Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-537/2026 01.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARI Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, iddiaçı Iddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “##.##.1980-ci ildən ##.##.2004-cü ilə kimi xxxx müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ## #### 2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, Iddiaçı ##.##.1957-ci il tarixdə anadan olmuşdur.
2. НЗ ******* nömrəli, ##.##.1976-cı il tarixli hərbi biletə əsasən, Iddiaçı ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
3. AТ-II ******* nömrəli, ##.##.1980-ci il tarixli əmək kitabçasındakı qeydlərə əsasən, Iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.
4. Iddiaçı barəsində tərtib edilmiş Gədəbəy "xxxx" Birliyinin ##.##.1980-ci il tarixli, ** nömrəli əmri ilə o, Gədəbəy rayonu "xxxx" Birliyinə sürücü təyin eilmiş və ##.##.2004-cü il tarixli, ** nömrəli əmrlə işdən azad edilmişdir.
5. Cavabdehin iddiaçıya ünvanlanan ##.##.2024-cü il tarixli, *-**-*/*-O-******/**** nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd edilmişdir ki, “təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 2 il 2 ay 18 gün təşkil edir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş ##.##.1980-ci il tarixindən ##.##.2004-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydləri latın qrafikalı möhürlə təsdiqlənmişdir) sözügedən dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Fondun * saylı Qazax-Tovuz regional filialına təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə ##.##.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir.” 6.
7. Məhkəmə sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, ““Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Gədəbəy rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997-ci il tarixli, **** nömrəli sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Məlumat üçün bildiririk ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında Iddiaçı adı aşkar olunmuşdur.”
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.1976-cı il tarixindən, ##.##.1978-ci il tarixinə kimi (2 il 19 gün) ordu sıralarında həqiqi hərbi xidmətdə olduğu illər, ##.##.1980-ci il tarixindən, ##.##.1980-ci il (2 ay, 23 gün) tarixinə kimi Qazaxıstan Respublikasında Təmir Tikinti idarəsində çilingər işlədiyi aylar, eləcə də ##.##.1980-ci il tarixindən, ##.##.2004-cü il (23 il,3 ay, 4 gün) Gədəbəy rayon "xxxx" birliyində sürücü işlədiyi iş stajı, cəmi 25 il 6 ay 25 gün sosial sığorta stajının olduğunu nəzərə alıb, ##.##.2022-ci il tarixindən ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması bərədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o ##.##.1957-ci il tarixdə Qasım Ismayılov şəhərində anadan olmuş, hazırda Gədəbəy rayonunun Düzyurd kəndində yaşayır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ##.##.2022-ci il tarixdə onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bununla bağlı tələb olunan sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etmişdir. Lakin cavabdeh orqan sosial sığorta stajının 25 ildən az olduğunu və 2006–2018-ci illər üzrə pensiya kapitalının qeydə alınmadığını əsas gətirərək ona yaşa görə əmək pensiyası deyil, 220 manat məbləğində sosial müavinət təyin etmişdir. Iddiaçı həmin qərardan narazı qalaraq yenidən müraciət etmiş, həqiqi hərbi xidmət müddətinin, Qazaxıstan Respublikasında işlədiyi dövrün və Gədəbəy rayon “xxxx” Birliyində 1980–2004-cü illərdə sürücü işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan əmək kitabçasındakı qeydlərin düzgün rəsmiləşdirilmədiyini əsas gətirərək yaşa görə əmək pensiyasının təyinindən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, o, 1976–1978-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1980-ci il tarixdə Qazaxıstan Respublikasında işləmiş, 1980–2004cü illərdə isə Gədəbəy rayon “xxxx” Birliyində sürücü vəzifəsində çalışmışdır. Həmin dövrlər əmək kitabçası, hərbi bilet və müəssisə əmrləri ilə təsdiq olunur. Hesablamasına əsasən, onun ##.##.2006-cı il tarixinədək ümumi sosial sığorta stajı 25 ildən artıq olmuşdur. Buna baxmayaraq, cavabdeh orqan tərəfindən həmin müddətin staja daxil edilməməsi onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Daha sonra iddiaçı Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, onun ##.##.1980-ci ildən ##.##.2004-cü ilə kimi Gədəbəy rayon «xxxx» müəssisəsdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə Iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçı Iddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (##.##.2022-ci il tarixdə) çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. Iddiaçı Iddiaçı təqdim etdiyi sənədlərə əsasən ##.##.1976-cı il tarixdən ##.##.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 2 il 2 ay 18 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. "Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1980-ci il tarixdən ##.##.2004-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydləri latın qrafikalı möhürlə təsdiqlənmişdir) sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Daha sonra etiraz «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Işçilərin əmək kitabçasının forması və onun tərtibi» Qaydaları ilə əsaslandırılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş iddiaçı Iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdeh orqanın nümayəndəsi X2 etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim F.Əliyev) iddianın təmin edilməsi, Iddiaçı ##.##.1980-ci il tarixdən ##.##.2004-cü il tarixə kimi Gədəbəy rayon “xxxx” Birliyində işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı ##.##.2022-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
15. Məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçının əmək kitabçasının doldurulması qaydalarının pozulması onun təqsiri ilə bağlı deyil və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə sorğusuna əsasən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən ##.##.2025-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Gədəbəy rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997- ci il tarixli, **** nömrəli sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Məlumat üçün bildiririk ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında Iddiaçı adı aşkar olunmuşdur. Göründüyü kimi iddiaçının Gədəbəy rayon “xxxx” Birliyində işçi olması təsdiqin tapır. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.1957-ci il təvəllüdlü Iddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixində çatmışdır. Iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında ##.##.2006-ci il tarixdən ##.##.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd edilir ki, iddiaçının mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi sənədlərə əsasən ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 2 il 2 ay18 gün təşkil edir. Iddiaçının mübahisələndirilən sığorta stajı ##.##.1980-ci il tarixindən ##.##.2004-cü il tarixinədək “xxxx” MMC-də (Gədəbəy rayon “xxxx” Birliyi) işlədiyini iddia etdiyi 23 il 07 ay 26 gün müddətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1996-cı il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1980-ci il tarixindən ##.##.2004-cü il tarixinədək “xxxx” MMC-də (Gədəbəy rayon “xxxx” Birliyi) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlər sığorta stajına əlavə edilməmişdir. Belə ki, iddiaçının ##.##.1980-ci il tarixində işə daxil edilməsi, latın əlifbası ilə yazılmış və həmin qeyd latın əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə ##.##.1991-ci il tarixli Qərarda 1992-ci il tarixli latın qrafikalı Azərbaycan əlifbasının bərpası sahəsində keçirilən islahatlarda “möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsi” nəzərdə tutulmuşdur. Qeyd edilməsi zəruri hesab edilir ki, həmin Qanuna əsasən, latın qrafikalı əlifbaya, həmçinin möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə 1992-ci ildə başlanılmışdır. Lakin iddiaçı Iddiaçı əmək kitabçasında işə daxilolma qeydi ##.##.1980-ci il olmasına baxmayaraq, latın qrafikalı möhürlə təsdiqlənmişdir. Iddiaçının avqust ayında işdən azad edilməsinə baxmayaraq müvafiq əmrin nömrəsinin 2 olması qeyri-mümkündür. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2-1(114)-1599/2025 qərarında məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirilir ki, iddiaçının işlədiyini iddia etdiyi illərə dair məlumatları dəqiqləşdirmək üçün Mərkəzi Filial tərəfindən Gədəbəy rayon Dövlət Arxividə qarşılıqlı yoxlanma həyata keçirilmiş və “Gədəbəy rayon “xxxx” Birliyi”nin arxiv sənədləri Gədəbəy rayon Dövlət Arxivində aşkar edilməmişdir. Azərbaycan Respublikası Gədəbəy rayon X4 Inzibati Məhkəməsinə ünvanladığı ## ###### 2024-cü il tarixli, *** nömrəli məktubundan qeyd olunur ki, “Gədəbəy rayon “xxxx” Birliyi”nin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün filialda mühafizə olunmur. Bu səbəbdən Iddiaçı həmin idarələrdə işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. Sorğulara gələn cavab məktublarından da göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini təsdiq edən hər hansı bir məlumat aşkar edilməmişdir. Beləliklə, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş ##.##.1980-ci il tarixindən ##.##.2004-cü il tarixinədək “xxxx” MMC-də (Gədəbəy rayon “Kəndtəsərrüfatıkimya” birliyi)olan dövrlərin doldurulma qaydasının pozulması, həmçinin əldə edilmiş cavab məktublarında qeyd olunanlar iddiaçının həmin dövrlərdə işləməsi faktını şübhə altına salır. Həmçinin qeyd edilir ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026cı il tarixli *-*(***)-****/**** nömrəli qərarında ##.##.1980-ci il tarixindən ##.##.2024-cü il tarixinədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulmuşdur. Lakin iddiaçıya məxsus əmək kitabçasında onun işdən azad edildiyi tarix ##.##.2024-cü il deyil, ##.##.2004-cü il qeyd olunmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən iş ətraflı araşdırılmamışdır. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Iddiaçı şikayətin dəlilləri ilə razılaşmayaraq, Gəncə Inzibati Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq normaları
21. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 16. İ. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. “Insan hüquqları haqqında” Ümumi Bəyannamə: Maddə 25. İ hissə: Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan digər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir.
23. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakt; Maddə 9. Hər bir insanın, ictimai sığorta da daxil olmaqla, sosial təminat hüququ təsbit olunmuşdur. Həmin sənədin 4-cü maddəsinə əsasən bu Paktda iştirak edən dövlətlər etiraf edirlər ki, həmin hüquqlardan istifadə olunmasını bu Pakta müvafiq olaraq təmin edən bu və ya digər dövlət həmin hüquqlara yalnız qanunla müəyyən edilən və bu hüquqların təbiətinə uyğun olduğu qədər, həm də demokratik cəmiyyətdəümumi rifaha yardım göstərmək məqsədilə məhdudiyyətlər qoya bilər.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İ və II hissə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 yerli qurumları tərəfindən aparılır.
29. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1. Inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
30. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
31. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
32. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
33. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
34. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
35. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
36. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
37. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
38. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
39. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
40. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
41. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.
42. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
46. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
47. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı Iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə onun sığorta stajının 25 ildən az, yəni təqdim etdiyi sənədlərə əsasən sığorta stajının ümumilikdə 2 il 2 ay 18 gün təşkil etdiyini, eyni zamanda ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını bildirərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə ona ##.##.2024-cü il tarixli imtina məktubu göndərmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
48. Iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı Iddiaçı ##.##.1957-ci il təvəllüdlüdür və ##.##.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir.
49. Iddiaçının inzibati orqan tərəfindən qəbul edilən 2 il 2 ay 18 gün sosial sığorta stajı mövcuddur və mübahisə doğuran dövrlər ##.##.1980-ci il tarixdən ##.##.2004-cü il tarixədək “xxxx” MMC-də (Gədəbəy rayon “xxxx” Birliyi) işlədiyi əmək fəaliyyəti dövrləridir.
50. Cavabdeh inzibati orqanın imtinasının, eləcə də iddiaya dair etirazının dəlillərinə əsasən müəyyən edilir ki, mübahisələndirilən dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsindən imtinaya səbəb iddiaçının əmək kitabçasındakı ##.##.1980-ci il tarixindən ##.##.2004-cü il tarixinədək “xxxx” MMC-də (Gədəbəy rayon “xxxx” Birliyi) olan dövrlərin doldurulma qaydasının pozulması olmuşdur.
51. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın həmin dəlilinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
53. # ###### 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli, *** saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
55. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın “Sosial sığorta stajının hesablanması proseduru” adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi ##.##.2006cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X3) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
56. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
57. Iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasına əsasən o, ##.##.1980ci il tarixli, ** nömrəli əmrlə Gədəbəy rayonu "xxxx" Birliyi üzrə birliyə sürücü təyin edilmiş və ##.##.2004-cü il tarixli, ** nömrəli əmrlə öhdəliyində olan avtomaşın özəlləşdiyinə görə işdən azad edilmişdir.
58. Məhkəmə kollegiyası qeyd edir ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
59. Mübahisəsiz haldır ki, iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, nəzərə alınmalıdır ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir.
60. Bu baxımdan mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması (iddiaçının əmək kitabçasında işə daxilolma qeydinin ##.##.1980-ci il olmasına baxmayaraq, latın qrafikalı möhürlə təsdiqlənmişdir (baxmayaraqki həmin dövrdə kiril qrafikalı əlifbadan istifadə olunurdu)) iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd olunan hallar iddiaçının həmin dövrdə qeyd olunan müəssisədə işləmədiyinə dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd olunan hallar işəgötürənin məsuliyyət sferasına aid olduğundan həmin hallar iddiaçının ziyanına şərh edilməməlidir.
61. Həmçinin məhkəmə kollegiyası cavabdehin iddiaçının mübahisələndirilən dövrlər üzrə işlədiyi müəssisənin arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, müəssisənin arxivləşdirilməli olan sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından bu onun üçün mənfi nəticələr doğurmamalıdır. Bu baxımdan həmin dövrün iddiaçının sığorta stajına hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.
62. Digər tərəfdən məhkəmə sorğusuna Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubu ilə müəyyən edilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin Gədəbəy rayon “Kəndtəsərrüfatıkimya” Birliyinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin ##.##.1997ci il tarixli, **** nömrəli sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2007-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Həmçinin, “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında Iddiaçı adı aşkar olunmuşdur.
63. Göründüyü kimi iddiaçının Gədəbəy rayon “xxxx” Birliyində işləməsi öz təsdiqini tapır.
64. Iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il ümumi sığorta stajı tələb olunur ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilən (2 il 2 ay 18 gün) və mübahisələndirilən sığorta stajı (23 il 07 ay 26 gün) nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajı yaranmış olur.
65. Göründüyü kimi, o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki: 1. Qanunla müəyyən edilmiş yaşa çatmış olsun; 2. 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. Bu şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. Göründüyü kimi iddiaçı həm 25 il sığorta stajına malikdir, həm də qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır.
66. Odur ki, birinci instansiya məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
67. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.