Məhkəmə qərarları › İş №2-1(3-7)-56/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-7)-56/2026

24.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-56/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından iddiaçının vəkili (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Dövlət Vergi Xidməti ** saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2024-cü il tarixli *-**-*- **/*-***/**** nömrəli qərarı əsasında “xxxx” MMC-yə 2023-cü il üzrə 15.438,84 manat məbləğində mənfəət vergisi hesablanmışdır.

2. Həmin qərar ##.##.2024-cü il tarixdə “xxxx” MMC-nin elektron kabinetinə göndərilmiş və ##.##.2024-cü il tarixdə oxunmuşdur.

3. “xxxx” MMC ##.##.2024-cü il tarixli ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023-cü ilin mənfəət vergisi üzrə hesablanmış vergi borcunun ödənilməsi üçün müəyyən vaxt verilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsində birinci icraat:

4. İddiaçı “xxxx” MMC cavabdeh ** saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə ##.##.2024cü il tarixli *-**-*-**/*-***/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2021-ci il tarixdən vergi ödəyicisi kimi Cəmiyyət uçota alınmışdır. ## ####### 2021-ci il tarixdən isə «X1» (ƏDV) məqsədləri üçün Cəmiyyət qeydiyyata alınmışdır. Əsas fəaliyyət növü «Sementin topdan satışından» ibarətdir (Cəmiyyətin hüquqi ünvanı ünvan 1 VÖEN: **********). Cavabdeh tərəfindən ## ##### 2024-cü il tarixdə 2023-cü il üçün mənfəət vergisi üzrə 29.812,97 manat əlavə vergi məbləği hesablanaraq qərar qəbul edilmişdir. ## ##### 2024-cü il tarixdə cavabdehə inzibati şikayət verərək kameral vergi yoxlamasının nəticəsi ilə razı olmadığını, hesablanmış vergi məbləğinin şişirdilməsi rəqəmlərlə hesablandığını nəzərə alaraq yenidən araşdırmalar aparılaraq vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Yenidən araşdırma aparılacağı təqdirdə hesab edirdi ki, əldə etdiyi mənfəət vergisinin dərəcəsinin 20% olması nəzərə alınaraq hesablanmış 29.812,97 manat həmin faiz dərəcəsində müəyyən edilməli idi. Ancaq inzibati şikayəti əsasında ## #### 2024-cü il tarixdə cavabdeh tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 80.1.2-ci maddəsinə əsasən ## ##### 2024-cü il tarixli inzibati şikayətim qismən təmin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» ## ##### 2024-cü il tarixli qərar 15.438,84 manat verginin hesablanması hissəsində əsaslı hesab olunaraq dəyişdirilmədən saxlanılmış, 14.899,01 manat verginin hesablanması hissəsində ləğv edilmişdir. Yekun olaraq isə cavabdeh orqan tərəfindən ## #### 2024-cü il tarixli 3-21-2- **/*-***/**** nömrəli «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması» barədə qərar qəbul edilmişdir ki, həmin qərarla da ## ##### 2024-cü il tarixli **************** saylı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə» qərar ləğv edilmişdir. ## ##### 2024-cü il tarixli **************** saylı qərarın ləğv edilməsi ## #### 2024-cü il tarixli 3-21-2-18/2- ***/**** nömrəli qərarda öz əksini tapmışdır. Hesab edir ki, hesablanmış əlavə vergi məbləği 15.438,84 manata nisbətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinin normaları əsasında həll olunmalıdır. ## ###### 2024-cü il tarixədək əlavə vergi məbləği Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinin normalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, ** saylı Qərarı əsasında hesablanırdı. Hal-hazırda Vergi Məcəlləsinin 83.9-cu maddəsi ləğv edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı Qərarı öz hüquqi qüvvəsini itirmişdir. Biznes fəaliyyətini daha da genişləndirmək məqsədi ilə «xxxx» Qapalı Səhmdar Cəmiyyətindən ##.##.2023-cü il tarixdə uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 100.000 (yüz min) manat kredit məbləği götürmüşdür. Mövcud problemə görə fəaliyyətini dayandırmışdır. Daim problemsiz müştəri kimi bankla aralarında narazılıq yaranmışdır. Ödəmək qabiliyyətini tamamilə itirmişdir. Hesablanmış 14.899,01 manat əlavə vergi məbləğinin üzərinə peniya hesablanaraq ümumilikdə 20.989,34 manat borc yaranması barədə cavabdeh tərəfindən ## ####### 2024-cü il il tarixdə xəbərdarlıq göndərilərək 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II bəndində göstərilmişdir ki, "Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz". Yuxarıda göstərilən xüsusatları, humanizm prinsiplərini və onun maddi vəziyyətinin qənaətbəxş olmadığına əsaslanaraq hesab edir ki, ona hesablanmış borc məbləği silinməlidir.

6. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar ##.##.2024-cü il tarixdə iddiaçı cəmiyyətin elektron kabinetinə göndərilmiş və onun tərəfindən ##.##.2024-cü il tarixdə oxunmuşdur. Cəmiyyət tərəfindən isə ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin iddiaçı ##.##.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023-cü ilin mənfəət vergisi üzrə hesablanmış vergi borcunun ödənilməsi üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Sözügedən məktubdan görünür ki, iddiaçı ## ####### 2024cü il tarixə kimi ##.##.2024-cü il tarixli *-**-*-**/*-***/**** nömrəli qərarın mövcudluğundan məlumatı olmuşdur

7. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı (hakim G.Əliyeva) ilə iddia mümkün sayılmamışdır.

8. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, mübahisələndirilən ##.##.2024-cü il tarixli *-**-*-**/*-***/**** nömrəli qərar iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq ##.##.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və ##.##.2024cü il tarixdə oxunmuşdur.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı tərəf qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın araşdırılmasının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, müddətin buraxılmasına dair ərizənin verilməsinə dair zərurət yaranmasa da, məhkəmə tərəfindən hüquqi yardım ediləcəyi təqdirdə ötürülmüş müddətin üzrlü sayılması barədə ərizə təqdim ediləcəyi istisna edilmirdi. Lakin, məhkəmə onların iştirakını təmin etmədən iddianı mümkünsüz saymışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı təqdim edilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*- ****/**** nömrəli etirazın məzmunu iddia tələbinə qarşı təqdim edilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli etirazın məzmunu ilə eynilik təşkil etmişdir.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, tərəflərindən prosessual müddət ötürülməmişdir, belə ki, vergi orqanının mübahisələndirilən qərarı inzibati akt rekvizitlərinə malik deyildir. Bu səbəbdən prosessual müddətin bərpasına dair ərizə təqdim edilməsinə zərurət yoxdur.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.

16. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.5. Gücləndirilmiş elektron imza - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imza; 6.1. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. 22.1. Elektron sənəd ümumi və xüsusi hissələrdən ibarət quruluşa malikdir. 22.2. Elektron sənədin məzmunu və ünvanlandığı şəxs barədə məlumatlar onun ümumi hissəsində qeyd edilir. 22.3. Elektron sənədə əlavə edilən elektron imza (imzalar) və vaxt göstəricisi (göstəriciləri) elektron sənədin xüsusi hissəsində qeyd olunur. 24.4. Eyni şəxs tərəfindən kağız daşıyıcıda və elektron formada tərtib edilmiş eyni məzmunlu sənədin hər biri müstəqildir və bərabər hüquqi qüvvəyə malikdir. Bu halda kağız daşıyıcıdakı sənəd elektron sənədin surəti sayılmır.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtləri (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

20. Hazırda iddiaçı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması üzrə” ##.##.2024-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli qərarının ləğv olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamış, apellyasiya şikayətində iddia tələbinin mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

21. Məhkəmə kollegiyası xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olubolmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, tərəflər arasındakı mübahisənin publik hüquq münasibətlərindən irəli gələn mübahisə olması kimi ümumi mümkünlük şərtləri ilə yanaşı iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə də riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə ki, İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (Qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri).

24. Hazırki qərarın 14-16-cı bəndlərində qeyd olunanlardan göründüyü kimi, qanunvericilik inzibati akt barədə məlumat verilməsinin təqdim edilməsinin bir üsulu kimi elektron üsulu təsbit etmişdir. “Elektron üsulla göndərmək” ifadəsi hüquqi və texniki kontekstdə sənədin və ya məlumatın ənənəvi kağız daşıyıcıdan fərqli olaraq elektron kommunikasiya vasitələri ilə qarşı tərəfə çatdırılmasını nəzərdə tutur və bu bir neçə formada təzahür edə bilər: sənədin elektron fayl (məsələn, skan edilmiş nüsxə və s.) şəklində rəsmi e-poçt ünvanına ötürülməsi, elektron sənəd dövriyyəsi sistemləri vasitəsilə sənədin göndərilməsi və digər elektron rabitə vasitələrindən istifadə edilməsi (rəsmi mobil tətbiq, avtomatlaşdırılmış mesajlaşma sistemi, elektron inteqrasiya platformaları və s.).

25. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçıya mübahisələndirilən qərarı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsi ilə göndərmişdir ki, onun alt sistemi olan “Onlayn kargüzarlıq” sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir.

26. Mübahisələndirilən inzibati akt vergi orqanı tərəfindən istifadə edilən ASAN imza - gücləndirilmiş elektron imza ilə imzalanmışdır. Hazırda inzibati aktın kağız daşıyıcısında olan zahiri görünüşündən bunu müəyyən etmək mümkün olmasa da, elektron sənədin özünü (elektron qaydada imzalanıb-imzalanmadığını, imzalanma tarixini və imzalayan şəxsi) ictimaiyyətə açıq və əlçatan olan ASANDOC portalı vasitəsi ilə yoxlamaq mümkündür.

27. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.2-ci maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən isə Alan bu hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

28. İddia müddəti axımının başlanılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 62.2-ci və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli qərarı iddiaçı ilə vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqaviləyə uyğun olaraq ##.##.2024-cü il tarixdə iddiaçının elektron kabinetinə göndərilmiş və ##.##.2024-cü il tarixdə saat 15:34də oxunmuş, məhkəməyə isə ##.##.2024-cü il tarixində müraciət edilmişdir.

29. Həmçinin iddiaçı ##.##.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinə müraciət edərək, 2023-cü ilin mənfəət vergisi üzrə hesablanmış vergi borcunun ödənilməsi üçün müəyyən vaxt verilməsini xahiş etmişdir. Sözügedən məktubdan görünür ki, iddiaçı ##.##.2024-cü il tarixli *-**-*-**/*-***/**** nömrəli qərarın mövcudluğundan ən geci ## ####### 2024-cü il tarixə kimi məlumatı olmuşdur.

30. İddiaçı Cəmiyyət ilə cavabdeh vergi orqanı arasında bağlanmış Elektron sənəd mübadiləsi haqqında müqavilədə aşağdakılar təsbit olunmuşdur: 2.5. Tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədin kağız (və ya yazılı şəkildə digər məlumat daşıyıcısı) üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edirlər. 2.7. Vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. 4.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri var: 4.1.7. Vergi orqanı tərəfindən elektron şəkildə göndərilmiş sənədlərlə mütəmadi olaraq (3 gündə bir dəfədən gec olmayaraq)tanış olmaq və lazımi tədbirlər görmək.

31. Belə olan halda, iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt - ##.##.2024cü il tarixli, *-**-*-**/*-***/**** nömrəli qərar üzrə iddia müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır.

32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisələndirilən qərarda ondan şikayət vermə qaydası və müddəti nəzərdə tutulduğu üçün ona və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddəsindəki 6 aylıq xüsusi müddət deyil, İPM-in 38.1-ci və "İnzibati icraat haqqında" Qanunun 73.1-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddət şamil edilir.

33. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

34. Apellyasiya şikayətinin “məhkəmə tərəfindən iddiaçıya buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etmək barədə hüquqi yardımın göstərilməməsi” dəlilinə münasibətdə qeyd edilməlidir ki, məhkəmə kollegiyası tərəfindən belə yardımı nəzərdə tutan sərəncam iddiaçı tərəfə təqdim edilsə də, sonuncu tərəfindən müddətin bərpasına dair ərizə təqdim edilməmiş, məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) belə ərizənin təqdim edilməsinə zərurət olmadığını, belə ki, vergi orqanının mübahisələndirilən qərarının inzibati akt rekvizitlərinə malik olmadığından – qərarın elektron imza ilə imzalanmadığından müddət axımının başlanmadığını, beləliklə də müddətin ötmədiyini bildirmişdir. Hansı ki, həmin dəlil yuxarıda qeyd olunanlarla təkzib olunur.

35. Odur ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olduğundan apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı,

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar