Məhkəmə qərarları › İş №2-1(3-8)-1005/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1005/2026

11.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1005/2026 11.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (Açar sözlər: torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Xaçmaz Rayon Məhkəməsinin *-*** nömrəli, ## ###### 2003-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X4 və İddiaçı Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən X4 məxsus 0,10 ha torpaq sahəsində bağ evi təyinatlı ikimərtəbəli, mişar daşından tikilmiş,taxta döşəməli,üstü şofer örtüklü binalara (işə əlavə edilmiş sxemdə göstərilən) mülkiyyət hüquqlarının tanınması, bu qətnamənin X4 adına olan 0,10 ha torpaq sahəsinin cənubunda 0,05 ha torpaq sahəsində yerləşən ikimərtəbəli,iki otaqlı,ümumi sahəsi 81 kv.m.,yaşayış sahəsi33,28 kv.m. olan bağ evinə X4 adına mülkiyyət hüququna dair şəhadətnamə verilməsi üçün əsas olması,bu qətnamə X4 adına olan 0,10 ha torpaq sahəsinin şimal hissəsində 0,05 ha torpaq sahəsində yerləşən iki mərtəbəli,iki otaqlı,üumi sahəsi 81 k.m. olan yaşayış sahəsi, 33,28 kv.m. olan bağ evinə İddiaçı adına mülkiyyət hüququna dair şəhadətnamə verilməsi üçün əsas olması,Xaçmaz rayonunun Nabran kəndində yerləşən,iddiaçılar tərəfindən abadlaşdırılmış 0,30 ha torpaq sahəsinin hər birinə 0,15 ha olmaqla X4 və İddiaçı satılması və onların hər birinə tikili altında olan 0,05 ha torpaq sahəsi ilə birlikdə 0,20 ha torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməsi bir vəzifə kimi müvafiq olaraq Xaçmaz rayonunun Nabran bələdiyyəsinə və DT və XK-nin Xaçmaz rayon şöbəsinə tapşırılması, X4 və İddiaçı hər birinin adına 0,20 ha torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə veriələrkən X4 adına olan JN-250 A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası dövlət Tikinti və arxitektura Komitəsi Baş Dövlət Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən verilmiş ## ###### 2004-cü il tarixli 4-*** reyestr nömrəli qeydiyyat vəsiqəsinin məzmunundan görünür ki,Xaçmaz rayonunun Nabran kəndində yerləşən yaşayış evi Xaçmaz Rayo Məhkəməsinin ## ###### 2003-cü il tarixli *-*** saylı iş üzrə qətnaməsi əsasında İddiaçı adına qeydə alınmışdırfərdi yaşayış evinə dair noyabr 2004cü il tarixli texniki pasport tərtib edilmiş, texniki pasportda sənəd üzrə və faktiki torpaq sahəsinin ölçüsü 2000 kv.m., tikintialtı sahə 598,4 kv.m. qeyd edilmişdir. JN-337A KOD 30216018 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin məzmunundan görünür ki, Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə İddiaçı adına Xaçmaz rayonu Nabran kəndi əraziisndə yerləşən 0,20 ha torpaq sahəsi ayrılmışdır. Daşınmaz Əmlakın Dvlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Kaadstr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ## ####### 2025-ci il tarixli məktubun məzmunundan görünür ki, Xaçmaz Rayon Məhkəməsinin *-***/**** nömrəli qətnaməinə əsasən tərtib edilmiş ##.#.2004-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport, eyni zamanda JN-337A (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin tərtib edilməsi barədə məlumat və Xaçmaz rayonu Nabran kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı adı aşkar olunmamış, arxivdə saxlanılan Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli14 nöməli qərarından çıxarışın təsdiq olunmuş surəti təqdim edilir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli məktubun məzmunundan görünür ki,tərtib edilmiş müayinə aktı təqdim edilir, müayinə aktında “torpaq sahəsinin iddiaçının göstərdiyi döngə nöqtələrinə əsasən 0,10 ha torpaq sahəsi təşkil edir, həmin torpaq Sahəsinin kateqoriyası TEKUIS-də xüsusi qorunan ərazi kimi (Samur-Yalama Milli Parkı), mülkiyyət növü dövlət kimi göstərilmişdir, torpaq sahəsinin üzərində qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evi mövcuddur, müayinə zamanı mübahisəli hal qeydə alınmayıb, kommunikasiya xəttləri keçmir” qeyd edilmiş,ortofoto görüntüsü əlavə edilmişdir. Xaçmaz rayonu Istusu Bələdiyyəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli məktubun məzmunundan görünür kii, Nabran bələdiyyəsi fəaliyyət göstərmir, ləğv edilmişdir, həmin ərazidə yerli özünüidarəetməni Istusu Bələdiyyəsi həyata keçirir, keçmiş Nabran Bələdiyyəsinin ##.##.2010-cu ilədək olan bütün sənədlərini Dövlət Arxiv Idarəsinə təhvil verilmişdir, bu səbəbdən də məhkəmə sorğusunda göstərilən 2003-cü il tarixli *-*** nömrəli qətnamənin icrası ilə bağlı torpaq sahəsinin ayrılması, sənədləşdirilməsi və ya digər hər hansı əməliyyatın aparılıb-aparılmadığı barədə məlumat hazırda Istusu bələdiyyəsinin sərəncamında olan sənədlər əsasında müəyyən edilə bilmir, eyni zamanda qeyd olunan torpaq sahəsinin mülkiyyətə verilməsi barədə vətəndaş bələdiyyəyə şifahi müraciət etmişdir,lakin həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmadığı üçün torpaq sahəsinin özgəninkiləşdirilməsi baş tutmamışdır,bu baxımından məhkəmə tərəfindən tələb olunan məlumatların əldə edilməsi məqsədilə Dövlət Arxiv Idarəsinə müraciət edilməsini tövsiyyə edirik, müvafiq sənədlər arxivdən əldə edildikdən sonra həmin sənədlər əsasında daha ətraflı məlumat və mövqe təqdim edilə bilər.Istusu bələdiyyəsi tərəfindən hazırda sərəncamda olan sənədlərin araşdırılması nəticəsində məhkəmənin sorğusunda göstərilən məsələlərlə bağlı əlavə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi samur-Yalama Milli Parkı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin Samur-Yalama Milli Parkının hüdudları xaricində olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ## ######## 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, tərtib edilmiş müayinə aktı təqdim edilir, müayinə aktında “## ###### 2004-cü il tarixli ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi və onun verilməsinə əsas olmuş sənədlərin,698 inventar nömrəlitexniki pasportun təsdiqedici surətlərini 4-*** qeyd nömrəli,698 inventar nömrəli qeydiyyat kitabından çıxarış məlumatı əlavə edilir, registr məlumatları Idarədə mövcud deyil, sözügedən torpaq sahəsi TEKUIS-də Samur-Yalama Milli Park ərazi hüdudları daxilində yerləşir, sözügedən torpaq sahəsinin DVG məlumatında mülkiyyət növü bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir,uqodiyası həyətyanıdır, TEKUIS-də mülkiyyət növü bələdiyyə kimi göstərilmişdir” kimi qeyd edilmiş, ortofoto görüntüsü və sxem əlavə edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ## ######## 2026-cı il tarixli məktub və ona əlavə edilmiş məlumatın məzmunundan görünür ki, ## ###### 2004-cü il tarixli ***** reyestr nömrəli qeydiyyat vəsiqəsi və onun verilməsinə əsas olmuş sənədlərin,698 inventar nömrəlitexniki pasportun təsdiqedici surətlərini 4-*** qeyd nömrəli,698 inventar nömrəli qeydiyyat kitabından çıxarış məlumatı əlavə edilir, ## ###### 2003-cü il tarixli *-*** saylı Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi əsasında X4 adına mülkiyyət hüququ qeydə alınmamışdır, registr məlumatları Idarədə mövcud deyildir, iddiaçının göstərdiyi döngə nöqtələrinə əsasən faktiki istifadəsində 0,10 ha torpaq sahəsi təşkil edir, lakin qonşunun faktiki istifadəsində 0,15 ha torpaq sahəsi olmaqla, cəmi naturada yerində 0,25 ha torpaq sahəsi mövcuddur, iddiaçının iddia etdiyi torpaq sahəsinə bitiik qonşu torpaq sahəsi kimi X4 faktiki istifadəsində 0,15 ha torpaq sahəsi təşkil edir, sözügedən torpaq sahəsinin Samur-Yalama Milli Parkının ərazi hüdudları daxilində yerləşməsinə dair ortofoto görüntüsü əlavə olunur, sözügedən torpaq sahəsinin DVG məlumatında mülkiyyət növü bələdiyyə, kateqoriyası yaşayış məntəqələrinin torpaqlarına aiddir,uqodiyası həyətyanıdır və TEKUIS-də xüsusi qorunanərazi kimi (Samur-Yalama Milli parkı), mülkiyyət növü dövlət kimi göstərilmişdir, ortofoto görüntüsü əlavə edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən bağ evinə və torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin *-***/**** saylı qətnaməsi ilə Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən bağ evinə iddiaçının mülkiyyət hüququ tanınmış və bu barədə ##.##.2004-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir . Bundan əlavə, həmin qətnamə ilə bağ evinin yerləşdiyi ərazidə iddiaçıya 0.20 ha torpaq sahəsinin ayrılması və bu barədə mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinə tapşırılmışdır. Bunun əsasında iddiaçıya JN-***A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0.20 ha torpaq sahəsi ayrılmışdır. ##.##.2025-ci il tarixdə cavabdehə müraciət edərək torpaq sahəsinə və bağ evinə dair hüquqların dövlət reyestrindən qeydiyyata alınmasına dair vahid çıxarışın verilməsinə dair ərizə ilə müraciət edilsə də, cavabdeh tərəfində müraciət bugünə kimi müraciət cavablandırılmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı münasibət təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində inşa edilmiş bağ evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə Xaçmaz rayon Məhkəməsinin ## ###### 2003-cü il tarixli, *-*** saylı qətnaməsinin surətinin təqdim edilməsi məqsədilə Xaçmaz rayon Məhkəməsinə sorğu ünvanlamışdır. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən sözügedən qətnamənin surəti məhkəməyə təqdim edilmişdir. Həmin qətnamənin “qət etdi” hissəsində aşağıdakılar qeyd edilmişdir: “X4 və İddiaçı Xaçmaz rayonun Nabran kəndi ərazisində yerləşən X4 məxsus 0.10 ha torpaq sahəsində bağ evi təyinatlı iki mərtəbəli, mişar daşından tikilmiş, taxta döşəməli, üstü şifer örtüklü binalara (işə əlavə edilmiş sxemdə göstərilən) mülkiyyət hüquqları tanınsın. Bu qətnamə X4 adına olan 0.10 ha torpaq sahəsinin şimal hissəsində 0.05 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, iki otaqlı, ümumi sahəsi 81 kv.metr, yaşayış sahəsi 33.28 kv.metr olan bağ evinə İddiaçı adına mülkiyyət hüququna dair şəhadətnamə verilməsi üçün əsasdır.” Məhkəmə sorğularına əsasən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “Məktubunuzda qeyd olunanlarla əlaqədar cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən Xaçmaz rayonu Nabran kəndində yerləşən, DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş X1 Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsinə baxış keçirilmiş, müayinə aktı tərtib edilmiş və kameral şəraitdə araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Xaçmaz rayonu Nabran kəndində yerləşən DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş X1 Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsi faktiki naturada (iddiaçının göstərdiyi döngə nöqtələrinə əsasən) 0.10 ha torpaq sahəsi təşkil edir. Həmin torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUlS) sistemində xüsüsi qorunan ərazi kimi (Samur-Yalama milli park), mülkiyyət növü dövlət kimi göstərilmişdir. Torpaq sahəsinin üzərində qeydiyyat vəsiqəsi olan fərdi yaşayış evi mövcuddur. Müayinə zamanı mübahisə qeydə alınmayıb. Kommunikasiya xətləri keçmir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi yuxarıda qeyd edilən qanuni qüvvəsini almış Xaçmaz rayon Məhkəməsinin ## ###### 2003-cü il tarixli, *-*** saylı qətnaməsi əsasında mübahisə predmeti olan torpaq sahəsinə dair İddiaçı adına JN 337A KOD ******** saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, bağ evinə dair 4-*** reyestr nömrəli, 698 inventar nömrəli və ##.##.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsi və Texniki Pasport da tərtib edilmişdir. Məhkəmə icraatı zamanı torpaq sahəsi və bağ evinə münasibətdə hər hansı mübahisə halı müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasına mane olan, qanunla nəzərdə tutulmuş əsasların mövcudluğu sübuta yetirilməmişdir. ərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 0.20 ha torpaq sahəsi və üzərində inşa edilmiş bağ evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulmalıdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müraciətə ##.##.2026-cı il tarixdə *-**-*-**/*-R-*****/**** nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: Bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Yuxarıda qeyd olunanlara əsasən nəzərinizə çatdırırıq ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunu ilə müəyyən edilmiş qaydada və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin əsilləri ilə * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət olunacağı təqdirdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Nəzərinizə çatdırmaq istəyirik ki, cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən vətəndaşa inzibati orqanın hərəkət və hərəkətsizliyindən rəsmi imtina verilməmişdir. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin sənəd üzrə kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməsi mümkün olmamışdır. JN-***A nömrəli (KOD 30216018) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” fərdi yaşayış evinin yerləşdiyi əraziyə aid elektron məlumat bazasında da öz əksini tapmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47.3-cü maddəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digəryerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar alqı-satqı obyekti ola bilməz”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 24-cü maddəsinə əsasən xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarix-mədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır. 2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: təbiəti mühafizə təyinatlı torpaqlar; təbii qoruq təyinatlı torpaqlar; sağlamlaşdırma təyinatlı torpaqlar; turizm və rekreasiya təyinatlı torpaqlar; tarix-mədəniyyət təyinatlı torpaqlar; 3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, Xaçmaz rayonu Nabran kəndində yerləşən DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş X1 Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən iddiaçı İddiaçı ayrılmış 0.20 ha torpaq sahəsi faktiki naturada (iddiaçının göstərdiyi döngə nöqtələrinə əsasən) 0.10 ha torpaq sahəsi təşkil edir. Həmin torpaq sahəsinin kateqoriyası torpaqların elektron kadastrı uçotu informasiya (TEKUlS) sistemində xüsüsi qorunan ərazi kimi (Samur-Yalama milli park), mülkiyyət növü dövlət kimi göstərilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə etiraza dair yazılı ərizə təqdim edilmiş, etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmə qərarından apelyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsassız olduğunu hesab edirik. Belə ki, cavabdeh şikayətində bir-biri ilə uzlaşmaya 3 dəlilə istinad etmişdir: 1. Vətəndaşa inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçıya rəsmi imtina verilməmişdir. Bu səbəbdən iddia mümkünsüz sayılmalıdır. Həmin dəlilə münasibətdə qeyd etmək istərdim ki, cavabdeh inzibati orqana sifarişli poçt vasitəsilə müraciət edilmiş, lakin 35 gün müddətinə müraciətimizə cavab verilməmişdir. Müraciət məktubunun cavabdeh tərəfindən əldə olunmasına dair dəlil iddia ərizəsinə əlavə edilmişdir. Inzibati Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. 2. Torpaq sahəsinin yeri məlum olmadığına görə həmin torpaq sahəsinə dair araşdırmanın aparılması mümkün olmamışdır (kateqoriyası, mühafizə zonasına düşüb-düşməməsi, başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsi və.s). Həmin dəlilə münasibətdə qeyd edilməlidir ki, cavabdehin özünündə şikayətdə qeyd etdiyi kimi torpaq sahəsinə tərəfimizin iştirakı ilə mütəxəssis tərəfindən baxış keçirilmiş və müayinə aktı tərtib edilmişdir. Həmin müayinə aktında mübahisənin olmaması və kommunikasiya xətlərinin keçmədiyi qeyd edilmişdir. Digər tərəfdən, nəzərinizə çatdırmaq istərdim ki, cavabdehə müraciət edilən zaman sənədlərin surəti təqdim edilmişdir. 3. Torpaq sahəsinin kateqoriyasının TEKUIS sistemində xüsusi qorunan ərazi kimi (Samur- Yalama milli park) mülkiyyət növü dövlət kimi göstərilmişdir. Istər Samur-Yalama Parkının məktubundan, istərsə də müayinə aktından müəyyən olunur ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, Samur-Yalama Parkının məktubuna əsasən mübahisə predmeti olan torpaq sahəsi parkın ölçüləri daxilində yerləşmir. Eyni zamanda müayinə aktında torpaq sahəsinin DWG məlumatında mülkiyyət növü bələdiyyə, kateqoriyası, yaşayış məntəqələri, uqodiyası həyətyanı olaraq göstərilmişdir. Lakin cavabdeh inzibati orqan sonradan yaranmış TEKUIS sisteminin ölçülərini əsas götürərək qərarın əsassız olduğu qənaətinə gəlmişdir. Halbuki TEKUIS informasiya sistemi Azərbaycan Respublikası Prezidentinin # #### 2016-cı il tarixli Fərmanı ilə yaradılmış, sistemin praktiki olaraq qurulması, rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi və məlumat bazasının tam formalaşdırılması işləri 2016–2019-cu illəri əhatə etmişdir. Lakin torpaq sahəsi ayrılarkən ölçülər TEKUIS ilə deyil, həmin dövrdə mövcud olan DWG sistemi ilə aparılırdı. Bu səbəbdən ölçülərin üst-üstə düşməməsi və ya fərq olması mümkündür. Bundan başqa qeyd edilməlidir ki, torpaq sahəsində yerləşən fərdi yaşayış evi cavabdeh tərəfindən artıq dövlət qeydiyyatına alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Eyni zamanda iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri dövlət qeydiyyatına alınmış, hətta həmin sənədlər əsasında alqı-satqı predmeti olmuşlar. Işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi yazılı ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://eqanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ..... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) .... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 09.072026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi və onun üzərindəki bağ evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki sənədlərin verilməsinə nail olmaöa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair müvafiq Şəhadətnamənin electron məlumat bazasında öz əksini tapmadığını, sənəd üzrə torpaq sahəsinin ölçüsünün 0,20 ha qeyd edilsə də, naturada faktiki ölçüsünün 0,10 ha olduğunu, torpaq sahəsinin kateqoriyasının TEKUIS-də xüsusi qorunan ərazi kimi, mülkiyyət növü dövlət mülkiyyəti kimi qeyd edildiyini əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının hazırki mübahisə predmeti olan 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (bağ evi) üzərində mülkiyyət hüququ tanınmış və həmin qətnamə iddiaçının adına həmin əmlaklara münasibətdə mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi üçün əsas hesab edilmişdir (Xaçmaz Rayon Məhkəməsiin *-*** saylı, ## ###### 2003-cü il tarixli) Daha sonra həmin məhkəmə qətnaməsi əsasında yaşayış evinə dair ## ###### 2004-cü il tarixli qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir, həmin sənədlərin arxiv nüsxəsi cavabdeh inzibati orqanda mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evi (qeydiyyat vəsiqəsində əks olunmuş) hazırda naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Göründüyü kimi iddiaçının 0,05 ha torpaq sahəsi və orada yerləşən yaşayış evinə dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanındığından, habelə həmin məhkəmə qətnaməsi əsasında mülkiyyət hüququ cavabdeh tərəfindən qeydə alınaraq, ona dair qeydiyyat vəsiqəsi verildiyindən, iddiaçının məhz 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair mülkiyyət hüququ mövcud olmuşdur. Belə olan halda kollegiya hesab edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı və qeydiyyat vəsiqəsi əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etdiyindən, iddia tələbi məhz 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması, ona dair plan ölçü sənədinin verilməsi hissəsində əsaslı olmuşdur. Kollegiya bu hissədə cavabdehin şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, IPM-in 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tanındığından, prosessual qanunvericiliyin tələbinə əsasən həmin halların yenidən mübahisələndirilməsi yolverilməz olduğundan, cavabdeh inzibati orqan həmin hissədə torpaq sahəsinin təyinatı və yerləşmə yeri, habelə kadastr baza məlumatları ilə bağlı hallara istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsi və orada yerləşən yaşayış evinin xüsusi qorunan ərazi hüdudları daxilində yerləşmədiyi müəyyən edilmiş, habelə qeydiyyat vəsiqəsi və texniki pasportun arxiv əsasları mövcud olmuşdur. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları da özlüyündə cavabdehin istinad etdiyi halların təkzib olunduğunu deməyə əsas verir. Nəticə etibarilə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə dair iddiaçının mülkiyyət hüququnun qeydə alınması hissəsində işin hallarına düzgün hüquqi qiymət vermiş, həmin hissədə cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evinə dair iddiaçının adına mülkiyyət hüququnun qeydə alınması, bu hissədə çıxarış və plan-ölçü sənədinin verilməsinə dair təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalı, bu hissədə apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya iddia tələbinin qalan 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının adına yerdə qalan 0,15 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilməmişdir. Hansı ki yuxarıda istinad edilən qnaunvericilik normasının məzzmununda mülkiyyət hüququnun yaranması və bu hüququn qeydə alınması üçün əsas olan hallar dəqiq və birmənalı şəkildə müəyyən edilmişdir, yalnız həmin əsasların və ona dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu mülkiyyət hüququnun yaranmasına və hüququn qeydə alınması üçün əsas yaradır. Kollegiya bu hissədə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, iddiaçı bu hissədə tələbin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun adına 0,20 ha torpaq sahəsinin ayrılması, onun adına şəhadətnamə verilməsinin səlahiyyətli quruma həvalə edilməsi, şəhadətnamə əsasında onun adına o,20 ha torpaq sahəsinin ayrılması kimi hallarla əsaslandırmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin *-*** nömrəli, ## ###### 2003-cü il tarixli qətnaməsində işin müəyyən edilmiş halı kimi qeyd edilmişdir ki, “ ...Məhkəmədə cavabdeh qimsində dindirilən Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri X2 ifadə verərək göstərmişdir ki, həqiqətən də iddiaçı Ə.Ş.Məmmədova 2000-ci ildə Nabran Bələdiyyəsi ərazisində bağ evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi satılmışdır və o, torpağın mülkiyyətə verilməsinə dair JN-250 A saylı şəhadətnaməyə əsasən özünəməxsus torpaq sahsində tikinti işləri apararaq həmin torpaq sahəsində iki bağ evi tikmişdir.Lakin iddiaçı bağ evlərinin tikintisi zamanı onun adına verilmiş 0,10 ha torpaq sahəsinə bitişik Nabran Bələdiyyəsinin perspektiv inkişaf üçün nəzərdə tutulmuş ərazisindən əlavə 0,30 ha bataqlıq torpaq sahəsiniabadlaşdıraraq hasara almaqla torpaqlarına qatmış və orada yardımçı tikililər tikmişlər. Həqiqətən iddiaçılar zəbt etdiklri torpaq sahəsinin onlara satılması barədə Nabran bələdiyyəsinə müraciət etmişlər,keçmiş bələdiyyə sədri vəfat etdiyi üçün sənədləşdirmə və alqısatqı işi yarımçıq qalmışdır. Mübahisəli ərazinin idiaçılara satılmasına etiraz etmir..........Nabran bələdiyyəsinə məxsus zəbt olunmuş mübahisəli 0,30 ha torpaq sahəsinin iddiaçılara satılması qanunun tələbinə zidd olmadığından iddia təmin edilməli, Nabran kəndində yerləşən 0,30 ha torpaq sahəsinin iddiaçılara satılması məsələsinin baxılması bir vəzifə kimi DT və XK-nin Xaçmaz rayon şöbəsinə və Nabran bələdiyyəsinə tapşırılmalıdır........” Bundan əlavə, kollegiya qeyd edir ki, həmin məhkəmə qətnaməsi ilə iddiaçının 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən bağ evinə dair mülkiyyət hüququnun tanınması və qətnamənin ona dair şəhadətnamə verilməsi üçün əsas olması qeyd edilsə də, 0,15 ha torpaq sahəsi ilə bağlı torpaq sahəsinin satılması və şəhadətnamə verilməsinin müvafiq bələdiyyə və DTXK-nə həvalə edilməsi qeyd edilmişdir. Göründüyü kimi 0,15 ha torpaq sahəsi ilə bağlı həmin məhkəmə qətnaməsi əsasında iddiaçının mülkiyyət hüququ tanınmamış, yalnız iddiaçıya satılması məsələsinə baxılması və ona uyğun sənədləşdirmə işlərinin həyata keçirilməsinin səlahiyyətli qurumlara həvalə edilməsi qeyd edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, müvafiq məhkəmə qətnaməsi 0,15 ha torpaq sahəsinə aid hissədə mülkiyyət hüququnun qeydə alınması üçün əsas qimsində çıxış etməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı həmin məhkəmə qətnaməsi əsasında səlahiyyətli qurumlar tərəfindən 0,15 ha torpaq sahəsinin satılması məsələsinə baxılması, satılma prosedurunun tamamlanmasına dair sonrakı sənədləşdirmə işlərinin aparılıb-aparılmaması istiqamətində araşdırma aparılsa da, həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçı tərəfindən zəbt edilmiş 0,15 ha torpaq sahəsinin müvafiq məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan sonra ona satılması ilə bağlı hər hansı qərar, alqı-satqı aktı, torpağın dəyərinin öədnilməsinə dair qəbz mövcud olmamışdır. Bu hal isə zəbt edilmiş torpaq sahəsinin satılması prosedurunun tamamlanmadığını deməyə əsas verir. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının özü tərəfindən də həmin hala dair bələdiyyə qərarı və ya alqı-satqı aktı və ya şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə müvafiq bələdiyyəyə sorğu ünvanlansa da bələdiyyə tərəfindən sənədlərin təhvil verilməməsi səbəbindən həmin halın təsdiq edilməsi mümkün olmamış, habelə hansı tarix və hansı nömrəli bələdiyyə qərarı əsasında torpaq sahəsinin iddiaçıya satılması halı aşkar olmadığından, müvafiq arxiv idarəsinə sorğu ünvanlamaqla, həmin halın da müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, kollegiya onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş kadastr uçot məlumatlarına əsasən DVG məlumatında torpaq sahəsinin mülkiyyət növü bələdiyyə olsa da, torpaq sahəsinin bələdiyyə tərəfindən hansı tarixli və hansı nömrəli qərarla satılması halının müəyyən edilməsi mümkün olmamış, iddiaçı özü də bu barədə heç bir məlumat verməmişdir. Bundan əlavə, kollegiya onu da qeyd edir ki, iddiaçı 0,20 torpaq sahəsinə dair JN-***A saylı Şəhadətnmə tərtib edilməsi halına istinad etdiyindən, bu hissədə iddianın əsaslılığı baxımından həmin sənəd üzrə də dəyərləndirmə aparılması zəruridir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının istinad etdiyi Şəhadətnamə ## ######## 2003-cü il tarixdə tərtib edilsə də, müvafiq məhkəmə qətnaməsi ## ###### 2003-cü i tarixdə qəbul edilmişdir. Nəticə etibarilə həmin şəhdatnamə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş “0,15 ha torpaq sahəsinin satılması və şəhadətnamə verilməsinin həvalə edilməsi” halının icrasının nəticəsi olaraq ortaya çıxmamışdır. Başqa sözlə desək, iddiaçının istinad etdiyi müvafiq şəhadətnamə zəbt edilmiş 0,15 ha torpaq sahəsinin məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən sonra aparılmış satılma prosedurunun nəticəsini ehtiva etməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, həmin Şəhadətnamə müvafiq aqrar islahat komissiyasının qərarı əsasında tərtib edilsə də, kadastr uçot məlumatında həmin şəhadətnamə mövcud olmamış, habelə aqrar islahat komissiyasının qərarı ilə bağlı adlı siyahıda iddiaçının adının aşkar edilmədiyi qeyd edilmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, 0,15 ha torpaq sahəsi kənd üzrə 1998-ci ildə aparılmış arqrar islahat zamanı iddiaçıya ayrılmış, onun mülkiyyətinə, qanuni istifadəsinə verilmiş torpaq sahəsi kimi mövcud olmuş olsa idi, ondan sonra qəbul edilmiş (2003-cü ildə) məhkəmə qətnaməsində həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid və iddiaçı tərəfindən zəbt edilmiş torpaq sahəsi kimi hüquqi qiymət verilməz, habelə onun iddiaçıya satılması ilə bağlı sənədləşdirmə işlərinin aparılması səlahiyyət qurumlara həvalə edilməzdi. Iddiaçı özü də həmin məhkəmə qətnaməsini mübahisələndirməmiş, nəticə ilə razılaşmışdır. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş halları 0,15 ha torpaq sahəsinin iddiaçıya aqrar islahat zamanı ayrılmış torpaq sahəsi olmasını təkzib etdiyindən, müvafiq Şəhadətnamə bu hissədə iddianın əsaslılığını üəyyən edən mötəbər sübut qismində çıxış etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçının faktiki istifadəsində 0,10 ha torpaq sahəsi və orada yerləşən bağ evinin olduğu müəyyən edilmiş, habelə naturada boş torpaq sahəsinin mövcudluğu müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçının faktiki istifadəsində 0,05 ha və orada yerləşən bağ evindən başqa yalnız 0,05 ha torpaq sahəsi faktiki istifadəsində olmuşdur. Bundan əlavə, kollegiya qeyd edir ki, bu hissədə iddianın əsaslılığına dair ## ###### 2015-ci il tarixli müvafiq Fərmanı 2.4-cü bəndinin tələbinə əsasən də dəyərlədnirmə aparılsa da, həmin əsasla da iddianın əsaslılığının müəyyən edilməsi mümükn olmamışdır. Belə ki, müvafiq Fərmanın 2.4-cü bəndində yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) mülkiyyət hüququnun qeydə alınması üçün əsas kimi ehtiva edilmişdir Indiki halda isə iddiaçının adına tərtib edilmiş texniki pasportun məzmununda torpaq sahəsinin ölçüsünün 0,20 ha olduğu qeyd edilsə də, həmin texniki pasport ## ###### 2004-cü il tarixdə tərtib edildiyindən, müvafiq Fərmanı 2.4-cü bəndinin tələbinə əsasən də bu hissədə iddianın əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi iddiaçının faktiki sahibliyində 0,20 ha deyil, 0,10 ha torpaq sahəsi olmuş, habelə onun 0,05 ha hissəsi ilə bağlı məhkəmə qətnaməsi əsasında mülkiyyət hüququ tanınmış, yerdə qalan 0,05 ha hissəsi ilə bağlı isə zəbt torpaq sahəsi olması və sonradan satılması prosedurunun tamamlanması müəyyən edilmədiyindən, mülkiyyət hüququnun yaranmasına əsas olan hər hansı mötəbər hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddia tələbinin əsaslılığı 0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, bu hissədə çıxarış və plan-ölçü sənədinin verilməsinə aid hissədə müəyyən edilmədiyindən, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin hallarına düzgün hüquqi qiymət verilməmiş, həmin hissədə gədliyi nəticə işin hallarına uyğun olmamış, cavabdehin həmin hissədə şikayətinin dəlilləri əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddia tələbinin əsaslılığı “0,15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması, bu hissədə çıxarış və plan-ölçü sənədinin verilməsi” hissəsində müəyyən edilmədiyindən, həmin hissədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, həmin ləğv edilən hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində “birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilərək, iddia tələbinin təmin edilməməsi” qeyd edildiyindən, indiki halda isə iddia tələbinin təmin edilmiş bir hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanıldığından, bir hissədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, ləğv edilən hissədə iddia tələbi təmin edilmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissədə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı qisməniddia tələbinin “Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,15 ha torpaq sahəsi üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydə alınması, bu hissədə çıxarış və plan-ölçü sənədinin verilməsi”nə dair təmin edilmiş hissəsində ləğv edilməli, həmin ləğv edilən hissədə iddia tələbi təmin edilməməlidir. Qərar qalan hissədə-iddia tələbinin “Xaçmaz rayonu Nabran kəndi ərazisində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş bağ evi üzərində üstəmov Şahin Möhübbət oğlunun adına mülkiyyət hüququnun qeydə alınması, çıxarış və plan-ölçü sənədinin verilməsinə” dair təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar