Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1000/2026 14.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi və cavabdeh1 qarşı iş üzrə (İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Iddiaçı İddiaçı cavabdehlər Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi və cavabdeh1 qarşı "qərar və sərəncamın ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Nərimanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına rəsmiləşdirilmiş Xaçmaz bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarının (iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə kəsişdiyi/üst-üstə düşdüyü hissədə), 124 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair Aktın və cavabdeh1 başçısının ##.##.2006-cı il tarixli ** saylı sərəncamının qanunsuz hesab edilərək ləğv olunması, həmçinin zərurət yarandığından mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi üçün məhkəmə-torpaq quruluşu ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2006-cı il tarixli, ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş N.Nərimanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsinə dair İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına rəsmiləşdirilmiş Xaçmaz bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarının (iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi ilə kəsişdiyi/üst-üstə düşdüyü hissədə), 124 nömrə ilə qeydə alınmış "Torpaqların alqı-satqısına dair Aktın, DT və XK-nin Xaçmaz rayon şöbəsinin ##.##.2006-cı il tarixli, ** saylı rəyin, habelə Xaçmaz Rayon Xaçmaz Icra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli ** saylı sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh1 Başçısının ## ####### 1998-ci il tarixli, *** saylı sərəncamı ilə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, keçmiş Mərkəzi Univermaq (hazırda “Nur" şadlıq sarayı) ilə keçmiş RIK-in inzibati binası arasında mövcud olan ərazi yaşıllıqların qorunub saxlanılması və əhaliyə səyyar iaşə xidməti göstərilməsi məqsədilə onun istifadəsinə verilmişdir. Sözügedən sərəncam qanuni qüvvəyə minmiş inzibati akt olmaqla, qəbul edildiyi tarixdən etibarən iddiaçı üçün legitim hüquqi nəticələr doğurmuş və qeyd edilən torpaq sahəsi üzərində qanuni istifadə hüququnun yaranmasına əsas olmuşdur. Sərəncama əsasən torpaq sahəsi iddiaçının faktiki sahibliyinə keçdikdən sonra, həmin ərazidə şəxsi vəsaiti hesabına genişmiqyaslı abadlaşdırma və əsaslı tikinti-bərpa işləri həyata keçirmişdir. Ərazidə dekorativ kollar və güllər əkilmiş, torpaq sahəsinə üç tərəfdən 150 metr uzunluğunda dekorativ metal konstruksiyalı hasarlar (bəzəkli metal barmaqlıqlar) çəkilmiş, diametri 2 metr olan dairəvi formada su hovuzu-fontan, yay mövsümü üçün 7 ədəd istirahət köşkü (besedka), yay mətbəxi kimi istifadə edilən talvar tikdirilmiş və sanitar qovşaq inşa edilmişdir. Həmçinin, əraziyə bütün zəruri kommunikasiya (işıq, su, qaz, kanalizasiya) xətləri çəkilmişdir. Bütün sadalanan abadlaşdırma və təmir-tikinti işləri iddiaçının şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Ərazi parkrestoran kimi istifadəyə verildikdən sonra uzun müddət ərzində Xaçmaz şəhər sakinləri tərəfindən istirahət və ictimai iaşə məqsədilə istifadə olunmuşdur. Bu obyektlər funksional olaraq daşınmaz əmlakın ayrılmaz tərkib hissələridir və ərazinin uzun müddət "park-restoran" kimi ictimai iaşə məqsədilə istifadə olunması iddiaçının faktiki, vicdanlı və fasiləsiz sahibliyini sübut edir. Qanunvericiliyin - Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq, üzərində tikililər və mühəndiskommunikasiya xətləri olan torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı həmin tikililərin hüquqi taleyi mütləq nəzərə alınmalı idi. Bələdiyyə tərəfindən ərazinin sanki boş torpaq sahəsi kimi təqdim edilərək İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına rəsmiləşdirilməsi "Inzibati icraat haqqında" Qanunun faktların araşdırılması prinsipini kobud şəkildə pozmuşdur. Ərazini aldığı zaman tamamilə boş ərazi olmuşdur. O öz vəsaiti hesabına ərazidə abadlaşdırma işləri aparmış, sonradan alqı-satqı müqaviləsi əsasında əraziyə "mülkiyyət hüquqları" əldə edən İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs sadəcə kiçik dəyişikliklər etmişdir, iddiaçının əməyi də bir növ sui-istifadə olunmuşdur. Beləliklə, Bələdiyyənin bu hərəkəti həm mülkiyyət hüququnun toxunulmazlığını pozur, həm də ərazidə qoyduğu maddi əməyin və investisiyanın digər şəxs tərəfindən mənimsənilməsinə (əsassız varlanmaya) şərait yaradır. Bu hal inzibati orqanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsini və ya aşkar səhlənkarlığını bir daha təsdiq edir. Bələdiyyələr fəaliyyətə başladıqdan sonra iddiaçı tərəfindən həmin torpaq sahəsindən istifadə ilə əlaqədar olaraq Xaçmaz bələdiyyəsinin hesabına ümumilikdə 200000 manat məbləğində torpaq vergisi ödənilmişdir ki, bu da onun torpaqdan faktiki və davamlı istifadə hüququnun mövcudluğunun, dövlət və bələdiyyə orqanları tərəfindən həmin istifadə hüququnun tanınmasının bariz sübutudur. Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həm vergi alıb, həm də eyni torpağı başqasına satmaq hüquqi "ədalətsizlik", "hüquqi ziddiyyət və uyğunsuzluq" nümunəsidir. Eyni zamanda cavabdeh1 Xaçmaz rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışı ilə də təsdiq olunur ki, cavabdeh1 Başçısının ##.##.1998-ci il tarixli *** saylı sərəncamı bu günədək ləğv edilməmiş, dəyişdirilməmiş və hüquqi qüvvəsini saxlamışdır. Həmçinin onun tərəfindən ## ###### 2025-ci il tarixli *** saylı sorğuya cavab olaraq, AR Milli Arxiv Idarəsi cavabdeh1 Xaçmaz rayon Dövlət Arxivinin ##.##.2025-ci il tarixli arxiv arayışı da təsdiq edir ki, ## ####### 1998- ci il tarixli *** saylı sərəncamının ##.##.2005-ci il tarixdən ##.##.2006-cı il tarixədək ləğv edilməsi barədə heç bir hüquqi akt aşkar edilməmişdir. Lakin bütün bunlara baxmayaraq, mövcud hüquqi akt qüvvədə olduğu halda, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən ##.##.2006-cı il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 1200,0 kv.m (0,12 ha) torpaq sahəsinin satın alınması məqsədilə Xaçmaz rayon bələdiyyəsinə müraciət edilmişdir. Xaçmaz bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı ilə sözügedən ərazi Xaçmaz şəhər sakini İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində ##.##.2006-cı il tarixli, *** saylı "Torpaqların alqı-satqısına dair” AKT qeydə alınmışdır. Bu qərar və akt nəticəsində onun istifadəsində olan torpaq sahəsi ilə cavabdehə satılan sahə üst-üstə düşmüşdür. Bu, "torpaqların qəsb edilməsi" və ya "ikiqat sənədləşmə" halıdır. Iş üzrə yerində baxış keçirilsə və torpaqşünaslıq ekspertizası təyin edilsə, qeyd etdiyi faktiki hallar - torpaq sərhədlərinin üst-üstə düşməsi halı öz təsdiqini tapacaqdır. Bundan əlavə, Xaçmaz bələdiyyə sədrinin verdiyi ##.##.2006-cı il tarixli, ** saylı rəyi ilə həmin 1200 kv.m torpaq sahəsinin fərdi məişət xidməti obyektinin tikintisi məqsədilə satılmasını qanunauyğun hesab edilmiş və qeyd edilmiş torpaq sahəsində özəl ticarət obyektinin tikilməsinə razılıq verilmişdir. Ardınca cavabdeh1 tərəfindən həmin torpaq sahəsində özəl ticarət obyektinin tikilməsinə icazə verilmiş və Xaçmaz Rayon Ərazi Idarəsi tərəfindən isə MH seriya ******* saylı, ##.##.2006-c1 il tarixli dövlət qeydiyyatından çıxarış rəsmiləşdirilmişdir. X1 bələdiyyə tərəfindən verilmiş torpaq sahəsi ilə Icra Hakimiyyətinin ##.##.1998-ci il tarixli *** saylı Sərəncamı ilə təhkim edilmiş torpaq sahələri üstüstə düşür. Belə ki, aparılmış hüquqi təhlil və mövcud sənədlərin müqayisəsi göstərir ki, 1998-ci il tarixli sərəncamla iddiaçıya təhkim edilmiş ərazi ilə 2006-cı ildə bələdiyyə tərəfindən satılmış torpaq sahəsi faktiki olaraq üst-üstə düşür, torpaq sahəsinin sərhədləri arasında açıq-aşkar ziddiyyətlər mövcuddur. Bu hal torpaq münasibətləri sahəsində eyni ərazi üzrə iki fərqli hüquqi rejimin formalaşmasına gətirib çıxarmış, inzibati orqanların aktları arasında hüquqi kolliziya yaratmış, dövlət orqanlarının aktları arasında normativ və inzibati ziddiyyət formalaşdırılmasına səbəb olmuşdur. Bu, qanunvericiliyin tələblərinə açıq-aydın şəkildə ziddir. Daha sonra ##.##.2025-ci il tarixdə iddiaçı X3 ilə müraciət edərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsi üzrə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adına verilmiş MH seriya ******* saylı, ##.##.2006-cı il tarixli çıxarışın verilməsinin hüquqi əsası olan bələdiyyə tərəfindən verilmiş qərarın ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Xaçmaz Bələdiyyəsi ##.##.2025-ci il tarixində cavab olaraq bildirmişdir ki, 20 il bundan əvvəl verilmiş qərarın indiki halda ləğv edilməsi yalnız məhkəmənin qərarı ilə mümkündür. Həmçinin ##.##.2025-ci il tarixində cavabdeh1 ərizə ilə müraciət edərək Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən 0,12 ha torpaq sahəsi üzrə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs münasibətdə cavabdeh1 tərəfindən verilmiş ##.##.2006- il tarixli ** saylı "Xaçmaz şəhərində fərdi ticarət obyektinin tikintisinə icazə verilməsi haqqında” Sərəncamının ləğv edilməsi üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin ##.##.2025-ci il tarixli cavab məktubunda iddiaçıya sözügedən məsələ mübahisəli olduğu üçün aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Mübahisələndirilən Çıxarışın verilməsi üçün əsas rolunu oynamış Xaçmaz Bələdiyyəsinin ## ###### 2006-cı il tarixli ** saylı qərarı, 124 nömrə ilə qeydə alınmış "Torpaqların alqısatqısına dair Akt” və “Xaçmaz şəhərində fərdi ticarət obyektinintikintisinə icazə verilməsi haqqında” Icra Hakimiyyətinin rəsmi sənədi cavabdeh1 başçısının ##.##.2006-cı il tarixli ** saylı Sərəncamı hüquqi qüvvəsi olmayan, maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmiş qanunsuz inzibati aktlardır. Bələdiyyə tərəfindən qərar qəbul edilərkən, torpaq sahəsi üzərində əvvəllər yaranmış və hüquqi qüvvədə olan mülkiyyət/istifadə hüquqları araşdırılmamış, nəticədə torpaq sahələrinin faktiki kəsişməsinə yol verilmişdir. Inzibati orqanlar "Inzibati icraat haqqında" Qanunun tələblərinə uyğun olaraq, işin halları barədə bütün zəruri məlumatları toplamağa və hüquqi əhəmiyyət kəsb edən sənədləri nəzərə almağa borclu olduqları halda, bu öhdəliyi icra etməmişlər. Mövcud hüquqi sənədlər nəzərə alınmadan verilmiş hər hansı yeni sərəncam və ya qərar, əvvəlki hüquq sahibinin qanunla qorunan mənafelərini pozduğuna görə əsassız və qanunsuz hesab edilməlidir. Beləliklə, hüquqi əsası olmayan sənədlər əsasında verilmiş çıxarışın özü də hüquqi qüvvədən məhrumdur və ləğv edilməlidir. Iddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, daha əvvəl məhkəməyə müraciət edərək, cavabdeh1 Başçısının ## ####### 1998-ci il tarixli, *** saylı sərəncamı ilə istifadəsinə verilmiş ərazinin Xaçmaz bələdiyyəsi tərəfindən digər cavabdeh Rəsul Abbasova icarəyə verilməsinin qanunsuz hesab edilməsini, həmin icarə müqaviləsinin etibarsız sayılmasını və mübahisəli ərazinin istifadəmə qaytarılmasını xahiş etmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)-***/**** saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmçinin bundan bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin Icra Aparatı vasitəsilə Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin müraciətə ##.##.2006-cı il tarixli, *QŞ-***/** nömrəli məktubla cavab verilmişdir. Bu faktlar sübut edir ki, öz hüquqlarının qorunmasında maraqlı olmuş və hərəkətsizlik nümayiş etdirməmişdir. Məhkəmə tərəfindən işin baxılmamış saxlanılmasından sonrakı dövrdə iddiaçının səhhətində yaranmış ciddi problemlər, o cümlədən ağır şəkər xəstəliyindən əziyyət çəkməsi, habelə maddi vəziyyətinin yaxşı olmaması onun peşəkar hüquqi yardımdan istifadə etmək və yenidən müəyyən edilmiş vaxtda məhkəməyə müraciət etmək imkanlarını məhdudlaşdırmış və müddətin keçməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382.1-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Bununla yanaşı qeyd etməliyəm ki, qaldırdığımız iddia mülkiyyət və istifadə hüquqlarının müdafiəsi ilə bağlıdır. Belə ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin (və ya digər qanuni sahibin) onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri olduqda iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, dövlət və ya bələdiyyə orqanının əmlaka sahiblik, ondan istifadə üzrə hüquqları pozmuş aktının etibarsız sayılması haqqında tələblərə də iddia müddəti şamil olunmur. Onun tələbi qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının bərpasına və bələdiyyənin ganunsuz hərəkətlərinin (icarə müqaviləsinin) ləğvinə yönəldiyi üçün bu mübahisəyə iddia müddətinin tətbiq olunması qanunvericiliyin qeyd olunan maddələrinə ziddir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Xaçmaz bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərarını və cavabdeh1 başçısının ##.##.2006-cı il tarixli ** saylı sərəncamını mübahisələndirir. Iddiaçı həmin inzibati aktlardan ən geci 2010-cu ildə məlumatlı olmuşdur. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə də qeyd edilmişdir. Iddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)-***/**** saylı qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmçinin bundan bir qədər əvvəl Azərbaycan Respublikası Prezidentinin Icra Aparatı vasitəsilə Apellyasiya Məhkəməsinə müraciət etmiş və həmin müraciətə ##.##.2006-cı il tarixli, *QŞ***/** nömrəli məktubla cavab verilmişdir. Bu faktlar sübut edir ki, iddiaçı öz hüquqlarımın qorunmasında maraqlı olmuş və hərəkətsizlik nümayiş etdirməmişdir. Məhkəmə tərəfindən işin baxılmamış saxlanılmasından sonrakı dövrdə iddiaçının səhhətində yaranmış ciddi problemlər, o cümlədən ağır şəkər xəstəliyindən əziyyət çəkməsi, habelə maddi vəziyyətinin yaxşı olmaması onun peşəkar hüquqi yardımdan istifadə etmək və yenidən müəyyən edilmiş vaxtda məhkəməyə müraciət etmək imkanlarını məhdudlaşdırmış və müddətin keçməsinə səbəb olmuşdur. Iddiaçı mübahisələndirilən əmrdən vaxtında məlumatlı olduğu halda, hazırkı iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə səbəb kimi səhhətində yaranmış problemlərin olmasını, habelə maddi vəziyyətinin yaxşı olmamasını qeyd etmişdir. Məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Iddiaçının mübahisələndirdiyi qərar qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Həm də 2000-ci il # ######## tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il # ###### tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il # ###### tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların # ###### 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 0# ###### 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 0# ###### 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, Inzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh1 Başçısının ## ####### 1998-ci il tarixli, *** saylı qüvvədə olan rəsmi sərəncamı ilə mübahisəli ərazidə yerləşən torpaq sahəsinin qanuni istifadəçisidir. Cavabdehlərin (Bələdiyyə və Icra Hakimiyyəti) 2006-cı ildə onun xəbəri olmadan, istifadə və sahibliyində olan qanuni sahə ilə üst-üstə düşən ərazini üçüncü şəxsə satması mülkiyyət hüququndan məhrum etmişdir. Birinci instansiya məhkəməsi isə bu aşkar və kobud konstitusion pozuntunu və qanunsuzluğu prosessual müddət adı altında pərdələməklə Konstitusiyanın mülkiyyəti qorunan ali prinsiplərini nəzərə almamışdır. Icra hakimiyyəti və bələdiyyənin qəbul etdiyi qanunsuz inzibati aktlar nəticəsində hüququ kobud şəkildə pozulmuş, sənədləri yalnız 2025-ci ildə arxivdən əldə etmişdir. Məhkəmə isə sadəcə prosessual müddəti bəhanə edərək iddianı mümkün saymamış, konstitusion hüququ olan məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Birinci instansiya məhkəməsi işin sadəcə inzibati iş olduğunu əsas gətirərək, mülki qanunvericiliyi nəzərə almamışdır. Bu arqument isə tamamilə əsassızdır. Çünki mübahisə inzibati xarakterli olsa və işə inzibati məhkəmədə baxılsa da, iddiaya səbəb olan aktlar birbaşa mülkihüquqi xarakterli nəticələr doğurmuş, onun qanuni sahiblik və istifadə hüququnu məhdudllaşdırmışdır. Buna görə də qeyd edilən inzibati aktlar mübahisələndirilən zaman iddia müddəti institutu nəzərə alınmamalıdır. Habelə bu qanunsuz hərəkətin nəticəsi hələ də davam edir, torpaq qanunsuz bələdiyyə aktı əsasında zəbt edilmiş, mülkiyyət hüququ pozulmuşdur. Məhkəmənin bu maddəni tətbiq etməməsi birbaşa qanunun imperativ tələbinin pozulması deməkdir. Məhkəmə bələdiyyənin bu qeyri-vicdanlı və ziddiyyətli davranışına hüquqi qiymət verməli olduğu halda, vətəndaşın iddia müddətini ötürdüyünü əsas gətirərək iddianı mümkünsüz sayması kobud pozuntu hesab olunur. Xaçmaz Bələdiyyəsi və cavabdeh1 Başçısı üçüncü şəxs - İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs münasibətdə inzibati akt qəbul edərkən mübahisəli torpaq sahəsinin cavabdeh1 Başçısının ## ####### 1998-ci il tarixli, *** saylı qüvvədə olan sərəncamı ilə artıq qanuni şəkildə onun istifadəsinə verildiyini nəzərə almamışdır. Deməli, bələdiyyənin həmin torpağı üçüncü şəxsə satması qanuni mülkiyyət hüququnun pozuntusu hesab olunur. Inzibati orqanların Sərəncamına etimad edərək həmin torpaq sahəsində tikili, qurğular inşa etmiş, əsaslı dəyişikliklər aparmışdır. Xaçmaz Bələdiyyəsi və Icra Hakimiyyəti ona münasibətdə 1998-ci il tarixli sərəncamı qüvvədə olsa belə, eyni torpaq sahəsi barədə 2006-cı ildə üçüncü şəxsə münasibətdə tamamilə ziddiyyətli akt tərtib etmişdir. Inzibati orqan eyni daşınmaz əmlak üzərində iki fərqli subyekt üçün mülkiyyət hüquqlarının yaranmasına səbəb olduğu üçün bu, mülki dövriyyədə xaos yaratmış və qanunilik prinsipi kobud şəkildə pozulmuşdur. Məhkəmə isə inzibati orqanın bu ziddiyyətli hərəkətlərini və qanunsuzluğunu nəzərə almadan, vətəndaşın iddia müddətini ötürdüyünü əsas gətirərək dövlət orqanının qanunsuz hərəkətlərini görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsi bu təməl prinsipi pozmaqla qərar qəbul etmişdir. Məhkəmə sadəcə "müddət keçib" bəhanəsi gətirərək iddianı mümkün saymamışdır. Halbuki Inzibati Prosessual Məcəllənin tələbləri, xüsusilə 12-ci maddəsi məhkəmənin üzərinə imperativ öhdəlik qoyur. Bu da onu deməyə imkan verir ki, Məhkəmə mübahisəli aktların, habelə hüquqmüəyyənedici sənədlərin iddiaçıya rəsmi qaydada təqdim edilmə müddətini cavabdeh orqanlara rəsmi qaydada müraciət etməklə araşdırmalı idi. Habelə Məhkəmə iddiaçının Xaçmaz Rayon Məhkəməsinə müraciət edərkən tələbini, cavabdehlər dairəsini, niyə işin davam etmədiyini, hansı obyektiv və ya subyektiv səbəblərdən - məsələn, məhkəmə süründürməçiliyi, yerli icra qurumlarının təzyiqləri və ya iddiaçının fiziki və psixoloji vəziyyətinin kəskinləşməsi səbəbindən məhkəmə prosesinin başa çatmadığını dəqiq şəkildə araşdırmalı idi. Məhkəmə bu prinsipin tələblərini pozaraq inzibati orqanların xeyrinə qərar vermiş və öz vəzifəsini yerinə yetirmişdir. Məhkəmə iclasının videoçəkiliş materiallarına nəzər salınsa, aşkar şəkildə müşahidə edilər ki, sədrlik edən hakim ona qarşı tamamilə qərəzli və birtərəfli mövqe nümayiş etdirmişdir. Belə ki, sənədlərdən rəsmi olaraq yalnız 2025-ci ildə məlumatlı olduğunu bəyan etsə və bunu arxiş arayışı ilə təsdiqləsə belə, məhkmə birbaşa istiqamət verərək, “ötürülmüş iddia müddətinin bərpası tələbi” ilə bağlı ərizə yazmağı məsləhət görmüşdür. Məhkəmənin qərəzsiz, ədalətli olduğuna və hüquqi yardım göstəmək vəzifəsinə sadiq olduğuna etimad edərək, bu tələbinə inanmış və həmin tələblə bağlı ərizə ilə müraciət etmişdi. Qərardaddan aydın olur ki, məhkəmə məhz bu ərizəni əsas gətirərək iddianı mümkünsüz hesab edərək rədd etmişdir. Məhkəmənin vətəndaşı aldadaraq, onun xeyrinə olmayan və iddiasının rədd edilməsinə birbaşa hüquqi əsas yaradacaq prosessual hərəkətlərə sövq etməsi ədalət mühakiməsinin obyektivliyi prinsipinin kobud pozuntusu hesab olunmalıdır. Məhkəmə vətəndaşa hüquqi yardım göstəmək öhdəliyindən sui-istifadə edərək, işə mahiyyəti üzrə detallı baxmamış, yalnız bir əsas üzərində dayanmış, iddiaçının irəli sürdüyü digər sübutlara münasibət bildirməmiş, inzibati orqanın xeyrinə birtərəfli mövqe nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsinin qərardadı düzgün əsaslandırılmamışdır. Onun bələdiyyə büdcəsinə ödədiyi vergini dəyərləndirməmiş, torpaq sahəsi üzərində etdiyi əsaslı dəyişikliklərə heç bir prosessual qiymət verməmiş, bu faktın üzərindən sükutla keçmişdir. Məhkəmə vətəndaşdan yüz minlərlə vergi alıb onun hüququnu rəsmi şəkildə tanısa da, torpağı başqasına satan bələdiyyənin bu hərəkətini sadəcə müddət keçib deyə nəzərə almamış, hüquqi qiymət verməmişdir. Əsaslı sübutları nəzərə almadan qəbul edilən qərardad Inzibati Prosessual Məcəllənin məhkəmə aktlarının əsaslandırılmasına dair tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə hazırkı işdə iddiaçının irəli sürdüyü faktlar əsasında mühakimə yürütməmiş, iddia müddətinin keçməsinə dair əsassız tətbiq edilən hüquq norması məhkəmə tərəfindən mütləq həqiqət kimi qəbul edilmiş, iddiaçının sənədlərdən xəbərsiz olması və yalnız 2025-ci ilin sonunda arxivə sorğu göndərməklə sənədləri əldə etməsi kimi fundamental faktlar nəzərə alınmamışdır. Bu yanaşma çəkişmə prinsipinin kobud şəkildə pozuntusu hesab olunur. Dövlət və bələdiyyə orqanının mövqeyini vətəndaşın qanuni mülkiyyət və sahiblik hüququndan üstün tutaraq tərəflərin bərabərliyi prinsipini kobud şəkildə pozmuşdur. Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli şəkildə tədqiq etməmişdir. Onun 2010-cu ildə peşəkar hüquqi yardımdan məhrum olması, təzyiqlər və hüquqi savadsızlıq səbəbindən yanlış tələblə müraciət etməsi və cavabdehlər dairəsini yanlış müəyyən edilməsi nəzərə alınmamışdır. Iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ən təkzibolunmaz və fundamental sübut bələdiyyə büdcəsinə torpaq vergisinin ödənilməsini təsdiq edən qəbzlərdir. Bu sübut birbaşa olaraq bələdiyyənin iddiaçının ərazi üzərindəki mülkiyyət hüquqlarını rəsmən tanıdığını və qəbul etdiyini nümayiş etdirir. Lakin birinci instansiya məhkəməsi bu sübutu ümumiyyətlə tədqiq etməmiş, ona heç bir hüquqi qiymət verməmiş, onun maddi sübutları qeyri-obyektiv və qərəzli qiymətləndirilmişdir. Hər bir məhkəmə aktı (o cümlədən qərardad) əsaslandırılmalı, orada məhkəmənin gəldiyi nəticələri təsdiq edən hüquqi və məntiqi əsaslandırmalar öz əksini həmin aktda tapmalıdır. Şikayət olunan qərardadın təsviri-əsaslandırıcı hissəsində məhkəmə sadəcə prosessual müddətin keçdiyi məsələsinə toxunaraq iddianı mümkünsüz saymış, lakin digər faktiki sübutları nəzərə almamışdır. Bu cür qeyri-müəyyən və əsassız çıxarılan qərardad prosessual baxımdan qanunsuz olmaqla ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehlərin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Mülki Prosessual Məcəllə (Məcəllənin 26-cı fəsli ## #### 2011-ci il tarixli 143- IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir) Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Maddə 297.1. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının,sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin. Maddə 297.2. Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Maddə 298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinin ayrılması barədə müvafiq bələdiyyə qərarının və müvafiq icra hakimiyyəti orqanının sərəncamının ləğv eidlməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Kollegiya iddianın mümkünlüyü üzrə dəyərləndirmə apararaq, ilk növbədə onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları ətraflı araşdırılaraq, qanunvericiliyin tələbi və formalaşdırılmış məhkəmə təcrübəsinin tələbinə əsasən düzgün dəyərlənirmə aparılaraq, qiymətvermənin əsası ətraflı şəkildə qeyd edilmiş, kolegiya həmin dəyərləndirmə ilə razıdır. Bundan əlavə, kollegiya hazırki iş üzrə iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı hissədə qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının ## ####### 1998-ci il tarixli sərəncamı ilə onun istifadəsinə verilməsi, orada tikinti-bərpa işlərinin aparılması, həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi, vergi ödənişləri ödəməsi, bələdiyyə tərəfindən üçüncü şəxsə qanunsuz olaraq satılması kimi hallara istinad edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ üçüncü şəxsin adına qeydiyyata alınmış (##.##.2006-cı il tarixdə), qeydə alınmanın əsası qimsində məhz ##.##.2006-cı il tarixli qərarı çıxış etmiş, habelə torpaq sahəsinin həmin şəxsə satılması barədə alqı-satqı aktı, yeruquruluşu planından çıxarış, DT və XK tərəfindən müvafiq rəy tərtib edilmiş, müvafiq icra hakimiyyəti orqanının 2006-cı il tarixli sərəncamı ilə tikintiyə icazə verilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülki məhkəmə icraatı qaydasında bələdiyyə qurumu və hazırki iş üzrə üçüncü şəxs olan şəxsə qarşı sözügedən torpaq sahəsinin icarəyə verilməsinə dair müqvailənin etibarsız hesab edilməsi və torpaq sahəsinin geri qyatarılmasına dair iddia tələbi irəli sürmüş, daha sonra iddia tələbinin geri götürülməsi barədə ərizə ilə müraciət etdiyindən, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)- ***/**** saylı qərardadı ilə iddia tələbi baxılmamış saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2010-cu il tarixli, *(***)-***/**** saylı qərardadının məzmununda qeyd edilmişdir ki, “... məhkəmə baxış iclasında iddiaçı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, izahatında göstərdi ki, .... mübahisəli torpaq sahəsi cavabdeh kimi göstərmiş ... deyil, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs adlı şəxsə satılmışdır.Həmin şəxsə mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət sənədi verilmişdir. Ona görə də qərara almışdır ki, iddia tələbinin əsaslarını, cavabdeh şəxsləri və tələbin mahiyyətini dəyişdirsin...” Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçının özünün mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürməsi, həmin işin araşdırılması zamanı sözügedən torpaq sahəsinin üçüncü şəxsə satılması barədə məlumat əldə etməsi halına istinad etməsi kimi halların mövcudluğu iddiaçının həmin vaxtdan torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə tərəfindən satılmasına dair hərəkətləri barədə məhz 2010-cu ildən məlumatlı olduğunu deməyə əsas verir. Nəticə etibarilə işin müəyyən edilmiş həmin halları hazırki iş üzrə iddia müddətinin axımının məhz həmin vaxtdan (2010-cu ildən) hesablanmasına əsas verir. Göründüyü kimi iddiaçı sözügedən torpaq sahəsinin üçüncü şəxsə satılması barədə artıq 2010-cu il tarixdən məlumatlı olsa da, qanunla müəyyən edilmiş qaydada və müddətdə hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Halbuki, iddiaçının sözügedən inzibati aktları bu barədə məlumatlı olduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur. Bu hal isə iddianın mümkünlük şərti kimi iddia müddətinə aid şərtin ödənilmədiyini deməyə əsas verir. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddia müddətinin ötürülməsi əsası ilə iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmuş, iddiaçının şikayətinin dəlilləri həmin hissədə (iddia müddətinin 2025-ci il tarixdən hesbalanmalı olması, mülki işlə bağlı halların düzgün qiymətləndirilməməsi və s. hissədə) əsassız olmuşdur. Kollegiya iddiaçının iddia müddətinin üzrlü səbəbdən ötürülməsi və prosessual müddətin bərpa edilməli olması ilə bağlı arqumentinə dair qeyd edir ki, indiki halda iddiaçı sözügedən inzibati aktlar barədə ##.##.2011-ci il tarixədək məlumatlı olduğundan, hazırki iş üzrə iddia müddətinə aid şərtə əməl edilib-edilməməsi məsələsi məhz MPM-in ## #### 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi əsasında dəyərləndirmə aparılmaqla, həll edilir. Azərbaycan Respublikasının Inzibati ProsessualMəcəlləsi qüvvəyə minənədək, yəni # ###### 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 0# ###### 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz.Belə ki, IPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı ötürülmüş prosessual müddətin üzrlü səbəbdən baş verməsi, müddətin bərpa edilməli olması ilə bağlı istinad etdiyi aqrumenti də əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1000/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1000/2026
14.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver