Məhkəmə qərarları › İş №2-1(3-8)-1020/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1020/2026

20.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1020/2026 20.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə (Üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı qa tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən RX ******* saylı seriya nömrəli, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli ##.##.2014-cü il tarixli çıxarışla ona məxsus torpaq sahəsinə dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 2017-ci ildə vəfat etmişdir. Abşeron rayonu, Mehidabad qəsəbəsində yerləşən 0.27 ha torpaq sahəsi onun atasından miras qalmışdır. Ərizəyə əlavə edilmiş qanuni vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən də görünür ki, ##.##.2005-ci il də vəfat etmiş X2 və o Abşeron rayonu, Mehidabad qəsəbəsi, yerləşən 0.27 ha torpaq sahəsi miras əmlakı üzrə vərəsələrdir. O miras əmlakı qəbul edən şəxşdir. Şəhadətnamə verilən miras əmlak Torpağın mülkiyyətə verilməsinə dair JN1062 kod 30800027 dövlət aktı əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ərazi ümumilikdə 0.027 ha torpaq sahəsindən ibarətdir. Reyestrdə 2V-1-36 və 2V-1-37 nömrələri ilə qeyd edilmiş və ##.##.2017-ci ildə qeydiyyata alınmışdır. Həmçinin torpaq mülkiyyətinə dair JN-1062 Kod ******** saylı dövlət aktından da görünür ki, Abşeron rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə verilmiş cizgilərdə göstərilən sərhəd daxilində 0.27 hektar torpaq sahəsi X1 verilmişdir. Həmin sənədin bir nüxsəsi isə Abşeron rayonu Torpaq şöbəsində saxlanılmışdır. Həmin sənəd üzrə göstərilmiş dönmə nöqtələri və koordinatlar da sənəddə qeyd edilmiş və həmin sənəd hazırkı iddia ərizəsinə də əlavə olunmuşdur. ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* saylı çıxarışa əsasən göstərilmişdir ki, reyestr nömrəsi ************, qeydiyyat nömrəsi ********** saylı çıxarışla 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq ##.##.2014-cü ildə onun xüsusi mülkiyyəti olmaqla adıına rəsmiləşdirilmişdir. Lakin həmn torpaq sahəsinə aid texniki pasport verilməmişdir. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ərazi ümumilikdə 0.027 ha torpaq sahəsinə dair texniki pasportun verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinə bir neçə dəfə rəsmi müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr göstərilərək imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinə rəsmi müraciət etmişdir. Cavabdeh qeyd olunan ünvan 1 ünvanında yerləşən ərazi ümumilikdə 0.027 ha torpaq sahəsinə dair texniki pasportun tərtib olunaraq verilməsindən əsaslı səbəb olmadan imtina etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi Idarəsinin rəisi tərəfindən ona göndərilmiş ##.##.2021-ci il tarixli, ************ saylı məktubla ilkin plan və ölçü verilməsi ilə bağlı imtina edilməsi barədə bildiriş məktublarında göstərilmişdir ki, Mehdiabad qəsəbəsində yerləşən ərazi ümumilikdə 0.027 ha torpaq sahəsinə dair ilkin plan və ölçü verilməsi məqsədi ilə bağlı ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinə Cavabdehn * saylı Abşeron Ərazi Idarəsində baxılmışdır. Abşeron rayonu, Mehidabad qəsəbəsi ərazisində ##.##.2014-cü il tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla sizin mülkiyyətinə verilmiş 0.27 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu. Yerinin dəyişdirildiyi və torpaq sahəsinin bir hissəsinin ##.##.2014-cü il tarixli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla digər şəxsin mülkiyyətində olması aşkar edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Abşeron rayonu Dövlət Torpaq və xəritəçəkmə komitəsinin Abşeron rayon şöbəsinin ** nömrəli, ##.##.2015-ci il tarixli DƏDRX* saylı ərazi idarəsinin rəisinə göndərdiyi məktubu ilə göstərilmişdir ki, Abşeron rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli ** saylı qərarı ilə Mehdiabad qəsəbəsi ərazisində yerləşən mərhum X1 mülkiyyətində olmuş 0.27 ha torpaq sahəsinə Mehdiabad bələdiyyəsinin iştirakı ilə naturada baxış keçirilmiş, mərz nöqtələrinin koordinatları müəyyən edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq JN-**** saylı (KOD 30800027) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mərhum İddiaçı məxsus topraq sahəsinin mərz nöqtələrinin koordinatlarının naturada istifadə vəziyyətinə uyğun düzəliş edilməsi üçün aidiyyatı üzrə sizə göndərilir. Lakin bu müaciət icra edilməmiş və mənə torpağa mülkiyyət hüququna dair dövlət aktı yenilənməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Abşeron Ərazi idarəsi tərəfindən imtina edilərkən müvafiq sənədlər olsa da nəzərə alınmamış və formal olaraq imtina edilmişdir. Bununla da imtina sənədi tərtib olunarkən qanunun tələblərinə əməl olunmamış və əsaslı araşdırma aparılmamışdır. Çünki atasınan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.27 ha torpaq sahəsinin bir hissəsinə onun xəbəri və icazəsi olmadan hər hansı qanunsuz və özbaşına çıxarış verilmişdirsə bu sənəd özbaşınadır və saxtadır. ünvan 1 ünvanında yerləşən yuxarıda qeyd olunmuş faktlar üzrə torpaq sahəsi üzrə çıxarış ona məxsus olduğuna görə həmin sahəyə dair texniki pasportun verilməsi öhdəliyi də cavabdehin üzərinə düşür. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitutsiyon hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən, ************ reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 0.27 ha torpaq sahəsinə dair plan-ölçü sənədinin tərtib edilməsi ilə bağlı iddiaçının * saylı Abşeron Ərazi Idarəsinə ## #### 2021-ci il və ## ####### 2021-ci il tarixli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən, müvafiq olaraq İddiaçı məxsus 0.27 ha torpaq sahəsinin yerinin dəyişdirildiyi; sənəd üzrə həmin torpaq sahəsinin ************ və ************ reyestr nömrəli çıxarışlarla başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst- üstə düşdüyü müəyyən olunmuşdur. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının natruada tanıtdığı torpaq sahəsinin koordinatlarının bir hissəsi digər şəxslərin mülkiyyət sənədlərinin koordinatları ilə üstüstə düşür. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Hazırkı tələb iddiaçının hüquqi marağına uyğun deyil. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı “Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, ##.##.2014-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.27 ha torpaq sahəsinə plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə məhkəməyə müraciət etmişdir. Çünki iddiaçıya Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmişdir. Çıxarış verilən zaman həmin əraziyə baxış keçirilmiş, koordinatlar mərzlənmiş və istinad nöqtələri müəyyən olunmuşdur. Dəfələrlə praktikada rast gəlindiyi ki, əgər hər hansı uyğunsuzluq olsaydı və 1m başqa bir sahə ilə üst-üstə düşmə olsaydı cavabdeh qurum tərəfindən 0.27 ha torpaq sahəsinə dair ##.##.2014-cü il qeydiyyat tarixli, ************ reyestr nömrəli Çıxarış verilməzdi. ##.##.2014-cü il tarixli Çıxarışdan sonra digər şəxslərə Çıxarışlar verilməsi qanunsuzdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı və onun nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında ona məxssu olan torpaq sahəsinə dair plan-ölçü sənədinin verilməsinə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü ilə bağlı dəyərləndirmə apararaq, qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq AIK-nin qərarı ilə iddiaçının adına ayrılmış, onun əsasında JN- **** nömrəli Dövlət Aktı tərib edilmiş, həmin aktın məzmununda torpaq sahəsinin koordinatları aşkar şəkildə qeyd edilmişdir. Daha sonra DT və XK tərəfindən verilmiş ##.##.2015-ci il tarixli məktubun məzmununda torpaq sahəsinin naturada koordinatlarının yenidən müəyyən edildiyi, yeni koordinaralrın əks olunduğu, JN-**** nömrəli Dövlət Aktında düzəliş edilməsi qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin sənədlər əsasında sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçının adına ##.##.2014-cü il tarixdə qeydə alınaraq, Çıxarış verilmişdir. Indiki halda iddiaçı həmin torpaq sahəsinin yerini müəyyən edən texniki sənəd olaraq, plan və ölçü sənədinin tərtib edilməsini istəyir. Cavabdeh inzibati orqan isə iddiaçının faktiki istifsdəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin arasında uyğunsuzluq olması, torpaq sahəsinin yerinin dəyişdirilməsi, sənəd üzrə torpaq sahəsinin başqa şəxslərə mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üstüstə düşdüyünü bildirmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının adına tərtib edilmiş Dövlət Aktı, o cümlədən sonradn DT və XK tərəfinən düzəliş edilmiş koordinatlar üzrə torpaq sahəsi başqa şəxsin adına mülkiyyət hüququ qeydə alınmış torpaq sahələri ilə üst-üstə düşür, habelə naturada mülkiyyət hüququ əsasında hamıya məxsus olan torpaq sahələrinin ölçüsündən artıq torpaq sahəsi mövcud olmamış, üst-üstə düşmə halı TEKUISdə aparılmış dürüstləşmə işləri (TEKUIS-də məlumatların düzgün işlənilməməsi) və ya sürüşmə baş verməsi halı ilə əlaqədar ortaya çıxmamışdır. Başqa sözlə desək, naturada torpaq sahələrinin yerləşmə vəziyyətində də tərəflər arasında mübahisə mövcud olmaqla, həmin mübahisənin həll edilməsi məhz üst-üstə düşən torpaq sahələrinə dair hüququmüəyyənedici sənədlər mübahisələndirməklə, mümkündür. Bununla bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin və formalaşdırılmış vahid məhkəmə təcürbəsinin tələblərinə əsasən torpaq sahəsi ilə bağlı başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddursa, ilk növbədə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlrə mübahisələndirilməli, həmin iddia uğurlu olduğu halda, hazırki iddia tələbi irəli sürülməlidir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının adına tərtib edilmiş Çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyəneeici sənədlərdə əks olunmuş koordinatlar, o cümlədən düzəliş koordinatları üzrə torpaq sahəsinin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı müəyyən edildiyindən və həmin Çıxarışlar qüvvədə olduğundan, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin, kollegiya vahid sənəd prinsipinin tələbləri baxımından onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının adına tərtib edilmiş Çıxarış məlumatında əks olunmuş 0,27 ha torpaq sahəsinin tam ölçüdə naturada mövcudluğu müəyyən edilmədiyindən, mövcud olan torpaq sahəsi ilə bağlı başqa şəxslərin adına Çıxarış işləndiyindən, həmin sənədlər qüvvədə olduğundan,yerində başqa artıq torpaq sahəsi mövcud olmadığından, həmin prinsipin tələbləri əsasında da iddianın mümkün hesab edilməsi əsası mövcud olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, işin yuxarıda müəyyən edilmiş faktiki və hüquqi halları nəzərə alınmaqla, iddiaçı ilk növbədə ona məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən başqa şəxslərə məxsus olan torpaq sahələri ilə bağlı hüquqmüəyyənedici sənədləri (************,************, ************ reyestr nömrəli Çıxarışların verilməsinə əsas olan sənədləri) məhkəmə icraatı qaydasında mübahisələndirməklə, düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməli, həmin iddia uğurlu olduğu halda, hazırki iddia tələbi ilə yenidən məhkəməyə müraciət edə bilər. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının nümayəndəsi və vəkilinin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar