Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1003/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, Hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Quba rayon Icra Hakimiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Quba rayon Icra Hakimiyyəti başçısının # ##### 2023-cü il tarixli, ** nömrəli əmrindən görünür ki, Quba rayon Icra Hakimiyyəti başçısının ## ###### 2023-cü il tarixli, ** saylı əmrinə əsasən aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı barəsində töhmət intizam tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı ərizə ilə Rayon Icra Hakimiyyəti başçısına müraciət edərək bildirmişdir ki, verilmiş intizam tənbehi dövlət qulluqçusu olaraq onun gələcək fəaliyyətinə mənfi təsir edəcək. Bunu nəzərə alaraq həmin intizam tənbehinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı dövlət qulluqçusu olaraq gələcək fəaliyyəti, yaşı, intizam tənbehindən nəticə çıxarması nəzərə alınaraq, həmin intizam tənbehinin və əmrin ləğv olunması məqsədəmüvafiq hesab edilmişdir. Rayon Icra Hakimiyyəti başçısının ## ###### 2023-cu il tarixi, * saylı əmri və İddiaçı barəsində tətbiq edilmiş töhmət intizam tənbeh tədbirin ləğv edilməsi əmr edilmişdir. Quba rayon Icra Hakimiyyəti başçısının # ##### 2023-cü il tarixli, ** nömrəli əmrindən görünür ki, aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu İddiaçı dövlət qulluğundan azad edilməklə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsinə əsasən onun dövlət qulluğuna xitam verilmişdir. Quba rayon Icra Hakimiyyəti başçısının # ##### 2023-cü il tarixli, ** nömrəli əmrindən görünür ki, rayon Icra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçipsixoloqu İddiaçı # ##### 2023-cü il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Quba Rayon Icra Hakimiyyəti başçısının aparatının # ### 2023-cü il tarixli, 5-61/2- *-Ə- ***/**/**** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, öz arzusu ilə işdən azad edilməyi ilə əlaqədar verdiyi ərizənin etibarsız hesab edilməsi və işə bərpa edilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, onun dövlət qulluğuna öz arzusu ilə xitam verilmiş, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Həmin Qanuna əsasən işçinin işə bərpa edilməsi nəzərdə tutulmamışdır. “xxxx” publik hüquqi şəxs “xxxx” publik hüquqi şəxsin ## ###### 2023-cü il tarixli, PHŞ-*- **/*-****/**** nömrəli məktubundan görünür ki, X2 şikayətində övladı İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışın verilib, sonra isə ləğv edildiyini, Ouba RMX-nın həkim heyyəti haqqında da bəzi qərəzli fikirlərini iddia etmişdir. Vətəndaş H.Əliyevin müraciətinin mahiyyətinin dəqiqləşdirilməsi və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma ararılmış və məlum olmuşdur ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı verilmiş arayışda göstərilən diaqnoz əsassız olduğu müəyyən edildiyinə görə, vətəndaşa əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı arayışın verilməməsi məqsədə müvafiq hesab edilmişdir. Məsələ ilə əlaqədar gələcəkdə belə halların baş verməməsi məqsədi ilə həkimə şifahi xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Vəkillər X7 ## ###### 2024- cü il tarixli, *** nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Istiqlal” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciətinə baxılmış, məsələ ilə bağlı vəkil Rəyasət Heyətinə dəvət edilərək, onunla müvafiq söhbət aparılmış, verdiyi izahatda müraciətdə göstərilənlərin həqiqətə uyğun olmadığını, nikahın pozulması, uşaqların valideynlərdən hansının yanında saxlanılması, aliment, uşaqla ünsiyyət tələbinə dair, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlara mühafizə orderinin alınması və sair bu kimi məsələlərin Quba rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanında hansı formada həll edilməsi ilə bağlı vətəndaş kimi informasiya sorğusu verdiyini, sorğusuna heç bir cavab verilmədiyini, İddiaçı tanımadığını, heç bir mübahisə və ədavətinin olmadığını bildirmişdir. Belə vəziyyətdə, ərizədə qeyd edilən məlumatlarla bağlı vəkil E.İ.Əlixanlının intizam məsuliyyətinə cəlb olunması üçün əsas müəyyən edilməmişdir. ## #### 2023-cü il tarixli xəstəliklə əlaqədar işdən müddətli azad edilməyə dair arayış. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## #### 2023-cü il tarixli İddiaçı dair tövsiyə vərəqəsi. Vəkil Elgün Əlixanlının Quba rayon Icra Hakimiyyəti başçısına göndərilmiş “Informasiya sorğusu” Quba rayon Məhkəməsinin # #### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh Quba rayon Icra Hakimiyyətinə qarşı “işə bərpa və məcburi buraxılmış günlər üçün əmək haqqının ödənilməsi” tələbinə dair ****/**** saylı mülki iş üzrə iddia ərizəsi ## #### 2023-cü il tarixdə Quba rayon Məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Quba rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin # ##### 2023-cü il tarxili, ** saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ildən cavabdeh orqanda aparıcı məsləhətçi - yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq vəzifəsində işləmişdir. # ##### 2023-cü il tarixdə rayon Icra Hakimiyyətinin başçısı iddiaçının işində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad olunması barədə ** saylı əmri imzalamış və əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra iddiaçının şikayət edəcəyini bildikləri üçün ona könüllü işdən getməsi barədə ərizə yazılması təklif edilmişdir. Əmək tarixçəsinin korlanmaması üçün məcbur olaraq işdən könüllü çıxması barədə ərizə vermişdir. Cavabdeh orqan bir gündə iki əmr imzalaması özü-özlüyündə göstərir ki, iddiaçının işdən azad olunmağında Əmək Məcəlləsinin tələbləri tam şəkildə pozulmuşdur. Qanunvericilikdə qeyd edilən hallar iddiaçıya aid deyildir və buna görə də, işə götürən iddiaçını əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinə əsasən həmin günü əmr verə bilməzdi. Yəni iddiaçı, ümumi qaydada xəbərdarlıq müddəti bitənədək, vəzifəni icra etməli idi. Iddiaçıya bu imkan yaradılmadığından, yenidən # ##### 2023-cü il tarixli, ** saylı əmrin ləğv edilməsi və könüllü işdən çıxması barədə imzaladığı ərizənin etibarsız hesab edilməsi barədə müraciət etmişdir. Qanunun tələbinə görə rayon Icra Hakimiyyətinin başçısı yuxarıda qeyd edilən pozuntuları rəhbər tutaraq, iddiaçını işinə qaytarmalı idi. Əvvəlki işinə bərpa edilməsi üçün ilkin olaraq, Quba rayon Icra Şöbəsinə təklif ilə, sonra isə Qusar * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. ## #### 2023-cü il tarixdə keçirilmiş mediasiya prossesinə cavabdeh tərəfin nümayəndəsi gəlməmiş, bu səbəbdən də mübahisə barədə heç bir razılıq əldə olunmamışdır. Iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, prosessual hüquqi əsası kimi isə IPM-in 2.1, 2.2, 14.3-cü maddələrinə istinad olunmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı # ##### 2023-cü il tarixdə rayon Icra Hakimiyyətinin başçısına ərizə ilə müraciət edərək, onun həmin tarixdən tutduğu vəzifədən azad edilməsi barədə əmr verilməsini xahiş etmişdir. Qeyd olunan ərizəyə əsasən (yəni dövlət qulluqçusunun öz arzusu ilə) iddiaçı cavabdehin # ##### 2023-cü il tarixli, ** saylı əmri ilə tutduğu vəzifədən azad edilməklə, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilir və yalnız bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Dövlət qulluqçusunun işə qəbul edilməsi və işdən azad olunması qaydaları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – “ƏM”) normalarının tətbiq edilməsi yolverilməzdir. Hətta iddiaçının ƏM-in 69-cu maddəsində qeyd olunan hallara yanaşması da doğru deyildir. Belə ki, həmin maddədə göstərilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Belə olduğu halda əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Lakin iddiaçının ərizəsində belə bir xəbərdarlıq müddəti müəyyən edilməmiş, o, müraciətində konkret vaxtda tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və buna uyğun əmr verilmişdir. Dövlət qulluqçusunun öz arzusu ilə dövlət qulluğuna xitam verildikdən sonra o, ərizəsinin etibarsız hesab edilməsini və işə bərpa olunmasını xahiş etsə də, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda belə bir işə bərpa forması nəzərdə tutulmadığından, bu mümkün olmamışdır. Iddiaçının həmin ərizəsinə rəsmi cavab verilmiş və bu imtinaya hər hansı etiraz bildirilməmişdir. Həmçinin, iddiaçı fəaliyyət qabiliyyəti və müstəqil qərar vermə bacarığı olan bir şəxs kimi təqdim etdiyi ərizənin nədən ibarət olduğunu və onun hansı nəticələr verəcəyini əvvəlcədən dərk etmə bacarığına malikdir. Təsir altında qalaraq ərizə verməsi iddiaçının şəxsi mülahizəsidir və belə bir hal mövcud olmamışdır. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın istinad etdiyi vəkil X1 tərəfindən göndərilmiş sorğu onun konkret işə münasibətdə vəkillik xidməti ilə əlaqədar deyil, ümumi qaydada, yəni qeyd edilən qanunvericilik müddəaları ilə nəzərdə tutulmuş “informasiya sorğusu” qismində göndərilmişdir. Vəkillərin informasiya sorğusu göndərməsi ilə bağlı heç bir məhdudiyyət mövcud deyildir. Iddiaçı yaranmış vəziyyət ilə əlaqədar qeyd edilən sorğunun onun hüquqlarına toxunduğunu, nəticədə işdən azad edilməsinə səbəb olduğunu iddia edərək Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət etmiş, aparılmış araşdırma zamanı vəkillə müvafiq söhbət aparılmış, onun verdiyi izahatda iddiaçının müraciətində göstərilənlərin həqiqətə uyğun olmadığını, nikahın pozulması, uşaqların valideynlərdən hansının yanında saxlanılması, aliment, uşaqla ünsiyyət tələbinə dair, o cümlədən məişət zorakılığına məruz qalmış qadınlara mühafizə orderinin alınması və sair bu kimi məsələlərin Quba rayon Icra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanında hansı formada həll edilməsi ilə bağlı vətəndaş kimi informasiya sorğusu verdiyini, sorğusuna heç bir cavab verilmədiyini, iddiaçını tanımadığını, heç bir mübahisə və ədavətinin olmadığını bildirmiş, nəticədə vəkilin intizam məsuliyyətinə cəlb olunması üçün əsas müəyyən edilməmişdir. Iddiaçının onun işdən azad olunması barədə ərizəsi əsasında əmək qanunvericiliyin müddəaları ilə nəzərdə tutulmuş 1 ay müddətdən sonra deyil, həmin gün əmrin verilməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 33.3-cü maddəsinə əsasən, dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Lakin hazırkı işin hallarına əsasən iddiaçının işlədiyi dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı mövcud deyil, bu səbəbdən də iddiaçının işdən azad edilməsinə dair ərizənin təqdim edilən günü əmrin verilməsində hər hansı qanunpozuntusu müəyyən edilmir. Iddiaçı qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon Icra Hakimiyyəti tərəfindən işdən azad olunması ilə bağlı eyni tarixə və eyni nömrə ilə "Dövlət qulluğu haqqında" Qanunun 33.1.6-cı və 33.1.1-ci maddələrinə əsasən ayrı-ayrılıqda iki ədəd əmr verilmişdir. Əmək Məcəlləsinə əsasən işçi iki və ya daha çox əsasla işdən azad oluna bilməz, eyni zamanda Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən işçiyə iradəsinə zidd şəkildə ərizə yazdırılması qadağandır. O, "Dövlət qulluğu haqqında" Qanunun 33.1.6 -cı maddəsinə əsasən iradəsinə zidd şəkildə məzmunu saxta məlumatlardan ibarət əmrlə işdən azad edildikdən sonra, əmək tarixçəsinin ləkələnməməsi üçün məcburiyyət qarşısında ərizə yazaraq, işdən öz ərizəsi ilə azad olunmasına razılıq vermişdir. Qeyd edilən hallar kifayyət qədər ciddi qanun pozuntuları olmasına baxmayaraq, Sumqayıt Inzibati Məhkəməsi tərəfindən nəzərə alınmamış və heç bir hüququ əsası olmayan qanunsuz qərar qəbul edilməklə, iddia tələbi rədd edilmişdir. Təqdim etdiyi sübutlar tərif olunmuş, mahiyyəti üzrə qiymətləndirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular (-)
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 43. Əmək müqaviləsinin məzmunu
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FIN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 33. Dövlət qulluğuna xitam verilməsi[ 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; (...) 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: M a d d ə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Hazırki inzibati iş üzrə iddiaçının iddia tələbi cavabdehin # ##### 2023-cü il tarxili, ** saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmağı və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə cavabdehin # ##### 2023-cü il tarixli, ** nömrəli əmri ilə öz arzusu əsasında xitam verilmişdir. Iş materiallarında olan iddiaçının öz əli ilə yazdığı işdən çıxma barədə ərizə onun iradəsinin ifadəsi olmaqla, həmin ərizənin təzyiq, hədə-qorxu və ya qanunsuz təsir nəticəsində yazıldığını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan iddiaçının ərizəsinin həqiqi iradəsini əks etdirmədiyi barədə dəlilləri öz təsdiqini tapmır. Bununla yanaşı, iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının fəaliyyətində yol verilmiş intizam pozuntuları müəyyən edilmiş, bu hallar # ##### 2023-cü il tarixli əmrdə öz əksini tapmışdır. Iddiaçının işə gəlməməsinin üzrlü səbəbdən baş verməsi barədə istinad etdiyi tibbi arayışın əsaslılığı isə məhkəmə araşdırması zamanı sorğu əsasında əldə edilmiş rəsmi məlumatla təkzib edilmişdir. Həmçinin informasiya sorğusunun icrası ilə bağlı vəzifə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi iş materialları ilə təsdiq edilmiş, iddiaçının bu xüsusda irəli sürdüyü arqumentlər həmin halları təkzib edən sübutlarla əsaslandırılmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi öz arzusuna əsasən işdən çıxarılması barədə ərizəsi ilə bağlı verilmiş əmrə istinadən qurulduğundan, yəni həqiqətən də ərizənin onun tərəfindən, lakin təzyiq altında yazıldığını bildirdiyindən iddianın əsaslılığı da bununla bağlı qiymətləndirilməlidir. Belə ki, hazırda iddiaçının işdən çıxarılmasının hüquqi əsasını həmin ərizə təşkil edir, həm əmrdə, həm də iddiaçının əmək kitabçasında onun öz arzusuna əsasən dövlət qulluğuna xitam verilməsi əsası göstərilmişdir. Belə olan halda hüquqi dəyərləndirmə də bu istiqamətdə aparılmalıdır. Məhkəmə araşdırmaı zamanı müəyyən edilmişdir ki, iddiaçı dövlət qulluğundan öz arzusu ilə azad edilməsinə dair yazılı ərizə təqdim etmiş, həmin ərizə əsasında müvafiq inzibati akt qəbul edilmişdir. Iş materialları ilə iddiaçının ərizəni fiziki ya pisixoloji təzyiq, hədə-qorxu və ya iradəsini sərbəst ifadə etməsinə mane olan digər qanunsuz təsirlər altında yazmasını təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Iddiaçının ərizəni təzyiq altında yazması yalnız mülahizə xarakteri daşıyır və iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Halbuki, mübahisələndirdiyi halların mövcudluğunu sübut etmək prosessual qanunvericiliyə görə iddiaçının üzərinə düşür. Kollegiya iddiaçının işdən çıxma barədə ərizəsi təqdim edildiyi gün dövlət qulluğuna xitam verilməsinin qanunsuz olması barədə dəlillər də əsassızdır. Belə ki, "Dövlət qulluğu haqqında" Qanunun 33.3-cü maddəsinin məzmununa görə dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. Göründüyü kimi qanunverivici bu məsələni dövlət orqanı rəhbərinin qərarından asılı vəziyyətə salmışdır, yəni dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirməsi barədə qərarının mövcudluğu halında dvlət qulluqçusu dövlət qulluğunu 1 ay ərzində davam etdirməlidir. Lakin hazırki işdə belə bir qərar mövcud deyildir, ona görə də bununla bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilə bilməz. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq əmrin qəbul edilməsi zamanı inzibati icraat, qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, mübahisə predmeti olan əmr qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş və gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallara əsaslanaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.