Məhkəmə qərarları › İş №2-1(3-8)-103/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-103/2026

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(3-8)-103/2026 19.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X4 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi X6, üçüncü şəxs X12 və onun vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “ünvan 1 ünvanında yerləşən evin əvəzində ünvan 2ləşən, ümumi sahəsi 83,4 kv.m olan mənzil üzərində üçüncü şəxs X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)-2834/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ünvan 1 ünvanında yerləşən evin əvəzində ünvan 2ləşən, ümumi sahəsi 83,4 kv.m olan mənzil üzərində üçüncü şəxs X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2834/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərardadı ilə X12 və Şamaxı rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,087810 ha torpaq sahəsinin 7/10 hissəsi üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin ev və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqları atasına məxsus olmuşdur. Atası vəfat etdikdən sonra həmin evə və torpaq sahəsinə mülkiyyət hüquqları vərəsəlik qaydasında ona keçmişdir. Həmin evdə mərhum qardaşının həyat yoldaşı X12 yaşamışdır. X2 həmin evə dair heç bir mülkiyyət hüququ olmamışdır. Məlum olduğu kimi, 05 fevral 2019-cu ildə Şamaxı şəhərində güclü zəlzələ olmuşdur. Zəlzələ nəticəsində ona məxsus həmin evə ziyan dəymişdir. Zəlzələdən əziyyət çəkən sakinlərin mənzillərlə təmin edilməsi məqsədilə Şamaxı şəhəri, 8 noyabr küçəsində yeni çoxmənzilli yaşayış binası inşa edilmişdir. Həmin binadakı 4 saylı mənzil onun evinin əvəzində mərhum qardaşının arvadı X8 mülkiyyətinə verilmiş, ona isə heç bir kompensasiya və ya mənzil təklif edilməmişdir. Halbuki, zəlzələnin ziyan vurduğu həmin evin 7/10 hissəsi onun mülkiyyətindədir. İddiaçı ev üzərində mülkiyyət hüquqlarından başqa şəxsin xeyrinə imtina etməmişdir. Lakin zəlzələdən zərər çəkənlərə mənzil verilərkən onun öz evindən imtina etdiyi barədə əsassız nəticəyə gəlinmişdir. Bununla bağlı qardaşı X18 rayon İcra Hakimiyyətinə etdiyi yazılı müraciətinə Şamaxı RİH başçısının Aparatının verdiyi 20 aprel 2023-cü il tarixli 5-75-3/2-M-3- 1-068/2023 saylı cavab məktubunda göstərilmişdir: “Bildiririk ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş ünvan 3 saylı evə baxış keçirilmiş və ev qəzalı evlər siyahısına daxil edilmişdir. Həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən qardaşınızın arvadı Fəridə Məmmədovaya verilmişdir”. Şamaxı RİH-nə onun etdiyi eyni məzmunlu müraciətinə də cavab olaraq 23 fevral 2024-cü il tarixli məktubla bildirilmişdir ki, “5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş ünvan 3 saylı evə baxış keçirilmiş və qəzalı evlər siyahısına daxil edilmişdir. Fövqəladə Hallar Nazirliyinin tərtib etdiyi siyahı əsasında həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən mərhum qardaşınızın arvadı Fəridə Məmmədovaya verilmişdir”. Bununla bağlı olaraq bildirir ki, onun mülkiyyətində olan və zəlzələ zamanı ziyan çəkən evin əvəzində evin mülkiyyətçisi olmayan, sadəcə olaraq həmin evdə yaşayan şəxsin mülkiyyətinə mənzil verilməsi tam qanunsuz və əsassızdır, həmin mənzilin Fəridə Məmmədovanın mülkiyyətinə hansı əsasla verilməsi məlum deyildir. Bu barədə heç bir dövlət orqanının qərarı, hüquqmüəyyənedici sənədi (akt, sərəncam, qərar və s) mövcud deyildir. Belə ki, o həmin ev üzərində mülkiyyət hüquqlarından heç vaxt heç bir şəxsin xeyrinə imtina etməmiş və həmin evə görə ona mənzil və ya kompensasiya ödənilməsindən də imtina etməmişdir. Bu mənada, ona mülkiyyət hüququ əsasında məxsus olan evin əvəzində həmin evin mülkiyyətçisi olmayan başqa şəxsə mənzil verilməsi və həmin mənzil üzərində Fəridə Məmədovanın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsassızdır. Əgər zəlzələnin ziyan vurduğu evə görə, onun əvəzində bir mənzil verilməsi nəzərdə tutulmuşdursa, həmin mənzilin 7\10 hissəsi bütün hallarda mülkiyyətinin əvəzində ona verilməli idi. Lakin X3 Rayonu İcra Hakimiyyətinin 04 avqust 2020-ci il tarixli məktubunu reyestr xidmətinə təqdim edərək mülkiyyət hüquqlarını qeydə aldırmaq istəmiş, reyestr xidməti də həmin məktubu əsas götürərək həmin mənzil üzərində Fəridə Məmmədovanın mülkiyyət hüquqlarını qeydə almışdır. Halbuki həmin məktubda açıq şəkildə yazılmışdır ki, “həmin mənzildə yaşamaq hüququ eldə etdiyinizi bildiririk”. Belə bir məzmunlu məktub mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas ola bilməzdi. Buna baxmayaraq, cavabdeh təşkilat olan daşınmaz əmlakın dövlət reyestr xidməti qanunvericiliyin tələbini pozaraq həmin mənzil üzərində Məmmədova Fəridənin mülkiyyət hüquqlarını qeydə almışdır. Bu isə daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, 14 saylı Şamaxı Ərazi İdarəsi daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55- **********7 reyestr nömrəli çıxarışın ləğv edilməsi X8 mülkiyyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeydiyyat orqanının hər hansı bir şəxsi mülkiyyət hüququndan məhrum etməyə səlahiyyəti yoxdur. Ona görə də, İddiaçı etibarnamə ilə nümayəndəsi Vəkil3 müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs X8 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsini əsassız hesab edir. Belə ki, X12 1994-cü ildə mərhum həyat yoldaşı X14 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, nikahdan sonra mərhum qayınatası X11 məxsus Şamaxı şəhəri, N.Nəcəfov 5 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata düşməklə yaşamışlar. Həmin nikahdan onun iki uşağı var. 2015-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra o övladları ilə birlikdə həmin evdə yaşamağa davam etmişdir. xx.xx.2019-cu il tarixdə Şamaxı rayonu ərazisində baş vermiş zəlzələyə qədər o övladları ilə həmin evdə yaşamış və həmin evdə onlardan başqa heç kim yaşamamışdır. Həmçinin bildirir ki, Fəridə Məmmədova ağır poliartirit xəstəliyindən əziyyət çəkir, ikinci qrup əlildir. Zəlzələdən sonra həmin ev qəzalı vəziyyətə düşdüyü üçün F.Məmmədova bir müddət ailəsi ilə birlikdə qohumların evində yaşamış, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti, cənab X25 rayonuna səfəri zamanı əhali ilə görüş keçirərkən, o da Dövlət başçısına həm məktub, həm də canlı olaraq müraciət edərək ailə vəziyyətinin çətin olduduğunu, ailə başçısını itirdiyini, ağır xəstə olduğunu və yaşadıqları yerin yaşamaq üçün təhlükəli olduğu barədə məlumat verərək köməklik göstərməsini xahiş etmişdir. Cənab Prezident onun xahişini nəzərə alaraq, X21 aidiyyəti üzrə nümayəndələrinə onun ailə vəziyyəti və yaşayış yeri ilə tanış olub maraqlanmaları üçün göstəriş vermiş, həmin göstərişə əsasən nümayəndələr tərəfindən yaşadıqları ünvana bir neçə dəfə baxış keçirilmişdir. Yaşayış yerinin və ailə vəziyyətinin acınacaqlı olduğu rəhbərliyə bildirildikdən sonra Prezidentin tapşırığına əsasən rəsmi qaydada X27 tərəfindən onun ailəsi üçün yeni evin tikilməsinə qərar verilmişdir. Fondun nümayəndələri ev tikintisi üçün onun torpaq sahəsinin olub-olmadığını soruşmuş və onun torpaq sahəsinin olmadığını nəzərə alaraq X12 ailəsi ilə birlikdə M.Hadi küçəsində yeni inşa olunmuş 110 mənzilli binadan ev ilə təmin olunmuşlar. 14 saylı ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 83.4 kv.m olan həmin mənzil üzərində X8 mülkiyyət hüquqları qeydə alınmış və ona xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55- 05101-093017 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 X7 ünvanlanmış 15 aprel 2019-cu il tarixli, 37/M-00936 saylı məktubunda açıqca qeyd olunub ki, “Sizin 2019-ci ilde Şamaxı rayonunde baş vermiş zəlzələ nəticəsində ferdi yaşevis evinizin qəza vəziyyətinədüşməsi və müvafiq köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 07 mart 2019-cu il tarixində Şamaxı rayonuna səfəri zamanı şəxsən təqdim etdiyiniz ərizəyə baxılmışdır. Bildiririk ki, 05 fevral 2019-cu il tarixdə Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində evinizə ziyan dəyməsi nəzərə alınaraq X27 tərəfindən Sizə yeni evin tikintisinə qərar verilmişdir”. Məktubdan göründüyü kimi, mübahisəli mənzil Fəridə Məmmədovaya onun cənab prezidentə şəxsən müraciəti əsasında verilib və sırf onun ailəsi üçün verilib. Əks halda iddiaçılar nəzərə alnar və daha geniş mənzil verilərdi. Çünki, zəlzələdən sonra qəzalı vəziyyətə düşən və komissiya tərəfindən qiymətləndirilən F.Məmmədovanın yaşadığı ev ikimərtəbəli geniş bir ev idi. Həmin vaxt İddiaçı tərəfindən nəinki ev üçün müraciət olunmamış, əksinə həm iddiaçı, həm də onun bacısı X13 tərəfindən cavabdeh X10 yeni tikili binadan bu gün barəsində mübahisə edilən mənzilin verilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişlər. Ərizələr F.Məmmədova tərəfindən məhkəməyə təqdim olunub. Həmin ərizələr iddiaçı tərəfin əmlakdan imtinası kimi qəbul olunmalı və iddiaları əsassız sayılmalıdır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, ünvan 6 ünvanda yerləşən 0,087810 ha torpaq sahəsinin və onun üzərində inşa olunmuş 42,6 kv/m mənzilin üzərində iddiaçı 7/10 hissə paya malikdir. Ancaq hüquqlarını müdafiə etdiyi X8 ailəsi zəlzələ baş verən günə kimi həmin evdə yox, dövlət qeydiyyatına alınmamış ikimərtəbəli evdə yaşamışlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)-2834/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). İddiaçı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, onun mülkiyyətində olan və zəlzələ zamanı ziyan çəkən evin əvəzində evin mülkiyyətçisi olmayan, sadəcə olaraq həmin evdə yaşayan şəxsin mülkiyyətinə mənzil verilməsi tam qanunsuz və əsassızdır. Həmin mənzilin Fəridə Məmmədovanın mülkiyyətinə hansı əsasla verilməsi məlum deyildir. Bu barədə heç bir dövlət orqanının qərarı, hüquqmüəyyənedici sənədi (akt, sərəncam, qərar və s) mövcud deyildir. Belə ki, o, həmin ev üzərində mülkiyyət hüquqlarından heç vaxt heç bir şəxsin xeyrinə imtina etməmiş və həmin evə görə ona mənzil və ya kompensasiya ödənilməsindən də imtina etməmişdir. Bu mənada, ona mülkiyyət hüququ əsasında məxsus olan evin əvəzində həmin evin mülkiyyətçisi olmayan başqa şəxsə mənzil verilməsi və həmin mənzil üzərində Fəridə Məmədovanın mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsassızdır. Əgər zəlzələnin ziyan vurduğu evə görə, onun əvəzində bir mənzil verilməsi nəzərdə tutulmuşdursa, həmin mənzilin 7\10 hissəsi bütün hallarda mülkiyyətinin əvəzində ona verilməli idi. Lakin X3 Rayonu İcra Hakimiyyətinin 04 avqust 2020-ci il tarixli məktubunu reyestr xidmətinə təqdim edərək mülkiyyət hüquqlarını qeydə aldırmaq istəmiş, reyestr xidməti də həmin məktubu əsas götürərək həmin mənzil üzərində Fəridə Məmmədovanın mülkiyyət hüquqlarını qeydə almışdır. Halbuki həmin məktubda açıq şəkildə yazılmışdır ki, «həmin mənzildə yaşamaq hüququ əldə etdiyinizi bildiririk». Belə bir məzmunlu məktub mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas ola bilməzdi. Buna baxmayaraq, cavabdeh təşkilat olan daşınmaz əmlakın dövlət reyestr xidməti qanunvericiliyin tələbini pozaraq həmin mənzil üzərində Məmmədova Fəridənin mülkiyyət hüquqlarını qeydə almışdır. Bu isə daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Buna baxmayaraq işə baxan Sumqayıt İnzabiti Məhkəməsi onun əsaslı tələbini təmin etməmişdir. Məhkəmə öz qərarını belə əsaslandırmağa çalışmışdır ki, AR FHN-nin Tikintidə X9 Agentliyi 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə baxış keçirmiş və onun qəzalı olması barədə xx.xx.2019-cu il tarixli akt tərtib etmiş, X12 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və X26 müraciətlər etmiş və bu müraciətlər əsasında həmin şəxsə mənzil verilmişdir. Məhkəmə onun həmin şəxsə mənzil verilməsinə etiraz etmədiyini də əsas gətirərək cavabdeh təşkilatın hərəkətlərində qanunsuz və əsassız heç bir hal müəyyən edilmədiyini qeyd etmişdir. Halbuki məhkəmənin gəldiyi bu nəticə tamamilə əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi” yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 fevral 2026-cı il tarixli protokol qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ünvan 1 ünvanında yerləşən evin əvəzində ünvan 2ləşən, ümumi sahəsi 83,4 kv.m olan mənzil üzərində üçüncü şəxs X8 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının və çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, 5 fevral 2019-cu il tarixdə baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş ünvan 3 saylı evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və ev qəzalı evlər siyahısına daxil edilmişdir. Həmin evin əvəzinə Şamaxı şəhəri, M.Hadi küçəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni inşa olunmuş 110 mənzilli binanın 8 saylı mənzili keçirilmiş püşkatmanın nəticəsinə əsasən Fəridə Məmmədovaya verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş texniki baxış aktından görünür ki, X8 müraciəti əsasında ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi qəzalı vəziyyətə düşməsi ilə bağlı xx.xx.2019-cu ildə akt tərtib edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin vətəndaşa ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, X8 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və X26 çoxsaylı müraciətləri əsasında ona Şamaxı şəhəri, 8 Noyabr küçəsi, M 2, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 83.4 m2 olan mənzil verilmişdir. Eləcə də iş materiallarına əlavə olunmuş 16 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********55-05101-093017 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 83.4 m2 olan mənzil üzərində X8 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş 02 fevral 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********91-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 42,60 m2 olan fərdi yaşayış evi üzərində İddiaçı 7/10 hissədə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Eləcə də 24 iyul 2020-ci il tarixli, 8İ-17384 nömrəli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin təbii fəlakət nəticəsində ziyan dəyilməsi nəzərə alınaraq X10 yeni tikili binadan mənzil verilməsinə İddiaçı tərəfindən etiraz edilməmişdir. Göründüyü kimi baş vermiş zəlzələ nəticəsində zərərçəkmiş şəxslərin müraciəti nəzərə alınmaqla sözügedən şəxslərin yaşadığı evlərə baxış keçirilmiş, bununla bağlı texniki baxış aktı tərtib edilmişdir. Eyni zamanda işdən görünür ki, üçüncü şəxsin mülkiyyətinə mənzil verilməsinin əsası iddiaçının mülkiyyət hüququ olan evin qəzalı vəziyyətə düşməsindən çox, faktiki olaraq yaşadığı 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi ilə bağlı olmuşdur. İddiaçı isə öz növbəsində vaxtilə X10 yeni tikili binadan mənzil verilməsinə etiraz etməmiş, bununla bağlı notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi vermiş, bundan sonra X8 çoxsaylı müraciətləri əsasında ona Şamaxı şəhəri, 8 Noyabr küçəsi, M 2, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 83.4 m2 olan mənzil verilmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh inzibati orqan digər inzibati orqanların təqdim etdiyi yuxarıda qeyd olunan prosedurların sonunda təqdim edilmiş sənədlər əsasında üçüncü şəxsin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış, beləliklə də hər hansı qanun pozuntusuna yol verməmişdir. Kollegiya inzibati orqanın hərəkətlərində qanunsuzluq aşkarlanmadığından iddiaçının dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə düzgün hesab edir. Eləcə də apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi izahatında bildirmişdir ki, zəlzələnin baş verdiyi mənzildə iddiaçının anası yaşamış, iddiaçı və onun digər bacı-qardaşları qeydiyyatda olmuşdur. Zəlzələ baş verən mənzil iddiaçının atasının adına qeydiyyatda olmuşdur. Yeni verilmiş ev üçüncü şəxs X8 mülkiyyətinə deyil, onun müvəqqəti yaşaması üçün verilmişdir, bu məqsədlə iddiaçıdan ərizə alınmışdır. İddiaçı tərəf üçüncü şəxs X8 mənzildə birgə yaşamasına, mənzilin onda yeddi hissəsinin iddiaçının adına, onda üç hissəsinin üçüncü şəxsin adına sənədləşdirilməsinə etiraz etmir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, zəlzələ nəticəsində yararsız hala düşmüş mənzillərlə bağlı Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən siyahı tərtib edilmiş və cavabdeh orqana təqdim edilmişdir. Siyahıda üçüncü şəxs X8 adı qeyd edilmişdir və bu əsasla üçüncü şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. Siyahıda adı qeyd edilmiş şəxslərlə bağlı fərqli münasibət həyata keçirilməmişdir. Üçüncü şəxsin vəkili isə izahatında bildirmişdir ki, zəlzələdən sonra sənədləşmə prosesində üçüncü şəxs X1 qədər fəaliyyəti olmuşdur. Sözügedən mənzil dağıntıya məruz qalmış evin əvəzində deyil, üçüncü şəxs X8 zəlzələdən əziyyət çəkmiş şəxslərlə görüş zamanı ölkə başçısı ilə birbaşa ünsiyyəti nəticəsində verilmişdir. Üçüncü şəxs izahatında bildirmişdir ki, iddiaçı otuz ildən artıqdır ki zəlzələ baş vermiş mənzildə yaşamamışdır. Zəlzələ baş vermiş torpaq sahəsində 2 mənzil mövcud olmuşdur. Əgər ona verilmiş ev iddiaçının qeyd etdiyi mənzilin əvəzinə verilmiş olsa idi, bütün vərəsələrdən razılıq ərizəsi alınardı. Zəlzələ baş verən zaman mənzildə övladları və o, yaşayırdı. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı zərərçəkmiş şəxslərin mənzillə təmin olunması zamanı həyata keçirilən inzibati icraatın gedişində müraciət etməklə zərərçəkmiş şəxs hesab edilməsini və müvafiq olaraq mənzillə təmin edilməsini tələb edə bilərdi. Lakin vaxtilə belə müraciət etməmiş, əksinə üçüncü şəxsin mənzillə təmin olunması ilə bağlı notarial qaydada ərizə verməklə narazılığın olmaması barədə iradə ifadəsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz hüquqlarının qorunması ilə bağlı inzibati icraat aparmış inzibati orqanlara müraciət edə bilərdi. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqanın hər hansı bir məsuliyyəti istisna edilir. Qeyd olunan hallar öz-özlüyündə iddiaçının tələbində haqlı olmadığını bir daha təsdiq edir. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, 2-1(118)-2834/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar