Məhkəmə qərarları › İş №2-1(3-7)-50/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-50/2026

19.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-50/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARI Açar sözlər: Əlilliyin təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “cavabdehin onun barəsində ##.##.2025-ci il tarixli “diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərarının ləğv edilməsi və ona ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, *** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: "Baş beyinin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin ##.##.2016-cı il tarixli **** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli 629 və ##.##.2017-ci il tarixli ** nömrəli arayışları, N nömrəli hərbi hissədən verilmiş ##.##.1992ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Arxivindən verilmiş ##.##.2016- cı il tarixli */*-**** nömrəli məktubu, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin ##.##.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

2. İddiaçı “Dəqiqləşdirilməmiş ensefalopatiya, Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının, silkələnməsinin, kontuziyasının davamlı qalıq əlamətləri.(1992-ci il iyul ayı döyüş zonasında hərbi xidmət keçərkən) Postravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, Kəllədaxili hipertenziya. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generalizə olunmuş toniko-klonik epileptik tutmalar (ayda 7-8 dəfə) Nevrasteniya, Asteno nevrotik sindrom” diaqnozu ilə ##.##.2019-cu il tarixdən ilkin olaraq 5 (beş) il müddətinə (##.##.2024-cü il tarixədək) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.

3. Iddiaçı barəsində rəsmilkəşdirilmiş Y********MJB nömrəli göndərişdəki diaqnozlar (Kəllədaxili travmaların nəticələri, Kəllə-beyin travması, Baş beyin silkələnməsindən sonrakı vəziyyət) üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

4. Iddiaçının əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə Q********HDS nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz T90.5. Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının və beyin silkələnməsinin davamlı qalıq əlamətləri (1992). Ağırlaşma R41. Dərk etmə və qavrama qabiliyyətinə aid olan digər simptomlar, Koqnitiv funksiyaların (anlama, qavrama, yaddaş) pozulması. Ağırlaşma G40.2. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik eplepsiya, tez-tez baş verən qıcolam tutmaları ilə (ayda 9-12 dəfə). Ağırlaşma G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya II mərhələ. Ağırlaşma N39.4. Qeyri-iradi sidik ifrazının digər dəqiqləşdirilmiş formaları, Qabıq tipli sidik saxlamamazlıq. Ağırlaşma G44.3. Xroniki posttravmatik baş ağrısı, Posttravmatik kranilagiya. Ağırlaşma F48. Digər neqativ pozuntular, Kəskin asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər I67.8. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Xroniki baş beyin qan dövranı pozulması. Yanaşı xəstəliklər I10. Essensial (birincili) hipertenziya, Arterial hipertenziya III mərhələ.

5. Həmin göndərişdəki diaqnozlar üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2025-ci il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir.

Sual (a): Diaqnozlar faktiki olaraq mövcuddurmu? Aparılmış tibbi təhlil nəticəsində müəyyən edilir ki, Forma 88-də qeyd olunan bütün diaqnozlar iddiaçı İddiaçı faktiki olaraq mövcuddur və tibbi sənədlərlə təsdiqlənir. Belə ki, T90.5 - kəllədaxili travmaların nəticələri 1992ci ildə alınmış kəllə-beyin travması və onun davamlı qalıq əlamətləri ilə sənədlərlə sübuta yetirilir. G40.2 - simptomatik epilepsiya EEQ müayinəsində epileptik aktiv ocağın aşkar olunması və klinik olaraq tez-tez təkrarlanan qıcolmaların, yəni ay ərzində 9-12 dəfə baş verən tutmaların mövcudluğu ilə təsdiqlənir. G93.4 və R41 - ensefalopatiya və koqnitiv pozuntular MRT və KT müayinələrində qlioz ocaqları, həmçinin psixi statusda aşkar olunmuş pozuntularla təsdiq edilir. N39.4 - sidik saxlamamazlıq nevroloji mənşəli funksional pozuntu kimi klinik olaraq mövcuddur. I10 və I67.8 - arterial hipertenziya və beyin qan dövranı pozuntuları isə instrumental və klinik göstəricilərlə A.Səhhət ad.Xəstəxanada, Gəncə N saylı Hərbi Hissədə, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxansında ambulator və stasionar, instrumental və laborator müayinlərin nəticələri ilə öz təsdiqini tapır. Sual (b): Xəstəliklərin və ağırlaşmaların dərəcəsi nədir? Aparılmış qiymətləndirmə əsasında iddiaçının sağlamlıq vəziyyəti orta-ağır, bəzi komponentlər üzrə isə ağır dərəcəli funksional pozuntu kimi qiymətləndirilir. Belə ki, epileptik tutmaların yüksək tezliklə baş verməsi və huşun itirilməsi, koqnitiv funksiyaların, yəni anlama, yaddaş, qavrama və ünsiyyət qabiliyyətinin pozulması, sidik saxlamamazlıq və xroniki nevroloji defisit şəxsin əmək qabiliyyətini, sosial adaptasiya imkanlarını və özünəqulluq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu hallar artıq lokal və müvəqqəti pozuntu deyil, sistemli funksional çatışmazlıq kimi qiymətləndirilməlidir. Sual (c): Səbəb əlaqəsi varmı? Aparılmış tibbi və hüquqi təhlil göstərir ki, iddiaçıda mövcud olan xəstəliklərlə 1992- ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma arasında birbaşa səbəb əlaqəsi mövcuddur. Belə ki, travma faktı rəsmi qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. Baş beyin strukturlarında müəyyən edilmiş qlioz ocaqları və digər üzvi dəyişikliklər posttravmatik epileptik aktivlik mənbəyi təşkil etməsi istisna olunmur. Xəstəliyin klinik inkişafı da travmadan sonrakı dövrdə formalaşmış və zaman keçdikcə proqressiv xarakter almışdır. Bununla yanaşı, araşdırma zamanı müəyyən edilmişdir ki, kəllə sümüklərində qəlpələrin mövcudluğu travmanın ağırlığını və partlayış xarakterini göstərir. Nevroloji simptomatika, o cümlədən tremor, koordinasiya və koqnitiv pozuntuları və digər klinik əlamətlər davamlı xarakter daşıyır. Qeyd olunan hallar xəstəliyin təsadüfi xarakter daşımadığını, əksinə üzvi və davamlı patoloji proses olduğunu göstərir. Həmçinin onu da diqqətinizə çatdırmaq istəyirik ki, İddiaçı hazırda “xxxx” publik hüquqi şəxsinin Abbas Səhhət adına Xəstəxanasının Nevroloji şöbəsində stasionar qaydada müalicə almaqdadır. Bu səbəbdən də ona tibbi xidmətin göstərilməsi hazırda davam etdirilir. Bununla yanaşı, araşdırma materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli elektroensefaloqrafik müayinə protokolu da təhlil edilmişdir. Həmin müayinənin nəticələrinə əsasən, iddiaçı İddiaçı sol yarımkürənin temporal nahiyəsində epileptik aktiv ocağın mövcudluğu müəyyən edilmiş, eyni zamanda baş beynin bioelektrik aktivliyinin yetərsiz olduğu qeyd olunmuşdur. Qeyd edilən EEQ nəticələri klinik olaraq müşahidə olunan tez-tez təkrarlanan qıcolma tutmaları ilə tam uyğunluq təşkil edir və simptomatik epilepsiyanın (G40.2) mövcudluğunu instrumental müayinə ilə obyektiv şəkildə təsdiq edir. Beləliklə, təqdim olunmuş elektroensefaloqrafik müayinə nəticələri iddiaçının nevroloji vəziyyətinin ağırlığını və xəstəliyin üzvi xarakter daşıdığını bir daha sübuta yetirir, eyni zamanda yuxarıda göstərilən tibbi qənaətlərlə tam uyğunluq təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, onun əlillik vəziyyətinin qiymətləndirilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qarabağ Müharibəsində iştirak edərkən 2 dəfə - 1992-ci ilin may və iyul aylarında yaralanmış, həmin vaxt o, hospitallarda stasionar qaydada müalicə olunmuşdur. Aldığı travmanın və fəsadlarının onda ciddi problemlər yaratması səbəbindən o, müraciət edib əlilliyinin qiymətləndirilməsini xahiş etmiş və 2017-ci ildə ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli Qərarı ilə aldığı travmanın “hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması” qeyd edilmiş, səhhətindəki problemlərə görə ona 2019-cu ildə Qarabağ Müharibəsinin 2-ci dərəcəli əlilliyi verilmişdir. O, 5 il 2-ci qrup əlil kimi pensiya almış, 2024-cü ildə onun əlilliyi ləğv edilmişdir. Onun əlilliyinin yenidən təsdiqlənməsi üçün elektron qaydada etdiyi müraciətinə ##.##.2024-cü ildə imtina edilmişdir. Onun diaqnozunda “Kəllədaxili travmaların nəticələri. Kəllə-beyin travması Baş beyin silkələnməsindən sonrakı vəziyyət” göstərilmişdir. O, əlilliyinin müəyyən edilməsindən ötrü Bakı şəhərində X2 əyani müayinədə olmuş, yenə də əlilliyi qiymətləndirilməmişdir. Onun əlilliyinin qiymətləndirilməsindən imtina edilməsi ilə onun hüquqları pozulur, əlilliyə görə pensiya ala bilmir və nəticədə maddi imkansızlıq üzündən müalicə kurslarını vaxtında edə bilmir. Ağır xəstə olduğu üçün əmək qabiliyyəti yoxdur.

9. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə təqdim edilmiş və etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli * nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s. məsələləri yoxlamalıdırlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir.

10. Məhkəmənin ##.##.2025-cı il tarixli qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2025-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı ##.##.2025-ci il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi” tələbinə dəyişdirilmişdir.

11. Gəncə Inzibati Məhkəməsinin (hakim L.Əliyeva) ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı barəsində ##.##.2025-ci il tarixli diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarının ləğv edilməsi və İddiaçı ##.##.2025-i il tarixdən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” xəstəlik səbəbindən orqanizmin funksiyasının 65-80 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi zaman ilkin Forma 88 arayışında qeyd edilmiş diaqnoz üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, daha sonra iddiaçı tərəfindən məhkəmə icraatı davam etdiyi müddətdə yeni göndəriş vurulduğundan və yeni göndərişdə iddiaçının diaqnozu (T90.5 ) qeyd edildiyindən iddiaçının hazırki diaqnozu (T90.5) üzrə araşdırılma aparılmışdır. Bu səbəbdən də iddiaçının əvvəlki Forma 88 arayışında qeyd edilmiş diaqnoz üzrə təyin olunmuş ekspert rəyinə münasibət bildirilməmişdir. Iddiaçının Forma 88 arayışı ilə də müəyyən edilir ki, iddiaçı T90.5 Kəllədaxili travmaların nəticələri diaqnozu ilə uzun müddət Gəncə Birləşmiş Xəstəxanasında, Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-də dəfələrlə stasionar müalicə almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, *** nömrəli Xəstəlik haqqında şəhadətnaməsi ilə də müəyyən edilmişdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı diaqnoz : "Baş beyinin silkələnməsi” “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Iddiaçıya ##.##.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar “Dəqiqləşdirilməmiş ensefalopatiya, Keçirilmiş agır dərəcəli qapalı kəllə beyin travmasinin, silkələnməsinin,kontuziyasımn davamlı qalıq əlamətləri.(1992-ci il iyul ayı döyüş zonasında hərbi xidmət keçərkən) Postravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, Kəllədaxili hipertenziya.Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generalizə olunmuş toniko-klonik epileptik tutmalar (ayda 7-8 dəfə) Nevrasteniya, Asteno nevrotik sindrom” diaqnozu ilə beş il müddətinə ilkin olaraq ikinci dərəcə əlillik təyin edilmişdir. Buna görə də, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.2-ci bəndində əsasən müddətli ikinci dərəcə əlillik təyin edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə xxxxnın ##.##.2025-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə-beyin travmasının və beyin silkələnməsinin davamlı qalıq əlamətləri (1992). Simptomatik eplepsiya, tez-tez baş verən qıcolam tutmaları ilə (ayda 9- 12 dəfə).Xroniki baş beyin qan dövranı pozulması.Posttravmatik kranilagiya. Essensial (birincili) hipertenziya, Arterial hipertenziya III mərhələ. Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, Gəncə şəhər sakini ##.##.1966-cı il təvəllüdlü İddiaçı (FIN:*******) ##.##.2025-ci il tarixində əyani müayinədə olmuş və aşağıdakılar aşkar edilmişdir: Göndərişin nömrəsi: unikal kod Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: Xüsusi; Müraciətlərin sayı: 6; ##.##.2017- Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir; ##.##.2017- Göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir; ##.##.2018- Göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir; ##.##.2019- Göndərişin natamam doldurulması barədə qərar qəbul edilmişdir; 2019-2024-(5 il) II dərəcə ARƏB; ##.##.2024- Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. ESDAS-lar: 19420039239 3-17-4/3-1-21601/2024; Təqdimedilmiş sənəd sayı: 14; Hərbi bilet: Təqdim etməyib; Hərbi xidmət illəri: ---; Hərbi rütbə: ---; Qərar: MN MHK- ##.##.2017-ci il tarixli *** nömrəli Qərar; Obyektiv müayinə: sol gözündə görmə məhdudluğu, başağrısı, bayılma hallarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1 (bir) ay ərzində 3-4 dəfə, əsasən əsəbləşən zaman baş verdiyini, sol pəncənin üzərinə dəmir düşdüyü üçün sınıq olduğunu bildirmiş, medikamentoz preparatlardan “Depakine”, “Finlipsal”, “Spazmalgon” qutularını nümayiş etdirmişdir. Təqdim edilmiş tibbi sənədlərə əsasən şəkərli diabet xəstəliyi səbəbindən sol aşağı ətrafın IV barmağının amputasiya olunduğu qeyd edilmişdir. Cərrahi müayinə:(Ibrahimov Zahid)-Müayinə zamanı hər iki ön və arxa qamış arteriyalarının şaxəsi üzərində nəbz hiss edilmiş, sol ayağın IV barmağının amputasiyası qeyd edilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji müayinə: (Pərvanə Orucova) - şikayəti qıcolma tutmalarından ibarətdir. Anamnestik məlumatlarında 1 (bir) ay ərzində 3-4 tutması olduğunu, medikamentoz preparatlardan “Depakine”, “Finlipsal” qəbul etdiyini bildirmiş, ekspertiza üçün əhəmiyyətli olan EEQ-dalğalarını təqdim etməmişdir. ##.##.2025: ƏƏSMN tabeliyində DTSERA-da EEQ müayinəsindən keçmiş, müayinə nəticəsində “Epileptiform aktivlik aşkar edilmədi” kimi dəyərləndirilmişdir. DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adı: Elektroensefaloqramma, Aşağı ətraf arteriyalarının dopplerografiyası (nəticələr əlavədə). Qərarın əsaslandırılması: Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinə nəticəsinə əsasən epileptiform aktivlik aşkar edilməmişdir. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona ##.##.2022-ci il tarixli, *** saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadığından tam reabilitasiya barədə qərar qəbul edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Gəncə Inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilmiş və etirazda iddia ərizəsinin dəlilləri sadalanmış, həmçinin əlavə olaraq qeyd edilmişdir ki, necə olur ki, o, müharibədən sonrakı 27 ildə sağlamlığına qovuşmamış, amma 5 il pensiya aldı deyə onda olan bu qədər ağır xəstəliklər və nəticələri aradan qalxmışdır. Amma bu belə deyil. Aldığı kantuziya nəticəsində onun baş ağrıları gecə-gündüz dayanmır. Ağrıdan yata bilmədiyinə görə bədənində bir sıra da başqa xəstəliklər yaranmışdır. Əlilliyinin qiymətləndirilməsindən imtina edilməsi ilə onun hüquqları pozulmuş, o, əlilliyinə görə pensiya ala bilmir və nəticədə maddi imkansızlıq üzündən müalicə kurslarını vaxtında edə bilmir. Ağır xəstə olduğu üçün əmək qabiliyyəti yoxdur. Bütün bunlara baxmayaraq cavabdeh tərəf məhkəmənin çıxardığı obyektiv və ədalətli qərardan apellyasiya şikayəti vermişdir. Əslində verilmiş şikayət heç bir dəlilə əsaslanmayan formal bir şikayətdir. Şikayət müəllifi hamiya məlum olan maddələri və Azərbaycan Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası"nın bir neçə bəndini yazmaqla iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4 Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar%C 4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar" \t "_blank" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: Bənd 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Bənd 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61- 80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. Bənd 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 6.1 Başın travmalarının nəticələri. T90 6.1.2. Ümumi beynin təzahür edən pozuntuları ilə baş beynin əzilməsi, kontuziyası zamanı - orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir. Bənd 6.7. Epilepsiya. G40 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla, 2 il müddətinə əlillik dərəcəsi təyin edilir.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X7: Bənd 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək.

22. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

23. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

24. IPM-in 2.2.2. Inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. IPM-in 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

27. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

28. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

29. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

30. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

31. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

32. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

33. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

34. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir.

35. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

38. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

39. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

40. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2017-ci il tarixli, *** nömrəli Xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və ##.##.1992-ci ildən ##.##.1992-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma - diaqnoz: "Baş beyinin silkələnməsi” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

41. İddiaçı “Dəqiqləşdirilməmiş ensefalopatiya, Keçirilmiş ağır dərəcəli qapalı kəllə beyin travmasının, silkələnməsinin, kontuziyasının davamlı qalıq əlamətləri.(1992-ci il iyul ayı döyüş zonasında hərbi xidmət keçərkən) Postravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya, Kəllədaxili hipertenziya. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Generalizə olunmuş toniko-klonik epileptik tutmalar (ayda 7-8 dəfə) Nevrasteniya, Asteno nevrotik sindrom” diaqnozu ilə ##.##.2019-cu il tarixdən ilkin olaraq 5 (beş) il müddətinə (##.##.2024-cü il tarixədək) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.

42. Iddiaçı barəsində rəsmiləşdirilmiş Y********MJB nömrəli göndərişdəki diaqnozlar (Kəllədaxili travmaların nəticələri, Kəllə-beyin travması, Baş beyin silkələnməsindən sonrakı vəziyyət) üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətini ##.##.2024-cü il tarixdə qiymətləndirərək, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul etmişdir. Iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün sonuncu dəfə tibb müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə Q********HDS nömrəli göndəriş rəsmiləşdirilmiş, əlilliyi həmin göndəriş əsasında qiymətləndirilmiş və Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən sonuncu dəfə rəsmiləşdirilmiş ##.##.2025-ci il tarixli göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz T90.5. Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasının və beyin silkələnməsinin davamlı qalıq əlamətləri (1992). Ağırlaşma R41. Dərk etmə və qavrama qabiliyyətinə aid olan digər simptomlar, Koqnitiv funksiyaların (anlama, qavrama, yaddaş) pozulması. Ağırlaşma G40.2. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Simptomatik eplepsiya, tez-tez baş verən qıcolam tutmaları ilə (ayda 9-12 dəfə). Ağırlaşma G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya II mərhələ. Ağırlaşma N39.4. Qeyri-iradi sidik ifrazının digər dəqiqləşdirilmiş formaları, Qabıq tipli sidik saxlamamazlıq. Ağırlaşma G44.3. Xroniki posttravmatik baş ağrısı, Posttravmatik kranilagiya. Ağırlaşma F48. Digər neqativ pozuntular, Kəskin asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər I67.8. Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Xroniki baş beyin qan dövranı pozulması. Yanaşı xəstəliklər I10. Essensial (birincili) hipertenziya, Arterial hipertenziya III mərhələ.

44. Həmin göndərişdən və xəstəlik tarixindən çıxarışlardan müəyyən olunur ki, İddiaçı əsas diaqnoz “T90.5. Kəllədaxili travmaların nəticələri” üzrə ambulator müraciətlər etmiş, həmçinin həmin diaqnoz üzrə ##.##.2024-##.##.2024-cü il tarixlərdə Gəncə Birləşmiş Xəstəxanasında, ##.##.2024-##.##.2024 və ##.##.2025-##.##.2025-ci il tarixlərdə "xxxx" publik hüquqi şəxsində, ##.##.2026-##.##.2026-cı il tarixlərdə Abbas Səhhət adına Xəstəxanada stasionar müalicələrdə olmuşdur.

45. Bundan başqa, həmin göndərişdə “Status localis” qrafasında onun nevroloji və psixi statusu ilə bağlı qeyd edilmişdir ki, “Huşu aydındır. Meningial əlamətləri yoxdur. Palpasiya zamanı kəllənin sinir damar dəstəsi ağrılıdır. Bəbəklər dairəvi D=S, fotoreaksiya zəifdir. Göz almalarının kənara hərəkəti məhduddur. Sol gözdə konvergensiya pozulub. Dili orta xətt üzrə, udması sərbəstdir. Burun dodaq büküşləri bir qədər asimmetrikdir. Vətər və sümüküstü reflekslər D=S, orta canlıdır. Parez izlənmir. Romberq vəziyyətində dayanıqsızdır, göz qapaqları və əl barmaqlarının tremoru qeyd olunur. Yaddaşı, yuxusu pozulub. Tez-tez baş ağrıları müşahidə olunur. Ayda 9-12 dəfə qıcolma tutmaları baş verir. Tutma zamanı xəstə huşunu itirir, ətraflarda tonik və klonik qıcolmalar qeyd olunur. Tutma 5-6 dəqiqə çəkir. Sidiyini saxlaya bilmir. Xəstə daima Depakin 500 mq 1 tabx2 dəfə, Finlepsal 200 mq 1 tab x2 dəfə qəbul edir. Bələdliyi pozulub. Kontakta çətinliklə daxil olur. Verilən suallara ləng cavab verir. Yaddaşı zəifdir. Əhvalı aşağıdır. Aqressivdir.”

46. Həmçinin məhkəmə kollegiyasının müvafiq qərardadına əsasən “xxxx” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, **-*-**/*-***/**** nömrəli “Rəy verilməsi barədə” məktubunda qeyd edilmişdir ki, “aparılmış tibbi təhlil nəticəsində müəyyən edilir ki, Forma 88-də qeyd olunan bütün diaqnozlar iddiaçı İddiaçı faktiki olaraq mövcuddur və tibbi sənədlərlə təsdiqlənir. Belə ki, T90.5 - kəllədaxili travmaların nəticələri 1992-ci ildə alınmış kəlləbeyin travması və onun davamlı qalıq əlamətləri ilə sənədlərlə sübuta yetirilir. G40.2 simptomatik epilepsiya EEQ müayinəsində epileptik aktiv ocağın aşkar olunması və klinik olaraq tez-tez təkrarlanan qıcolmaların, yəni ay ərzində 9-12 dəfə baş verən tutmaların mövcudluğu ilə təsdiqlənir. G93.4 və R41 - ensefalopatiya və koqnitiv pozuntular MRT və KT müayinələrində qlioz ocaqları, həmçinin psixi statusda aşkar olunmuş pozuntularla təsdiq edilir. N39.4 - sidik saxlamamazlıq nevroloji mənşəli funksional pozuntu kimi klinik olaraq mövcuddur. I10 və I67.8 - arterial hipertenziya və beyin qan dövranı pozuntuları isə instrumental və klinik göstəricilərlə A.Səhhət ad.Xəstəxanada, Gəncə N saylı Hərbi Hissədə, ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxansında ambulator və stasionar, instrumental və laborator müayinlərin nəticələri ilə öz təsdiqini tapır. Həmçinin, aparılmış qiymətləndirmə əsasında iddiaçının sağlamlıq vəziyyəti orta-ağır, bəzi komponentlər üzrə isə ağır dərəcəli funksional pozuntu kimi qiymətləndirilir. Belə ki, epileptik tutmaların yüksək tezliklə baş verməsi və huşun itirilməsi, koqnitiv funksiyaların, yəni anlama, yaddaş, qavrama və ünsiyyət qabiliyyətinin pozulması, sidik saxlamamazlıq və xroniki nevroloji defisit şəxsin əmək qabiliyyətini, sosial adaptasiya imkanlarını və özünəqulluq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu hallar artıq lokal və müvəqqəti pozuntu deyil, sistemli funksional çatışmazlıq kimi qiymətləndirilməlidir. Bundan əlavə, aparılmış tibbi və hüquqi təhlil göstərir ki, iddiaçıda mövcud olan xəstəliklərlə 1992- ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma arasında birbaşa səbəb əlaqəsi mövcuddur. Belə ki, travma faktı rəsmi qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuşdur. Baş beyin strukturlarında müəyyən edilmiş qlioz ocaqları və digər üzvi dəyişikliklər posttravmatik epileptik aktivlik mənbəyi təşkil etməsi istisna olunmur. Xəstəliyin klinik inkişafı da travmadan sonrakı dövrdə formalaşmış və zaman keçdikcə proqressiv xarakter almışdır. Bununla yanaşı, araşdırma zamanı müəyyən edilmişdir ki, kəllə sümüklərində qəlpələrin mövcudluğu travmanın ağırlığını və partlayış xarakterini göstərir. Nevroloji simptomatika, o cümlədən tremor, koordinasiya və koqnitiv pozuntuları və digər klinik əlamətlər davamlı xarakter daşıyır. Qeyd olunan hallar xəstəliyin təsadüfi xarakter daşımadığını, əksinə üzvi və davamlı patoloji proses olduğunu göstərir. Bununla yanaşı, araşdırma materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli elektroensefaloqrafik müayinə protokolu da təhlil edilmişdir. Həmin müayinənin nəticələrinə əsasən, iddiaçı İddiaçı sol yarımkürənin temporal nahiyəsində epileptik aktiv ocağın mövcudluğu müəyyən edilmiş, eyni zamanda baş beynin bioelektrik aktivliyinin yetərsiz olduğu qeyd olunmuşdur. Qeyd edilən EEQ nəticələri klinik olaraq müşahidə olunan tez-tez təkrarlanan qıcolma tutmaları ilə tam uyğunluq təşkil edir və simptomatik epilepsiyanın (G40.2) mövcudluğunu instrumental müayinə ilə obyektiv şəkildə təsdiq edir. Beləliklə, təqdim olunmuş elektroensefaloqrafik müayinə nəticələri iddiaçının nevroloji vəziyyətinin ağırlığını və xəstəliyin üzvi xarakter daşıdığını bir daha sübuta yetirir, eyni zamanda yuxarıda göstərilən tibbi qənaətlərlə tam uyğunluq təşkil edir.”

47. Göründüyü kimi, iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən ##.##.2025-ci il tarixdə rəsmiləşdirilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.1.2 (T.90) və 6.7.3-cü (G.40) bəndlərinə uyğun olaraq orqanizmin funksiyalarının 65-80 pozulması səbəbindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə əlillik təyin olunmasına əsas verir.

48. Iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “Inzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

49. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan sözügedən diskresion səlahiyyətindən istifadə edərkən qanunun tələblərini gözləməli, mütənasiblik, qanunçuluq, qanun qarşısında bərabərlik və məqsədəuyğunluq kimi prinsiplərə riayət etməlidir. Burada qeyd etmək lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Inzibati orqan diskresion səlahiyyətindən istifadə edərək qərar qəbul etdikdə, məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini yoxlayır.

51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

52. “Inzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin əsaslarını, prinsiplərini və prosedur qaydalarını, məhz “Inzibati icraat haqqında” Qanun müəyyən edir və inzibati orqanlar yuxarıda göstərilən məsələlərdə yalnız bu Qanunun tələbləri çərçivəsində hərəkət etməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir.

53. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “Inzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır.

54. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, o, əvvəlki əlillik təyinatı zamanı və hazırda qeyd olunan xəstəlikdən əziyyət çəkir, ona qoyulmuş diaqnozda hər hansı dəyişiklik baş verməmiş və onda olan xəstəliklər ona əlillik təyin olunmasına əsas verir.

55. Məhkəmə kollegiyası inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan hallar işin yuxarıda sadalanan və əsaslandırılan halları ilə təkzib olunur.

56. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

57. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar