Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 2-1(3-7)-98/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARI Açar sözlər: qərarın ləğv edilməsi Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasın katibi Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh orqanın ##.##.2024-cü il tarixli inventar nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı İddiaçı ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli inventar nömrəli qərarına əsasən, İddiaçı əmək pensiyası yenidən hesablanmış və ona ##.##.2024-cü il tarixdən müddətsiz 363.86 manat əmək pensiyası təyin edilmişdir. Qərarın “qeyd” hissəsində göstərilmişdir ki, vətəndaşın 1997-2006-cı illərdə Ağstafa rayonu, ** saylı Təsərrüfathesablı Təmir- Tikinti Idarəsində işləmə faktı araşdırılsa da, arxiv sənədlərinin Ağstafa rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən həmin stajın düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Bundan başqa əmək kitabçasında qeydlərə baxarkən işə qəbul əmrində kiril və latın hərflərinin qarışdırılması (гəбул) və vətəndaş ##.##.2006-cı il tarixdən işdən azad olunsa da, pensiya sığorta kapitalının olmaması səbəbindən həmin dövr sığorta stajı olaraq nəzərə alınmadı. Faktiki sığorta stajı və Fərdi hesabındakı sığorta kapitallarına əsasən pensiya yenidən hesablandı və 363,86 manat müəyyən edildi. Nəticədə Qanunun 39.1 maddəsi tətbiq edilməklə ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək 1028.12 manat artıq vermə aşkar edildi.
3. İddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin filialın ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinin ##.##.2014-cü il tarixində qüvvədə olmuş tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Pensiya işinə daxil olan sənədlərin surətlərində və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ##.##.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı, ##.##.2010-cu il tarixindən ##.##.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 665,78 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək 146,51 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən maddənin tələblərinə əsasən indeksləşdirilərək ##.##.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. əmək pensiyanızın məbləği Qanuna ##.##.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il ######ın #-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği ##.##.2023-cü il tarixindən 285,28 manat müəyyən olunmuş, eyni zamanda Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 327,21 manata, ##.##.2024-cü il tarixindən 363,86 manata çatdırılmışdır. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun * saylı Qazax-Tovuz regional filialının sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib etdiyi akta əsasən Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsinin sənədləri mühafizə olunmaq üçün Ağstafa rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin "Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul əmrində kiril qrafikalı hərflərdən istifadə edildiyindən) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən bildirilir ki, əmək pensiyası təyin olunarkən ##.##.2006-cı il tarixinədək sığorta stajı düzgün müəyyən edilməmişdir. Bu səbəbdən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyanın məbləğində ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. "Inzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, *-**-*/*-*-****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçı İddiaçı ##.##.2014- cü il tarixində yaşa görə əmək pensiyası təyin edilən zaman ##.##.1981-ci il tarixindən ##.##.1982-ci il tarixinədək, ##.##.1982-ci il tarixindən ##.##.1982-ci il tarixinədək, ##.##.1983-cü il tarixindən ##.##.1996-cı il tarixinədək, ##.##.1997-ci il tarixindən ##.##.2000-ci il tarixinədək olan dövrlər daxil olmaqla 17 il 7 ay 5 gün sığorta stajı nəzərə alınmışdır. Həmçinin bildirilir ki, vətəndaşın sonrakı müraciətlərinə əsasən əmək pensiyasına yenidən hesablanmalar aparılmışdır. Bildirilir ki, xidməti araşdırma ilə əlaqədar İddiaçı əmək pensiyası Mərkəzi Filialın ##.##.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmış və müəyyən olunmuşdur ki, ona təyin edilmiş əmək pensiyasının vətəndaşın təyinatdan sonrakı müraciətinə əsasən yenidən hesablaması zamanı sığorta hissəsi düzgün hesablanmayıb. Bu səbəbdən Mərkəzi Filialın ##.##.2024-cü il tarxili qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Lakin vətəndaşın əmək pensiyasından artıqödəmə məbləğinin tutulması barədə qərar qəbul edilməmiş və hər hansı tutulma aparılmamışdır. İddiaçı pensiya işinə daxil olan sənədlərin surətinə əsasən ##.##.1970ci il tarixindən ##.##.1974-cü il tarixinədək, ##.##.1975-ci il tarixindən ##.##.1976-cı il tarixinədək, ##.##.1978-ci il tarixindən ##.##.1981-ci il tarixinədək, ##.##.1981-ci il tarixindən ##.##.1982- ci il tarixinədək, ##.##.1982-ci il tarixindən ##.##.1982-ci il tarixinədək, ##.##.1984-cü il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrlər daxil olmaqla onun ##.##.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı müəyyən edilmişdir. Iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun * saylı Qazax-Tovuz regional filialının sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib etdiyi akta əsasən Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsinin sənədləri mühafizə olunmaq üçün Ağstafa rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin əmək kitabçasında qeyd edilən ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuş (işə qəbul əmrində kiril qrafikalı hərflərdən istifadə edildiyindən) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) “Pensiya” altsistemində olan məlumata əsasən ##.##.2006-cı il tarixindən ##.##.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunan səbəblərdən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. X4 ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı ##.##.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı və MEIS-in “Pensiya” altsistemində olan məlumata əsasən ##.##.2010-cu il tarixindən ##.##.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 665,78 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək 146,51 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Həmçinin ##.##.2022-ci il üzrə aylıq 268,62 manat, ##.##.2023-cü il üzrə aylıq 327,21 manat, ##.##.2024-cü il üzrə aylıq 363,86 manat müəyyən edilmişdir.
5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində ** saylı Təsərrüfat Hesablı Təmir Tikinti Idarəsinin (VÖEN: 3600109661) ##.##.1991-ci il tarixdə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının AZ0500 Ağstafa rayonu, Ağstafa şəhəri olması barədə məlumat mövcuddur. Idarənin fəaliyyəti hazırkı dövrdə aktivdir.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli cavab məktubunda bildirilmişdir ki, sorğunuzda qeyd olunan Ağstyafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində hər hansı məlumat yoxdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.1997-ci ildən ##.##.2006-cı il tarixinədək Ağstafa rayonu ** saylı Təsərrüfathesablı Təmir-tikinti Idarəsində rəngsaz kimi işlədiyi müddətin iş stajı kimi bərpa edilməsi və əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, o, ##.##.1997-ci il tarixdə Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti Idarəsində əmək fəaliyyətinə başlamışdır. Işə qəbul ediləndən ##.##.2006-cı il tarixinədək əmək haqqı almışdır. Əmək kitabçasına bununla bağlı qeydlər aparılmış və o, təqaüdə çıxan zaman həmin əmək kitabçası DSMF-nun Ağstafa rayon şöbəsinə təhvil vermişdir. Bundan sonra iş stajına görə ona təqaüd verilmişdir. Artıq 3 aydan çoxdur ki, onun təqaüdündə 34 manat azalma hiss olunduqdan sonra o, cavabdeh təşkilata yazılı surətdə müraciət etmişdir. Lakin onun müraciətinə imtina gəlmişdir. Əslində isə imtinada qeyd olunanlar onun səhvi ucbatından olmamışdır. Bu isə onun hüquqlarını pozmaqa yanaşı pensiya təminatını pozur. Məhkəmə qaydasında olmadan bu faktın müəyyən edilməsi mümkün deyildir. Qeyd etmək istəyir ki, onun bu faktı təsdiqləyən sübutları da vardır.
9. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbi “cavabdeh orqanın ##.##.2024-cü il tarixli inventar nömrəli qərarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək rədd olunmasını xahiş etmişdir.
12. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli Inventar nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
13. Məhkəmə iddianı təmin edərkən, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin müvafiq normalarına istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidməti araşdırma ilə əlaqədar İddiaçı əmək pensiyası Mərkəzi Filialın ##.##.2024-cü il tarixli qərarı ilə yenidən hesablanmış və müəyyən olunmuşdur ki, ona təyin edilmiş əmək pensiyasının vətəndaşın təyinatdan sonrakı müraciətinə əsasən yenidən hesablaması zamanı sığorta hissəsi düzgün hesablanmayıb. Bu səbəbdən Mərkəzi Filialın ##.##.2024-cü il tarxili qərarı ilə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) ##.##.2024-cü il tarixinədək artıqödəmə müəyyən olunmuşdur. Lakin vətəndaşın əmək pensiyasından artıqödəmə məbləğinin tutulması barədə qərar qəbul edilməmiş və hər hansı tutulma aparılmamışdır. Bununla bağlı qeyd edilir ki, məhkəmənin cavabdeh orqan tərəfindən inzibati icraat aparıImadığı və iddiaçının dinlənilmə hüququnun pozulduğu barədə gəldiyi nəticə hüquqi baxımdan əsassızdır. Əmək pensiyasının yenidən hesablanması cavabdeh orqanın qanunla müəyyən edilmiş daimi nəzarət, yoxlama və korrektə səlahiyyətləri çərçivəsində, mövcud rəsmi elektron informasiya resursları (MEIS) və dövlət uçotu məlumatları əsasında həyata keçirilmişdir. Bu proses hər hansı yeni hüquq və ya vəzifə yaradan inzibati aktın qəbul edilməsi deyil, əvvəllər yol verilmiş hesablamada qanunvericiliyə ziddliyin aradan qaldırılması və pensiya məbləğinin normativ tələblərə uyğunlaşdırılması xarakteri daşıyır. Hazırkı halda cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar iddiaçının hüquqi statusunu dəyişməmiş, onun pensiya hüququnu ləğv etməmiş və ya məhdudlaşdırmamış, yalnız əmək pensiyasının hesablanmasında yol verilmiş texniki və hüquqi səhvin aradan qaldırılmasına yönəlmişdir. Bu baxımdan, sözügedən qərar inzibati aktın yenidən qiymətləndirilməsi deyil, inzibati uçot məlumatlarının qanunvericiliyə uyğunlaşdırılınası tədbiri kimi qiymətləndirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, inzibati orqanın dövlət vəsaitlərinin düzgün və səmərəli istifadəsinə nəzarət etmək öhdəliyi mövcuddur və bu öhdəlik ona hər hansı müraciət olmadan da artıq və ya səhv hesablanmış sosial ödənişlərin müəyyən edilməsi və korrektə edilməsi səlahiyyəti verir. Bundan əlavə məhkəmənin iddiaçının dinlənilmə hüququnun təmin olunmaması ilə bağlı qeyd etdiklərinə münasibətdə bildirilir ki, dinlənilmə hüququnun məqsədi inzibati orqanın müəyyən etdiyi faktiki halların maraqlı şəxsin təqdim edə biləcəyi izah və sübutlarla dəqiqləşdirilməsindən ibarətdir. Lakin mübahisə predmeti olan yenidən hesablamada faktiki hallar dəyişməzdir və obyektiv xarakter daşıyır, sığorta stajı, pensiya kapitalı və indeksləşmə göstəriciləri rəsmi dövlət informasiya sistemlərində mövcud olan məlumatlar əsasında müəyyən edilmişdir. Bu məlumatların hüquqi məzmunu subyektiv izahla dəyişə bilmədiyindən, iddiaçının dinlənilməsi inzibati qərarın mahiyyətinə təsir göstərə bilməzdi. Belə hallarda dinlənilmə hüququnun tətbiqi formal xarakter daşıyır və inzibati icraatın səmərəlilik prinsipinə ziddir. Məhkəmənin qərarında məhkəmənin etimad hüququ ilə bağlı mövqeyinə istinadən bildirilir ki, inzibati orqan tərəfindən iddiaçının etimad hüququnun pozulması barədə məhkəmənin nəticəsi qanunvericiliyin məzmununa və etimadın qorunması prinsipinin hüquqi təyinatına uyğun deyildir. “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən etimadın qorunması yalnız maraqlı şəxsin inzibati aktın məzmununa əsaslı və qanunla qorunan etimad göstərdiyi, habelə həmin aktın ləğv olunmasının onun üçün real və əhəmiyyətli zərər doğurduğu hallarda mümkündür. Hazırkı iş üzrə isə iddiaçıya münasibətdə artıqödəmənin tutulması barədə qərar qəbul edilməmiş, faktiki tutulma aparılmamış və onun maliyyə vəziyyətində hər hansı real mənfi dəyişiklik baş verməmişdir. Hesab edilir ki, bu baxımdan, etimad hüququnun pozulmasından söhbət gedə bilməz. Məhkəmənin diqqətinə çatdırılır ki, etimadın qorunması prinsipi qanunsuz inzibati aktın istənilən halda dəyişdirilməzliyini nəzərdə tutmur. Əksinə, bu prinsip qanunçuluq və dövlət maraqları ilə balanslı şəkildə tətbiq olunmalıdır. Sosial ödənişlər sahəsində dövlət vəsaitlərinin qanunsuz və ya səhv xərclənməsinin davam etdirilməsi inzibati orqanın üzərinə qoyulmuş konstitusion vəzifələrə ziddir. Bu səbəbdən, aşkar edilmiş səhvin aradan qaldırılması və pensiya məbləğinin qanunvericiliyə uyğunlaşdırılması etimadın pozulması deyil, qanunçuluğun bərpası kimi qiymətləndirilməlidir. Həmçinin, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 16.01,1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun * saylı Qazax-Tovuz regional filialının sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib etdiyi akta əsasən Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsinin sənədləri mühafizə olunmaq üçün Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Bundan əlavə aparılan araşdırma nəticəsində iddiaçının əmək kitabçasında qeyd edilən ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulması faktı müəyyən olunmuşdur (işə qəbul əmrində kiril qrafikalı hərflərdən istifadə edildiyindən). Bununla bağlı qeyd edilir ki, “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ##.##.1991-ci il tarixli Qərarı ilə 1992-ci ildən etibarən respublika ərazisində latın qrafikalı əlifbadan istifadə olunur. Yəni, 1992-ci ildən kiril qrafikalı əlifba yerinə latın qrafikalı əlifbadan istifadə edildiyi üçün əmək kitabçası da 1992-ci ildən etibarən latın qrafikası əsasında doldurulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.2-ci maddəsinə əsasən ##.##.2006-cı il tarixdən sonrakı dövr üzrə sığorta stajının hesablanması dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra - fərdi uçot) məlumatlarına əsasən həyata keçirilir. Qeyd olunan normaya əsaslanaraq bildirilir ki, X9 Sisteminin (bundan sonra - MEIS) “Pensiya” altsistemində olan məlumata əsasən 01.01,2006-cı il tarixindən ##.##.2006-cı il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Nəticə olaraq Mərkəzi Filialın ##.##.2024-cü il tarixli qərarı ilə İddiaçı ##.##.2006-cı il tarixinədək 21 il 1 ay 26 gün sığorta stajı və MEIS-In “Pensiya” altsistemində olan məlumata əsasən ##.##.2010-cu il tarixindən ##.##.2014-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 665,78 manat (2014cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, ##.##.2015-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün ##.##.2014-cü il tarixindən ##.##.2015-ci il tarixinədək 146,51 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq ##.##.2021-ci il tarixindən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 259,78 manat müəyyən edilmişdir. Həmçinin ##.##.2022-ci il üzrə aylıq 268,62 manat, 01.01,2023-cü il üzrə aylıq 327,21 manat, ##.##.2024-cü il üzrə aylıq 363,86 manat müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddiaçı İddiaçı “qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsaslı olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
18. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə kollegiyası, məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
19. Iddiaçı İddiaçı məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 87. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. Iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
23. “Işçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bənd 1.2. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. Bənd 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Bənd 3.5. Işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Iş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən aparılır.
26. “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 62.1. Inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
27. Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
Iddia tələbinin və apellyasiyanın mümkünlüyü, apellyasiya baxışın hədləri
28. IPM-in 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. IPM-in 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
30. IPM-in 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. IPM-in 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
32. IPM-in 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
33. IPM-in 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir.
34. IPM-in 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
35. IPM-in 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
36. IPM-in 87.7. Apellyasiya instansiyası bir qayda olaraq mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
37. Məhkəmə kollegiyası ilk növbədə iddianın və apellyasiya şikayətində ifadə olunan tələbin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür. Apellyasiya şikayəti qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur.
38. Baxılan mübahisə Azərbaycan Respublikası IPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisə, verilmiş iddia isə IPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddiadır.
39. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
44. Iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçıya ##.##.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqanın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli inventar nömrəli qərarına əsasən, iddiaçının əmək pensiyası yenidən hesablanmış və ona ##.##.2024-cü il tarixdən müddətsiz 363.86 manat əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması nəticəsində iddiaçının pensiya məbləğində azalma olmuş, həmçinin Qanunun 39.1-ci maddəsi tətbiq edilməklə ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək 1028.12 manat artıq vermə müəyyən edilmişdir. Iddiaçının pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana etdiyi müraciətə həmin orqanın ##.##.2024-cü il tarixli, *-**-*/*-Ə-******/**** nömrəli cavab məktubu ilə imtina cavabı verilmişdir.
45. Göründüyü kimi, hazırkı mübahisə cavabdehin “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli “inventar” nömrəli qərarının ləğvi ilə bağlıdır.
46. Cavabdeh orqan həmin qərarı qəbul edərkən o hala istinad etmişdir ki, iddiaçının əmək pensiyası təyin olunarkən ##.##.2006-cı il tarixinədək sığorta stajı düzgün müəyyən edilməmişdir. Belə ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış, Fondun * saylı Qazax-Tovuz regional filialının sözügedən dövrün araşdırılması ilə əlaqədar tərtib etdiyi akta əsasən Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsinin sənədləri mühafizə olunmaq üçün Ağstafa rayon Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Həmçinin "Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə qəbul əmrində kiril qrafikalı hərflərdən istifadə edildiyindən) və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır.
47. Beləliklə, cavabdeh orqan hazırkı mübahisə üzrə “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2024-cü il tarixli “inventar” nömrəli qərarı ilə iddiaçının əvvəllər nəzərə alınan sığorta stajını nəzərə almayaraq yenidən hesablama aparmışdır ki, bu da qanuni hesab edilə bilməz.
48. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici inzibati orqana səlahiyyətinə aid məsələ üzrə əvvəlki qərarının düzgünlüyünü, əsaslılığını yenidən yoxlamaq, qanunsuz olduğu halda ləğv etmək imkanını tanımışdır, lakin bu imkan da müəyyən edilmiş prosessual qaydalara tabedir.
49. Yəni, cavabdeh orqan iddiaçıya əvvəllər pensiya təyinatı apardığı qərarın əsaslılığına şübhə doğuran halları aşkar etdiyi təqdirdə, həmin qərarın qanunsuzluğunu aşkara çıxaran zaman inzibati orqan olaraq “Inzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə bu barədə icraat başlamalı, iddiaçının iştirakını təmin edərək, onun mülahizələrini dinləməli, onun sübutlar təqdim etməsinə şərait yaratmalı, zəruri hallarda özü əlavə sübutlar toplamalı, yekunda inzibati akt qəbul etməlidir.
50. Bu zaman inzibati orqan həm də, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67.5ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “Inzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.
51. Lakin hazırkı iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan inzibati icraat aparmamış, iddiaçının dinlənilməsini təmin etməmiş, ona sübutlar təqdim etmə imkanı yaratmamışdır. Məhkəmə icraatı gedişində cavabdeh orqan iddiaçıya pensiya təyinatı barədə qərarın əsaslılığının yenidən yoxlanılmasının səbəb və əsaslarına dair hər hansı sənəd təqdim etməmiş, bu halın xidməti yoxlama zamanı aşkara çıxardığına istinad etmişdir.
52. Qeyd olunmalıdır ki, iddiaçıya pensiya təyinatı bu sahədə səlahiyyətli qurumun qərarına əsasən aparılmış və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək ona müvafiq ödəniş edilmişdir. Başqa sözlə, iddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli olan qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir.
53. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “Inzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı tərəfindən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər, saxta sənədlər təqdim edilməsi və bu yolla pensiya təyinatına nail olmasına dair cavabdeh orqan tərəfindən əsaslı sübut təqdim edilməmiş, eyni zamanda “Inzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanan digər halların mövcudluğu da sübuta yetirilməmişdir. Belə olan halda isə iddiaçının ona pensiya təyin olunmasına dair cavabdeh orqanın hərəkətlərinə etimad hüququ vardır.
55. Mübahisənin maddi-hüquqi əsasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajını təsdiq edən əmək kitabçasını cavabdehə təqdim etmişdir ki, həmin kitabçadakı qeydlərdə də iddiaçının ##.##.1997-ci il tarixindən ##.##.2006-cı il tarixinədək Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində işləməsi öz təsdiqini tapmışdır.
56. Digər tərəfdən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
57. Həmçinin iddiaçının işlədiyi müəssisəsin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının səlahiyyətində olmadığından (sənədlərin arxivə təhvil verilməsi öhdəliyi olmadığından) bu onun üçün mənfi nəticələr doğurmamalıdır.
58. Bundan əlavə, iddiaçının mübahisələndirilən dövrlərdə Ağstafa rayonu ** saylı Təsərrüfat hesablı Təmir Tikinti idarəsində işləməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin daxil edilməsi nəzərdə tutulmuşdur. Bununla belə, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silindiyindən, həm də formalaşmış vahid məhkəmə təcrübəsinə görə # ###### 2006-cı il tarixədək olan fəaliyyət dövrü məcburi dövlət sosial sığorta haqlarının ödənilməsindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
59. Məhkəmə kollegiyası həmçinin şikayətin digər dəlilinə, yəni təqdim edilən əmək kitabçasında iddiaçının işə qəbul əmrində kiril və latın hərflərinin qarışdırılması ilə bağlı dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, əmək kitabçasının düzgün doldurulmaması iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından, həmin səbəbə görə qeyd olunan dövrlərin iddiaçının stajına hesablanmaması onun sosial təminat hüququnun əsassız olaraq pozulması ilə nəticələnir.
60. Belə ki, iddiaçının əmək pensiyası yaşına çatdığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.1-ci bəndinə görə əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.
61. Göründüyü kimi, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq qurumlar tərəfindən həyata keçirilir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən dövrlər üzrə əmək kitabçasının doldurulma qaydasının pozulması iddiaçının sosial təminat hüququnu məhdudlaşdırmamalıdır.
62. Odur ki, hazırkı halda qanunvericilik aktlarının tələbləri təmin olunmamış, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmamış, iştirakçıların (maraqlı şəxslərin) dinlənilmə hüquqları təmin edilməmişdir. Buna görə də, cavabdehin qərarının və faktiki xarakterli hərəkətinin qanunsuzluğuna, habelə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri isə qərarın ləğvinə əsas vermir.
63. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərar nəzərdə tutulmuş müddətdə şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayət geri götürüldüyü hallarda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.