Məhkəmə qərarları › İş №2-1(3-8)-1004/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1004/2026

31.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1004/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Cavabdehin nümayəndəsi nümayəndə1 İlqar qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarların ləğvi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının dayandırılması haqqında qərarın ləğv olunması, pensiyanın bərpa olunması və almadığı aylar üzrə pensiyanın hesablanıb ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı və ##.##.2024-cü il tarixli *-**- */*-*-****/**** saylı qərarlarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının qəbul etdiyi qərarla razı deyil. Qərarın heç bir hüquqi əsası yoxdur. Qərar qanunvericiliyin tələbinə ziddir. Belə ki, şəxsiyyət vəsiqəsində olan hər hansı bir məlumatın düzgün olub-olmamasına görə hər hansı bir məsuliyyət daşımır. Çünki həmin vəsiqə ona müvafiq dövlət orqanı tərəfindən verilir və orada olan məlumatların düzgünlüyünə görə həmin orqan məsuliyyət daşıyır. Tələb olunan sənədləri müvafiq dövlət orqanına təqdim etmişdir və şəxsiyyət vəsiqəsi verilib. Bundan başqa, pensiya təyin edilərkən təqdim etdiyi sənədlərdə ##.##.1989-##.##.2006cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də müxtəlif vəzifələrdə işlədiyi öz təsdiqini tapdığı halda, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən həmin dövr üzrə iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müssisədə işləməyi barədə sənədlərin mövcud olmadığı müəyyən edilib. Bu fakt sözügedən müəssisə tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ## ####### 2023-cü il tarixli arayışla təsdiq edilib. Bütün bunlar tamamilə qanunsuz və əsassızdır. Belə ki, ##.##.1989- ##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də müxtəlif vəzifələrdə işlədiyi ##.##.2024-cü il tarixli arayış və digər sənədlərlə öz təsdiqini tapır. Yəni barəsində qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, həmin qərar ləğv olunmalı, güzəştli şərtlərlə təyin edilmiş pensiyanın verilməsi bərpa olunmalı və almadığı aylar üzrə pensiyası hesablanıb ödənilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı İddiaçı Dövlət Sosial Müdafiə Fondunun keçmiş Abşeron rayon şöbəsinin Pensiya təyin edən komissiyasının ##.##.2015-ci il tarixli *** №-li qərarı ilə ##.##.2011-ci il tarixdən 47 yaşından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş * №-li Siyahıya istinad olunaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın aylıq məbləği 124,01 manat, ##.##.2012-ci il tarixdən 127,09 manat, ##.##.2013-cü il tarixdən 127,56 manat, ##.##.2013-cü il tarixdən 142,56 manat, ##.##.2014-cü il tarixdən 143,58 manat təşkil etmişdir. İddiaçı ##.##.2014-cü il tarixdən müəyyən edilmiş 143,58 manat pensiyanın aylıq məbləği avtomatlaşdırılmış qaydada müvafiq dövrlər üzrə baza hissəsinin məbləği artırılmaqla, sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə və ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə, habelə Azərbaycan Respublikası Prezidentinin # ###### 2022-ci il tarixli **** nömrəli Sərəncamına əsasən 2022-ci il üzrə verilməli olan 200 manat məbləğində maddi yardım nəzərə alınmaqla ##.##.2024-cü il tarixə 327,21 manata çatdırılmışdır. "İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Xidməti araşdırma zamanı Mərkəzi Filialda mövcud olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyündə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçı tərəfindən ## ###### 2015ci il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Abşeron rayon şöbəsinə müraciət edərkən təqdim edilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində onun yaşayış yeri Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 olduğu, vəsiqəni verən orqanın adı Abşeron RPŞ və verilmə tarixi ##.##.2005-ci il olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yeri ünvan 1, vəsiqəni verən orqanın adı Sumqayıt ŞPİ QvŞV şöbəsi, vəsiqənin verilmə tarixi ##.##.2005-ci il olduğu müəyyən edilib. Həmçinin, şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzanın fərqli olduğu aşkar edilib. Bundan başqa, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdilmiş sənədlərdə ##.##.1989-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də müxtəlif vəzifələrdə işlədiyi qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən həmin dövr üzrə iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müssisədə işləməyi barədə sənədlərin mövcud olmadığı müəyyən edilib. Belə ki, iddiaçı tərəfindən Mərkəzi Filiala pensiyasının bərpa olunması məqsədilə sonuncu müraciəti zamanı təqdim olunmuş “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli arayışında onun * №-li siyahı üzrə nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığı qeyd olunmuşdur. Halbuki, pensiya təyin olunması məqsədilə L.Yəhyayeva tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli arayışında onun * №-li Siyahının VIII bəndinin 1080Б000-17541 koduna uyğun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığı qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan da aydın olduğu kimi iddiaçıya hazırda təqdim olunmuş arayışla pensiya təyin edilsə idi, onun yaşı 2011-ci il tarixində, yəni 47 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etməyəcəkdi. Belə ki, qeyd olunanları nəzərə alaraq "İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, mülahizələrinin dinlənilməsi üçün iddiaçı ## ###### 2024-cü il tarixinədək Mərkəzi Filiala dəvət olunmuş və mülahizələri dinlənilmişdir. Bu zaman L.Yəhyayeva özü də yazılı izahatında ilk olaraq Fondun Sumqayıt şöbəsinə müraciət etdiyini və yaşının pensiya təyini üçün kifayət etmədiyi üçün ona pensiya təyin edilmədiyini bildirmişdir. Qeyd olunanlarla yanaşı Fondun Abşeron-X3 əməkdaşı və "xxxx” ASC-nin baş mühasibinin iştirakı ilə tərtib olunmuş ##.##.2023-cü il tarixli aktında müəssisənin əmrlər kitabları saxlanılmadığından təqdim olunmadığı qeyd edilmişdir. Habelə pensiya işi materiallarının içərisində təyinat üçün əsas götürülmüş ‘‘xxxx” ASC-nin ##.##.2015-ci il tarixli arayışında L.Yəhyayevanın ##.##.1989-cu ildən 1998-ci ilədək “Məişət Kimyası” Zavodunda qablaşdırma avtomatları üzrə operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin ##.##.2024-cü il tarixli arayışda və digər sənədlərdə isə ##.##.1989-cu il tarixindən ##.##.2006-cı il tarixinə qədər adı çəkilən müəssisədə müxtəlif vəzifələrdə çalıdığı göstərilmişdir. Bütün qeyd olunanlar iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin, o cümlədən güzəştli arayışın mötəbərliyini şübhə altına alır. Buna görə də onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq ilk öncə qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Göstərilən uyğunsuzluqlara baxmayaraq, L.Yəhyayevaya ##.##.2011-ci II tarixindən Fondun Abşeron rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Qanunun 37.8.3cü maddəsinə əsasən bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılır. Yuxarıda qeyd olunan hallar aşkar edildiyi üçün, yəni iddiaçı tərəfindən vaxtilə pensiya təyin olunması üçün təqdim edilmiş sənədlər həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş tələblərə uyğun olmadığından L.Yəhyayevanın pensiya ödənişi dayandırılmışdır. Belə ki, ilkin pensiya təyin edilərkən təqdim edilmiş sənədlərin ilk baxışdan bütün tələblərə uyğunluğu sezilsə də, materialların təhlili zamanı bu özünü doğrultmur. İddiaçı tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqələri eyni ildə verilsə də, müxtəlif yaşayış yerləri üzrə onun qeydiyyatını əks etdirməsi, imzaların fərqliliyi, iddiaçıya münasibətdə pensiya təyini üçün əsas olan iş yerindən təqdim edilmiş arayışın əsasını təşkil edən materialların mövcud olmaması, o cümlədən müxtəlif dövrlərdə müəssisə tərəfindən verilmiş arayışların ziddiyyət təşkil etməsi bütün bunların həmin dövrdə iddiaçıya pensiya təyin edilməsi üçün bir-birinin ardı olaraq təşkil edildiyinin bariz nümunəsidir. Qeyd olunan məsələlərin aydınlaşdırılması üçün inzibati orqan “İnzibati icraat haqqında” 21.2-ci maddəsinin (Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur) tələblərinə uyğun olaraq öz öhdəliyini icra etmiş və L.Yəyayevanı mülahizələrinin dinlənilməsi üçün dəvət etmiş, yekun olaraq birgə akt tərtib olunmuşdur. Mülahizələrinin dinlənilməsi zamanı da iddiaçı qeyd olunmuş ziddiyyəti məqamlara münasibət bildirməmiş, hər hansı mövzuya aydınlıq gətirilməsinə şərait yaratmamışdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda (67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda) qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Belə ki, iddiaçı L.Yəhyayeva təhrif olunmuş məlumatları əks etdirən sənədləri təqdim etməklə inzibati orqan tərəfindən yanlış inzibati aktın qəbul edilməsinə nail olmuşdur. Nəticədə bəhs olunan illər ərzində iddiaçıya hüququ olmadığı halda artıq vəsait ödənilmişdir. Bu isə inzibati aktın qəbul edildiyi andan yaratdığı hüquqi nəticələrin aradan qaldırılması üçün əsasdır. İddiaçı təhrif olunmuş məlumatlar təqdim edilmədiyi halda onun sosial ödəniş almaq hüququ ümumi əsaslarla iddiaçı ##.##.1964-cü il təvəllüdlü olduğu üçün 65 yaşından, ##.##.2029-cu il tarixdən sonra yarana bilərdi. Odur ki, qeyd olunanlara əsasən, L.Yəhyayevaya ##.##.2011-##.##.2024-cü il tarixləri arasındakı dövr üzrə ümumilikdə 28110,65 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Nəticə etibarilə Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin Pensiya təyin edən komissiyasının “pensiya təyin edilməsi haqqıda” qərarının ləğv edilməsi ilə bağlı ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərar qəbul edilmiş və həmin qərar ləğv edilmişdir. ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli “əmək pensiyasının dayandırılması haqqında” qərarla isə əmək pensiyası dayandırılmış, iddiaçıya ödənilmiş 28110,65 manat vəsait artıqödəmə hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq pensiya ödənişinin bərpa olunması üçün dayandırılmanın əsası olan halları aradan qaldıran faktlar müvcud olmadığı üçün iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və dayandırılmışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan xxxx ASC-nin ##.##.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X1 ##.##.1989-cu il tarixdən ##.##.2006-cı il tarixədək işləmişdir. ##.##.1989-cu il tarixdən paraşok sexində operator vəzifəsində işləmişdir, ##.##.2000-ci il tarixdən 06-cı sexdə perlitin köpdürülməsi üzrə apparatçik vəzifəsində işləmişdir. ##.##.2006-cı il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş 2 №li siyahının x bölməsinin 2110Б000-1753A yarımbölməsinin şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verilir. Arayış, əmək kitabçası, T-2 kartı, vəzifə təlimatları, şəxsi hesabı əsasında verilmişdir. ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı Əmək pensiyasının dayandırılması haqqında qərar əsasında X1 əmək pensiyası dayandırılmışdır. ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının X5 əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv olunması haqqında Qərar əsasında X6 əmək pensiyası təyin edilməsi haqqında qərar İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilmişdir. Şəxsə əmək pensiyası ödənişi dayandırılmış və ona artıqödəmə müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ##.##.2005-ci il tarixdən hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ilk dəfə ##.##.2005-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. O, 01,04.2016-cı il tarixdə “50 yaşına çatmış” səbəbi ilə AZE-******** nömrəli, ##.##.2025- ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Hazırda AA******* nömrəli şəxsiyyət vəsiqəsi aktiv statusdadır. Azərbaycan xxxx ASC-nin ##.##.2026-cı il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, X1 ##.##.1989-cıı ildə "xxxx" zavodunun * nömrəli sexinə operator vəzifəsinə işə qəbul edilmişdir. 2000-ci ilin avqust ayında 1 və * nömrəli sexlər birləşərək * nömrəli sex adlanmışdır. Həmin tarixdən X1 * nömrəli sexə aparatçı vəzifəsinə keçirilmişdir. ##.##.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi ## #### 1993-cü il tarixli *** saylı qərarı ilə Qeyd: təsdiq edilmiş * №-li siyahının VIII bölməsinin 1080B000—17541 yarımbölməsinin şifri ilə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququ verilir. "xxxx" zavodu Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Deportamentinin *** saylı ##.##.2001-ci il tarixli sərəncamı ilə Açıq Səhmdar Cəmiyyəti elan edilmişdir. "xxxx" ASC-nin Səhmdarlarının ##.##.2006-cı il tarixli * saylı protokolunun qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsinin ##.##.2006-cı il tarixli ****-S**-**** saylı Şəhadətnaməsinə əsasən tam rəsmi adı dəyişilərək " Azərbaycan xxxx" ASC-yə çevrilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** saylı və ##.##.2024-cü il tarixli 3-17-1/3-3- ****/**** saylı qərarların ləğv edilməsi qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı təqdim edilmiş ##.##.2026-cı il tarixli ** nömrəli arayışın məzmunu 2015-ci il tarixli arayışı təkrarlasa da, bu hal 2024-cü il tarixli arayışla mövcud olan ziddiyyəti aradan qaldırmır. Əksinə, eyni müəssisə tərəfindən eyni şəxs barəsində müxtəlif vaxtlarda birbirini təkzib edən məzmunda arayışların verilməsi həmin sənədlərin etibarlılığına dair şübhələri daha da gücləndirir və onların əlavə sübutlarla təsdiqlənməsini zəruri edir. Məhkəmə sonuncu arayışı mötəbər hesab etsə də, eyni müəssisə tərəfindən verilmiş və bir-birinə zidd məlumatlar ehtiva edən digər arayışların mövcudluğuna hüquqi qiymət verməmiş, həmin ziddiyyətlərin yaranma səbəblərini araşdırmamışdır. Halbuki sübutların qiymətləndirilməsi zamanı hər bir sübut ayrıca deyil, iş üzrə mövcud olan bütün sübutlarla birlikdə qiymətləndirilməlidir. Bütün qeyd olunanlar iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin, o cümlədən güzəştli arayışın mötəbərliyini şübhə altına alır. Buna görə də onun güzəştli iş stajı yoxdur. Məhkəmə işin mübahisələndirilən halını düzgün müəyyən etməmişdir. Belə ki, mübahisə iddiaçının müxtəlif vaxtlarda yeni şəxsiyyət vəsiqələri alması ilə deyil, pensiya təyin edilərkən təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətində əks olunan məlumatların dövlət informasiya sistemlərində həmin vəsiqə üzrə mövcud məlumatlarla uyğun gəlməməsi ilə bağlıdır. Təqdim edilmiş surətdə yaşayış yeri, vəsiqəni verən orqan, verilmə tarixi və imza nümunəsi rəsmi məlumatlardan fərqləndiyi halda, məhkəmə bu ziddiyyətlərə hüquqi qiymət verməmişdir. Məhkəmə “xxxx” ASC-dən alınmış ##.##.2026-cı il tarixli ** saylı arayışa istinad etsə də, həmin arayış mövcud ziddiyyətləri aradan qaldırmır. Belə ki, eyni müəssisə tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş arayışda iddiaçının * nömrəli Siyahı üzrə güzəştli pensiya hüququ verən işdə çalışdığı göstərildiyi halda, ##.##.2026-cı il tarixli arayışda onun * nömrəli Siyahıya uyğun vəzifədə işlədiyi qeyd edilmişdir. Məhkəmə bu ziddiyyətli məlumatların yaranma səbəblərini və sonuncu arayışın hansı ilkin sənədlər əsasında tərtib olunduğunu araşdırmadan onu mötəbər sübut kimi qəbul etmişdir. İddiaçı yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Nazirlik tərəfindən ##.##.2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Baş Prokurorluqdan Nazirliyə daxil olmuş ##.##.2024-cü il tarixli *-*/*- ******/**** nömrəli məktubda adıçəkilən şəxsə dair materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; ... 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; ... 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir; 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (-) Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-) Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması (-) 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya ##.##.2015-ci il tarixli *** №-li qərar ilə ##.##.2011-ci il tarixdən 47 yaşından Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş * №-li Siyahıya istinad olunaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli, *-**- */*-*-****/**** saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərar əsasında X1 əmək pensiyası dayandırılmışdır. ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** saylı Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının X5 əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında Qərar əsasında X6 əmək pensiyası təyin edilməsi haqqında qərar ləğv edilmişdir. Şəxsə əmək pensiyası ödənişi dayandırılmış və ona artıqödəmə müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli və ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarlarının ləğv edilməsini tələb edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi hüquqi nəticə ilə razılaşmaqla hesab edir ki, cavabdeh inibati orqanın yeni inzibati icraat başlamaq üçün əsasları mövcud olmamış, bununla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarları qəbul etməklə mövqeyini onunla əsaslandırmışdır ki, xidməti araşdırma zamanı Mərkəzi Filialda mövcud olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyündə əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçı tərəfindən ## ###### 2015-ci il tarixində yaşa görə əmək pensiyasının təyinatı üçün Fondun Abşeron rayon şöbəsinə müraciət edərkən təqdim edilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətində onun yaşayış yeri Abşeron rayonu, Saray qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 11 olduğu, vəsiqəni verən orqanın adı Abşeron RPŞ və verilmə tarixi ##.##.2005-ci il olduğu göstərilsə də, müvafiq altsistemdə mövcud olan məlumatlarda onun AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsində yaşayış yeri Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10\11, mənzil 45, vəsiqəni verən orqanın adı Sumqayıt ŞPİ QvŞV şöbəsi, vəsiqənin verilmə tarixi ##.##.2005-ci il olduğu müəyyən edilib. Həmçinin, şəxsiyyət vəsiqəsində vəsiqə sahibinin imzası qrafasındakı imza ilə, sözügedən altsistemində vəsiqə sahibinin imzası qrafasındakı imzanın fərqli olduğu aşkar edilib. Bundan başqa, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim etdilmiş sənədlərdə ##.##.1989-##.##.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də müxtəlif vəzifələrdə işlədiyi qeyd olunduğu müəyyən edilib. Bununla əlaqədar olaraq Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən həmin dövr üzrə iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, adıçəkilən müssisədə işləməyi barədə sənədlərin mövcud olmadığı müəyyən edilib. Belə ki, iddiaçı tərəfindən Mərkəzi Filiala pensiyasının bərpa olunması məqsədilə sonuncu müraciəti zamanı təqdim olunmuş “xxxx” ASC-nin ##.##.2024-cü il tarixli arayışında onun * №-li siyahı üzrə nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığı qeyd olunmuşdur. Halbuki, pensiya təyin olunması məqsədilə L.Yəhyayeva tərəfindən Mərkəzi Filiala təqdim edilmiş “xxxx” ASC-nin ##.##.2015-ci il tarixli arayışında onun * №-li Siyahının VIII bəndinin 1080 Б 000-17541 koduna uyğun güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə çalışdığı qeyd olunmuşdur. Bütün qeyd olunanlar iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin, o cümlədən güzəştli arayışın mötəbərliyini şübhə altına alır. Buna görə də onun güzəştli iş stajı yoxdur. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab etməklə qeyd edir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı sorğu ünvanlanmaqla müəyyən edilmişdir ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı ilk dəfə ##.##.2005-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. O, ##.##.2016-cı il tarixdə “50 yaşına çatmış” səbəbi ilə AZE-******** nömrəli, ##.##.2025-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Hazırda AA******* nömrəli şəxsiyyət vəsiqəsi aktiv statusdadır (iş materialları, səhifə 97). Beləliklə, iddiaçının eyni anda bir neçə şəxsiyyət vəsiqəsinə malik olması halı müəyyən edilməmişdir. Əlavə olaraq da Azərbaycan xxxx ASC-nin arayışları arasında mövcud ziddiyyətin aradan qaldırılması məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən sorğu verilmiş, Azərbaycan xxxx ASC-nin ## ### 2026-cı il tarixli ** saylı arayışında qeyd edilmişdir ki, X1 ##.##.1989-cıı ildə "xxxx" zavodunun * nömrəli sexinə operator vəzifəsinə işə qəbul edilmişdir. 2000-ci ilin avqust ayında 1 və * nömrəli sexlər birləşərək * nömrəli sex adlanmışdır. Həmin tarixdən X1 * nömrəli sexə aparatçı vəzifəsinə keçirilmişdir. ##.##.2006-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi ## #### 1993-cü il tarixli *** saylı qərarı ilə Qeyd: təsdiq edilmiş * №-li siyahının VIII bölməsinin 1080B000—17541 yarımbölməsinin şifri ilə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması hüququ verilir. "xxxx" zavodu Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdiriliməsi Deportamentinin *** saylı ##.##.2001-ci il tarixli sərəncamı ilə Açıq Səhmdar Cəmiyyəti elan edilmişdir. "xxxx" ASC-nin Səhmdarlarının ##.##.2006-cı il tarixli * saylı protokolunun qərarına və Azərbaycan Respublikasının Ədiliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsinin ##.##.2006-cı il tarixli ****-S**-**** saylı Şəhadətnaməsinə əsasən tam rəsmi adı dəyişilərək "Azərbaycan xxxx" ASC-yə çevrilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən sözügedən arayışın mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmiş, inzibati orqanın dəlili formal xarakterli ifadələrdən ibarət olmuşdur. Kollegiya əlavə olaraq qeyd edir ki, ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli və ## ###### 2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarların qəbul edilməsi ilə nəticələnən inzibati icraat zamanı cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı tələblərə də riayət edilməmişdir. Belə ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İş materiallarından görünən odur ki, inzibati orqan ilk dəfə iddiaçıya ##.##.2015-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh inzibati orqan mübahisələndirilən qərarları qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, imtina ərizəsində, iddiaya etirazında və şikayətində hansı hallara görə ##.##.2015-ci il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz mübahisələndirilən qərarları qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiyanın dayandırılmasının səbəblərini qərarda bildirməmişdir. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın ləğv edilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir. Cavabdehin dəlillərinə görə əmək pensiyası düzgün hesablanmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının əmək pensiyasına münasibətdə istinad etdiyi yanlışlığı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Beləliklə, cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, “əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Nazirlik tərəfindən ##.##.2023-cü il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Baş Prokurorluqdan Nazirliyə daxil olmuş ##.##.2024-cü il tarixli *-*/*-******/**** nömrəli məktubda adıçəkilən şəxsə dair materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunmuşdur.” Məhkəmə kollegiyası bunla bağlı qeyd edir ki, qeyd edilən hal ilə bağlı qanuni qvvəyə minmiş məhkəmə hökmü mövcud deyil, ona görədə qeyd edilən hal iddianın təmini üçün əsas təşkil edə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar