüququ özünün xarakteri etibarı ilə dövlət tərəfindən tənzimələnməli hüquqdur. Bu hüquqa qoyulan mədudiyyətlər yalnız o halda Konvensiyanın 6cı maddəsinə uyğun ola bilər ki, onlar qanuni məqsəd daşısın, tətbiq olunan vəsaitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olsun. Məhkəmə kollegiyası xatırladır ki, inzibati məhkəmə icraatında da iddianın mümkünlük şərtləri müəyyən olunmuşdur və istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosesual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 15.6. IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.7. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı daha əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “##.##.2020-ci il tarixli, **/i nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət etmiş, Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı gətirdiyi dəlillərin üzrlü səbəb hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2021-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin qeyd olunan qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının qeyd olunan qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə müəyyən edilir, iddiaçı İddiaçı Cavabdeh ##.##.2020-ci il tarixli, **/i nömrəli əmrinin ləğv edilməsi tələbi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, məhkəmənin müvafiq qərardadı ilə iddiaçının iddia müddətini ötürməsi səbəbindən iddia mümkün sayılmamış, qeyd edilən məhkəmə qərardadı yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, “Cavabdeh ##.##.2020-ci il tarixli, **/i nömrəli əmrinin ləğv edilməsi” tələbi üzrə Gəncə Inzibati Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Inzibati Prosesual Məcəlləsinin 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarında da Plenum məhkəmələrə tövsiyə etmişdir ki, IPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. IPM-in müvafiq tələbini və Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** nömrəli Qərarında qeyd edilən tövsiyyəni nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən tələblə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olması əsası ilə iddianı mümkün saymamışdır. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin o mövqeyi ilə də razılaşır ki, mübahisələndirilən digər (##.##.2020-ci il tarixli, ***/K nömrəli) əmrin qəbuluna əsas məhz cavabdehin ##.##.2020-ci il tarixli, **/i nömrəli əmri olmuşdur. Ona görə də nə qədər ki, cavabdehin ##.##.2020-ci il tarixli, **/i nömrəli əmri qüvvədədir, belə olan halda iddiaçı tərəfindən ##.##.2020-ci il tarixli, ***/K nömrəli əmrin mübahisələndirilməsi yolverilməzdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki tələb mümkün sayıla və həmin tələbə mahiyyəti üzrə baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticəni əsaslı sayır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 35, 68, 69, 82, 87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(*-*)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-490/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-490/2026
01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver