Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1013/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştrakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1 qarşı “müddətsiz əlilliyin bərpa olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin ##.##.2016-cı il tarixli qərarından görünür ki, iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının ##.##.2025-ci il tarixli qərarından görünür ki, üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin **** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “İddiaçı yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F70.1) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixi inkişafda geri qalması, Respublika Psixiatriya Xəstəxanasında müayinə olunarkən "yüngül əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu" diaqnozunun təyin edilməsi, xəstəliyi ilə əlaqədar II dərəcəli əlilliyi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - zamana görə bələdliyinin tam həcmdə olmaması, təfəkkürünün konkretliyi, əhavli-ruhiyyəsinin dayanıqsızlığı, maraq dairəsinin məhdudluğu, davranışının və emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması, və sair sübut edir. İddiaçı yüngül dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F70.1) aşkar olunur.” Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “onun II qrup müddətsiz əlilliyin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1996-cı il təvəllüdlü İddiaçı uşaqlıqdan əlilliyə görə sosial müavinət və pensiya almışdır. 18 yaşına çatdıqdan sonra isə ona II qrup müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. Lakin ## #### 2025- ci il tarixində keçirilmiş tibbi-sosial ekspertiza nəticəsində əvvəlki qərar dəyişdirilmiş və iddiaçıya III qrup ömürlük əlillik dərəcəsi müəyyən olunmuşdur. Halbuki iddiaçının səhhətində heç bir yaxşılaşma olmamış, diaqnozu isə "Orta dərəcəli əqli gerilik. Kəskin debillik dərəcəli oliqofreniya" olaraq qalmaqdadır. Mövcud tibbi sənədlərə görə, bu diaqnoz ən azı II qrup əlillik dərəcəsinə uyğun gəlir. Iddiaçı əmək qabiliyyətinə malik deyil, gündəlik həyat fəaliyyətində daimi məhdudiyyətlər yaşayır və ona qulluq tələb olunur. Bu baxımdan cavabdeh qurumun qəbul etdiyi qərar əsassızdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı FIN:******* Dəvət tarixi: ##.##.2025 Bildirişin nömrəsi: 3-17-4/2-H-16089/2025 Iştirak tarixi: ##.##.2025 Müayinə tarixi (təyinat tarixi): ##.##.2016 Əlillik səbəbi: ümumi xəstəlik Əlillik dərəcəsi (OFP faizi) və müddəti: ikinci dərəcə müddətsiz Göndərişdə qeyd edilən diaqnoz: Orta dərəcəli əqli gerilik. Kəskin debillik dərəcəli oliqofreniya. - Şikayətləri: baş ağrıları, əsəbilik - Sənəd sayı: 5 (beş) səhifə - Həkim mütəxəssisin müayinəsi:Psixi status: Zahirən səliqəlidir. Arıq, zəifdir (yemək xoşlamadığını bildirdi). Ünsiyyətdə ləngdir. Sadə suallara çox düşünərək bəzən düz, bəzən qeyri-adekvat cavablar verdi. Bəlıədliyi saxlanılıb. Zaman, məkan qarışdırır. Təhsil almadığını bildirdi. Adını yaza bildi. Elementar hesablamanı bilir. Ayları saya bilmədi. Çayla suyun fərqini deyə bilmədi Xankişiyeva Məhluqə - DTSERA-da aparılmış laborator və Instrumental müayinələrin adları (nəticələr əlavədə): - - Əlavə müayinə üçün göndəriş: - - Əlavə müayinə nəticələrinin təqdim edilmə tarixi: - - Əlavə müayinə diaqnozu: - - Qərarın əsaslandırılması:Anamnestik məlumatlar, təqdim edilmiş sənədlər və DTSERA da aparılmış obyektiv müayinə nəticəsinə əsasən vətəndaşın hazırki psixi vəziyyəti yüngül səviyyədə əqli gerilik kimi dəyərləndirilmiş,bu da üçüncü dərəcə əlillik təyinatına uyğun görülmüşdür. Qərar: ##.##.2025-ci il tarixindən “Hissəvi reabilitasiya olunması” na, ümumi xəstəlik səbəbindən müddətsiz üçünçü dərəcə əlillik təyin edilməsinə dair qərar qəbul edilsin. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020- ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ## #### 2025-ci ildən orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə müddətsiz əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya ##.##.2016-cı il tarixdən müddətsiz əlillik təyin edilərkən ona “orta dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş və həmin diaqnoza uyğun olaraq orqanizmin funksiyalarının 65 faiz pozulması müəyyən edilmişdir. Halbuki cavabdeh tərəfindən ##.##.2025-ci il tarixində aparılmış qiymətləndirmə zamanı iddiaçıya “yüngül dərəcəli əqli gerilik” diaqnozu tətbiq edilərək əlillik göstəricisi 60 faiz müəyyən edilmişdir. Beləliklə, cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının diaqnozunun orta dərəcəli əqli gerilikdən yüngül dərəcəli əqli geriliyə dəyişdirilməsinin səbəbləri barəsində mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iş materiallarında iddiaçının sağlamlıq vəziyyətində əhəmiyyətli yaxşılaşmanın baş verməsini təsdiq edən sübutlar mövcud deyildir. Ona görə də, məhkəmə əvvəlki nəticəni daha ağlabatan hesab edir. İddiaçı barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2-ci bəndində göstərilmiş meyarlar ilə əlillik təyinatının aparılması Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edillməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmamışdır. Bu isə işin nəticələrinin “##.##.2025-ci il tarixindən "Hissəvi reabilitasiya olunması" , ümumi хəstəlik səbəbindən müddətsiz üçünçü dərəcə əlillik təyin edilməsi” barədə qərar iddiaçının mövcud tibbi sənədləri əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Qeyd olunan diaqnoz "Hissəvi reabilitasiya olunması" , ümumi хəstəlik səbəbindən müddətsiz üçünçü dərəcə əlillik təyin edilməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. Inzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. Inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı II qrup müddətsiz əlilliyin dəyişdirildiyi vaxtdan bərpa edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçı barəsində təyin etdiyi ikinci dərəcə müddətsiz əlilliyin dərəcəsini dəyişdirərək, bu barədə ##.##.2025-ci il tarixli qərar qəbul edərək, üçüncü dərəcə müddətsiz əlilik təyinatı aparmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Həmçinin, kollegiya iddia müddətinə dair tələbə riayət edilib-edilməməsi əsası ilə iddianının mümkünlüyü ilə bağlı hissədə onu qeyd edir ki, iddiaçı barəsində əlilliyin ləğv edilməsi barədə qərarı ##.##.2025-ci il tarixdə qəbul edilsə də, iddiaçıya həmin qərarın hansı tarxdən elan edilməsi və ya təqdim edilməsinə dair cavabdhe tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə, qeyd edilən qərar elektron sistemə ##.##.2025-ci il tarixdə daxil edilmişdir. Iddiaçı tərəfindən isə iddia tələbi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət edilmişdir. Işin müəyyən edilmiş həmin hallarından görünür ki, iddiaçı tərəfindən hazırki iş üzrə iddia müddəti ötürülməmişdir (cavabdeh tərəf özü də bu halı mübahisələndirməmişdir). Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaı barəsində ##.##.2016-cı il tarixdə ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmış, bu barədə məlumat əlilik altsistemində mövcud olmuşdur. Daha sonra cavabdeh xidməti araşdırma zərurəti ilə inzibai iş üzrə icraatı təzələməklə, iddiaçı barəsində “hissəvi reabilitasiya olunma, ümumi xəstəlik səbəbindən üçüncü dərəcə əlilliyin təyin eidlməsi” barədə ##.##.2025-ci il tarixli qərar qəbul edir. Indiki halda iddiaçı məhz həmin qərarın ləğv edilməsini və onun barəsində təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin dəyişdirildiyi vaxtdan bərpa edilməsini istəyir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı ilə bağlı qərarının mötəbərliyini şübhə altına alınmasının əsası kimi müxtəlif risk qrupları üzrə araşdırılma aparılması məqsədilə bağlı hallara istinad etmişdir Kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Bundan əlavə, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində müxtəlif risk qrupları üzrə araşdırma aparılması hallarına istinad etməklə, “əsaslı şübhə”ni ümumi sözlər şəklində ifadə etməklə, risk qrupuna daxil edilmənin əsaslarına dair hər hansı sübut (audit yoxlaması, xidməti araşdırmanın nəticəsi və s.) təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin əlilliyin qiymətləndirilməsi barədə qanunvericiliyin tələbləri baxımından yoxlanılması və onun nəticəsinə uyğun olaraq əlillik təyinatının aparılması səlahiyyəti TSEK-ə aid olmuş və onun tərəfindən belə bir qiymətləndirmə aparılaraq, iddiaçı barəsində müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Indiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz ikinci dərəcə əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, həmin qərarın mötəbərliyinin şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, inzibati icraatı təzələməklə, iddiaçı əyani müayinəyə dəvət edilmiş, onun barəsində qismən reabilitasiya olunması və üçüncü dərəcə müddətsiz əlillik təyin edilməsi barədə qərar qəbul etməklə, gəldiyi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, istinad edilən hallar formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan hal “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “Inzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. Inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarı). Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zmanaı tədqiq edilmiş ekspert rəyi və digər tibbi sənədlər əsasında iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin mövcudluğu öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan isə iddiaçının qismən reabilitasiya olunması halına və əlilliyin dərəcəsinin dəyişdirilməsinə əsas olan xəstəliklərə dair heç bir tibbi sənədə, əyani müyainə nəticələrinə istinad etməmiş, bu halı da “ümumi söz şəklində” ifadə etmiş, heç bir sübut təqdim etməmiş, tibbi sənədə istinad etməklə zəruri əsaslandırma aparmamışdır. Bu halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları da özlüyündə cavabdehin hərəkətlərinin qanunazidd olduğunu deməyə əsas verir. Qeyd olunan hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində təyin edilmiş ikinci dərəcə müddətsiz əlilliyin dərəcəsini dəyişdirməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda iddiaçının tələbi əlilliyin dərəcəsinin dəyişdirilməsi barədə qərarın ləğv edilməklə, həmin tarixdən ikinci dərəcə müddətsiz əlilliyin bərpa edilməsi ilə bağlı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən qərarın “qət etdi” hissəsində “əlilliyin təyin edilməsi” kimi qeyd edilmiş, bu hal isə iddiaçının tələbinə uyğun olmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçının tələbinə uyğun olaraq dəyidirilməli, cavabdehin qəbul etdiyi əlilliyin dərəcəsinin dəyişdirilməsi barədə ## #### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya ##.##.2016-ci ildə təyin edilmiş ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlilliyi ##.##.2025-ci il tarixdən bərpa olunmalıdır. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilsin. Iddia təmin edilsin. Dövlət Tibbi Sosial Ekspertiza və X7-Sosial Ekspert Komissiyasının iddiaçı barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı ##.##.2016-cı il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyinin dayandırıldığı ##.##.2025-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində cavabdeh1n üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.