Məhkəmə qərarları › İş №2-1(3-7)-78/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-78/2026

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(3-7)-78/2026 26.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-738/2025 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hospitalının 12699/2020 nömrəli Xəstəlik tarixindən çıxarış-epikrizində diaqnoz “Partlayış travması, Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Nitq pozğunluğu, Hepatomatoz İ dərəcə” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin yırtığı (6 mm), sağ aşağı ətraf funksiyalarının cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının Stasionar xəstənin tibb kartasından xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi olmalarla F07.0” kimi qeyd edilmişdir. “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6-36/3-441/2023 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Qarabağ- Vətən müharibəsi zamanı xəsarət alaraq xx.xx.2020-ci il tarixdə "Qapalı kəllə-beyin travması, boyun əzilməsi" diaqnozu ilə Füzuli Rayon Mərkəzi xəstəxanasına daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə Kürdəmir rayon mərkəzi xəstəxanasına təxliyyə edilmişdir. N nömrəli hərbi hissənin Travma haqqında xx.xx.2023-cü il tarixli 317 nömrəli arayışında diaqnoz “Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, Partlayış travması (xx.xx.2020) qapalı kəllə-beyin travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” kimi müəyyənləşdirilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli çıxarışlarında diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli çıxarışlarında diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18- 1-28/2-698/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən "F07.0-Üzvi mənşəli şəxsiyyət pozğunluğu" diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatdadır. İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni xx.xx.2023-cü i tarixli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X9 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında növbəti dəfə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir.

12. İddiaçının həmin qərardan verdiyi şikayət əsasında onun xx.xx.2024-cü il tarixdə əlavə əyani müayinəsi həyata keçirilmiş və “Diaqnozun təsdiqlənməməsi” barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-1690/2024 nömrəli qərar qəbul edilmişdir. Məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1464 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” aşkar olunur.

Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1997-ci ildə Bərdə rayonunda anadan olmuşdur və xx.xx.2015-ci ildə Hərbi Xidmətə çağırılmışdır və 2017-ci ilin yanvarında tərxis olmuşdur. 2-ci Qarabağ uğrunda müharibə başlanarkan o, hərbi xidmətə çağırılmış və ön dyüşlərdə iştirak etmişdir. İlkin olaraq Cəbrayıl rayonu istiqamətlərində döyüşlərdə xx.xx.2020-ci ildə yaralanmışdır və o zaman o 02.10.-xx.xx.2020-ci il tarixlərində Xocavənd RMX PHŞ-də göstərilmişdir. Qeyd edir ki, Qarabağ uğrunda döyüşlər zamanı xx.xx.2020-ci ildə o ilkin xəsarət alamışdır və müalicəsi Xocavənd MRX də olmuş və bu barədə xx.xx.2020-ci tərtib edilmiş " Stasionar Xəstənin tibb kartında" qeyd edilmişdir. Həmçinin XMX-nin 02 №li, xx.xx.2021-ci il tarixli "X7"da xəsarət almağı öz təsdiqini tapmışdır. İkinci dəfə Qarabağ uğrunda döyüşlər zamanı xx.xx.2020-ci ildə döyüşlər zamanı yaxınlığında mərmi parlaması nəticəsində ağır xəsarət almışdır və o zaman onu ilkin olaraq Fizuli Rayon Mərkəzi Xəstəxanasında ilkin müaliciə etmişlər və " Stasionar Xəstənin tibb kartında" qeyd edilmişdir. Sonradan, onun aldığı xəsarət ağır olduğundan onu Daxili İşlər Nazirli X2 göndərilmişdir və xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə kimi müalicə almışdır və bu barədə 1269/2020 №-li X3-Epikriz tərtib edilmişdir. AR Daxili İşlər NazirliDaxili Qoşunlar Hospitalının 1269/2020 №-li Xəstəlik tarixindən Çıxarış- Epikrizdə ona" Partlayış travması, Qapalı-kəllə beyin travması, Baş-beyin silkələnməsi, Nitq pozğunluğu" diaqnozu qoyulmuşdur. Eyni zamanda onda "Hepatit" xəstəliyinin olduğu müşahidə edilmişdir. Qeyd edir ki, onun xəstəliyi barədə tərtib edilmiş xx.xx.2022-ci il tarixli 2078 №- li xəstəlik haqqinda şəhadətnamədə aşağıdakılar göstərilmişdir: 2-ci Qarabağ uğrunda döyüşlər başlayanda o, hərbiçi kimi Ordu sıralarına hərbi xidmətə çağırılmışdır və Azərbayan Respublikası ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan əks-hücum əməliyyatı zamanı xx.xx.2020-ci il tarixində yaxınlıqda mərmi partlaması nəticəsində yaralanmışdır və o zaman ona ilk tibbi yardım 02.10.-xx.xx.2020-ci il tarixlərində Xocavənd RMX PHŞ-də göstərilmişdir. Həmin vaxtı onun aldığı xəsarət üzrə "Sağ burun arxa səthinnin orta 1/3 -nin yumşaq toxumalarının odlu silah-kor qəlpə yarası diaqnozu ilə əlaqədar stasionar müalicədə olmuşdur. Aldığı xəsarətdən müalicə aldıqdan sonra təkrar ordu sıralarına göndərilmişdir. Döyüş zonasından təxliyyə edilərkən avtomaşın qəzası olmuş və o zaman boyun fəqərələrinin ciddi əzilməsi xəsarəti almışdır. Lakin buna baxmayaraq, döyüş əməliyyatlarını davam etdirmişdir. xx.xx.2020-ci ildə döyüş əməliyyatı zamanı yaxınlığında mərmi partlaması nəticəsində travma almışdır və o zaman ona ilkin tibbi yardım göstərilmiş, sonrakı müalicəsi Fizuli Rayon Mərkəzi Xəstəxanasında 01.11- 03.11..2020-ci ildə almışdır. Onun aldığı xəsarətlər üzrə: QKBT. Boyunun əzilməsi", (74/1 Neli xx.xx.2022 ci il tarixli arayış) Diaqnozu olmuşdur. 03.11.-xx.xx.2020-ci ildə Kürdəmir RMX PHŞ-də mənə "Boyun fəqərələrinin posttravmatik osteoxondrozu, Zərbə dalğası nəticəsində astenik vəziyyət. Loqonevroz. Sağ budun arxa səttinin zədələnməsi" diaqnozu qoyulmuşdur. xx.xx.2020-ci ildə Daxili Qoşunların hospitalında "Partlayış travması, Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Nitq pozğunluğu. Hepatosteatoz 1-ci dərəcəli" diaqnozu ilə stasionar müalicə olunmuşdur. (x/t 1269/2020). Ona görə də xx.xx.2020-ci il tarixdə QHHK-da və 29.122.2020-ci tarixdə HHK-da şəhadətləndirilərək hərbi xidmətə müvəqqəti yararsız edilməsi barədə qərarlar verilmişdir. xx.xx.2021-ci il tarixdə HHK-da şəhadətləndirilərək "Partlayış travması" (xx.xx.2020-ci il) keçirilmiş X9 travması, baş beyinin slkələnməsidən sonrakı qalıq, kəkələmə əlamətləri ilə » "Sağ budun yumşaq toxumalarının olu silah kər qəlpə yaralanmasına görə (xx.xx.2020) aparılmış, qəlpələrin xaric edilməsi cərrahi əməliyyatlardan sonrakı tam bərkimiş dəri çapığı" diaqnozu ilə hərbi xitmətə yararlıdır qərarı verilmişdir. 04.03.-06.04. 2022-ci il və 16.08.xx.xx.2022-ci tarixlərdə "Bel oma fəqərələrinin ostexonddrozu, L5-S1 arxa səthinin yumşaq toxumalarının kər qəlpə yaralanmasına görə aparılmış qəlpələrin xaric edilməsindən (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı ş Keçirilmiş QKBT-nin qalıq əlaməti, yungül kəkələmə. Kürəyin əlvan dəmirovu". (x/t-335/2022, 1032/2022) diaqnozu ilə stasionar müalicələrdə, xx.xx.2022-ci il tarixdə Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ-da "Bel fəqərələrin degenerativ dəyişiklik. L5-S1 fəqərələrarası diskin sağtərəfli, kökcük ağrı sindromu" diaqnozu ilə ambulator müayinədə olmuşdur". xx.xx.2022-ci ildə Respublika Diaqnostika Mərkəzində "BERA" Müayinəsindən keçmişdir və səl ağır xəstəlik müəyyən edilmişdir. xx.xx.2022-ci ildə X4 Tomoqrafiya müayinəsindən keçmişdir və nəticə olaraq qeyd edilmişdir ki, L5-S1 diksində posterosentral-sağ posterolateral herniasiya (6 mm), sağ sinir kökünə və bir qədər də dural kisənin sağ yarısına kompressiya; -L3-L4 diskində anulyar qabarma; Sağ oma - qalabirləşməsinin sakral və ilikral səthlərində S3 səviyyəsind: ödem əlamətləri (infalamtor proses nəzərindən klinik-laborator korrlyasiya məsləhətdir) diaqnozu üzrə müalicə almağı bildirilmişdir. xx.xx.2022-ci ildə Nevroloq müayinəsində olmuşdur və Qarabağ döyüşlərində aldığı xəsarətlər təsdiq edilmiş və müalicə almağı məsləhət bilinmşdir. Ona görə də o, uzun müddət müalicəyə başlamış və həkimlərin yazdıqları reseptlər üzrə dərman qəbul etmişdir. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixi) Çıxarışda xx.xx.2023-cü il tarixli - "Qarabağ döyüşlərində qapalı kəllə-beyin travması nəticəsində səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə anamnezində qıcolmatutmaları" diaqnozu qoyulmuşdur". Onun vəziyyətini müəyyən edərkən-zahirən gərgindir. Bələdliyi saxlanılıb. Əhval ruhiyyəsi aşağıdır, baş ağrılarından, yuxusuzluqlardan əhvalruhiyyəsinin enməsindən, münaqişəyə meyillikdən, yuxusunun pozulmasından şikayət etdiyini qeyd emişlər. Ona görə onun xəstəliyinin şiddətli olması nəzərə alınaraq ona əlillik təyin edilməsi üçün sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiayasında olmuşdur və ona “hərbi əməliyyatlar zamanı olunmuş qapalı kəllə-beyin travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalar, Nitqin pozulması mülayim dərəcədə kəkələmə, Dərinin çapıqlanmış vəziyyəti və fibrosu. Dəqiqləşdirilmiş qarışıq konduktiv və neyrosensor tipli, ağır, sağ və sol qulaqda eşitmə çətinliyi. Onurğanın dəqiqləşdirilmiş osteoxondrozu, onurğanın dəqiqləşdirilməmiş osteroxondrozu. Bel və digər şöbələrin fərəqələrarası disklərin radikuləpatiyası". Diaqnoz əlillik təyin etmir. Ona görə də o, müalicəsini davam etdirmişdir. AR Müdafiə Nazirliyi 082 №-li Hərbi-Hissənin 317 №li xx.xx.2023-cü il tarixli "X6 əsasən xx.xx.2020-ci il tarixində "Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması. xx.xx.2020-ci ildə "X9 travmasından sonrakı üzvi şəxsiyyət pozuntusu koqnitiv funksiyasının enməsi, qıcolmalarla, Nitq pozulması, mülayim dərəcədə kəkələmə göstərilmişdir. AR Tibbi ərazi bölmələrini idarəetmə birliyi" Publik Hüquqi şəxs "Füzuli rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli PHŞ-6- 36/3- 441/2023 saylı Arayışda "İddiaçı Vətən müharibəsi zamanı xx.xx.2020-ci ildə X9 Tavması, Boyun Əzilməsi xəsarət almış, Füzuli rayon Mərkəzi Xəstəxanasında xx.xx.2020ci ildə Kürdəmir rayon mərkəzi xəstəxanasına təxliyyə edilmişdir". AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixi) Çıxarışda xx.xx.2023-cü il tarixli "Qarabağ döyüşlərində qapalı kəllə-beyin travması nəticəsində səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə anamnezində qıcolma tutmaları" diaqnozu qoyulmuşdur". Onun vəziyyətini müəyyən edərkən-zahirən gərgindir. Bələdliyi saxlanılıb. Əhval ruhiyyəsi aşağıdır, baş ağrılarından, yuxusuzluqlardan əhval-ruhiyyəsinin enməsindən, münaqişəyə meyillikdən, yuxusunun pozulmasından şikayət etdiyimi qeyd emişlər. Bərdə Rayon Xəstəxanasının Ambulator Kitabçasından (xəstəlik tarixindən) Çıxarışa əsasən o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi müalicə almışdır, lakin onun xəstəliyi nisbətən sakitləşməmişdir. AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixi) Çıxarışda xx.xx.2023-cü il tarixdə Professor F.İsmayılovun müayinəsində olmuşdur. "Qarabağ döyüşlərində qapalı kəllə-beyin travması nəticəsində səxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə anamnezində qıcolma tutmaları, intihar fikrləri ilə" diaqnozu qoyulmuşdur". Onun vəziyyətini müəyyən edərkən bələdliyi bütün növlərdə saxlanılıb, Ünsiyyətə həssas daxil olur., Suallara qısa, əsəbi cavablar verir, Baş ağrılarından, əsəblilikdən əziyyət çəkir. Qıcolma tutmaları qeyd olunur, əhval-ruhiyyəsi dəyişkəndir. Emosional labildir. Hallusinator sayıqlama pozuntuları qeyd olunmayır. Yaddaş zəifləyib. Yuxusu pozulub, Tənqidi Formaldır. AR SN "Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi şəxs 2016 №li xx.xx.2023-cü il tarixli "X1 "rəyində Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X9 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0 diaqnozu qoyulmuşdur. Bərdə Rayon Xəstəxanasının Ambulator Kitabçasından (xəstəlik tarixindən) Çıxarışa əsasən o, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi müalicə almışdır, xəstəliyi müalicə olunmamışdır. Ona görə ona əlillik təyin edilməsi üçün təkrar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiayasına müraciət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiayası onun xəstəliyinə formal yanaşmış və guya "onun xəstəliyi üzrə diaqnozu təsdiqlənmədiyi üçün qərar qəbul edilmişdir". Eyni zamanda onun təkrar müalicə almağı məsləhət olunmuşdur. Ona görə o, Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək onun xəstəliyinin müalicə oluna biləcəyi barədə arayış verilməsi üçün sorğu ilə müraciət olunaraq xahiş olunmuşdur. AR "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi " Publik Hüquqi şəxs, Bərdə Rayon Mərkəzi X5 şəxsin xx.xx.2024-cü il tarixli 18-1- 28/2-698/2024 saylı məktubunda xx.xx.1997-ci il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixindən "F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu" diaqnozu ilə Bədə Rayon Mərkəzi Xəstəxanasının Poloklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında "olduğu bildirilmişdir. Qarabağ uğrunda döyüşlər zamanı aldığı xəsarətlər onun əmək fəaliyyət göstərməyinə imkan vermir. Onun yaşamağı üçün sağlam olmağı vacibdir. Lakin xəstə olduğundan o heç yerdə işləyə bilmir. Eyni zamanda, cavabdeh onun xəstə olmağını və müalicəsinin mümkün olmamasını bildiyi halda, ona əlillik təyin etmir. Hazırda bütün müalicə müəsssisələri, xəstəxanalarda onun psixi xəstəliyi təsdiq olunduğu və ona qoyulmuş diaqnozu təsdiq edildiyi halda, hansı əsaslara görə ona 4 ildir ki, müalicı olunmağını bildirir. Əgər onun xəstəliyinin mpvcud olması faktları onu müayinə edən professorlar tərəfindən təsdiq edildiyi halda, cavabdeh ona əlillik təyin etməməsi tamamilə qanunsuzdur. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Ağdam RƏD xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və "Diaqnozun mətni: Üzvi (hərbi əməliyatlar zamanı alınmış X9 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə. Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. 3) Bərdə rayon sakini xx.xx.1997-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması (01,11.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi. gicolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; "Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin yırtığı (6 mm), sağ aşağı ətraf funksiyalarının cüzi dərəcədə pozulması ilə" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 10957539 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2016 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv lunksiyaların enməsi, anamnezində qicolma tutmaları, intihar fikirləri ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023- xx.xx.2023-cü il tarixli 11528686 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənsəli şəxsiyyət pozğunluğu" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, əsəbilikdən, yuxusuzluqdan, yuxuda qarabasmaların olmasından, əsəbləşərkən qıcolma tutmalarından, danışığın çətinləşməsindən şikayətlənmişdir. Zahirən gərgin, verilən sualları sakit səslə cavablandırmış, ünsiyyət zamanı arabir kəkələmə elementləri müşahidə edilmiş, düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi-etioloji faktor öz təsdiqini tapmır. Səxsiyyətin spesifik cizgilərinin qabarması müşahidə olunur. Mülayim dərəcədə ifadə olunmuş nevrasteniva" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və X8 üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri'nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını və s, məsələləri yoxlamalıdırlar. Hazırkı işdə İddiaçı iddiası, fikrimizcə, mümkünsüz hesab edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi 25 dekabr 2023cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi xx.xx.2024- cü il tarixdən Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ona orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətinə əlilliyin təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-738/2025 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35- 60 faiz pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin müəyyən olunması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının göndərişdə əks olunmuş əsas diaqnoz – “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X9 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” diaqnozu üzrə orqanizminin funksiyalarının pozulması faizi 35-60% aralığındadır və bu da iddiaçıya üçüncü dərəcə əlilliyin 2 il müddətinə təyin edilməsi barədə qərar qəbul edilməsinə əsas verir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Qeyd edirik ki, müvafiq ekspert rəyində bəhs edilən F07 XBT kodlu diaqnoz vətəndaşın imtina qərarı ilə nəticələnən sonuncu müraciəti üzrə olan göndərişdə əsas diaqnoz kimi qeyd olunmuşdur. İddiaçıya məxsus forma 88 göndərişdə ağırlaşmalar və ya digər yanaşı xəstəliklər qeyd edilməmişdir. İntellektual-mnestik pozuntuların təzahür dərəcəsi isə yüngül olaraq qeyd edilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji defisit aşkar edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz barədə məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

b) apellyasiya şikayətinə dair etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

c) icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasan işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: - 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə:

7. Psixi və davranış pozuntuları 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60% - 2 il

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi, "Bel-oma fəqərələrinin osteoxondrozu. L5-S1 fəqərəarası diskin yırtığı (6 mm), sağ aşağı ətraf funksiyalarının cüzi dərəcədə pozulması ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. İddiaçının əlillik vəziyyəti Ağdam RƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “Diaqnoz öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Həmin göndərişdə əsas diaqnoz “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (hərbi əməliyyatlar zamanı alınmış X9 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə” kimi müəyyənləşdirilmişdir. Bununla yanaşı məhkəmənin qərardadı əsasında əldə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 1464 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı üzvi (hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” aşkar olunur. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2016 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (hərbi əməliyyatlar zamanı aiınmış X9 travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, anamnezində qıcolma tutmaları, intihar fikirləri ilə F07.0” kimi qeyd edilmişdir. Bundan başqa, göndərişin “Status localis” hissəsində iddiaçının vəziyyəti barədə qeyd edilir ki, son zamanlar psixi durumu daha da pisləşib, baş ağrılarından, huşsuzluqdan, əsəbilikdən, yuxusuzluqdan, yorğunluqdan şikayət edir, hövsələsizdir. Davranışı qeyri-adekvatdır. Əsəbidir, özündən çıxır, özündə olmur. Özünü kontrol edə bilmir. Həyəcan, təşviş hissi keçirir. Həyəcanlanarkən nitqində çətinlik yaranır, kəkələyir. Qarabasmaları olur, qulağına səslər gəlir. İntihar fikirləri olur. Müharibə səhnələrini xatırlayır, unuda bilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına Əlavənin” 7.6.2. bəndinə əsasən xəstəliyin xüsusiyyəti kimi “üzvi mənşəli şəxsiyyət pozuntusu” XBT-10 kodu “F07.0” kimi təsbit olunmuş və həmin Əlavənin 7.6.2. bəndinin 7.6.2.1. yarımbəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlikfəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) ilə orqanizminin funksiyalarının pozulması faizi 35- 60 faiz müəyyən edilmiş və bu xəstəliyə görə əlilliyin 2 il müddətə təyin olunmalı olduğu göstərilmişdir. İş materiallarında olan sənədlərdən və yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi iddiaçıya qoyulmuş diaqnozun, ekspertiza rəyləri də nəzərə alınmaqla əlilliyin müəyyən olunması meyarlarının müvafiq bəndində öz əksini tapması təsdiq olunmuşdur. Bundan başqa iddiaçıda olan xəstəliyin səbəb əlaqəsinə gəldikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2078 nömrəli Şəhadətnaməsində iddiaçının "Partlayış travması (xx.xx.2020). Sağ budun arxa səthinin yumşaq toxumalarının odlu silah kor qəlpə yaralanması, yaranın birincili cərrahi işlənməsi, qəlpənin xaric edilməsi cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı tam bərkimiş dəri çapığı. Hərbi əməliyyatlar zamanı alınmış qapalı kəllə-beyin travmasından (xx.xx.2020) sonrakı üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi, qıcolmalarla. Nitq pozulması, mülayim dərəcədə kəkələmə” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirildiyindən, yəni iddiaçıya əlillik təyinatına əsas verən xəstəlik Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığından iddiaçının əlilliyinin səbəb əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olaraq müəyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Bundan başqa cavabdeh apellyasiya şikayətinin dəlilində qeyd etmişdir ki, “diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın.” Bu dəlilə münasibətdə kollegiya qeyd edir ki, təyin edilmiş diaqnoz konkret olaraq əlilliyin müəyyən olunması meyarlarında təsbit edildiyi və diaqnozun özü meyarlara uyğun gəldiyi təqdirdə əlavə olaraq ağırlaşmaların tələb olunmasının hüquqi əsası yoxdur. Qiymətləndirmə nəticəsində diaqnozda qeyd olunan xəstəlik şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh əlillik dərəcəsini təyin etməyə borcludur. Cavabdeh isə apellyasiya şikayətinin dəlilində bildirmişdir ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Belə ki, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ona əlillik təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi mövqe əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-738/2025 saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar