Məhkəmə qərarları › İş №2-1(3-7)-521/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-521/2026

07.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-521/2026 07.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bayramov Azər Vahid oğlu (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Kərimov Jalə Müseyib qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsinə qarşı uzun müddət ərzində əziyyət çəkdiyi “insulindən asılı şəkərli diabet İ tip” əsas xəstəliyinin xroniki ağırlaşmaları (diabetik retinopatiya, hər iki aşağı ətrafda diabetik makroangiopatiya), eləcə də hədəf orqanlarının zədələnməsi ilə müşaiyət olunan “arterial hipertenziya” yanaşı xəstəliyi ilə əlaqədar AR Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.3.1, 11.2.5.1, 2.1.1-ci bəndlərinə əsasən ona ##.##.2024-cü il tarixdən II dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadından cavcabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, uzun müddət ərzində əziyyət çəkdiyi “insulindən asılı şəkərli diabet İ tip” əsas xəstəliyinin xroniki ağırlaşmaları (diabetik retinopatiya, hər iki aşağı ətrafda diabetik makroangiopatiya), eləcə də hədəf orqanlarının zədələnməsi ilə müşaiyət olunan “arterial hipertenziya” yanaşı xəstəliyi ilə əlaqədar AR Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.3.1, 11.2.5.1, 2.1.1-ci bəndlərinə əsasən ona ##.##.2024-cü il tarixdən II dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmiş, İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65- 80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh kassasiya şikayəti verərək, ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkün sayılmaması və şikayətin qəbulundan imtina edilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı ərizə ilə məhkəməyə təqdim edərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının düzgün icra olunmasını, iddia ərizəsində və həmin məhkəmə qərarında qeyd olunmuş “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavənin 11.2.3.1, 11.2.5.1, 2.1.1-ci bəndlərinə əsasən ona ## ######## 2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh tərəfindən icra olunmasının təmin edilməsini xahiş etmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının icrasının nəticəsində qəbul edilmiş İddiaçı ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə 2 il müddətinə ikinci dərəcə əlilliyin təyin edilməsinə dair qərar ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiqlənmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 11.2.3.2, 11.2.5.2, 2.1.2-ci bəndlərinə əsasən ##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana 10 gün müddət təyin edilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh apellyasiya şikayəti verərək, ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadının ləğv edilərək, ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh hüquq varisi kimi tanınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq isə qeyd etdi ki, cavabdeh orqan ##.##.2026-cı il tarixdə məhkəmə qərardadını icra etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, qərardaddan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Apellyasiyanın mümkünlüyü əsasları dedikdə, şikayətin IPM-nin 81-ci maddəsində nəzərdə tutulan şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, şikayətin mümkünlüyündən bəhs edən 83-cü maddəsində müəyyən edilmiş halların mövcudluğu, 85-ci maddədə təsbit olunmuş tələblərə riayət olunmaqla verilməsi və digər şərtlərə əməl olunması başa düşülür. Apellyasiyanın mümkünlüyü məsələsinin həlli, apellyasiya şikayətinin qeyd olunan normalar üzrə yoxlanılmasını ehtiva edir. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin aşağıdakı normalarına əsasən: 9-1.1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri Inzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində qeyd olunan məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə şikayətin verilməsidir. Qeyd edilməlidir ki, IPM-in 9-1.1-ci maddəsi imperativ xarakter daşımamaqla “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə tərəflərə inzibati məhkəmə icraatının aparılması qaydası ilə bağlı seçim imkanı verir. IPM-in 9-1.3cü maddəsi isə imperativ olaraq müəyyən edir ki, inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Iş materiallarında olan “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarış ilə müəyyən olunur ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ##.##.2026-cı il tarixdə cavabdehə məxsus şəxsi elektron kabinetdə yerləşdirilmiş, sonuncu tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 10 gün müddət ötürüldükdən sonra, yəni ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Əvvəla qeyd edilməlidir ki, baxılan iş üzrə mübahisələndirilən məhkəmə qərardadının nəticəvi hissəsində qərardaddan müstəqil qaydada şikayət verilməsi istisna edilsə də, cavabdeh həmin qərardaddan apellyasiya şikayəti vermişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, mübahisələndirilən qərardadda cavabdehin üzərinə əlavə öhdəlik qoyulmamış, yalnız qanuni qüvvəsini almış məhkəmə qərarının düzgün şəkildə icra edilməsi üçün inzibati orqana 10 gün müddət təyin edilmişdir. Bu halda cavabdehin hüquqlarının pozulmasından söhbət gedə bilməz. O da qeyd edilməlidir ki, cavabdehin həmin qərardaddan şikayət vermək hüququ olduğu nəzərə alınsa belə, onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, IPM-in 85.1-ci maddəsinin tələbinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə qərardadından şikayət verilmənin son müddəti ##.##.2026-cı il tarixdə başa çatmışdır. Hazırkı işdə cavabdeh tərəfin qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermək imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən ötürülmüşdür. Bundan əlavə, iddiaçı məhkəmə kollegiyasının iclası zamanı məhkəmə qərardadının ##.##.2026-cı il tarixdə icra edildiyini bildirmiş və buna dair cavabdeh orqan tərəfindən ona təqdim edilmiş müvafiq məktubu və elektron portaldan çıxarışı təqdim etmişdir. Göründüyü kimi hazırki şikayət üzrə mübahisə də aradan qalxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya mümkün sayılmayaraq apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməsindən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir (Inzibati Prosessual Məcəllənin 87.3 və 87.4-cü maddələri). Yuxarıda şərh olunanlara əsasən, Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 81, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar