Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1001/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə (Üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Üçüncü şəxs Üçüncü şəxs iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı Qərarı ilə ayrılmış və JN-250 KOD ******** saylı dövlət aktında göstərilən 0,319 ha torpaq sahəsinin naturada tanıdılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı Qərarı ilə ayrılmış və JN-250 KOD ******** saylı dövlət aktında göstərilən 0,319 ha torpaq sahəsinin naturada tanıdılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Üçüncü şəxs ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən ona məxsus 0.56 pay torpaq sahəsinin cavadehin, yəni iddiaçının qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılmaqla torpaq sahəsinin cizgilər daxilində tamlığının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qardaşı, iddiaçı Üçüncü şəxs Xaçmaz rayonu, Mürşüdoba kəndində yaşayır. Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci ildə yaşadığı Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı cəmi 0.56 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ikisi arasında ##.##.2017-ci il tarixdə bölünmüşdür və ******* saylı çıxarış da verilmişdir. Lakin xəritədə torpaq sahəsinin cizgiləri tamlığı ilə qeyd edilməmişdir. Bu barədə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etsə də hər dəfə onlardan imtina məktubu alır. Xaçmaz rayon Məhkəməsinin Is № *(067)- ***/**** saylı qərarı ilə JN 249 seriyalı. 30217048 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Üçüncü şəxs və ailə üzvlərinin mülkiyyətinə aid Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən 0.56 ha pay torpaq sahəsinin JN 250 seriyalı, 30217048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı və 1 nəfər ailə üzvünün paylı mülkiyyətinə verilmiş 0.32 ha torpaq sahəsi ilə həmsərhəd, cərgəarası 540 kv.m. hissəsi cavabdeh İddiaçı, yəni iddiaçının qanunsuz istifadəsindən alınaraq iddiaçı Ziyaləddin Mirzəyevin istifadəsinə qaytarılmaqla cəmi 0.56 ha torpaq sahəsinin cizgilər daxilində taplığı bərpa olunsun. Lakin bu günə kimi Xaçmaz Reyestr idarəsi bu işi həll etmir. Iddiaçının torpaq sahəsinin çağ tərəfi meşəlikdir. Məcbur olur ki, həmin meşə ərazisinə girsin. Bu da Ekologiya qanunlarına ziddir. Qanunları pozmaq istəmir Cavabdehin iddia tələbinə qarşı etirazı məhkəməyə daxil olmamışdır. Üçüncü şəxs iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı, qərarına əsasən ona, ailə üzvləri X2, X3 Xaçmaz rayonu Mürşüd oba kəndindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,56 ha torpaq sahəsi ayrılmışdır və JN 249, kod ******** saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Həmçinin ona və ailə üzvlərinə ********** qeydiyyat nömrəli, ##.##.2015-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. Hazırki iddiaçı qardaşı İddiaçı isə Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** saylı, qərarına əsasən İddiaçı və 1 nəfər ailə üzvünə Xaçmaz rayonu Mürşüd oba kəndindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,32 ha torpaq sahəsi ayrılmış və JN 250, kod ******** saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Iddiaçı qardaşı A.Mirzeyevin 0,32 ha torpaq sahəsi ilə onun 0,56 ha torpaq sahəsi qonşuluqda yerləşir. Xaçmaz rayon məhkəməsində cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,56 ha pay torpaq sahəsinin İddiaçı qanunsuz sahubliyindən alınaraq istifadəsinə qaytarılmaqla torpaq sahəsinin cizgilər daxilində tamlığının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ətraflı araşdırma aparılmış və ekspertiza təyin edilmişdir. Alınmış Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin ##.##.2013-cü il tarixli, ***** saylı rəyinə əsasən müəyyən olunmuşdur ki, Dövlət aktı ilə Üçüncü şəxs və 2 nəfər ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və JN 250, kod ******** saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı ilə cavabdeh İddiaçı və 1 nəfər ailə üzvünə Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,32 ha torpaq sahəsinin Dövlət Aktında göstərilən cizgilər daxilində naturada mövcud olduğu, həmin torpaq sahələrinin üst üstə düşmədiyi və bir-birləri ilə həmsərhəd olduğu, həmçinin iddiaçı Üçüncü şəxs və 2 nəfər ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş 0,56 ha torpaq sahəsinin həmsərhəd, cərgəarası 540 kv.m hissəsindən cavabdeh İddiaçı tərəfindən istifadə olunması müəyyən olunmuşdur. Nəticədə iddiası təmin olunmuş, Xaçmaz rayon məhkəmədinin *(***)-***/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi ilə iddim təmin olunmuş, JN 249, kod ******** saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən Üçüncü şəxs və 2 nəfər ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,56 ha torpaq sahəsinin, JN 250, kod ******** saylı “Torpağın mülkiyyət hüququna dair” dövlət aktı ilə cavabdeh İddiaçı və 1 nəfər ailə üzvünə Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,32 ha torpaq sahəsi ilə həmsərhəd cərgəarası 540 kv.m hissəsi cavabdeh İddiaçı qanunsuz istifadəsindən alınaraq iddiaçı Üçüncü şəxs istifadəsinə qaytarılmaqla cəmi 0,56 ha torpaq sahəsinin cizgiləri daxilində tamlığı bərpa olunması qət edilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayon məhkəmədinin *(***)-***/**** saylı, ##.##.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmənin qətnaməsi Xaçmaz icra şöbəsi tərəfindən tam icra edilmiş və işə xitam verilmişdir. Göründüyü kimi, hazırki iddiaçı qardaşı İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,32 ha torpaq sahəsi ilə onun və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu Mürşüd oba kəndində yerləşən 0,56 ha torpaq sahəsi həmsərhəd olmaqla, ayrı-ayrı torpaqlardır, hər ikisi naturada mövcuddur və həmin torpaq sahələri üst-üstə düşmür. Həmçinin vaxtı ilə torpaq sahəsini qanunsuz zəbt etdiyi sübut olunmuşdur. İddiaçı hazırda qaldırdığı iddiaya məhkəmə baxaraq hüquqi qiymət verib, torpağın tamlığı bərpa edilib və həmin zaman ekspertiza da təyin olunaraq rəyi alınmışdır. Hazırki iddia ərizəsi üzrə tələblər məhkəmə tərəfində baxılıb hüquqi qiymət verildiyi üçün yenidən eyni tələblər üzrə baxılması yolverilməzdir. Digər tərəfdən hər ikisinə və ailə üzüvlərinə düşən torpaq sahəsi ayrılıqda verilib və müvafiq dövlət aktı ilə rəsmiləşdirilib. Onun torpaq sahəsi torpağının içində mövcud ola bilməz. Ekspert rəyində göstərildiyi kimi də onun 0,32 ha torpaq sahəsi naturada mövcuddur. Iddiaçının fikiri ona məxsus torpaq sahəsini mənimsəmək, onu daima məhkəmələrə verərək incitməkdir. Məhkəmə bu halları nəzərə almalıdır. Həmçinin, Tibbi-Sosial Ekspertiza Mərkəzindən verilən cavaba əsasən İddiaçı “Emosiya və iradə pozğunluğu ilə müşayət olunan kəllə-beyin travması nəticəsində əmələ gələn debillik” xəstəliyi ilə ekspert komissiyasından keçirilərək ona 3-cü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən məlum olur ki, Üçüncü şəxs və ailə üzvlərinin mülkiyyətinə verilmiş ************ reyestr nömrəli çıxarışa əsasən 0.56 ha torpaq sahəsinin koordinatları JN *** saylı KOD ******** saylı Dövlət Aktına əsasən 0.56 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil edir. Həmçinin, İddiaçı ************ reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.319 ha torpaq sahəsinin A № ****** saylı, ##.##.2017- ci il tarixli plan-ölçü sənədinə əsasən cizgiləri JN 250 KOD 30217048 Dövlət Aktına əsasən 0.32 ha torpaq sahəsinin cizgiləri ilə eynilik təşkil edir. Bundan əlavə, İddiaçı ************ reyestr nömrəli çıxarışla mülkiyyətində olan 0.319 ha torpaq sahəsinin A № ****** saylı, ##.##.2017- ci il tarixli plan-ölçü sənədinə əsasən koordinatları daxilində yerləşən torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür Görünür ki, həm iddiaçının və həm də üçüncü şəxsin çıxarışları və plan-ölçü sənədləri mövcuddur, koordinatları məlumdur. Iddiaçı torpaq sahəsinin naturada tanıdılmasını istəsə də bu tələbin hüquqi marağına uyğun olmadığı müəyyən olunur. Cavabdehin ##.##.2026-cı il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, JN 250 KOD 30217048 Dövlət Aktına əsasən 0.32 ha torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi başqa şəxslərin faktiki olaraq 0.077 ha hissəsi istifadə olunur, sənəd üzrə mülkiyyətində deyil. Qeyd edilən torpaq sahəsinin digər şəxsin istifadəsində olması və ya zəbt olunmasına münasibətdə qeyd edilir ki, iddiaçı mülki məhkəmə icraatı qaydasında mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını və ya digər şəxsin istifadəsindən geri alınmasını tələb edə bilər. Işin hallarından görünür ki, tərəflər arasında daha əvvəl də belə bir mülki mübahisə olmuşdur. Qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlinir ki, hazırki tələb iddiaçının hüquqi marağına uyğun deyil. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının adına verilmiş dövlət aktında göstərilən sahəninfaktiki olaraq başqa şəxsin istifadəsində olan ərazi ilə ziddiyyət təşkil etməsi iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Hal-hazırda iddiaçı mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında ona məxsus torpaq sahəsindən tam şəkildə istifadə edə bilmir. Çünki həmin torpaq sahəsi konkret cizgilər daxilində naturada tanıdılmamışdır. Mülkiyyətçinin mülkiyyət hüquqununtanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və çıxarışın mövcudluğu ilə yanaşı, həmin torpaq sahəsinin naturada tanıdılması da mühüm hüquqi əhəmiyyət kəsb edir. Belə ki, torpaq sahəsinin sərhədlərinin və koordinatlarının yerində mülkiyyətçiyə göstərilməsi onun hansı əraziyə münasibətdə mülkiyyət hüququna malik olduğunu müəyyən etməyə imkan verir. Torpaq sahəsi naturada tanıdılmadıqda mülkiyyətçi öz əmlakının faktiki yerləşmə yerini, sərhədlərini və qonşu torpaq sahələri ilə olan hüdudlarını müəyyən edə bilmir. Hal-hazırda da mülkiyyətçi öz əmlakının faktiki yerləşmə yerini bilmədiyi üçün onun naturada tanıdılmasına ehtiyac duymuş, inzibati orqan bundan imtina etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırkı iş üzrə iddiaçıya 0.32 ha torpaq sahəsi naturada təhvil verilməmiş, onun sərhədləri və koordinatları yerində göstərilməmişdir. Buna görə də iddiaçının torpaq sahəsinin faktiki yerləşmə yerini bilməsi və həmin torpaq sahəsinə münasibətdə hüquqlarını tam həcmdə həyata keçirməsi mümkün deyildir. Məhz torpaq sahəsinin naturada tanıdılmaması onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu baxımdan, iddiaçının mülkiyyət hüququnun müdafiəsi üçün torpaq sahəsinin naturada müəyyənləşdirilməsi və sərhədlərinin dəqiqləşdirilməsi zəruridir. Həmin Qərarınmümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Biz hesab edirik ki, hazırkı iddia mümkün hesab edilməlidir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair dövlət qeydiyyatına alınmış mülkiyyət hüququna malik olduğunu təsdiq edən çıxarışa və digər hüquqmüəyyənedici sənədlərə istinad edir. Iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının pozulduğunu bildirərək həmin hüquqların məhkəmə qaydasında müdafiəsini tələb edir. Eyni zamanda müəyyən olunur ki, torpaq sahəsi iddiaçıya naturada tanıdılmamış, onun sərhədləri və koordinatları yerində göstərilməmişdir. Halbuki torpaq sahəsinin naturada tanıdılmasımülkiyyətçinin öz əmlakının yerləşmə yerini və sərhədlərini bilməsi, habelə mülkiyyət hüququndan səmərəli istifadə etməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu vəzifənin yerinə yetirilməməsi iddiaçının hüquqlarını həyata keçirməsinə maneə yaratmışdır. Belə olan halda, iddiaçının cavabdeh inzibati orqanın hərəkətlərinin və ya hərəkətsizliyinin hüquqi qiymətləndirilməsi barədə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Bu səbəbdən iddianın mümkün sayılaraq mahiyyəti üzrə araşdırılması üçün qanunla nəzərdə tutulmuş prosessual şərtlər mövcuddur. Məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Cavabdehin məhkəmə iclasında iştirakı zəruri idi. Buna baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, mübahisənin halları ilə bağlı izahat verməmiş və öz mövqeyini bildirməmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etmədən, onun gəlməməsinin səbəblərini araşdırmadan və zəruri hesab etdiyi iştirakın təmin olunmamasının nəticələrini qiymətləndirmədən iş üzrə qərar qəbul etmişdir. Cavabdehin iştirakı təmin edilmədən mübahisənin tam, hərtərəfli və obyektiv araşdırıldığını söyləmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, mübahisənin əsasını təşkil edən torpaq sahələrinin koordinatları, naturada yerləşməsi, dövlət aktı, plan-ölçü sənədləri və inzibati orqanın müxtəlif tarixli məktublarında göstərilən ziddiyyətli məlumatlar bilavasitə cavabdeh inzibati orqanın izahat verməsini tələb edən hallardır. Cavabdehin məhkəmə iclasında iştirak etməməsi nəticəsində həmin ziddiyyətlər araşdırılmamış qalmışdır. Hesab edirik ki, cavabdeh də məhkəmə iclasına gəlməli və mövcud mübahisə ilə bağlı öz mövqeyini bildirməlidir. Məhkəmə yalnız cavab məktublarına istinad etməklə iddiaçının hüquqlarının pozulmaması barədə nəticəyə gəlmişdir ki, bu da çəkişmə prinsipinin, tərəflərin bərabərliyi prinsipinin və obyektiv araşdırma vəzifəsinin pozulması deməkdir. Iddiaçıtərəfindən irəli sürülən tələblər torpaq sahələrinin hüquqi statusu, sərhədləri, koordinatları, dövlət reyestr məlumatlarının qanuniliyi, habelə həmin torpaq sahəsinin cizgilər daxilində naturada mövcud olmamasına dair mübahisədən ibarətdir. Belə mübahisələrin mövcudluğu özü-özlüyündə iddianın mahiyyəti üzrə baxılmasını zəruri edir. Məhkəmə isə mübahisənin mövcudluğunu qəbul etdiyi halda, həmin mübahisəni araşdırmadan və sübutları tam tədqiq etmədən iddianı mümkün saymamışdır. Bu səbəbdən məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz, qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılmalıdır. Hakim qərardadda göstərmişdir ki, iddiaçının 0,319 ha torpaq sahəsinin koordinatları müəyyən olunub, plan-ölçü sənədi mövcuddur, torpaq sahəsi digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və buna görə də iddiaçının torpaq sahəsinin naturada tanınmasında hüquqi marağı yoxdur. Birinci instansiya məhkəməsi ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsaslanaraq iddiaçının torpaq sahəsinin koordinatlarının müəyyən edildiyini, torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyini və bu səbəbdən iddiaçının hüquqi marağının olmadığını göstərmişdir. Məhkəmənin bu nəticəsi əsassızdır. Əvvəla, hüquqi marağın mövcudluğu iddiaçının tələb irəli sürdüyü anda müəyyən edilir. Iddiaçı məhz torpaq sahəsinin hüquqi statusunun, sərhədlərinin və naturada yerləşməsinin mübahisəli olması səbəbindən məhkəməyə müraciət etmişdir. Mübahisənin mövcudluğu özü hüquqi marağın mövcudluğunu təsdiq edir. Əgər torpaq sahəsinin sərhədləri, koordinatları, faktiki istifadə vəziyyəti və hüquqi vəziyyəti barədə tərəflər arasında fikir ayrılığı yoxdursa, ümumiyyətlə mübahisə də mövcud olmazdı. Qərardaddan görünür ki, məhkəmə iddianın mümkünlüyünü yoxlamaq əvəzinə torpaq sahələrinin koordinatları, sərhədləri, faktiki istifadəsi və hüquqi vəziyyəti barədə yekun nəticələrə gəlmişdir. Belə yanaşma Inzibati Prosessual Məcəllənin tələblərinə zidd olmaqla yanaşı, iddiaçınınməhkəməyə çıxış hüququnu da məhdudlaşdırmışdır. Hüquqi marağın olmaması yalnız iddiaçının hüquqlarına və qanuni mənafelərinə hər hansı təsirin mövcud olmadığı hallarda müəyyən edilə bilər. Hazırkı işdə isə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin naturada yerləşməsi, sərhədlərinin müəyyən olunması və dövlət reyestri məlumatlarının düzgünlüyü ilə bağlı mübahisəni qaldırmışdır. Bu isə birbaşa onun mülkiyyət hüququna aid məsələ olmaqla hüquqi marağın mövcudluğunu şübhəsiz şəkildə təsdiq edir. Məhkəməninhüquqi marağın olmaması barədə nəticəsi iş materialları ilə təsdiq olunmur, sübutlara birtərəfli qiymət verilməsinə əsaslanır və buna görə də qanuni hesab edilə bilməz. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlıməsələyə deyil, işin mahiyyətinə qiymət vermiş, iddiaçının mülkiyyət hüququndan irəli gələn mübahisəsini araşdırmadan rədd etmişdir. Bu səbəbdən qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılmalıdır. Əgər məhkəmə hesab edirdisə ki, torpaq sahəsinin koordinatları müəyyən edilmişdir, torpaq sahəsi naturada mövcuddur və iddiaçının hüquqları pozulmamışdır, bu artıq iddianın mahiyyəti üzrə verilə biləcək nəticədir. Belə nəticəyə yalnız məhkəmə araşdırması aparıldıqdan, bütün sübutlar tədqiq olunduqdan, tərəflərin izahatları dinlənildikdən, zərurət olduqda ekspertiza keçirildikdən sonra gəlmək olardı.Iddianın mümkünlüyü mərhələsində isə məhkəmənin vəzifəsi yalnız iddiaçının hüquqlarına təsir edən mübahisənin mövcud olub-olmamasını müəyyən etməkdir. Hazırkı iş materiallarından açıq şəkildə görünür ki, mübahisə mövcuddur və iddia mümkün sayılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin naturada azaln ölçüsünün onun istifadəsinə veirlməsi, çıxarışda əks olunan ölçüdə torpaq sahəsinin tamlığının təmin olunmasına nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü ilə bağlı dəyərləndirmə apararaq, qeyd edir ki, indiki halda iddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin naturada tanıdılmasını istəyir, əsas kimi isə torpaq sahəsi naturada mövcud olsa da, üçüncü şəxs tərəfindən zəbt edilməsi, onun istifadəsində az ölçüdə torpaq sahəsi olması, tam şəkildə istifadə edə bilməməsi kimi hallarla əsaslandırmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, 0,319 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, onun adına çıxarış və plan-ölçü sənədi verilmiş, nəticə etibarilə torpaq sahəsinin yerləşmə mövqeyini və koordinatlarını müəyyən edən texniki sənəd mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, 0,56 ha torpaq shaəsi ümumi birgə mülkiyyət hüququ əsasında üçüncü şəxs və digər şəxslərə məxsus olmuş, onların adına çıxarış və planölçü sənədi veirlmiş, nəticə etibarilə torpaq sahəsinin yerləşmə mövqeyini və koordinatlarını müəyyən edən texniki sənəd mövcud olmuşdur. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına Çıxarışın verilməsinə əsas olmuş sənəd *** nömrəli Dövlət Aktı olmaqla, ilkin hüquqmüəyyənedici sənəd olaraq, həmin sənəddə torpaq sahəsinin yerləşmə mövqeyi və koordinatları əks olunmuş, iddiaçının adına verilmiş plan-ölçü sənədi Dövlət Aktında əks olunmuş koordinatlarla eynilik təşkil etmiş, naturada 0,319 ha torpaq sahəsi mövcud olsa da, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,242 ha təşkil etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxsin adına Çıxarışın verilməsinə əsas olmuş sənəd *** nömrəli Dövlət Aktı olmaqla, ilkin hüquqmüəyyənedici sənəd olaraq, həmin sənəddə torpaq sahəsinin yerləşmə mövqeyi və koordinatları əks olunmuş üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədi Dövlət Aktında əks olunmuş koordinatlarla eynilik təşkil etmiş, torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,56 ha olsa da, faktiki olaraq istifadəsində 0,74 ha torpaq sahəsi olmuş, onun 0,077 ha hissəsi məhz iddiaçıya məxsus olan torpaq sahəsi olmuşdur. Göründüyü kimi indiki halda iddiaçıya məxsus olan 0,319 ha torpaq sahəsinin naturada ölçüsünün azalması texniki sənədin düzgün tərtib edilməməsi və ya koordinatların düzgün işlənilməməsi ilə bağlı ortaya çıxmamış, qonşu tərəfindən zəbt edilməsi səbəbindən torpaq sahəsinin ölçüsünün naturada azlaması baş vermişdir. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda torpaq sahəsinin yerləşmə mövqeyi və koordinatlarını müəyyən edən plan-ölçü sənədi mövcud olduğundan, habelə həmin sənəddə əks olunmuş koordinatlar ilkin hüquqmüəyyənedici sənədlə eynilik təşkil etdiyindən, sənədin düzgün tərtib edilməməsi və ya naturada yerinin bəlli olmaması ilə bağlı hallar mövcud olmadığından, iddiaçının “torpaq sahəsinin naturada tanıdılması” ilə bağlı iddia tələbi onun hüquqi marağına (hüquqi marağı naturada azalan torpaq shasinin onun istifadəsinə veirlməsi, xüsusi mülkiyyətindı olan 0,319 ha torpaq shaəsinin faktiki istifadə vəziyyətində tamlığını təmin etməkdn ibarət olmuşdur) uyğun olmamaqla, mümkün sayılmamalıdır. Bu basımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verərək, iş üzrə gəldiyi nəticə qnauni və əsaslı olmuş, iddiaçının nümayəndəsi və vəkilinin şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağına uyğun olaraq, düzgün hüquqi müdafiə vasitəsindən (mülki məhkəmə icraatı qaydasında “xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsininbaşqa şəxs tərəfindən zəbt edilmiş hissəsinin ona geri qaytarılması”na dair iddia tələbini irəli sürməklə) istifadə etməklə bağlı düzgün hüquqi yardım göstərilmişdir, bu səbəbdən də həmin halın təkrarən qeyd edilməsi zərurəti mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1001/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1001/2026
20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver