Məhkəmə qərarları › İş №2-1(3-7)-93/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-7)-93/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-93/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Tural Mətləb oğlunun cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı İsmayılov Tural Mətləb oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, “əmrin ləğv edilməsi, hərbi rütbəsinin bərpa edilməsi və hərbi rütbəsinin aşağı salınması ilə əlaqədar itirdiyi pul müavinətlərinin və güzəştlərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin ##.##.2025-ci il tarixli, ****/ş nömrəli əmrdən çıxarışına əsasən, Nazirliyin Mülki müdafiə qoşunlarının Xilasetmə briqadasının (N saylı hərbi hissə) rabitə bölüyünün əməliyyat qərargah taqımının əməliyyat qərargah manqasının komandiri R İsmayılov Tural Mətləb oğlunun hərbi rütbəsi bir pillə aşağı salınmışdır.

İşdə olan sənədlər:

2. N nömrəli hərbi hissənin komandirinin arayışında qeyd edilmişdir ki, R İsmayılov Tural Mətləb oğlu həqiqətən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Xilasetmə briqadasında (N nömrəli hərbi hissə) həqiqi hərbi xidmətdədir və hərbi qulluqçunun xidməti vəsiqəsini əvəz edir. Etibarlıdır ## ###### 2025ci il tarixə qədər.

3. Xilasetmə briqadasının ##.##.2019-cu il tarixli, *** nömrəli əmrdən çıxarışına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Tural Mətləb oğlu, Mülki müdafiə qoşunlarının komandanının ##.##.2019-cu il tarixli ***/ş nömrəli əmri ilə Xilasetmə briqadasının (N nömrəli hərbi hissə) Maddi təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının sürücü-mexaniki vəzifəsinə təyin edildiyinə görə, Xidmətini davam etdirmək üçün Bakı şəhəri Mülki müdafiə qoşunlarının komandanlığından gəlmiş hesab olunmuş, ##.##.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır .

4. Xilasetmə briqadasının ##.##.2021- ci il tarixli, *** nömrəli əmrdən çıxarışına əsasən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Tural Mətləb oğlu, Maddi təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının sürücü-mexaniki, Mülki müdafiə qoşunları komandanının ***/ş nömrəli ##.##.2021-cı il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad olunmuş və "R" hərbi rütbəsi verilməklə həmin briqadanın Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəzaxilasetmə taqımının Qəza-xilasetmə manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə, işlərinin və vəzifəsinin qəbul etmiş hesab edilmişdir.

5. Xilasetmə briqadasının ##.##.2023-cü il tarixli, *** nömrəli əmrdən çıxarışına əsasən, Mülki müdafiə qoşunlarının komandanının ##.##.2023-cü il tarixli ***/ş nömrəli əmrinə əsasən, "R" hərbi rütbəsi R İsmayılov Tural Mətləb oğlu, Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının Qəzaxilasetmə manqasının komandiri növbəti hərbi rütbənin verilməsi elan edilmişdir.

6. Xilasetmə briqadasının ##.##.2024-cü il tarixli, *** nömrəli əmrdən çıxarışına əsasən, R İsmayılov Tural Mətləb oğlu, Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının Qəza-xilasetmə manqasının komandiri, Mülki müdafiə qoşunları komandanının ##.##.2024-cü il tarixli ***/ş nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad olunmuş və həmin briqadanın Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri vəzifəsinə təyin edildiyinə görə, vəzifələrinin icrasına başlamış hesab edilmişdir.

7. ##.##.2025-ci il tarixli hərbi qulluqçunun izahat verməkdən imtina etməsi barəsində aktdan görünür ki, Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri R İsmayılov Tural Mətləb oğlu 2024-cü il və ##.##.2025-ci il tarixlərdə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı müraciətində qeyd etdikləri barədə ##.##.2025-ci il tarixdə izahat verməkdən imtina etmişdir.

8. Xilasetmə briqadasının ##.##.2025-ci il tarixli, ** nömrəli əmrdən çıxarışına əsasən, Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri R İsmayılov Tural Mətləb oğlunun “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq hərbi rütbəsinin “R" hərbi rütbəsinədək bir pillə aşağı salınmasını elan edilmişdir.

9. Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının ##.##.2026-cı il tarixli, *- **-**/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Tural Mətləb oğlu ## #### 2019-cu il tarixində Xilasetmə briqadasının (N nömrəli hərbi hissə) Maddi təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının sürücü-mexaniki vəzifəsinə təyin olunmuşdur. Onun müraciətləri əsasında Mülki müdafiə qoşunları komandanının ## ###### 2021-ci il tarixli, ***/ş nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad olunub və “R” hərbi rütbəsi verilməklə həmin briqadanın Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının Qəza-xilasetmə manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Daha sonra ona ## ###### 2023-cü il tarixli ***/ş nömrəli əmrinə əsasən “R” hərbi rütbəsi verilmişdir. Ailə vəziyyəti ( qardaşının səhhəti ) ilə əlaqədar müraciətlərinə əsasən Mülki müdafiə qoşunları komandanının ## ###### 2024-cü il tarixli ***/ş nömrəli əmri ilə həmin briqadanın Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri vəzifəsinə təyin edilmişdir. Lakin o, xidmət məsələlərinə dair özünün bilavasitə rəisinin icazəsi olmadan fövqəladə hallar nazirinə müraciət etmiş, yazılı surətdə müraciət etdikdə raportu tabeçilik üzrə verməmiş, intizam və əsgəri nəzakət qaydalarına riayət etməmiş, bununlada o, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin” 1-ci, 6-cı, və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin” 1-ci və 3-cü maddələrinin tələblərini pozmuşdur. Buna əsasən, R İsmayılov Tural Mətləb oğlunun hərbi rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin ## ###### 2025-ci il tarixli, ****/ş nömrəli əmri ilə bir pillə aşağı salınaraq “R” rütbəsinə endirilmişdir. Mülki müdafiə qoşunlarının komandanının ## ###### 2025-ci il tarixli, *** nömrəli telefonoqrammasında hərbi qulluqçuların xidməti və şəxsi məsələlərə dair özünün bilavasitə rəisinə və onun icazəsi ilə tabeçilik üzrə daha böyük rəisə müraciət etmək hüququ olduğu göstərilmiş, bu barədə bütün şəxsi heyətə elan edilmiş və sənəd şəxsi heyət tərəfindən imzalanmışdır. Əlavə olaraq, iddiaçı İsmayılov Tural Mətləb oğlunun ##.##.2024-cü il tarixli müraciəti Mülki müdafiə qoşunlarının komandanlığına daxil olmuş və icra edilməsi Kadrlar şöbəsinin rəisi, R Hikmət Hacıyevə tapşırılmışdır. Müəyyən olunmuşdur ki, R Hikmət Hacıyev tərəfindən müraciətin icrası gecikdirilmiş, Tural İsmayılov yenidən ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli eyni məzmunlu məktub ünvanlamış və R Hikmət Hacıyev tərəfindən icrası gecikdirilən ərizənin surəti də həmin məktuba əlavə edilərək icra olunmuşdur. Mülki müdafiə qoşunlarının Kadrlar şöbəsinin rəisi, R Hikmət Hacıyevə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanununun 10.1- ci maddəsinin tələblərini pozduğuna görə Mülki müdafiə qoşunlarının komandanının əmrinə əsasən “töhmət” elan edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

10. İddiaçı İsmayılov Tural Mətləb oğlu cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Fövqəladə Hallar Nazirliyinin ****/ş saylı, ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsinə dair qərarın çıxarılması xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə vəziyyəti ilə əlaqədar xidmət etdiyi Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən Xilasetmə briqadasının (N saylı hərbi hissə) Xilasetmə Taborunun (Şəmkir) X2, Qəza xilasetmə taqımının Qəza Xilasetmə manqasının komandiri vəzifəsindən Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən Xilasetmə briqadasının (N saylı hərbi hissə) Əlahiddə bölmələrində boş vakant R hərbi rütbəsi olan vəzifələrə xidmət yerinin dəyişdirilməsi barədə etdiyi müraciət qismən qəbul edilmiş, 2024-cu ilin avqust ayından Mülki Müdafiə Qoşunlarının Gəncə Xilasetmə briqadasının (N saylı hərbi hissə) Rabitə və Komendant Birliklərində boş vakant R hərbi rütbəsi olan baş texnik vəzifələri boş olduğu halda onu Mülki Müdafiə Qoşunlarının Gəncə Xilasetmə briqadasının (N saylı hərbi hissə) Rabitə bölüyünün Əməliyyat qərargah taqımının, Əməliyyat qərargah manqasının komandiri, R hərbi rütbəsi olan vəzifəyə təyin etmişlər. Bu zaman vakant yerlər olması və üstünlük hüququnun olmasına baxmayaraq hüququ pozulmuş, ona hədə-qorxu gəlinərək, əgər şikayət edərsə, təqdimatını verib işdən çıxaracaqlarını bildirmişlər. R hərbi rütbəsinə boş, vakant yerlər olduğundan bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlamış, ## #### 2025-ci il tarixdə ona bildirilmişdir ki, elə həmin tarixdə Hərbi Hissəyə daxil olmuş FHN-nin ****/ş saylı ## ###### 2025-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinın 1-ci, 6-cı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 1-ci, 3-cü maddələrinin tələblərini pozduğuna görə, İntizam Nizamnaməsinin 61-ci maddəsinin "e" bəndinə əsasən, hərbi rütbəsi "R" rütbəsindən "R" rütbəsinə bir pillə aşağı salınmışdır. Həmin əmr qanunsuz və əsassızdır. Belə ki, həmin əmrdə göstərilən normalar onun tərəfindən pozulmamışdır. Onun əməllərində həmin normaların pozuntusu yoxdur.

12. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iddia tələbi "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ****/ş saylı ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, "R” hərbi rütbəsinin bərpa edilməsi və hərbi rütbəsinin bir pillə aşağı salınması ilə əlaqədar itirdiyi pul müavinətlərinin və güzəştlərinin bərpa edilib ona ödənilməsi" tələbinə dəyişdirilmişdir.

13. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Tural Mətləb oğlu İsmayılov xidmət məsələsinə dair özünün bilavasitə rəisinin icazəsi olmadan fövqəladə hallar nazirinə müraciət etmiş, yazılı surətdə müraciət etdikdə raportu komanda üzrə verməmiş, müraciətində intizam və əsgəri nəzakət qaydalarına riayət etməmiş, bununla da o, “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 1-ci, 6-cı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 1-ci və 3-cü maddələrinin tələblərini pozmuşdur. Fövqəladə Hallar Nazirliyinin ## ###### 2025-ci il tarixli ****/ş nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”nin 61-ci maddəsinin “e” bəndinə uyğun olaraq R İsmayılov Tural Mətləb oğlunun hərbi rütbəsi bir pillə aşağı salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.10.22-ci yarımbəndinə əsasən nazir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Nazirlik sisteminə daxil olan strukturların işçiləri barədə bütün intizam tənbehi tədbirlərini tətbiq edir.

14. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim R.Tağıyeva) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərini pozaraq, özünün bilavasitə rəisinə deyil, birbaşa böyük rəisə - fövqəladə hallar nazirinə müraciət ünvanlamış, yazılı surətdə müraciət etməsinə baxmayaraq, raportu komanda üzrə verməmiş, eyni zamanda müraciətdə hərbi qulluqçuya yaraşmayan ifadələrdən istifadə etmişdir. Buna görə də, cavabdehin mübahisələndirilən əmri qanuni və əsaslıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı qərarın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, poçt vasitəsilə etdiyi yazılı müraciətləri qeydə alınmamış, onlara cavab verilməmişdir. Bundan başqa, elektron etdiyi müraciətlər sistemin silinməsi səbəbilə silinmiş, buna görə də o, müvafiq olaraq Fövqəladə Hallar nazirinə müraciət etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, iddiaçı ilkin olaraq tağım komandirinə müraciət etməli, cavab verilmədiyi təqdirdə Vnə, daha sonra tabordursa Vnə və hərbi hissə komandirinə pilləli şəkildə müracət etməlidir. Hazırki iş üzrə iddiaçının cəzalandırlıma səbəbi subordinasiya qaydalarına riayət etməməsi və müraciətində etikadan kənar sözlərdən istifadə etməsidir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.

6. Hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

22. Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi”:

1. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir.

3. Hərbi intizam hər bir hərbi qulluqçunu: Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməyə, hərbi andın və hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməyə, komandirlərin (rəislərin) əmr və sərəncamlarına sözsüz tabe olmağa; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə tab gətirməyə, hərbi borcunu yerinə yetirərkən, öz qanını və hətta həyatını belə əsirgəməməyə; hərbi və dövlət sirlərini möhkəm saxlamağa; namuslu və doğruçu olmağa, hərbi işi vicdanla öyrənməyə, ona tapşırılan silahı, döyüş texnikasını və digər texnikanı, hərbi əmlakı və xalq əmlakını hər vasitə ilə qorumağa; komandirlərə (rəislərə) və böyüklərə hörmət etməyə, əsgəri nəzakət və salamvermə qaydalarına əməl etməyə; hərbi hissədən kənarda özünü ləyaqətli və namuslu aparmağa, ictimai asayişin özü və başqaları tərəfindən pozulmasına yol verməməyə, vətəndaşların şərəf və ləyaqətinin qorunmasına hərtərəfli səy göstərməyə məcbur edir.

23. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İş materialları ilə müəyyən edilir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Tural Mətləb oğlu ## #### 2019-cu il tarixində Xilasetmə briqadasının (N nömrəli hərbi hissə) Maddi təminat bölüyünün Avtomobil taqımının Texniki xidmət manqasının sürücü-mexaniki vəzifəsinə təyin olunmuş, müraciətləri əsasında Mülki müdafiə qoşunları komandanının ## ###### 2021-ci il tarixli, ***/ş nömrəli əmrinə əsasən tutduğu vəzifədən azad olunub “R” hərbi rütbəsi verilməklə həmin briqadanın Xilasetmə taborunun (Şəmkir) Qəza-xilasetmə bölüyünün Qəza-xilasetmə taqımının Qəza-xilasetmə manqasının komandiri vəzifəsinə təyin edilmiş, ## ###### 2023-cü il tarixli ***/ş nömrəli əmrə əsasən ona “R” hərbi rütbəsi verilmiş, ailə vəziyyəti (qardaşının səhhəti) ilə əlaqədar müraciətlərinə əsasən Mülki müdafiə qoşunları komandanının ## ###### 2024-cü il tarixli ***/ş nömrəli əmri ilə həmin briqadanın Rabitə bölüyünün Əməliyyat qərargah taqımının Əməliyyat qərargah manqasının komandiri vəzifəsinə təyin edilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə müvafiq olaraq, ## ###### 2025-ci il tarixli, ****/ş nömrəli əmrlə rütbəsi bir pillə aşağı salınaraq “R” rütbəsinə endirilmişdir.

26. İddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ****/ş saylı ## ###### 2025-ci il tarixli əmrinin ləğv edilməsi, "R” hərbi rütbəsinin bərpa edilməsi və hərbi rütbəsinin bir pillə aşağı salınması ilə əlaqədar itirdiyi pul müavinətlərinin və güzəştlərinin bərpa edilib ona ödənilməsini xahiş etmiş, tələbinin əsası kimi isə 2024-cu ilin avqust ayından Mülki Müdafiə Qoşunlarının Gəncə Xilasetmə briqadasının (N saylı hərbi hissə) Rabitə və Komendant Birliklərində boş vakant R hərbi rütbəsi olan baş texnik vəzifələrinin boş olduğu halda onu Mülki Müdafiə Qoşunlarının Gəncə Xilasetmə briqadasının (N saylı hərbi hissə) Rabitə bölüyünün Əməliyyat qərargah taqımının, Əməliyyat qərargah manqasının komandiri, R hərbi rütbəsi olan vəzifəyə təyin edilməsini göstərmişdir.

27. Məhkəmə kollegiyası iddia tələbinin əsassız hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikasının 1994-cü il ## ######## tarixli, *** saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin 6-cı bəndinə əsasən, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır.

28. Hazırda mübahisələndirilən ##.##.2025-ci il tarixli, ****/ş nömrəli əmrin verilməsinə əsas Mülki müdafiə qoşunlarının ## ###### 2025- ci il tarixli *-**-***/*-***/**** nömrəli, Daxili təhlükəsizlik Baş idarəsının ## ###### 2025-ci il tarixli *-**/*-***-***/**** nömrəli və İsmayılov Tural Mətləb oğlunun Nazirliyə daxil olmuş ## ###### 2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubları olmuşdur.

29. Belə ki, ##.##.2024-cü il və ##.##.2025-ci il yazılış tarixli ərizələrdən görünür ki, həmin ərizələr Daşkəsən rayon Zağalı kənd sakini İsmayılov Tural Mətləb oğlu tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirinə ünvanlanmışdır. Həmin ərizələrin məzmununda müvafiq olaraq – “Sözügedən vəzifəyə R hərbi rütbəsi almış, bir il R hərbi rütbəsi aldıqdan sonra xidməti olmayan, töhmət alan hərbi qulluqçular təyin ediblər. Necə? Nəyin qarşılığında və kim? Bu boş vakant vəzifələr nə vaxt hərraca çıxarılacaq? Hərracın qiyməti neçə manatdır?” və “Yoxlayıcı şəxslər Xilasetmə briqadasına hərbi qulluqçuların şikayətlərini dinləmək, ərizələrini qəbul etmək, əşya kisələrinə baxmaq üçün gəlmişdilər? Yoxsa öz maddi maraqlarına xidmət etmək, yeyib-içmək, Gəncə şəhərində yaşayan qohumlarını görmək, ezamiyyət pulu almaq üçün? Bunlara ezamiyyət pulu verilirmi?” kimi ifadələr qeyd edilmişdir.

30. Göründüyü kimi iddiaçı xidmət məsələlərinə dair özünün bilavasitə rəisinin icazəsi olmadan fövqəladə hallar nazirinə müraciət etmiş, yazılı surətdə müraciət etdikdə raportu tabeçilik üzrə verməmiş, intizam və əsgəri nəzakət qaydalarına riayət etməmiş, eyni zamanda müraciətdə hərbi qulluqçuya yaraşmayan ifadələrdən istifadə etmiş, bununlada o, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin” 1 və 6-cı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin” 1 və 3-cü bəndlərinin tələblərini pozmuşdur.

31. Kollegiya göstərilən hüquq normalarına istinadən qeyd edir ki, iddiaçının sözügedən müraciəti şəxsi deyil, xidməti məsələlərlə bağlı olduğundan, o cümlədən xüsusi hallarla bağlı olmadığından böyük rəisə müraciət etməsi imkanı istisna olunur. Bundan başqa, iddiaçı böyük rəisə - fövqəladə hallar nazirinə yazılı müraciət etdiyi təqdirdə raportu yalnız komanda üzrə verə bilərdi ki, hazırki iş üzrə belə bir hal müəyyən edilmir. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçının hərbi rütbəsinin bir pillə aşağı salınması ilə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda qeyd olunanlar iddia tələbinin tam əsassız olması və birinci instansiya məhkəməsi tərəfindən rədd edilməsinə dair düzgün nəticəyə gəlməsini deməyə əsas verir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar