Məhkəmə qərarları › İş №2-1(3-8)-1030/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1030/2026

05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1030/2026 05.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1963-cü il təvəllüdlüdür. “Azərkimya” Istehsalat Birliyi “Etilen-Polietilen” zavodu kadrlar şöbəsinin ** saylı, ## ###### 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ## ###### 2000-ci il tarixdən ## ###### 2005-ci il tarixə kimi tam iş günü “Azərkimya” Istehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexinə qazançı peşəsində çalışmış, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarının XIV bölməsinin 3-cü bəndinin 2150300a-13144 şifrinə əsasən * saylı Siyahı üzrə (qazançılar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” Istehsalat Birliyi “Etilen-Polietilen” zavodu kadrlar şöbəsinin ** saylı, ## ###### 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ## ###### 2006-cı il tarixdən ## ###### 2013-cü il tarixə kimi tam iş günü “Azərkimya” Istehsalat Birliyinin keçmiş “Mexaniki təmir” zavodunun qazan-qaynaq sexinə qazançı peşəsində çalışmış, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bölməsinin 11.6-cı bəndinə əsasən (qazançılar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” Istehsalat Birliyi “Etilen-Polietilen” zavodu kadrlar şöbəsinin ** saylı, ## ###### 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ## ###### 2013-cü il tarixdən hazıradək tam iş günü “Azərkimya” X4-Polietilen zavodunun mexaniki emal sahəsində qazançı peşəsində çalışmış, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bölməsinin 11.6-cı bəndinə əsasən (qazançılar) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cavabdeh inzibati orqan iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinasını - İddiaçı işlədiyi sahənin sözügedən arayışda istinad edilən qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri sahəsinə aid olmadığını hesab edərək onun güzəştli iş stajının 12 il 6 aydan az (6 il 1 ay (##.##.1994- ##.##.2000-ci il tarixləri arasındakı dövr)) təşkil etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ## #### 2022-ci il tarixdən güzəştli güzəştli şərtlərlə pensiya təyin edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, ##.##.2023-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər əmək fəaliyyəti dövründə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır əmək şəraitli işlərdə çalışmışdır. Belə ki, təqdim edilmiş arxiv arayışlarına əsasən, o, ## #### 1994-cü il tarixdən ## ###### 2000-ci il tarixədək Sumqayıt IEM-1-2-də turbin sexində çilingər vəzifəsində işləmiş, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş güzəştli peşələr siyahısına daxil edilmişdir. Bundan başqa iddiaçı ## ###### 2000-ci il tarixdən etibarən “Azərikimya” Istehsalat Birliyinin müxtəlif struktur bölmələrində qazançı peşəsində tam iş günü ilə çalışmışdır. Təqdim edilmiş arayışlarda göstərilmişdir ki, onun işlədiyi qazançı peşəsi həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli, həm də ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarları ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxildir. Iddiaçı hesab edir ki, qeyd olunan dövrlər güzəştli iş stajı kimi nəzərə alınmalı və ona qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş vardır. ##.##.2025-ci il tarixində iddiaçı İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktuba əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Iddiaçı ##.##.2025-ci il tarixində Sumqayıt Inzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ## #### 2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçıya Qanunun yuxarıda qeyd edilmiş müddəasına əsasən, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: Iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla 60 yaşı tamam olmalı; ən azı 25 il ümumi iş stajına malik olmalı; ümumi stajı azı 12 il 6 ayını axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışmalıdır. Inzibati icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin sürətindən də göründüyü kimi ##.##.2023-cü il tarixində iddiaçı qanunvericiliklə güzəştli şərtlərlə pensiya təminatına imkan verən 60 yaşına çatmışdır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) qazançılar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən İddiaçı dair sənədlərdə onun ##.##.2000-##.##.2005-ci il, ##.##.2006-##.##.2013-cü il tarixləri arasındakı dövrlər ərzində və ##.##.2013-cü il tarixindən bugünədək “Azərikimya" Istehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mexaniki emal sahəsində qazançı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri sahəsinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (6 il 1 ay (##.##.1994- ##.##.2000-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Həmçinin işçinin zərərli əmək şəraitində işlədiyi ilə bağlı iş yerindən verilmiş arayışda işçinin zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliy) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Həmçinin iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş ##.##.2023-cü il tarixli, 02-KŞ №-li arxiv arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** saylı Qərarının * №-li əlavəsinə istinad edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Beləliklə, iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun ganunvericiliklə tələb olunan güzəştli iş stajı olmadığından iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya ##.##.2023-cü il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsində həlledici meyar işçinin faktiki olaraq qanunvericilikdə nəzərdə tutulmuş peşə və vəzifələr üzrə işləməsi və həmin fəaliyyətin müvafiq sənədlərlə təsdiq olunmasıdır. Iş materiallarında olan arayışlar səlahiyyətli işəgötürən tərəfindən verilmiş, iddiaçının konkret peşə üzrə işlədiyi dövrləri və həmin peşələrin güzəştli pensiya hüququ verən siyahılara uyğunluğunu təsdiq etmişdir. Cavabdeh isə həmin sənədlərin həqiqiliyini, etibarlılığını və ya məzmununun düzgün olmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu halda inzibati orqanın yalnız sənədlərin məzmunundan fərqli ehtimallara əsaslanaraq iddiaçının güzəştli iş stajını nəzərə almaması obyektiv araşdırma və sübutların hərtərəfli qiymətləndirilməsi tələblərinə uyğun hesab edilə bilməz. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1963-cü il təvəllüdlü olmaqla, ##.##.2023-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Qeyd edilməlidir ki, imtina əsası kimi cavabdeh inzibati orqan yalnız güzəştli iş stajına aid şərtin ödənilməməsi ilə bağlı hallara istinad etmişdir. Bu baxımından işin mübahisəli halı qismində iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olub-olmaması ilə bağlıdır. Iş materiallarından müəyyən olunur ki, iddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin ## ###### 2025-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Imtinaya əsas kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması və yalnız ##.##.1994cü il–##.##.2000-ci il tarixləri arasındakı 6 il 1 aylıq dövrün (turbin sexində çilingər işlədiyi dövr) güzəştli staj kimi nəzərə alınması göstərilmişdir. Iş materiallarında olan əmək kitabçası və işəgötürən müəssisə tərəfindən verilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ verəmn arayışlar iddiaçının əmək fəaliyyətini təsdiq edən əsas hüquqmüəyyənedici sənəd olmaqla, onların həqiqətə uyğun olmaması və ya etibarsızlığı cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Buna görə də həmin sənədlər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan “Azərkimya” Istehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun kadrlar şöbəsinin ## ###### 2023-cü il tarixli 29, 30 və ** nömrəli arayışları ilə müəyyən edilir ki, iddiaçı ##.##.2000–##.##.2005-ci illərdə, eləcə də ##.##.2006–##.##.2013-cü illərdə və ##.##.2013-cü il tarixdən hazıradək tam iş günü keçmiş “Mexaniki təmir” və Etilen-polietilen zavodlarında qazan-qaynaq sexində qazançı peşəsində çalışmış, həmin peşə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli və ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarları ilə təsdiq edilmiş siyahılarda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıda qazançı peşəsi “Metallurqiya istehsalatı” (qara metal) adlanan lll bölmənin 2040100a – 13144 şifri altında göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda “Metal emalı” adlanan bölmənin 11.6-cı bəndində qazançılar peşəsi nəzərdə tutulmuşdur. Burada nəzərə alınmaldır ki, cavabdeh həmin peşənin siyahıda gəmiqayırma sahəsinə aid olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa istinad olunan Siyahıda qazançılar, gəmi qazançılar ayrıca göstərildiyindən aydın olur ki, qazançı peşəsi sırf gəmiqayırma və gəmi təmiri işləri sahəsinə deyil, ümumi metal emalı sahəsində qazançı peşəsinə aiddir. Iş materiallarında olan rəsmi arayışlar və vəzifə təlimatları iddiaçının məhz güzəştli siyahılarda nəzərdə tutulmuş qazançı peşəsində tam iş günü işlədiyini təsdiq edir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Beləliklə iddiaçının 60 yaşı tamam olduğu vaxtda (##.##.2023-cü ildə) qanunla tələb olunan hər üç şərt (yaş həddi, ümumi iş stajı və güzəştli iş stajı) tamamlandığından, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar