Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1014/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair yaşayış məntəqələri torpaqlarına aid olmaqla müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Şamaxı rayon Şamaxı Bələdiyyəsinin ## ###### 2011-ci il tarixli, ** saylı qərarı ilə fərdi yaşayş evinin tikintisi üçün ayrılmış 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair yaşayış məntəqələri torpaqlarına aid olmaqla müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Şamaxı bələdiyyəsinin ## ###### 2011-ci il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış Şamaxı şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsini Şamaxı rayonu, Şamaxı bələdiyyəsi ilə onun arasında bağlanmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş topaqların alqısatqısına dair akt əsasında almış və həmin vaxtdan torpaq sahəsi faktiki istifadəsində və sahibliyində olmuşdur. Həmin torpaq sahəsinin alınması üçün 500.00 manat məbləğində rüsum ödəmişdir. Sözügedən torpaq sahəsinin əldə olunması ilə əlaqədar olaraq, Şamaxı rayon Şamaxı bələdiyyəsinin ## ###### 2011 -ci il tarixli ** saylı qərarı, ödəniş qəbzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Şamaxı rayonu Şamaxı bələdiyyəsi tərəfindən təsdiq olunmuş torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin planı, ödəniş qəbzi, arayış və rəy sənədəri təqdim olunmuşdur. Eyni zamanda Şamaxı şəhəri yerləşən 0.05 ha torpaq sahəsinə dair yuxarıda qeyd olunan sənədlər əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin ona məxsus olmasını, fərdi yaşayış evinin tikilməsi məqsədilə ayrılmasını təsdiq edən ##.##.2011-ci il tarixdə, 118 nömrə ilə uçota alınmış, A N ****** blank nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Şamaxı şəhəri ərazisində yerləşən 0.05 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının yaranmasına əsas olan həmin sənədlər əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinə dair texniki sənədlərin hazırlanmasına dair Cavabdeh ** saylı Şamaxı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin, inzibati orqan mülkiyyət hüquqlarının qeydiyyata alınmasından əsaslı səbəb olmadan həmin torpaq sahəsinin örüş torpaqlarına aid omaqla, Şamaxı rayon Əngəxaran kəndi ərazisindən ayrılması və bələdiyyənin torpaq sahəsini ## ###### 2007-ci il tarixdən sonra, ##.##.2011-ci il tarixdə verilməsi ilə əlaqədar olaraq imtina edilməsi barədə *-**-*-**/*-****/**** nömrəli, ## ### 2025-ci il tarixli imtina məktubu ünvanlamışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, “Arayış verilir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998 tarixli, *** saylı qərarına müvafiq olaraq Bələdiyyəyə ondan ötəri ki, Şamaxı bələdiyyəsinin qərarı ilə həyətyanı məqsədilə ona satılan 0.05 ha torpaq sahəsi Dağ Şirvan kadastr qiymət rayonuna aiddir. Həmçinin əlavə edilmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən imzalanaraq möhürlənmiş “RƏY”-dən görünür ki, ona fərdi yaşayış evi tikmək üçün 0.05 ha torpaq sahəsi ayrılması məqsədmüvafiq hesab edilir. Cavabdeh orqanın imtina məktubunda qeyd olunmuş bələdiyyənin torpaq sahəsini ## ###### 2007-ci il tarixdən sonra ##.##.2011-ci il tarixdə verilməsi və Şamaxı rayonu Əngəxaran kəndi ərazisindən ayarılması ilə əlaqədar olaraq imtina edilməsi barədə müddəa tamamilə əsassızdır. Belə ki, torpaq sahəsinin əldə olunması ilə əlaqədar olaraq bələdiyyənin hesabına ödəniş etmiş, bələdiyyə tərəfindən torpaq sahəsinin ##.##.2007-ci il tarixindən sonra və digər əraziyə aid torpaqlardan ayrılması dövlət orqanı tərəfindən yol verilmiş səhvlik kimi qəbul edilməli və bu səhvlik dövlət orqanları tərəfindən düzəldilməlidir. Eyni zamanda iş üçün əhəmiyyətli hai ola biləcəyi ilə əlaqədar olaraq bildirilir ki, həmin torpaq ətrafında müvafiq orqanlar tərəfindən komnikasiya xətləri çəkilmiş və faktiki olaraq, üzərində fərdi yaşayış evi inşa edilmişdir. Həmçinin, Daşınmaz Əmalkın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şamaxı Ərazi Idarəsi onun mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdan imtina etməsi mülkiyyət hüquqlarının pozulması deməkdir. Cavabdehin ona göndərdiyi cavab-imtina tam qanunsuz və əsassızdır. Belə ki, bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatından imtina edilməsi mülkiyyət hüquqlarının (torpaq sahəsinə dair sərəncam vermək hüququmun) pozulması deməkdir. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayonu Şamaxı bələdiyyəsinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə fərdi yaşayış evi tikmək üçün satılmış 0.05 ha torpaq sahəsinin yerləşdiyi ərazi baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmaqla, elektron uçot xəritəsində Şamaxı rayonu əngəxaran kəndi ərazisi kimi qeyd olunmuşdur və bələdiyyə tərəfindən torpaq sahəsi ##.##.2007-ci tarixindən sonra ayrılmışdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən araşdırma aparılmış və məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda və müayinə aktında müəyyən olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən iddiaçının naturada faktiki istifadəsində olan 0.0568 ha torpaq sahəsinin 0.0348 ha hissəsi X1 adı qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi iddiaçının naturada tanıtdığı torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədlərinin koordiantları ilə üst-üstə düşür. Iddiaçı məqsədinə yalnız üst-üstə düşən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və ya koordinatlarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Hazırkı tələb iddiaçının hüquqi marağına uyğun deyil. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş materiallarında qeyd olunan kəsişmə iddialarının kadastr orqanının texniki səhvi olmasının sübut edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yenidən apellyasiya məhkəməsi işi öz icraatına götürərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qərarı tamamilə qanunsuz və əsassızdır. Məhkəmə işin hallarına mahiyyəti üzrə baxmaqdan əsassız qaçmış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə IPM-in 9.2-ci maddəsini (yardım etmək vəzifəsini) kobud şəkildə pozmuşdur. Məhkəmə öz qərarında AR Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli, ** saylı qərarına istinad edərək onun məqsədə çatması üçün düzgün iddia növü və hüquqi müdafiə vasitəsi seçmədiyini, ilk növbədə koordinat kəsişməsini mübahisələndirməli olduğunu əsas gətirmişdir. X4 Məcəllənin (IPM) 9.2-ci maddəsinə və istinad edilən həmin Plenum qərarının tələblərinə görə, inzibati məhkəmə icraatında hakim sadəcə passiv müşahidəçi deyil. Əgər məhkəmə iddia tələbinin düzgün formalaşdırılmadığını hesab edirdisə, "yardım etmək vəzifəsi" prinsiplərinə uyğun olaraq ona öz tələbini dəqiqləşdirməyi, iddia növünü dəyişməyi və ya koordinatda adı keçən şəxsi işə üçüncü şəxs kimi cəlb etməyi rəsmən təklif etməli idi. Ona bu prosessual yardımı göstərmədən, onu istiqamətləndirmədən iddianı birbaşa mümkünsüz saymaq məhkəmə icraatının vəzifələrinə və vətəndaşın məhkəməyə əlçatanlığı prinsipinə tamamilə ziddir. Ortada mübahisəli mülkiyyət hüququ deyil, Kadastr Orqanının texniki səhvi vardır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı bəndinə istinad edərək reyestrin həqiqiliyi prezumpsiyasını əsas gətirmişdir. Lakin işin faktiki hallarından və əmlak idarəsinin sənədlərindən görünür ki, adı elektron sistemdə görünən X8 faktiki olaraq həmin coğrafi ərazi ilə heç bir əlaqəsi yoxdur. Ortada iki vətəndaş arasında real torpaq və ya mülkiyyət mübahisəsi mövcud deyil. Bu kəsişmə sadəcə cavabdeh reyestr orqanının elektron bazasında (TEKUIS) yaranmış mexaniki və texniki yanlışlıqdır (koordinat sürüşməsidir). Dövlət orqanının özünün yol verdiyi texniki xəta ucbatından vətəndaşdan əlavə məhkəmə iddiaları qaldırmağı tələb etmək qanunsuz olmaqla yanaşı, iddiaçının dövlət/bələdiyyə sənədinə olan qanuni inamını (etimadın müdafiəsi prinsipini) sarsıdır. Məhkəmə IPM-in 12-ci maddəsini (rəsmi araşdırma prinsipi) rəhbər tutaraq yerində müayinə keçirməli və ya yerquruluşu ekspertizası təyin etməklə bu texniki səhvi elə bu iş çərçivəsində aydınlaşdırmalı idi. Hüquqi marağın mövcudluğu və məhkəmə təminatı hüququnun pozulması onun Şamaxı Bələdiyyəsinin ## ###### 2011-ci il tarixli, ** saylı qanuni və qüvvədə olan qərarı ilə əldə etdiyi torpaq sahəsinə çıxarış almaq üçün tam subyektiv hüququ və hüquqi marağı mövcuddur. Iddianın uğurla nəticələnməsi birbaşa onun mülkiyyət hüququnun tanınmasına və hüquqi müdafiəsinə xidmət edir. Məhkəmənin işin mahiyyətinə daxil olmadan, idarənin daxili sistemindəki texniki səhvini vətəndaşın üzərinə yixaraq iddianı mümkünsüz sayması onun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə qorunan "Hüquq və azadlıqların məhkəmə təminatı" hüququmun pozulması deməkdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair yaşayış məntəqələri torpaqlarına aid olmaqla müvafiq çıxarışın və texniki sənədlərin verilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUIS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən iddiaçının naturada faktiki istifadəsində olan 0.0568 ha torpaq sahəsinin 0.0348 ha hissəsi X1 adı qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşməsi əsası ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü üzrə dəyərləndirmə apararaq qeyd edir ki, qanunvericiliyin və oxşar işlər üzrə formalaşdıırlmış məhkəmə təcrübəsinin tələbinə əsasən torpaq sahəsinin başqa şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud olduğu halda, şəxs öz adına mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaq üçün ilkin olaraq üstü-stə düşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri və onun əsasında aparılmış qeydiyyatı məhkəmə qyadasında mübahisələndirməlidir. Işin müəyyən edilmiş hallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsinin başqa şəxsin adına TEKUIS-də aparılmış qeydlə üst-üstə düşdüyünü bildirmiş, məhkəmə həmin məlumat əsasında iddiaçının ilkin olaraq həmin qeydi mübahisələndirməli olduğundan, bu əsasla iddia tələbi mümkün sayılmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş üst-üstə düşmə halına dair ilkin məlumat başqa inzibati işə aid olduğundan, yanlış olaraq bu işlə bağlı təqdim edilmiş, X1 aid torpaq sahəsinin hazırki torpaq sahəsi ilə heç bir əlaqəsi olmamış, hazırki mərhələdə iddiaçının iddia etdiyi torpaq sahəsi ilə başqa şəxsə məxsus olan hər hansı torpaq shaəsi ilə üst-üstə düşmə halı mövcud olmamışdır. Belə olan halda, kollegiya hesab edir ki, hazırki mərhələdə iddianın mümkünlüyü baxımından üst-üstə düşmə halının mövcudluğu müəyyən edilmədiyindən, bu hal iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu əsasla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmadığından, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının şikayəti həmin hissədə təmin edilməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, işə mahiyyəti üzrə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, habelə iddianın mümkünlük məsələsinin araşdırılması məhkəmə icraatının istənilən mərhələsində dəyərləndirilməli olduğundan, iddiaçının şikayəti digər hissədə (işə mahiyyəti üzrə baxılması) təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə dair yaşayış məntəqələri torpaqlarına aid olmaqla müvafiq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1014/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1014/2026
20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver