Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2-1(3-7)-94/2026 01.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər Isgəndərova Aygül Vulqar qızı (sədrliyi və məruzəsi ilə), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, iddiaçı X2 iştirakı ilə, “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Işin halları:
1. X2 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Gəncə Ərazi Idarəsinə etdiyi müraciətin müsbət həllindən ##.##.2023cü il tarixli, *-**-*-**/*-Ə-****/**** nömrəli məktubla imtina edilərək onunla əsaslandırılmışdır ki, iddia olunan zəbt edilmiş 0.26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən ərizənin icrası mümkün deyildir.
Işdə olan sənədlər:
2. Əmlak bölgüsü barədə ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, * saylı Gəncə Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 508013041978-***** reyestr nömrəli çıxarışa əsasən X3, X1, X9, X5, X13 və X2 məxsus ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0.25 ha torpaq sahəsi aşağıdakı qaydada bölünmüşdür. - ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən 0.2085 ha torpaq sahəsi X3, X5, X1, X9 və X13 ümumi mülkiyyətində müəyyən edilmişdir. - ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan 0.25 ha torpaq sahəsindən 0.0417 ha torpaq sahəsi isə X2 mülkiyyətində müəyyən edilmişdir.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** nömrəli qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 0.0417 ha torpaq sahəsi (reyestr nömrəsi – 508013082216) xüsusi mülkiyyət hüququ əsasında X2 məxsusdur.
4. Göygöl Rayon Icra Hakimiyyəti başçısının Tülallar kənd IƏD üzrə Nümayəndəliyinin: - ##.##.2019-cu il tarixli, ** nömrəli arayışında qeyd edilmişdir ki, X2 mərhum atası X4 rayonunun Tülallar kəndində “Baldırğanlı” adlanan biçənək sahəsinə bitişik ərazini kollardan, daşlardan, kəsilmiş ağacların kökləri və qırıntılarından təmizləyərək torpağı münbitləşdirmiş, eyni zamanda hasara almışdır. Bu ərazi “Baldırğanlı” bulağı ilə “Göylü” bulağı arasında yerləşir. X4 1996-cı ildə dünyasını dəyişərkən Tülallar kəndində qeydiyyatda olub. Hal-hazırda onun övladları həmin biçənəkdən istifadə edirlər. Kənd sakinləri həmin ərazini mərhumun sağlığında və hazırda “Mirzəli kişinin biçənəyi” adlandırırlar. - ##.##.2024-cü il tarixli, **-**-**/*-*-**/**** nömrəli arayışında qeyd edilmişdir ki, Göygöl rayonunun Tülallar kəndində dövlət reyestr xidməti tərəfindən X2 adına sənədləşdirilmiş (reyestr nömrəsi – 508013041878-*****) 0.25 ha torpaq sahəsinə bitişik mərhum X4 miras qalan 0.2675 ha zəbt olunmuş torpaq mərhumun oğlu X2 tərəfindən idarə və istifadə olunur.
5. Göygöl Rayon Dövlət Arxivinin ##.##.2022-ci il tarixli, *** nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Xanlar rayonu Toğana kənd X6 Icraiyyə Komitəsinin Toğana kəndi üzrə 1983-1985-ci illərə aid * nömrəli təsərrüfatbaşına kitabın **** nömrəli şəxsi hesab vərəqində X2 adına 1966-cı ildə daşdan tikilmiş ümumi sahəsi 36 kv.m ev və 0.12 ha torpaq sahəsi qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçılar X3 və X2 cavabdeh Göygöl rayon Zurnabad Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə mərhum valideynlərindən Göygöl rayonun Tülallar kəndində miras qalmış əmlaka faktiki mülkiyyət hüququ ilə 1946-cı ildən etibarən fasiləsiz sahiblik etdikləri faktı müəyyən edilmişdir. 1955 və 1957-ci illərdə məhz bu evdə dünyaya gəlməkləri doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələri ilə sübut olunur. Maraqlı şəxs ƏMDK-nin yanında DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsi həmin qətnaməni icra edərək mülkiyyət hüququnu qeydə almış və ************-***** nömrəli çıxarış verilmişdir. Həmin evin faktiki həyətyanı torpaq sahəsi 51 sotdan çox olduğu halda onun yalnız 25 sotu üzərində mülkiyyət hüququ tanınıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən, “Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər". Dəfələrlə Zurnabad bələdiyyəsinə faktiki istifadələrində olan 26 sotdan çox torpaq sahəsini həmin evdə payçı və Zurnabad kəndində pasport qeydiyyatında olan X3 adına sənədləşdirilməsini xahiş etmişlər. DƏDRX-nin * saylı Gəncə Ərazi Idarəsinin verdiyi Texniki Pasportda faktiki torpaq sahəsi 51 və onun 26 sotu zəbt olunmuş kimi göstərildiyi halda, ##.##.2021-ci il tarixində Zurnabad bələdiyyəsi tərəfindən "Tülallar kəndinin mülkiyyətində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi yoxdur " kimi cavab verilmişdir. Bələdiyyə öz əsasnaməsini pozmuşdur. Belə ki, hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxımalıdır.
8. Iddiaçı X2 tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, istifadəsində olan 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. Cavabdeh inzibati orqanın iddia tələbinə qarşı təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli etirazın məzmunu ##.##.2023-cü il tarixli, *-**-*-**/*-Ə- ****/**** nömrəli imtina məktubunun məzmunu ilə eynilik təşkil etmişdir.
10. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə (hakim F.Əliyev) iddia tələbi mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyil. Iddiaçının hazırda həmin torpaq sahəsinə dair hər hansı hüququ olmadığı üçün iddia tələbi üzrə onun subyektiv hüququ yaranmır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı qərardadın dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Gəncə Ərazi Idarəsinin hüquq varisi kimi tanınması qərara alınmışdır.
c) apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisələndirilən torpaq sahəsi illərdir onların faktiki istifadəsində və sahibliyindədir. Bununla yanaşı fərdi yaşayış evinə dair tərtib olunmuş texniki pasportda da zəbt olunmuş sahə kimi qeyd edilmişdir.
17. Məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
18. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, * nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. Iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. Işin araşdırılması prinsipi bu hallara da şamil olunur. IPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
58. 7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdilmədən saxlanılmalıdır.
22. Işin halları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi Əmlak bölgüsü barədə ##.##.2023-cü il tarixli müqaviləyə əsasən X3, X1, X9, X5, X13 və X2 arasında bölünmüş, X2 payı 0.0417 ha olaraq müəyyən edilmiş, buna dair sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış rəsmiləşdirilmişdir.
23. Iddiaçı həmin torpaq sahəsinin 0.25 ha deyil, 0,51 ha olmasını iddia edərək, qalan 0,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən müraciətin müsbət həllindən imtina edilərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd təqdim edilməməsi ilə əsaslandırılmış, məhkəmə tərəfindən imtina əsaslı hesab edilərək iddia tələbi mümkün sayılmamışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və qeyd edir ki, Göygöl Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsinə əsasən valideyinlərindən miras qalan Göygöl rayon Tülallar kəndində yerləşən 0.25 ha torpaq sahəsinə dair iddiaçı və onun qardaş-bacılarının hüquqları cavabdeh tərəfindən qeydə alınmışdır. Hazırda iddia olunan torpaq sahəsi isə qeyd olunan 0.25 ha torpaq sahəsi ilə həmsərhəd olmaqla, iddiaçının faktiki istifadəsindədir. Buna baxmayaraq, mübahisəli torpaq sahəsinin iddiaçıya aid olmasını təsdiq edəcək hər-hansı bir hüquqmüəyyənedici sənəd mövcud deyildir.
25. Iddiaçı tərəfindən məhkəmə araşdırmasına təqdim olunan sənədlər isə ya cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq iddiaçı və onun qardaş-bacılarının adına rəsmiləşdirilmiş 0.25 ha torpaq sahəsi, ya da mübahisələndirilən torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olmasını təsdiq etməklə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas təşkil etməmişdir (Bax: hazırki qərarın 2-4-cü bəndləri).
26. Iş materiallarından görünür ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edəcək hüquqmüəyyənedici sənədlər məhkəmə araşdırması nəticəsində də müəyyən edilməmişdir. Bundan başqa, həmin torpaq sahəsinin bələdiyyə və ya digər üçüncü şəxs tərəfindən iddiaçıya satılması, bağışlanması və s. yolla mülkiyyətinə verilməsi də müəyyən olunmur. Iddiaçı da məhkəmə kollegiyasının iclasında həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmadığını, illərdir istifadəsində olduğundan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestridən qeydiyyata alınmasını xahiş etdiyini bildirdi.
27. Məhkəmə tərkibi qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. Inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
28. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “Inzibati icraat haqqında” Qanunun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» ## ##### 2015-ci il tarixli * №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
30. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Iddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
31. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd mövcud olmadığından və iddiaçının istinad etdiyi hallar iddianın təmin olunmasına imkan vermədiyindən cavabdeh mövqeyində haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasina kassasiya şikayəti verilə bilər. Qərardad ondan şikayət verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Aygül Isgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov