Məhkəmə qərarları › İş №2-1(3-7)-522/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-522/2026

01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-522/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: qərarın ləğvi, əvəzləşdirilmiş və tutulmuş vəsaitin geri qaytarılması Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasın katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın pensiyanın yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi, əvəzləşdirilmiş və tutulmuş cəmi 361.40 manat vəsaitin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Məhkəmə sorğusu ilə cavabdeh orqandan əldə edilmiş İddiaçı pensiya işindən müəyyən edilir ki: - İddiaçı ##.##.1997-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. - İddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı ##.##.2025-ci il tarixli müraciəti əsasında aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki ayların (5 ay) nəzərə alınmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar İddiaçı əmək pensiyası yenidən hesablanaraq 484,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla 734,34 manat) məbləğində müəyyən edilmişdir. Həmçinin, keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 121,41 manat fərq məbləği hesablanmışdır. - Cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq pensiya məbləği 947,45 manata artırılması, həmçinin həmin qərarın qeyd hissəsinə əsasən ona ##.##.2007-##.##.2012-ci illərdə ödənilən müavinət məbləğinin nəzərə alınması qərara alınmışdır.

2. İddiaçı cavabdeh orqana ##.##.2025-ci il tarixdə müraciət edərək, əmək pensiyasından tutulması məsələsinə baxılmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyasının sığorta hissəsinin ödənilməsi və artıq ödənilmiş pul vəsaiti haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-İ-******/**** nömrəli məktubda bildirilmişdir ki, ona ## ###### 1997-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilib. Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması üçün ## ######## 2025-ci il tarixində müraciəti daxil olub. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığ gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanır. Müraciəti əsasında aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki ayların (5 ay) nəzərə alınmadığı müəyyən olunub. Bununla əlaqədar əmək pensiyası yenidən hesablanaraq 484,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla 734,34 manat) məbləğində müəyyən edilib. Həmçinin keçmiş üç il müddət üçün ona ödənilməli olan 120,41 manat fərq məbləği hesablanıb. Eyni zamanda bildirilir ki, Mərkəzi Filiala müraciət etdiyi ## ######## 2025-ci il tarixinədək işləyən pensiyaçı kimi topladığı pensiya kapitalına əsasən pensiyası yenidən hesablanaraq 947,45 manata artırılıb, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 146,19 manat fərq məbləği müəyyən olunub. Bundan başqa bildirilir ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Aparılmış araşdırma zamanı ona Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007- ##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704,00 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş 704,00 manat vəsaitdən ödənilməli olan ümumilikdə 266,60 (120,41+146,19) manat fərq məbləği çıxılaraq büdcəyə bərpa olunub. Qalan artıq ödənilmiş 437,40 (704,00-266,60) manat vəsaitin 94,80 manat hissəsi cari ilin oktyabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Mərkəzi Filiala daxil olmuş müraciətlərinə əsasən # ###### 2025-ci il tarixindən əmək pensiyasından tutulma dayandırılıb. Qalıq artıq ödənilmiş 342,60 (437,40-94,80) manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etmək xahiş edirlər.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, qanunsuz tutulmuş 361.40 manat pensiya məbləğinin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1956-cı il tarixdə doğulmuşdur, keçmiş hərbi qulluqçu kimi əmək pensiyası alır. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyəti davam edir, 6 il işlədikdən sonra yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir. Pensiyasının məbləğinin ayda 947,95 manat olması barədə bildiriş alsa da, pensiyasını oktyabr 2025-ci il tarixdə alarkən 853,15 manat olduğunu görmüş, pensiyası əskik ödənilmişdir. Təkrar müraciət edərək buna açıqlıq verilməsini xahiş etmişdir. Cavab isə belə oldu: "Aparılmış araşdırma zamanı ona Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007- ##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704,00 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli,*** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş 704,00 manat vəsaitdən ödənilməli olan ümumilikdə 266,60 (120,41+146,19) manat fərq məbləği çıxılaraq büdcəyə bərpa olunub. Qalan artıq ödənilmiş 437,40 (704,00-266,60) manat vəsaitin 94,80 manat hissəsi cari ilin oktyabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Mərkəzi Filiala daxil olmuş müraciətlərinə əsasən # ###### 2025-ci il tarixindən əmək pensiyasından tutulma dayandırılıb. Qalıq artıq ödənilmiş 342,60 (437,40-94,80) manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyini xahiş edirlər". Cavabdeh qanunsuz olaraq pensiyasından 361.40 manat tutulma aparmış, o, şikayət yazandan sonra tutmanı dayandıraraq 342.60 manatın tutulmasına razılığını istəyir. Cavabdehin məktubunda qeyd etdikləri düzgün deyil, hesab edir ki, konstitusional hüquqları bilərəkdən pozulmuşdur. Ona görə məhkəməyə müraciət etməli olmuşdur.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina məktubunun dəlilləri ilə əsaslandırılmışdır (bax: qərarın 2-ci bəndi).

6. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki iddia tələbi “cavabdeh orqanın pensiyanın yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, 3-17-1/3-3- *****/**** nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi, əvəzləşdirilmiş və tutulmuş cəmi 361.40 manat vəsaitin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya yazılı etirazda qeyd edilənləri müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

9. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**- */*-*****/**** nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi, İddiaçı pensiyasından əvəzləşdirilmiş və tutulmuş cəmi 361.40 manat vəsaitin ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Beləliklə, inzibati orqan əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, ona ödənilməli məbləğlə qismən əvəzləşdirərək yerdə qalan məbləği onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Inzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Bildirilir ki, ##.##.1956-cı il təvəllüdlü İddiaçı ##.##.1997-ci il tarixindən xidmət illərinə görə pensiya təyin edilmişdir. “Inzibati icraat haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən Inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Tərəfimizdən aparılan araşdırma zamanı müvafiq artımlar zamanı iddiaçının təminat xərcliyinin artım hissəsinə tətbiq olunan faiz dərəcəsinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Bununla əlaqədar, əmək pensiyası yenidən hesablanaraq 1601,00 manata (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla) artırılmış, həmçinin keçmiş üç il üçün iddiaçıya ödənilməli olan 113,73 manat fərq məbləği müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanır. Bundan başqa, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. Aparılmış araşdırma zamanı iddiaçıya Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704,00 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Yuxarıda göstərilənlərə əsasən, iddiaçıya artıq ödənilmiş 704,00 manat vəsaitdən ona ödənilməli olan ümumilikdə 266,60 (120,41+146,19) manat fərq məbləği çıxılaraq büdcəyə bərpa olunmuşdur. Qalan artıq ödənilmiş 437,40 (704,00-266,60) manat vəsaitin 94,80 manat hissəsi cari ilin oktyabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmişdir. Iddiaçının Mərkəzi Filiala daxil olmuş müraciətlərinə əsasən # ###### 2025-ci il tarixindən əmək pensiyasından tutulma dayandırılmışdır. Qalıq artıq ödənilmiş 342,60 (437,40-94,80) manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş edilmişdir. Birinici instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, ona ödənilməli məbləğlə qismən əvəzləşdirərək yerdə qalan məbləği onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur”. Məhkəmənin yuxarıdakı mövqeyinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdıran üç ulduz ilə nişanlanmış ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının 36-cı bəndinə əsasən müvafiq məsələyə dair aşağıdakı kimi münasibət bildirilmişdir: Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Qeyd edilənlərə əsasən inzibati orqan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya münasibətdə artıqödəmə və əksikvermə məbləğlərini əvəzləşdirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Iş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanunauyğun aktı kimi qəbul etməyə imkan vermir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan “qərarın qeyd hissəsinin ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiası təmin olunmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şıkayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərinə əsasən, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 62.1. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

19. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

20. IPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. IPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

22. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

23. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

24. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

25. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

26. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

27. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

28. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

29. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

30. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.

31. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

36. Iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı İddiaçı ##.##.1997-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı ##.##.2025-ci il tarixli müraciəti əsasında aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki ayların (5 ay) nəzərə alınmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar İddiaçı əmək pensiyası yenidən hesablanaraq 484,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla 734,34 manat) məbləğində müəyyən edilmişdir. Həmçinin, keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 121,41 manat fərq məbləği hesablanmışdır. ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq 947,45 manata artırılmış, həmçinin həmin qərarın qeyd hissəsinə əsasən ona ##.##.2007-##.##.2012-ci illərdə ödənilən müavinət məbləğinin nəzərə alınması qərara alınaraq, ümumilikdə onun əmək pensiyasından 361,40 manat əvəzləşdirilmiş və tutulmuşdur.

37. Bundan sonra, iddiaçı əmək pensiyasından aparılan tutulma ilə bağlı ##.##.2025-ci il tarixdə cavabdeh orqana müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən “Əmək pensiyasının sığorta hissəsinin ödənilməsi və artıq ödənilmiş pul vəsaiti haqqında” ##.##.2025-ci il tarixli, *-**-*/*-İ-******/**** nömrəli məktubda bildirilmişdir ki, müraciəti əsasında aparılan araşdırma zamanı əmək pensiyasının müəyyən olunması üçün təminat xərcliyinə tətbiq edilən faiz dərəcəsinin hesablanması zamanı xidmət illərindəki ayların (5 ay) nəzərə alınmadığı müəyyən olunub. Bununla əlaqədar əmək pensiyası yenidən hesablanaraq 484,19 manat (maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və illər üzrə indeksləşdirmələr nəzərə alınmaqla 734,34 manat) məbləğində müəyyən edilib. Həmçinin keçmiş üç il müddət üçün ona ödənilməli olan 120,41 manat fərq məbləği hesablanıb. Eyni zamanda, Mərkəzi Filiala müraciət etdiyi ## ######## 2025-ci il tarixinədək işləyən pensiyaçı kimi topladığı pensiya kapitalına əsasən pensiyası yenidən hesablanaraq 947,45 manata artırılıb, həmçinin ötən dövr üzrə ona ödənilməli olan 146,19 manat fərq məbləği müəyyən olunub. Həmçinin, aparılmış araşdırma zamanı ona Mərkəzi Filial tərəfindən əmək pensiyası ödənildiyi dövrdə, eyni zamanda qanunvericiliyə zidd olaraq ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704,00 manat məbləğində sosial müavinətin ödənildiyi müəyyən edilib. Qeyd olunanlara əsasən, ona artıq ödənilmiş 704,00 manat vəsaitdən ödənilməli olan ümumilikdə 266,60 (120,41+146,19) manat fərq məbləği çıxılaraq büdcəyə bərpa olunub. Qalan artıq ödənilmiş 437,40 (704,00- 266,60) manat vəsaitin 94,80 manat hissəsi cari ilin oktyabr ayında əmək pensiyasından tutularaq büdcəyə bərpa edilib. Mərkəzi Filiala daxil olmuş müraciətlərinə əsasən # ###### 2025-ci il tarixindən əmək pensiyasından tutulma dayandırılıb. Qalıq artıq ödənilmiş 342,60 (437,40-94,80) manat vəsaitin əmək pensiyasından hissə-hissə tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir.

38. Beləliklə müəyyən olunur ki, hazırkı mübahisə cavabdehin ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının qeyd hissəsinin ləğv edilməsi, həmçinin əvəzləşdirilmiş və tutulmuş cəmi 361.40 manat vəsaitin ona ödənilməsi ilə bağlıdır.

39. Göründüyü kimi, iddiaçı pensiyasının yenidən hesablanmasını mübahisələndirmir. Iddiaçının mübahisələndirdiyi hal yenidən hesablama nəticəsində ondan vəsaitin tutulması və ona ödənilməli olan vəsaitin ödənilmədən artıq ödəmə ilə əvəzləşdirilməsi halıdır.

40. Bununla bağlı qeyd edilməlidir ki, əmək pensiyasından tutulma üzrə mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

41. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

42. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədənkənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir.

43. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır.

44. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.

45. Beləliklə, inzibati orqanın əmək pensiyaçısının razılığı və məbləğin tutulması barədə məhkəmə qərarı olmadan iddiaçıya artıq ödənilmiş məbləğ müəyyən edərək, ona ödənilməli məbləğlə qismən əvəzləşdirərək yerdə qalan məbləği onun əmək pensiyasından tutmağa başlamışdır ki, bununla da həmin artıq ödəmə iddiaçının təqsirli davranışı ilə bağlı olmadığı halda ona ödənilməli olan məbləğdə azalma baş vermişdir ki, bu da qanunsuz və əsassız olmuşdur.

46. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya ##.##.2007-##.##.2012-ci il tarixləri arasındakı dövr ərzində 704,00 manat məbləğində sosial müavinət bu sahədə səlahiyyətli qurumun qərarına əsasən aparılmış və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə, iddiaçıya müavinət təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.

47. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər, saxta sənədlər təqdim edilməsi və bu yolla sosial müavinət təyinatına nail olmasına dair cavabdeh orqan tərəfindən əsaslı sübut təqdim edilməmiş, eyni zamanda “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan digər halların mövcudluğu da sübuta yetirilməmişdir. Belə olan halda isə iddiaçının ona sosial müavinət təyin olunmasına dair cavabdeh orqanın hərəkətlərinə etimad hüququ olmuşdur.

49. Odur ki, hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqları təmin edilməmişdir. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri isə qərarın ləğvinə əsas vermir.

50. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar