Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-77/2026 08.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, F********VAJ nömrəli göndərişində İddiaçı qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi mənşəli (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu. Yanaşı xəstəliklər – G40.3. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, qıcolmalarla (ayda 3-4 dəfə).
2. İddiaçı əlillik vəziyyəti Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, F********VAJ nömrəli göndərişindəki diaqnozlar üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, “Əlillik AS-ə səhiyyə müəssisəsi tərəfindən daxil olmuş F88-də xəstənin hazırki vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların ayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir (“Göndərişin natamam doldurulması”xxxxqəbul edilmişdir).
İşdə olan sənədlər:
3. İddiaçı “Epilepsiya generalizə olunmuş qıcolma tutmaları və kəskin ifadə olunmuş şəxsiyyət dəyişməsi ilə” diaqnozu üzrə ümumi xəstəlik səbəbindən ##.##.2008, ##.##.2009, ##.##.2010, ##.##.2011, ##.##.2012, ##.##.2013, ##.##.2014-cü il tarixlərdə 1 il müddətinə, ##.##.2016-cı il tarixdə isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.
4. İddiaçı əlillik vəziyyəti “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyinin davamlı qalıq hal” əsas diaqnozu, “F60.8 Şəxsiyyətin digər spesifik pozğunluqları, Şəxsiyyət dəyişkənliyi ilə” ağırlaşma, “G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez baş verən epileptik tipli qıcolma tutmaları” ağırlaşma, “I11.9 (Durğunluq) ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Hipertoniya xəstəliyi İ mərhələ” yanaşı xəstəlik üzrə ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyacın olması – ixtisaslaşmış klinikada müalicə və müayinəyə ehtiyacı var” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
5. Gəncə şəhər X3 tarixindən ****** nömrəli Stasionar çıxarışında İddiaçı barəsində əsas diaqnoz “F07.0 Baş-beynin üzvi xəstəliyi nəticəsində tez-tez baş verən epileptik tipli qıcolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” kimi müəyyən edilmişdir.
6. Gəncə şəhər Psixiatriya Xəstəxanasının ##.##.2021-ci il tarixli ****/** nömrəli tibbi rəyində İddiaçı barəsində diaqnoz “F07.0 Baş-beynin üzvi xəstəliyi nəticəsində tez-tez baş verən epileptik tipli qıcolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” kimi qeyd edilmişdir.
7. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə əlillik təyin edilməsi ilə bağlı qərarların arxivdən araşdırılaraq əlillik alt sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıxxxxqəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona ##.##.2007-ci ildən “Epilepsiya generalizə olunmuş qıcolma tutmaları, kəskin ifadə olunmuş şəxsiyyət dəyişməsi” diaqnozu ilə 2-ci dərəcə əlillik təyin olunmuş, növbəti illərdə ardıcıl olaraq fasiləsiz olmaqla həmin diaqnozla 2021-ci ilədək 2-ci dərəcəli əlillik təyinatı aparılmışdır. Lakin vətəndaşın hal-hazırda əlillik müddətinin bitməsi ilə əlaqədar təqaüdü dayandırılmışdır. Bu səbəblə o, xəstəliyinin 10 ildən artıq müddətdə davam etməsi əsası ilə əlillik təyin edilməsi üçün yenidən göndərişin rəsmiləşdirilməsi məqsədilə tibb müəssisəsinə müraciət etmişdir. Lakin tibb müəssisəsi vətəndaşa aid əlillik məlumatlarının sistemdə natamam olduğunu, buna görə də yenidən stasionar müalicələrin davam etdirilmə zərurəti olması kimi müxtəlif bəhanələr gətirərək göndəriş rəsmiləşdirilməkdən imtina edilmişdir. Vətəndaş e-sosial portalında öz əlillik təyinatları ilə bağlı məlumatlara nəzər saldıqda həqiqətən də ona 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü illərdə təyin olunmuş əlillik təyinatı ilə bağlı qərarların sistemdə olmadığını görmüşdür. İddiaçı həmin illərdə verilmiş arayışlar hal-hazırda özündə qalmadığına görə iddia ərizəsinə qoşma etmək mümkün olmamışdır. Cavabdeh inzibati orqanın arxiv məlumatlarını natamam şəkildə əlillik altsisteminə daxil etməsi səbəbindən vətəndaşa əlillik təyin edilməsi ilə bağlı hüququna süni əsaslarla maneə yaradılır.
10. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “##.##.2024-cü il tarixdən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsixxxxqəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
11. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etiraz Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası" və “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın normaları ilə əsaslandırılmışdır.
12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilmişdir.
13. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, göndərişdə əks olunmuş yanaşı xəstəlik – “G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, qıcolmalarla (ayda 3-4 dəfə)” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 65-80% aralığındadır və bu da iddiaçıya ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsixxxxqəbul edilməsinə əsas verir. “Əlilliyin müəyyən olunması meyarları”na görə bu da iddiaçıya qoyulmuş diaqnoz ona ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsixxxxqəbul edilməsinə əsas versə də, iddiaçının “Epilepsiya generalizə olunmuş qıcolma tutmaları və kəskin ifadə olunmuş şəxsiyyət dəyişməsi ilə” diaqnozu üzrə 12 il müddətinə ikinci dərəcə əlilliyi olduğundan ona əlillik müddətsiz təyin edilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh tərəf qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarını ləğv edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia tələbinə qarşı təqdim edilmiş etirazın məzmunu ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Həmçinin, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. Sonuncu göndərişdə olan müəyyən çatışmazlıqlar həmin göndəriş üzrə qiymətləndirmənin aparılmasını mükünsüz edir. Belə ki, göndərişdə ağırlaşdırıcı diaqnoz olaraq G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya, qıcolmalarla (ayda 3-4 dəfə) göstərilsə də xəstənin hazırkı vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların sayın dəqiqləşdirmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
b) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
18. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olsa da, nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
19. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi “Qaydası”: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra Xidmət) Tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş və 2022-ci ilin # #### tarixindən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 6.7. Epilepsiya – G40 Qiymətləndirmə 6.7.3. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları aşağıdakılarla nəticələnən: ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) – 65-80% - 2 il 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 Qiymətləndirmə 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80% - 2 il.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. İş materiallarına əlavə edilmiş Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, F********VAJ nömrəli göndərişi ilə (forma 88) müəyyən olunur ki, iddiaçı “XBT 10 kodu F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə ##.##.2021-##.##.2021, ##.##.2024-##.##.2024-cü illərdə X2, ##.##.2022-ci ildə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, ##.##.2024-cü ildə Mingəçevir PND-də, “XBT 10 kodu G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” diaqnozu ilə ##.##.2018-##.##.2018-ci illərdə X1 Xəstəlikləri Dispanserində stasionar müalicələr almış, buna baxmayaraq, əlillik vəziyyəti həmin göndərişə əsasən cavabdeh orqan tərəfindən ##.##.2024-cü il tarixdə qiymətləndirilərək, “Əlillik AS-ə səhiyyə müəssisəsi tərəfindən daxil olmuş F88-də xəstənin hazırki vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların ayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir (“Göndərişin natamam doldurulması”xxxxqəbul edilmişdir).
26. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir (Bax: hazırki qərarın 20-ci bəndi). Bu da onu deməyə əsas verir ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Bundan başqa, hazırki iş üzrə cavabdeh orqan iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün sonuncu rəsmiləşdirilmiş göndərişin natamam doldurulması qənaətinə gəlsə də, həmin natamamlığın aradan qaldırılması üçün göndərişin onu rəsmiləşdirmiş Komissiyaya göndərilməsi müəyyən edilmir.
27. Kollegiya onu da qeyd edir ki, tibb müəssisəsi tərəfindən göndərişin natamam doldurulması iddiaçının məsuliyyət sferasına aid edilməməli və onun ziyanına şərh olunmamalıdır. Belə ki, cavabdeh orqan göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli, yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul etməlidir.
28. Cavabdehin imtina və hazırki halda apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, sonuncu tərəfindən “Göndərişin natamam doldurulması”xxxx“Əlillik alt sistemə səhiyyə müəssisəsi tərəfindən daxil olmuş forma 88də, xəstənin hazırki vəziyyətin, etioloji faktoru, bir aydakı tutmaların ayın dəqiqləşdirmək üçün ixtisaslaşmış stasionarda müayinə müalicə olması tövsiyyə olunur” kimi əsaslandırılmışdır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na * nömrəli Əlavənin 21-ci bəndinə əsasən, “F07.0” XBT kodlu xəstəlik üzrə təkrar əlillik müraciətləri üçün tələb olunan minimal müalicə müddətləri 10 gün stasionar, 2 dəfə ambulator müraciət kimi nəzərdə tutulmuşdur.
30. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, F********VAJ nömrəli göndərişi ilə müəyyən edilir ki, iddiaçı “F07.0” XBT kodlu “Üzvi mənşəli şəxsiyyət pozuntusu üzrə ##.##.2024-##.##.2024-cü il tarixlərdə (17 gün) stasionar müalicədə olmuş, eyni zamanda ##.##.2024-cü və ##.##.2024-cü il tarixlərdə ambulator müraciətləri olmuşdur. Bu isə onu deməyə əsas verir ki, sözügedən göndərişdə cavabdeh tərəfindən natamamlıq kimi qeyd olunan hallar mövcud deyil.
31. İddiaçıda olan “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu XBT-10 kodu F07.0 olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2ci bəndində öz əksini tapmışdır. F07 kodlu xəstəlik əlilliyin müəyyən edilməsinə əsas verən xəstəlik Meyarların ya 7.6.2.1, ya da 7.6.2.2-ci bəndində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir. Belə ki, Meyarların 7.6.2.1-ci bəndə əsasən, F07 kodlu xəstəlik əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) kimi patofunksional əlamətlərlə müşahidə edildiyi halda, orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə, 7.6.2.2-ci bəndə əsasən məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti olduğu hallarda orqanizmin funksiyalarının 65-80 pozulmasına görə əlillik təyininə əsasdır.
32. Gəncə şəhər X3 tarixindən ****** nömrəli Stasionar çıxarışında İddiaçı barəsində əsas diaqnoz “F07.0 Baş-beynin üzvi xəstəliyi nəticəsində tez-tez baş verən epileptik tipli qıcolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” kimi müəyyən edilmişdir.
33. Gəncə şəhər Psixiatriya Xəstəxanasının ##.##.2021-ci il tarixli ****/** nömrəli tibbi rəyində İddiaçı barəsində diaqnoz “F07.0 Baş-beynin üzvi xəstəliyi nəticəsində teztez baş verən epileptik tipli qıcolma tutmaları, şəxsiyyət dəyişməsi ilə” kimi qeyd edilmişdir.
34. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı “Üzvi şəxsiyyət pozuntusu (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar – Mingəçevir PND-də “Üzvi mənşəli şəxsiyyət pozuntusu” ilə müayinə və müalicədə olması, X2 “Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər – nitqin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir.
35. Mingəçevir PND-nin ##.##.2024-cü il tarixli, F********VAJ nömrəli göndərişinin “TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti” qrafasının “Status localis” hissəsində (səh. 78) qeyd edilmişdir ki, düşüncəsi kobud pozulmayıb. Bələdlik hər sahədə saxlanılıb. Suallara acıqlı cavab verir. Tez qıcıqlanır. Konfliktə meyillidir. Xəstədə tez-tez epileptik qıcolma tutmaları olur. Tutmadan xəstənin xəbəri olmur. Əvvəlcə xəstədə qorxu hissi yaranır, qışqırıb yıxılır, ağzından köpük gəlir, bəzən köpük qanlı olur. Xəstədə tonik klonik cəngolmalar başlayır. Tutma 2-3 dəqiqəçəkir. Bəzən dilini dişləyir. Xəstə göyərir və yırğalanır. Relanium vurulduqdan sonra xəstə ayılır və ağlamağa başlayır. Yuxusu narahatdır.
36. Göründüyü kimi iddiaçıda Meyarların 7.6.2-ci bəndində qeyd olunan xəstəliklərin olması ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapır və bu hal ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir.
37. Məhkəmə kollegiyası iddiaçı barəsində müəyyən olunacaq əlilliyin müddətsiz olmasına münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və qeyd edir ki, “Əlilliyin müəyyən olunması meyarları”na görə iddiaçıya qoyulmuş diaqnoz ona ikinci dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsixxxxqəbul edilməsinə əsas versə də, sonuncunun 10 il müddətindən artıq ikinci dərəcə əlilliyi olduğundan ona əlillik müddətsiz təyin edilməlidir.
38. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
39. Hazırki qərarın 3-cü bəndində qeyd olunanlardan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək bir neçə dəfə əlillik müəyyən edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “təyin olunmuş diaqnozda ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilməməsi” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur.
41. Cavabdeh orqan tərəfindən apellyasiya şikayətinin dəlili kimi qeyd edilmiş “diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməməsi” ilə bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
42. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
43. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsdə əlillik dərəcəsinin müəyyən olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsdə əlillik dərəcəsinin müəyyən edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
44. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəlinən nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla qərarın ləğvinə əsas vermir.
Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov