Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-532/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəliov Eldar Yaşar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun ##.##.1983-cü ildən ##.##.1995-ci ilə kimi Kəlbəcər Rayon Istehlak Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2025-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı ##.##.1960-cı il tarixdə anadan olmuşdur.
2. ИТ-İ ******* nömrəli, ##.##.1994-cü il tarixli əmək kitabçasındakı qeydlərə əsasən, İddiaçı ##.##.1983-cü il tarixli, *** nömrəli əmrlə Kəlbəcər rayon Istehlak Cəmiyyətinə əmtəəşünas təyin edilmiş və ##.##.1995-ci il tarixli, ** nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir.
3. Cavabdehin iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-*/*-M-******/**** nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubunda qeyd edilmişdir ki, “Əlilliyə görə pensiya işi qovluğunuza daxil olan sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 16 il 4 ay 25 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 12 il 10 ay 25 gün sığorta stajınıza uyğun olaraq 13287,48 manat, ##.##.2020-ci il tarixindən ##.##.2025-ci il tarixinədək 1657,01 manat olmaqla ümumilikdə 14944,49 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1983-cü il tarixindən ##.##.1995-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrinə vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunub, həmçinin işdən azadolma əmrinin tarixi bazar gününə təsadüf edib) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz əmək kitabçanızın surəti əsasında sığorta stajınız qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək kitabçanızın surətində qeyd olunan dövrlərin mötəbərliyi tərəfimizdən araşdırılmamışdır. Əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təminatı hüququnuza yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, hazırda aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) fəaliyyətdə olduğunuz və “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləniz olduğu üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, VÖEN hesabınız ləğv edildikdən (və ya dondurulduqdan) və əmək müqavilənizə xitam verildikdən sonra müraciətiniz əsasında yaşa görə sosial müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır.” 4. 5.
6. Məhkəmə sorğusuna əsasən Kəlbəcər Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli, ** nömrəli məktubda qeyd edilmişdir ki, “vətəndaş İddiaçı 1993-1995-ci ilə qədər əmək fəaliyyəti ilə bağlı Kəlbəcər Rayon Icra Hakimiyyətinin və Kəlbəcər rayon Istehlak Cəmiyyətinin, Kəlbəcər rayon Dövlət Arxiv idarəsində mühafizə edilən fond işlərinə baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş İddiaçı Rustəm oğlu Kəlbəcər Rayon Icra Hakimiyyəti Başçısının ** saylı ## ##### 1993-cü il tarixli Sərəncamı ilə Kəlbəcər rayon Istehlak Cəmiyyətinə müvəqqəti direktor təyin edilmişdir. Müəssisənin ** saylı 22-VII-1993-cü il tarixli digər Sərəncamı ilə yenidən direktor vəzifəsinə təyin edilmişdir. Sərəncamların təsdiq edilmiş kserosurətləri məktuba əlavə edilir. Nəzərinizə çatdırılır ki Kəlbəcər rayon Istehlak Cəmiyyətinin əmək haqqı ödəniş cədvəlləri Arxivə verilməmişdir.”
7. Həmin məktuba qoşma şəklində əlavə edilmiş: -Kəlbəcər Rayon Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, ** nömrəli sərəncamına əsasən, Kəlbəcər rayon X5 Birliyinin direktoru vəzifəsinin icrası Azərittifaqda təsdiq olunana qədər İddiaçı həvalə edilmişdir. - Kəlbəcər rayon Istehlak Cəmiyyətinin sərəncam kitabında olan qeydlərə əsasən müəyyən edilir ki, İddiaçı ##.##.1993-cü il tarixli, ** nömrəli sərəncama əsasən Kəlbəcər rayon X5 Birliyinin direktoru vəzifəsinə təyin edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması bərədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, ##.##.1979-cu ildən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Zəngəzur regional filialına müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Imtinanın əsaslarından biri kimi, Nazirliyin elektron informasiya ehtiyatındakı məlumatlara əsasən ##.##.2006-cı ildən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilmişdir. Halbuki, 2018-ci ilin aprel–dekabr ayları ərzində hər ay 23,40 manat olmaqla ümumilikdə 210,60 manat məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilmiş, bu hal fərdi şəxsi hesabdan çıxarışla təsdiq edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, ##.##.2018ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmış şəxslərə yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il ######ın #-dək olan sığorta stajı nəzərə alınmalıdır. Bu baxımdan, 2018-ci il üzrə ödənilmiş sosial sığorta haqları nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olduğu hesab edilir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə hazırkı tələb “onun ##.##.1983-cü ildən ##.##.1995-ci ilə kimi Kəlbəcər Rayon Istehlak Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2025-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir 11.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh orqanın nümayəndəsi X3 etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddianın təmin edilməsi, İddiaçı ##.##.1983-cü ildən ##.##.1995-ci il tarixə kimi Kəlbəcər Rayon Istehlak Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2025-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması onun təqsiri ilə bağlı deyil və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda, məhkəmə sorğusuna əsasən Kəlbəcər Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, Kəlbəcər Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, ** nömrəli sərəncamına əsasən, Kəlbəcər rayon X5 Birliyinin direktoru vəzifəsinin icrası Azərittifaqda təsdiq olunana qədər İddiaçı Rüstəm oğluna həvalə edilmişdir. Bu o deməkdir ki, iddiaçı həmin qurumda işçi olmuşdur ki, direktor vəzifəsi ona həvalə edilmişdir. Həmçinin arxiv arayışında qeyd edilmişdir ki, Kəlbəcər Rayon Istehlak Cəmiyyətinə aid ##.##.1993-cü il tarixdən ##.##.2005-ci il tarixədək olan sənədlər arxivdə saxlanılır. Digər tərəfdən Azərbaycan Mərkəzi Kooperativlər Ittifaqının ##.##.2026-cı il tarixli məktubu ilə təsdiqin tapır ki, Kəlbəcər rayon Istehlak Cəmiyyəti 1993-cü ilin aprel ayına kimi fəaliyyətdə olmuş, lakin rayonun işğalı ilə əlaqədar arxiv sənədləri qalmamışdır. Göründüyü kimi müəssisənin fəaliyyəti təsdiqin tapır. Sənədlərin olmaması isə iddiaçının iradə ifadəsindən kənar bir məsələdir. Bir sözlə iddiaçının Kəlbəcər Rayon Istehlak Cəmiyyətində işçi olması təsdiqin tapır. Bundan başqa belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının ##.##.1983-cü il tarixdən ##.##.1995-ci il tarixədək olan dövr üzrə əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi üçün kifayət qədər mötəbər və qanunvericiliyin tələblərinə cavab verən sübutlar yoxdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair ciddi şübhələr vardır: 1. əmək kitabçasında işə qəbul barədə qeydin təsdiqi üçün vurulmuş möhürdə həmin dövrdə tətbiq edilməyən latın qrafikalı əlifbadan istifadə olunmuş, 2. işdən azadolma əmri kimi göstərilən tarix qeyri-iş gününə təsadüf etmişdir. Bu hallar əmək kitabçasındakı qeydlərin sonradan edilməsi və ya sənədin etibarlılığı ilə bağlı əsaslı şübhələr yaratmışdır. Bundan başqa, məhkəmənin istinad etdiyi Kəlbəcər Rayon Icra Hakimiyyəti Başçısının ##.##.1993-cü il tarixli, ** nömrəli sərəncamı iddiaçının mübahisələndirilən bütün dövr ərzində əmək fəaliyyətini təsdiq edən sübut hesab edilməməlidir. Həmin sərəncam yalnız müəyyən tarixdə ona konkret vəzifənin icrasının həvalə olunmasını təsdiq edir və ##.##.1983-cü ildən ##.##.1995-ci il tarixədək fasiləsiz əmək fəaliyyətinin mövcudluğunu sübut etmir. Həmçinin, bildirilir ki, Kəlbəcər rayonu ## ##### 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Lakin iddiaçının əmək kitabçasında onun "Kəlbəcər rayon Istehlak Cəmiyyəti"ndə əmək fəaliyyətini ## ###### 1995-ci il tarixinədək davam etdirdiyi və məhz Kəlbəcər rayonunun işğalı ilə əlaqədar həmin tarixdə işdən azad olunduğu qeyd edilmişdir. Halbuki rayonun işğalı ## ##### 1993-cü il tarixində baş vermiş, həmin tarixdən sonra müəssisənin Kəlbəcər rayonunda fəaliyyət göstərməsi mümkün deyildir. Eyni zamanda qeyd edilir ki, “Kəlbəcər rayon Istehlak Cəmiyyəti"nin işğaldan sonrakı dövrdə başqa ərazidə yenidən təşkil olunaraq fəaliyyət göstərməsi, işçilərin ştat üzrə işlərini davam etdirməsi, əməkhaqqı almaları və ya əmək münasibətlərinin davam etməsi barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, ##.##.1993-cü il tarixindən ##.##.1995-ci il tarixinədək "Kəlbəcər rayon Istehlak Cəmiyyəti"-nin fəaliyyət göstərməsi və iddiaçının həmin tarixlərdə həmin müəssisədə işləyib əməkhaqqı alması mümkün olmadığı halda, əmək kitabçasında həmin qeydlərin edilməsi onun həqiqətə uyğun olmadığını sübut edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq məhkəmə tərkibinin suallarına cavabında qeyd etdi ki, ##.##.1983cü il tarixdən ##.##.1995-ci il tarixədək Kəlbəcər rayon Istehlak Cəmiyyətində əmttəşünas və cəmiyyətin direktoru vəzifələrində çalışmışdır. Kəlbəcər rayonunun işğalı ilə əlaqədar əmək kitabçası, eləcə də cəmiyyətin sənədləri orada qalmışdır, bu səbəbdən əmək kitabçası işğaldan sonra tərtib edilmişdir.
Tətbiq edilən hüquq normaları
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
23. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X8 yerli qurumları tərəfindən aparılır.
29. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
36. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
37. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
38. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
39. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
41. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
47. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərə əsasən sığorta stajının ümumilikdə 16 il 4 ay 25 gün təşkil etdiyini, eyni zamanda ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona ##.##.2025-ci il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
48. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.1960-cı il təvəllüdlüdür və ##.##.2025-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
49. Iddiaçının inzibati orqan tərəfindən qəbul edilən 16 il 4 ay 25 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran dövrlər ##.##.1983-cü il tarixindən ##.##.1995-ci il tarixinədək Kəlbəcər rayon Istehlak Cəmiyyətində işlədiyi əmək fəaliyyəti dövrləridir.
50. Cavabdeh inzibati orqanın imtinasının, eləcə də iddiaya dair etirazının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb aşağıdakılar olmuşdur: 1) iddiaçının ##.##.1983-cü il tarixində Kəlbəcər rayon Istehlak Cəmiyyətində əmtəəşünas vəzifəsinə daxilolma əmrinə vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunması; 2) "Kəlbəcər rayonunun erməni işğalçıları tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilsin" barədə ##.##.1995-ci il tarixli əmrin tarixinin bazar gününə təsadüf etməsi.
51. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
53. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
55. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X2) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
56. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
57. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən o, ##.##.1983cü il tarixli, *** nömrəli əmrlə Kəlbəcər rayon Istehlak Cəmiyyətinə əmtəəşünas təyin edilmiş və ##.##.1995-ci il tarixli, ** nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
59. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.
60. Bu baxımdan mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (iddiaçının ##.##.1983-cü il tarixində Kəlbəcər rayon Istehlak Cəmiyyətində əmtəəşünas vəzifəsinə daxilolma əmrinə vurulan möhürdəki yazılarda latın qrafikalı əlifbadan istifadə olunması və ##.##.1995-ci il tarixli əmrin tarixinin bazar gününə təsadüf etməsi) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd olunan hallar iddiaçının həmin dövrdə qeyd olunan müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilməməlidir.
61. Həmçinin məhkəmə kollegiyası cavabdehin müvafiq dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin iddiaçıya pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi, əslində və ilk növbədə, şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu, inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
62. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
63. Belə ki, əvvəla iddiaçının mübahisələndirilən dövrdə işlədiyi müəssisə Kəlbəcər rayonunda yerləşmişdir və işğal dövründə Kəlbəcər rayon Istehlak Cəmiyyətinin sənədləri erməni işğalçıları tərəfindən məhv edildiyi üçün onun işğala qədər əmək fəaliyyətinin təsdiq edən əlavə sənədlərin əldə edilməsi obyektiv səbəblərdən mümkün deyil.
64. Buna baxmayaraq iddiaçının işğaldan sonrakı fəaliyyətinə dair məlumatlar mövcuddur. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğulara əsasən əldə edilmiş Kəlbəcər Rayon Icra Hakimiyyəti başçısının ##.##.1993-cü il tarixli, ** nömrəli sərəncamından görünür ki, Kəlbəcər rayon X5 Birliyinin direktoru vəzifəsinin icrası Azərittifaqda təsdiq olunana qədər İddiaçı həvalə edilmişdir. Həmçinin, Kəlbəcər rayon Istehlak Cəmiyyətinin sərəncam kitabında olan qeydlərə əsasən müəyyən edilir ki, İddiaçı ##.##.1993-cü il tarixli, ** nömrəli sərəncama əsasən Kəlbəcər rayon X5 Birliyinin direktoru vəzifəsinə təyin edilmişdir.
65. Bundan başqa belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
66. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (16 il 4 ay 25 gün) və mübahisələndirilən sığorta stajı (11 il 5 ay) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
67. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
68. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
69. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.