Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-69/2026 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Isgəndərova Aygül Vulqar qızı və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə Quluzadə Kənan Asiman oğlunun katibliyi iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları N nömrəli hərbi hissənin ##.##.1992-ci il tarixli ** nömrəli əmrindən çıxarışa əsasən, X2 şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissənin ##.##.1993-cü il tarixli *** nömrəli əmrindən çıxarışa əsasən, X2 İ tağımda tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.1994-cü il tarixdə döyüş şəraitində xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır. İddiaçı adına verilmiş НЗ №******* nömrəli hərbi biletdən görünür ki, ##.##.1989-cu ildən ##.##.1991-ci ilədək hərbi qulluq keçmiş, ##.##.1992-ci ildə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil olmuş, ##.##.1994-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış, ##.##.1992-ci ildən ##.##.1994-cü il tarixə kimi döyüşlərdə iştirak etmiş, ##.##.1994-cü il tarixdə döyüş şəraitində xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır. Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cı il tarixli **** nömrəli qərarı ilə Qazax RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, barəsində amnistiya tətbiq edilərək cəzadan azad edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə aldığı və ##.##.1994-cü ildən ## ##.1994-cü ilə kimi Qazax Mərkəzi Rayon Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma diaqnoz: "Sol diz oynağının iç səthində qəlpə, tış səthində qəlpə yarası. Təpə nahiyəsinin qəlpə yarası" (Azərbaycan Respublikası SHXÇDX-nin Qazax rayon şöbəsinin ##.##.2016-ci il tarixli *** nömrəli göndərişi, ##.##.2016-cı il tarixli *** nömrəli arayışı, Qazax Mərkəzi Rayon Xəstəxanası tərəfindən verilmiş ##.##.1994-cü il tarixli çıxarış epikrizi, Qazax Mərkəzi Rayon Xəstəxanasının baş həkiminin ##.##.2016-cı il tarixi *** nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisi cərrahın rəyi ilə təsdiq edilir), "Hərbı travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” X2 ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, 825 (N) №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** №-li əmrilə X1 (əsas təşkilati əmr: səh 107, sıra 263, əmrdə adı Mamed yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) ##.##.1992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli *** №li əmrilə İddiaçı (əsas: § 10, sıra 1, səh 24, əmrdə hərbi rütbəsi göstərilməyib) tutduğu vəzifədən azad edilərək tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı "R", sıra 97, səh 8, məlumatda adı Məhəmməd yazılmışdır, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) X2 ##.##.1992-ci il tarixdən Qazax RHK-dan çağırılması və komandirin ## #### 1992-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil olunması barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il və yanvar-dekabr 1994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Cavabdeh Şəxsi Heyət Baş Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-R-****-**/**** nömrəli imtina məktubundan görünür ki, ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın ##.## 2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı "R", sıra 97, səh 8, məlumatda adı Məhəmməd yazılmışdır, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) X2 ##.##.1992-ci il tarixdən Qazax RHK-dan çağırılması və komandirin ## #### 1992-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil olunması barədə məlumat vardır. Qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il və yanvardekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, ##.##.1971-ci ildə anadan olmuş, 1992-ci ildə könüllü torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə erməni silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak etmişdir. Hərbi biletində də keçdiyi döyüş yolu qeyd edilmiş, 1994-cü ildə döyüş bölgəsində minaya düşüb yaralanmışdır. Lakin torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona X7 veteranı adı verilməli olduğu halda, bu günədək ona veteran adı verilməmişdir. O, döyüşdən qayıtdıqdan sonra bir müddət veteran adı almaq üçün müraciət etsə də, müxtəlif bəhanələrlə başdan edilmişdir. Onu da bildirmişdir ki, onunla döyüş əməliyyatlarında olan döyüş yoldaşlarının əksəriyyəti müharibə veteranı adı almış və müharibə veteranı kimi bütün imtiyazlardan istifadə edirlər. O da istəyir ki, pozulmuş hüquqlarını bərpa etsin. Odur ki, bu barədə Müdafiə Nazirliyinə müraciət etmişdir. Cavabdeh Mərkəzi Arxivindən verilmiş ##.##.2025-ci il tarixli cavabda bildirilir ki, "Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığı üçün "Müharbə Veteranı" adının və vəsiqəsinin verilməsində imtina olunmuşdur. Odur ki, hazır ki, tələblə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ##.##.2025 il tarixli 3-25- **/*- ****/**** nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 1992-ci il tarixli ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuşdur. Bundan başqa N nömrəli hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınması qeyd olunmuşdur. Lakin iddiaçının sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslaria ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə (hakim R.Tağıyeva) iddianın təmin edilməsi, iddiaçı İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh həvalə edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildiyindən, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunması barədə məlumat olmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il ## ######## tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasa gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin ##.##.2025 il tarixli 3-25-29/2-1550/2025 nömrəli arxiv arayışından da göründüyü kimi iddiaçı N nömrəli hərbi hissə komandirinin # ###### 1992-ci il tarixli ** nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuşdur. Bundan başqa N nömrəli hərbi hissə komandirinin ## #### 1992-ci il tarixli əmri ilə şəxsi heyətin siyahısına salınması qeyd olunmuşdur. Lakin iddiaçının sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Işin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı "Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRI Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili Işlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-). Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X9 Xidməti, Azərbaycan Respublikasının Strateji X8 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş. ... Bu Əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. ... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X9 Xidməti və Azərbaycan Respublikasının Strateji X8 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Inzibati Prosessual Məcəllə (IPM): Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə 14.3 Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası(-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü Apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində verilmiş (IPM-nin 85.1-ci maddəsi), səlahiyyətli şəxs tərəfindən imzalanmış, formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Inzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır Işin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı və məqsədi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan tərəfindən imtina edilərək bildirilmişdir ki, Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli arayışına əsasən ##.##.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı adına verilmiş НЗ №******* nömrəli hərbi biletdən görünür ki, ki, ##.##.1989-cu ildən ##.##.1991-ci ilədək hərbi qulluq keçmiş, ##.##.1992-ci ildə N nömrəli hərbi hissənin şəxsi heyətin siyahısına daxil olmuş, ##.##.1994-cü il tarixdə şəxsi heyətin siyahısından çıxarılmış, ##.##.1992-ci ildən ##.##.1994-cü il tarixə kimi döyüşlərdə iştirak etmiş, ##.##.1994-cü il tarixdə döyüş şəraitində xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır. Cavabdeh Mərkəzi Arxivinin ##.##.2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, 825 (N) №-li hərbi hissə komandirinin ## ###### 1992-ci il tarixli ** №-li əmrilə X1 (əsas təşkilati əmr: səh 107, sıra 263, əmrdə adı Mamed yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) ##.##.1992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. N №-li hərbi hissə komandirinin ## #### 1993-cü il tarixli *** №li əmrilə İddiaçı (əsas: § 10, sıra 1, səh 24, əmrdə hərbi rütbəsi göstərilməyib) tutduğu vəzifədən azad edilərək tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı "R", sıra 97, səh 8, məlumatda adı Məhəmməd yazılmışdır, hərbi hissədən xaric olunması barədə qeydiyyat aparılmamışdır) X2 ##.##.1992-ci il tarixdən Qazax RHK-dan çağırılması və komandirin ## #### 1992-ci il tarixli əmrilə şəxsi heyətin siyahısına daxil olunması barədə məlumat vardır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin avqust-dekabr 1993-cü il və yanvar-dekabr 1994cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.1994-cü il tarixdə döyüş şəraitində xidməti vəzifəsini yerinə yetirərkən yaralanmışdır. Cavabdeh inzibati orqanın imtinasından və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməməsinin yeganə əsasını onun qanuni əsaslarla ehtiyata buraxılmaması təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnaməyə əsasən Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il ######ın #-dən 1994-cü il ###ın ##-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım Ismayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il ## ### tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X9 Xidməti, Azərbaycan Respublikasının Strateji X8 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Kollegiya qeyd edir ki, qanunvericilikdə istifadə edilmiş “əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi onu da nəzərdə tutur ki, müharibə veteranı statusu əldə edə bilmək üçün mütləq əlillik təyinatına dair qərarın qüvvədə olması şərti tələb olunmur, şəxsə daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatının aparılmış olması yetərlidir. Işdə olan Cavabdeh Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2016-cu il tarixli **** nömrəli qərarına əsasən İddiaçı qoyulmuş "Sol diz oynağının iç səthində qəlpə, tış səthində qəlpə yarası. Təpə nahiyəsinin qəlpə yarası" diaqnozu səbəb əlaqəsi "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd olunmuşdur. Həmçinin iş materiallarında olan iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərinin surətindən görünür ki, X2 ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Baş beynin diffuz travması, keçirilmiş kəllə beyin travmasından sonrakı vəziyyət. Təpə ənsə sümüyünün travmatik sümük deffekti” diaqnozu əsasında 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar II dərəcəli əlilliyi müəyyən edilmişdir. Belə ki, iddiaçı Məhəmməd Rzayev İ Qarabağ Müharibəsi dövründə döyüşən hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyindən, döyüş zamanı yaralandığından, habelə ona daha əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılmış olduğundan, yuxarıda istinad edilən hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. Yuxarıda qeyd olunan Əsasnamənin qeyd hissəsinə əsasən də demək mümkündür ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçmiş şəxs olması faktı ilə yanaşı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusu ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün əsasdır. Yuxarıda qeyd olunan normaların tələblərini önə çəkən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvinə əsas vermir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati- Prosessual Məcəlləsinin 68-69, 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərar ondan kassasiya şikayəti verilməzsə ya da geri götürülərsə tərəflərə təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-7)-69/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-69/2026
09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver