Məhkəmə qərarları › İş №2-1(3-7)-58/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-58/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-58/2026 05.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı inzibati iş üzrə QƏRARI Açar sözlər: ad və soyadın dəyişdirilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı “soyad və adın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Kəlbəcər rayonu qeydiyyat şöbəsinin ##.##.2019-cu il tarixli çıxarışından görünür ki, ##.##.1961-ci il təvəllüdlü X3 və ##.##.1960-cı il təvəllüdlü X4 arasında ##.##.1983-cü il tarixində nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Ismayılova” soyadı verilmişdir.

2. ##.##.1996-ci il tarixli, *** nömrəli Doğum haqqında akt qeydinə əsasən, İddiaçı ##.##.1996-cı il tarixdə doğulmuşdur. “Atası” qrafasında X3, “anası” qrafasında X5 yazılmışdır. 3.

4. * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli imtina qərarından görünür ki, Kəlbəcər rayon polis şöbəsinin ##.##.2024-cü il tarixli rəyinə əsasən, vətəndaş İddiaçı barəsində ##.##.2021-ci il tarixdə Naftalan rayon polis şöbəsi tərəfindən cinayət işi başlanılmış və Naftalan Rayon Məhkəməsi tərəfindən ##.##.2021-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə hökm çıxarılmış və məhkum edilmiş, eyni zamanda ##.##.2021-ci il tarixdə cinayət işinə xitam verilmişdir. Odur ki, Kəlbəcər rayon polis şöbəsi şəxsin adının və soyadının dəyişdirilməsini məqsədə müvafiq hesab etməmişdir.

5. Cavabdehspublikasının Baş Prokrorluğundan məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Cavabdehspublikasının Baş Prokrorluğunun Istintaq Idarəsində İddiaçı barəsində cinayət təqibi aparılmamışdır.

6. Cavabdehspublikasının Daxii Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-13-12/2- *****/**** №-li məktubundan görünür ki, ##.##.1996-cı il təvəlüdlü İddiaçı Naftalan Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixi qərarı ilə Cavabdehspublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət işinin icraatına xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir.

7. Cavabdehspublikası Baş Prokurorluğundan məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Naxçıvan MR, Bakı şəhəri və tabe rayon(şəhər) prokurorluqlarında ##.##.1996-cı il təvəlüdlü İddiaçı (FIN *******) barəsində cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat əldə edilməmişdir.

8. Cavabdehspublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxividən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-16-5/4-13-**/**** №-li məktubundan görünür ki, Vətəndaşıq vəziyyəti aktları avtomatlaşdırlmış qeydiyyat informasiya sisteminə daxil edimiş məlumatlar öyrənilərkən İddiaçı soyadının, adının və ata adının dəyişdirilməsi haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir.

9. Cavabdehspublikası Ədliyyə Nazirıiyi Göygöl Rayon Icra və Probasiya Şöbəsindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 3-16/1-****/** №-li məktubundan görünür ki, İddiaçı barəsində Göygöl rayon Icra və Probasiya Şöbəsinin icraatında hər hansı bir icra sənədi aşkar edilməmişdir.

10. Cavabdehspublikasının Mərkəzi Bankından məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, 6-1-21/3-****/**** №-li məktubundan bildirilir ki, “Kredit büroları haqqında" Cavabdehspublikası Qanununun 23.3-cü maddəsinə əsasən məlumat istifadəçilərinə Mərkəzləşdirilmiş Kredit Reyestrindən məlumat verilməsi ##.##.2018-ci il tarixindən dayandırılmışdır. Hazırda kredit tarixçələri “Kredit büroları haqqında" Cavabdehspublikası Qanununa əsasən "xxxx" MMC-də (ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi, 43, "X2", AZ1014) toplanılır və qanuna müvafiq qaydada məlumat istifadəçilərinə təqdim edilir. Nəzərə alınması xahiş olunmuşdur.

11. Cavabdehspublkası Dövlət sərhəd Xidmətindən məhkəməyə ünvanlanmış 02.05.20225-ci i tarixli, 3-38-33/2-****/** №-li məktubundan görünür ki, təvəllüdlü İddiaçı Cavabdehspublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Bununla yanaşı, ##.##.1996-cı il təvəllüdlü İddiaçı xarici ölkələrdən deportasiya olması barədə IAMAS bazasında məlumat qeydə alınmamışdır.

12. Cavabdehspublikası Ədliyyə Nazirliyi Goranboy Rayon Icra və Probasiya Şöbəsindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, ******/Z №-li məktubunda bildirilir ki, İddiaçı tərəf olduğu mülki iş üzrə sənədlərin surəti məhkəməyə göndərilir.

13. xxxxndan çıxarışa əsasən, İddiaçı ##.##.2025-ci il tarixə 1.616.32 manat məbləğində kredit ödənişi üzrə öhdəliyi mövcuddur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, soyadını və adını dəyişdirib “İddiaçı” adından “Bağırova Zeynəb”ə dəyişdirilməsi üçün * saylı Gəncə Asan Xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Əvəllər onun CM-nin 128-ci maddəsi ilə barəsində cinayət işinin olması, ##.##.2021ci ildə cinayət işinə xitam verilməsini əsas gətirərək soyadının və adının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Ona görə də, iddaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

17. Gəncə Inzibati Məhkəməsinin (hakim R.Tağıyeva) ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

18. Məhkəmə öz mövqeyində qeyd etmişdir ki, Cavabdehspublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxividən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı soyadını, adını və ata adını əvvəllər dəyişdirməmişdir. Lakin bununla belə məhkəmə iddiaçının soyad və adının dəyişdirilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, əvvəla iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı Naftalan Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixi qərarı ilə Cavabdehspublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət işinin icraatına xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir. Digər tərəfdən xxxx MMC-dən məhkəməyə daxil olmuş çıxarışa əsasən, İddiaçı ##.##.2025-ci il tarixə 1.616.32 manat məbləğində kredit ödənişi üzrə öhdəliyi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının soyadı və adının dəyişdirilməsi qeyd olunan öhdəliyin icrası ilə bağlı gələcəkdə hər hansı maeələr yaranmasına səbəb ola bilər.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

19. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin məlum qərarını əsassız hesab edir. Belə ki, işə baxan məhkəmə onun iddiasını təmin etmədən əsassız dəlillərlə iddianı rədd etmişdir. Qərarda məhkəmə qeyd edir ki, Naftalan Şəhər Məhkəməsinin ##.##.2021ci il tarixdə iddiaçı barəsində CM-nin 128-ci ilə məhkum edilmiş, eyni zamanda ##.##.2021-ci il tarixdə cinayət işinə xitam verilmişdir. Məhz buna görə cavabdeh orqan şəxsin adının və soyadının dəyişdirilməsi məqsədə müvafiq hesab etməmişdir. Bildirir ki, işə baxan məhkəmə nümayəndəsi olduğu şəxsin iddiasını rədd edərkən Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli qərarına istinad etmişdir. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Cavabdehspublikası vətəndaşının öz adını, atasının adını və soyadını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Işə baxan məhkəmə iddianı rədd edərkən Ailə Məcəlləsinin 189-cu maddəsində təsbit olunmuş hüququnu kobud şəkildə pozmuşdur. Məhkəmə onun 1.616.32 manat məbləğində kredit ödənişi üzrə öhdəliyinin mövcud olduğunu əsas tutaraq iddianı təmin etməmişdir. Halbuki kredit borcu onun tərəfindən ödənilir. Yəni kredit borcunun olması ilə adın, soyadın dəyişdirilməsindən imtina edilməsi bir daha qərarın əsassız olduğunu subut edir. Bundan başqa, onun barəsində 128-ci maddəsi ilə cinayət işinin olsa da, bu işə xitam verilmişdir. Bu da bir daha adın, soyadın və ata adının dəyişdirilməsinə mane ola bilməz. Məhkəmə iddianı rədd edərkən Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli qərara istinad edilmişdir. Bildirir ki, qanun hüquqi qüvvəsinə görə Nazirlər Kabinetinin qərarından yüksəkdir. Belə olan halda adın, soyadın, ata adının dəyişdirilməsi üçün əsaslı səbəb olmaması ilə imtina edilməsinin hüquqi əsası yoxdur. Yəni iddianın rədd edilməsi iddiaçının hüququnun əsassız olaraq pozulması deməkdir. Bundan başqa qərarda göstərilən dəlillərin heç biri iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məlum qərar ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehspublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları

23. Cavabdehspublikası Mülki Məcəlləsi: Maddə 26.1 və 26.2. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.

24. Cavabdehspublikası Аilə Məcəlləsi: Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 189. Cavabdehspublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.

25. Cavabdehspublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: Bənd 1.3. Cavabdehspublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Bənd 6.8. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə ərizə verən şəxsin soyadı, adı, atasının adı; adını, ata adını və ya soyadını dəyişdirmək istəyi; daşımaq istədiyi ad, ata adı və soyad; doğulduğu tarix və yer; milliyyəti və vətəndaşlığı; yaşayış və iş yeri, vəzifəsi; hərbi uçot yeri; əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada; ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah bağlanıb və ya pozulub, nə vaxt və harada); övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer); xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt və şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi) göstərilməlidir. Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

26. Cavabdehspublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri

27. IPM-in 2.2.3. Inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

28. IPM-in 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

29. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

30. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

32. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.

33. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

34. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.

35. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

36. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.

37. Baxılan mübahisə Cavabdehspublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulan öhdəliyin icrası haqqında iddiadır.

38. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə doğulmuş, onun doğumu barəsində ##.##.1996-ci il tarixli, *** nömrəli Doğum haqqında akt qeydi tərtib edilmiş, “atası” qrafasında X3, “anası” qrafasında X5 qeyd olunmuş və həmin akt qeydi əsasında XIX-ЖГ 414384 №li doğum haqqında şəhadətnamə verilmişdir. Iddiaçı * saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, ad və soyadının dəyişdirilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən isə bundan imtina edilmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

42. Qeyd edilməlidir ki, qanunvericliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, Cavabdehspublikası vətəndaşlarına 18 yaşına çatdıqdan sonra öz adını, ata adını və soyadını dəyişdirməsi imkanı tanınmışdır. Cavabdehspublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxividən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı soyadını, adını və ata adını əvvəllər dəyişdirməmişdir.

43. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı Naftalan Şəhər Məhkəməsinin ##.##.2021-ci il tarixi qərarı ilə Cavabdehspublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş və cinayət işinin icraatına xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir.

44. Digər tərəfdən, xxxx MMC-dən məhkəməyə daxil olmuş çıxarışı əsasında müəyyən edilmişdir ki, İddiaçı ##.##.2025-ci il tarixə 1.616.32 manat məbləğində kredit ödənişi üzrə öhdəliyi mövcuddur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin presedent hüququna görə ictimai marağın tələb etdiyi hallarda ad (soyad) dəyişdirmə imkanına qanuni məhdudiyyətlərin tətbiq olunması mümkündür.

46. “Cavabdehspublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Cavabdehspublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.

47. Bu mənada, kollegiya hesab edir ki, Cavabdehspublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın dəyişdirilməsi ilə bağlı nəzərdə tutulan məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim maraqlardan irəli gəlir (Ali Məhkəmənin # #### 2022-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı).

48. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məhdudiyyət həmçinin “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. Iddiaçı özünün bu hüququnu reallaşdırmasa da, lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyadı daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında, istinad olunan Qaydalarda ad və soyadın dəyişdirilməsinə qoyulan məhdudiyyət “demokratik cəmiyyətdə zərurilik” meyarı baxımından yolverilən sayılmalıdır.

49. Demokratik cəmiyyətdə zərurilik meyarı üzrə qiymətləndirmə aparılan zaman iddiaçını ad və soyadını dəyişməyə sövq edən səbəblər də nəzərə alınmalıdır. Iddiaçı isə bununla bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər göstərməmiş, sadəcə olaraq ad və soyadını dəyişmək istədiyini və onun hazırkı ad və soyadın onun üçün hüquq və azadlıqların həyata keçirilməsi baxımından real olaraq hansı problem və ya məhdudiyyətlər yaratdığını, hüquqlarını həyata keçirməyə hansı şəkildə maneə törətdiyini, yəni konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutları təqdim edə bilməmişdir.

50. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq, maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının soyadı və adının dəyişdirilməsi yuxarıda qeyd olunan öhdəliyin icrası ilə bağlı gələcəkdə hər hansı maeələr yaranmasına, eləcə də digər sui-istifadə hallarına səbəb ola bilər. Bu səbəbdən də cavabdeh inzibati orqanın hərəkəti Cavabdehspublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

51. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

52. Yuxarıda şərh olunanları və Cavabdehspublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Cavabdehspublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar