Məhkəmə qərarları › İş №2-1(3-8)-1031/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1031/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1031/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı qərarına əsasən, ona Dəvəçi (indi Şabran) şəhəri ərazisindən kommersiya obyekti tikintisi üçün ayrılmış 24 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka dair adıma daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin faktiki vəziyyətinə uyğun (DT və XK-nin Dəvəçi rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dəvəçi bələdiyyə tərəfindən təsdiq edilmiş 24 kv.m torpaq sahəsinin 1:2000 miqyasında yerquruluşu planına uyğun Şabran şəhəri, M.Nəzirov adına parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122 km-nin sağ tərəfində istifadədə olan aptekin şimal hissəsində) torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələk Dövlət Xidmətinin Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2005-ci il tarixli ərizə nəzərə alınmaqla iddiaçıya Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı qərarına əsasən, Dəvəçi (indiki Şabran) şəhəri, M.Nəzirov adına parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122 km-nin sağ tərəfində istifadədə olan aptekin şimal hissəsində kənd təsərrüfatına aid olan məhsulların satışına görə kommersiya mağazasının hər bir kv.metri üçün Dəvəçi Bələdiyyəsinin hesabına 50000 (əlli min) manat pul vəsaiti köçürməklə 24 (4x6) kv.m torpaq sahəsi ayrılmışdır. Bunun müqabilində tərəfindən Dəvəçi rayon Kapital Bankının *********** saylı hesabına əvvəlcədən 1200000 manat haqq ödənilmişdir. Daha sonra, iddiaçı ilə Dəvəçi Bələdiyyəsi, əvvəlki DT və XK-nın Dəvəçi rayon şöbəsi arasında ## ### 2005-ci il tarixli torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin akt Dəvəçi rayon Torpaq şöbəsində ## #### 2005-ci il tarixdə 16 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair iddiaçıya JN-**** saylı, kodu 30401004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Iddiaçı Şabran şəhəri ərazisində yerləşən 0,0024 ha topaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün ##.##.2025- ci il tarixli ərizə ilə cavabdeh quruma müraciət etmiş və Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, sənədlərin ekspertizası daşınmaz əmlakm müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən, ərizəyə əlavə olunmuş JN-3002 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən Dəvəçi rayon Dəvəçi (indiki Şabran) bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarı əsasında kommersiya məqsədilə satılmış 0,0024 ha torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin faktiki koordinatları arasında 1228 metr məsafə var. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinə əsasən, ərizənin icrasından imtina olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı Şabran şəhəri ərazisində yerləşən 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, ərizəyə əlavə olunmuş JN-3002 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən Dəvəçi rayon Dəvəçi (indiki Şabran) bələıdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında kommersiya məqsədilə satılmış 0.0024 ha torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin faktiki koordinatları arasında 1228 metr məsafə fərqi var. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Nəzərə çatdırılır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: JN-3002 KOD 30401004 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Dəvəçi rayonu Dəvəçi bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən, 0,0024 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. ##.##.2005-ci il tarixli, ** nömrəli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Dəvəçi rayonu Gəndab bələdiyyəsi ərazisindən 24 kv.m ha torpaq sahəsi İddiaçı satılmışdır. Azərbaycan Respublikası Torpaq və X8 rayon şöbəsi tərəfindən verilmiş *** nömrəli rəydən görünür ki, satılması nəzərdə tutulan torpaq sahəqi 24 kv.m olmaqla Dəvəçi bələdiyyəsinin Dəvəçi şəhər üzrə yaşayış məntəqəsinin torpaq fonduna daxildir. Həmin sahə alqı-satqı predmetidir və qeyd olunan məqsədlə satılması qanunamüvafiqdir. Iyun 2005-ci il tarixli aktdan görünür ki, İddiaçı Dəvəçi şəhərinin ərazisindən kommersiya xidməti təşkil etmək üçün 24 kv.m torpaq sahəsi ölçülü ayrılmışdır. ##.##.2005-ci il tarixli, ESJ№****** nömrəli qəbzdən görünür ki, İddiaçı Dəvəçi rayonu Dəvəçi bələdiyyəsinin hesabına 64,000 manat torpağın dəyəri ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 3-21- *-**/*-*****/**** nömrəli məktubdan görünür ki, JN-3002 Kod ******** nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın arxiv nüsxəsi Ərazi Idarəsində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubdan görünür ki, Mərkəzin arxivində JN-3002 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir. Arxivdə saxlanılan İddiaçıdin oğlunun adına verilmiş JN-3002 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədlərinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, Dəvəçi Bələdiyyəsi, əvvəlki DT və XK-nın Dəvəçi rayon şöbəsi arasında ## ### 2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya ayrılmış M.Nəzərov adma parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122 kmnin sağ tərəfində istifadədə olan aptekin şimal hissəsində kənd təsərrüfatına aid olan məhsulların satışına görə kommersiya mağazasının yerləşdiyi 0,0024 ha torpaq sahəsinaturada heç bir fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin toıpaq sahəsi X6 X2 (TEKUIS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Digər kimi göstərilmişdir. Torpaq sahəsi M.Ə.Rəsulzadə küçəsinin şimal-şərq tərəfində, yolun mərkəzindən 7.45m-7.60 metr məsafədə yerləşir. Torpaq sahəsi cənub-qərb tərəfdən yolla digər tərəflərdən boş sahələrlə həmsərhəddir. Sahəyə bitişik qonşu torpaq sahələrinə çıxarış və plan ölçü sənədləri verilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş sonuncu müayinə aktından görünür ki, JN-3002 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən Dəvəçi rayonu Dəvəçi (indiki Şabran) bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında kommersiya məqsədilə iddiaçıya satılmış 0.0024 ha torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin faktiki koordinatları arasında 1228 metr məsafə fərqinin olmasına səbəb torpaq sahəsinin yerinin dəyişdirilməsi, yoxsa sürüşmə halının olması barədə, bildiririk ki, Dəvəçi rayonu Dəvəçi bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında kommersiya məqsədilə iddiaçıya satılmış 0,0024 ha torpaq sahəsi üçün Dəvəçi bələdiyyəsi və ləğv edilmiş DT və XK-nin Dəvəçi rayon şöbəsi tərəfindən təsdiq olunmuş 1:2000 miqyasda tərtib olunmuş yerquruluşu sxemindəki ölçülər, yerləşmə mövqeyi ilə İddiaçı naturada göstərdiyi sahə uyğun gəlir. Ləğv edilmiş DT və XK-i tərəfindən tərtib edilmiş JN-3002 KOD- ******** saylı dövlət aktındakı koordinatlar, 1:2000 miqyasda tərtib olunmuş yerquruluşu sxeminə və naturada göstərilən sahəyə uyğun gəlmir. Ehtimal olunur ki, JN-3002 KOD-******** saylı dövlət aktındakı koordinatlar tərtib olunarkən naturada ölçmə işləri aparılmamış və bu səbəbdən də tərtib olunmuş dövlət aktındakı koordinatlar texniki olaraq səhv tərtib olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Şabran Rayon Dövlət Arxivi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Dəvəçi rayon Bələdiyyəsinin ## ### 2005- ci il tarixli ** saylı iclas protokoluna baxış keçirilmişdir. Baxış zamanı aşkar olunan İddiaçıdin oğlunun kommersiya mağazası tikintisi üçün torpaq sahəsinin ayrılması barədə qərarın və ona aid bütün sənədlərin arxiv qaydasınca təsdiqlənmiş sürətləri təqdim edilmişdir. Şabran rayonu Şabran bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *** nömrəli arayışdan görünür ki, X3 həqiqətən də Şabran (Dəvəçi) bələdiyyəsi tərəfindən ## ### 2005-ci il tarixdə keçirilmiş ** saylı iclas protokolunun qərarına əsasən ona kommersiya mağazası tikmək üçün verilmiş 24 kv.m torpaq sahəsinin qərarı qüvvədədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Dəvəçi rayonu Dəvəçi bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən, Şabran şəhəri ərazisində yerləşən 0,0024 torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və faktiki istifadə vəziyyətinə uyğun olaraq plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.(hakim Mehriban Mahmudlu-Abbaszadə) Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Torpaq sahəsi “X6 uçotu informasiya sistemində “ümumi istifadədə olan torpaqlar” kimi öz əksini tapmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlar alqı-satqı obyekti ola bilməz. b) Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, JM-**** saylı, (Kod********) nömrəli torpağ mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan koordinatlar səhvdir. Həmin səhv qeyd olunmuş koordinatlar düzəliş edilərək ona faktiki Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli ** saylı qərarında 24 m2 torpaq sahəsinin Şabran şəhəri M.Nəzirov adına parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122 km-nin sağ tərəfində faktiki torpaq üzərindəki kordinatların vurulması öz əksini tapmalıdır. DT və XK-nın Dəvəçi rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dəvəçi Bələdiyyəsi tərəfindən təsdiq edilmiş 24 m torpaq sahəsinin 1:2000 miqyasında yer quruluşu planında həmin torpaq sahəsinin qonşu sərhədləri, torpaq sahəsinin plan və ölçüləri dəqiq əks olunmuşdur. Dəvəçi Bələdiyyəsinin əvvəlki DT və XK-nin Dəvəçi rayon şöbəsinin nümayəndələrinin iştirakı ilə qeyd olunan 24 m2 torpaq sahəsi ölçülüb onun üçün ayrılmış 2005-ci ilin iyun ayında bu barədə müvafiq akt tərtib edilmişdir. Yəni, 24 m torpaq sahəsi ona satılarkən koordinatları müəyyənləşdirilərək yerində ona göstərilmişdir. Cavabdeh qurum onu da qeyd edir ki, ona satılmış torpaq “X6 X7” ümumi istifadə də olan torpaqlar kimi öz əksini tapmışdır. Azərbaycanda X6 uçotunun aparılması 2016-cı ildən başlanılmışdır. Lakin o, həmin torpaq üzərində mülkiyyət hüququna 11 il əvvəl sahib olmuşdur, yəni 2005-ci ildə. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ: “Inzibati icraat haqqında” Qanun: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. Inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1 Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64. Inzibati aktın hüquqi qüvvəsi və etibarlılığı ... 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərininhazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 31.Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. ... Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iddiaçının hüquqi marağı Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı qərarına əsasən, ona Dəvəçi (indi Şabran) şəhəri ərazisindən kommersiya obyekti tikintisi üçün ayrılmış 24 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, həmin daşınmaz əmlaka dair adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin faktiki vəziyyətinə uyğun (DT və XK-nin Dəvəçi rayon şöbəsi tərəfindən tərtib edilmiş və Dəvəçi bələdiyyə tərəfindən təsdiq edilmiş 24 kv.m torpaq sahəsinin 1:2000 miqyasında yerquruluşu planına uyğun Şabran şəhəri, M.Nəzirov adına parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122 km-nin sağ tərəfində istifadədə olan aptekin şimal hissəsində) torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Cavabdeh apelyasiya şikayətində aşağıdakı dəlillərə istinad etmişdir: Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, ərizəyə əlavə olunmuş JN-3002 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən Dəvəçi rayon Dəvəçi (indiki Şabran) bələıdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında kommersiya məqsədilə satılmış 0.0024 ha torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin faktiki koordinatları arasında 1228 metr məsafə fərqi var; Torpaq sahəsi “X6 uçotu informasiya sistemində “ümumi istifadədə olan torpaqlar” kimi öz əksini tapmışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın dəlillərini əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya Dəvəçi (indiki Şabran) şəhəri, M.Nəzirov adına parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122-ci kilometrinin sağ tərəfində, istifadədə olan aptekin şimal hissəsində kənd təsərrüfatına aid məhsulların satışına görə kommersiya mağazasının tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin alqı-satqısına dair ## ### 2005-ci il tarixli akt tərtib edilmiş və akt ## #### 2005-ci il tarixdə 16 nömrə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair iddiaçıya JN-3002 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Iş materiallarında olan torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, iddiaçıya ayrılmış M.Nəzərov adına parkın şərqində, Bakı-Quba avtomobil yolunun 122 km-nin sağ tərəfində istifadədə olan aptekin şimal hissəsində kənd təsərrüfatına aid olan məhsulların satışına görə kommersiya mağazasının yerləşdiyi 0,0024 ha torpaq sahəsinaturada heç bir fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşmür. Həmin toıpaq sahəsi X6 X2 (TEKUIS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Digər kimi göstərilmişdir. Toıpaq sahəsi M.Ə.Rəsulzadə küçəsinin şimal-şərq tərəfində, yolun mərkəzindən 7.45m-7.60 metr məsafədə yerləşir. Torpaq sahəsi cənub-qərb tərəfdən yolla digər tərəflərdən boş sahələrlə həmsərhəddir. Sahəyə bitişik qonşu torpaq sahələrinə çıxarış və plan ölçü sənədləri verilməmişdir. Eyni zamanda torpaq sahəsinə dair tərtib edilmiş sonuncu müayinə aktına əsasən, JN-3002 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən Dəvəçi rayonu Dəvəçi (indiki Şabran) bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında kommersiya məqsədilə iddiaçıya satılmış 0,0024 ha torpaq sahəsinin koordinatları ilə torpaq sahəsinin faktiki koordinatları arasında 1228 metr məsafə fərqinin olmasına səbəb torpaq sahəsinin yerinin dəyişdirilməsi, yoxsa sürüşmə halının olması barədə bildiririk ki, Dəvəçi rayonu Dəvəçi bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı əsasında kommersiya məqsədilə iddiaçıya satılmış 0,0024 ha torpaq sahəsi üçün Dəvəçi bələdiyyəsi və ləğv edilmiş DT və XKnin Dəvəçi rayon şöbəsi tərəfindən təsdiq olunmuş 1:2000 miqyasda tərtib olunmuş yerquruluşu sxemindəki ölçülər, yerləşmə mövqeyi ilə İddiaçı naturada göstərdiyi sahə uyğun gəlir. Ləğv edilmiş DT və XK-i tərəfindən tərtib edilmiş JN-3002 KOD-******** saylı dövlət aktındakı koordinatlar, 1:2000 miqyasda tərtib olunmuş yerquruluşu sxeminə və naturada göstərilən sahəyə uyğun gəlmir. Ehtimal olunur ki, JN-3002 KOD-******** saylı dövlət aktındakı koordinatlar tərtib olunarkən naturada ölçmə işləri aparılmamış və bu səbəbdən də, tərtib olunmuş dövlət aktındakı koordinatlar texniki olaraq səhv tərtib olunmuşdur. Kollegiya hesab edir ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi 1228 metr koordinat fərqi iddiaçının torpaq sahəsi üzərində hüququnun mövcudluğunu özlüyündə istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materialları ilə torpaq sahəsinin iddiaçıya ayrılması, həmin torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi və müvafiq dövlət aktının verilməsi təsdiq olunur. Digər tərəfdən, naturada mövcud olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçülərinin 2005-ci ildə tərtib edilmiş yerquruluşu sxemində göstərilən məlumatlarla uyğun olduğu müəyyən edilmişdir. Bu baxımdan, dövlət aktında göstərilən koordinatlarla faktiki koordinatlar arasındakı uyğunsuzluğun torpaq sahəsinin iddiaçıya ayrılmaması və ya həmin hüququn yaranmaması ilə deyil, dövlət aktında koordinatların texniki cəhətdən səhv göstərilməsi ilə bağlı olduğu iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Şabran Rayon Dövlət Arxivi tərəfindən bildirilmişdir ki, Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı iclas protokoluna baxış keçirilmiş, həmin protokolda iddiaçıya kommersiya mağazası tikintisi üçün torpaq sahəsinin ayrılması barədə qərarın və bu qərara aid sənədlərin arxiv qaydasında təsdiq edilmiş surətləri təqdim edilmişdir. Şabran Bələdiyyəsinin ## ######## 2025-ci il tarixli, *** nömrəli arayışında da ## ### 2005-ci il tarixli, ** saylı qərarın qüvvədə olduğu təsdiq edilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların məcmusundan müəyyən olunur ki, iddiaçıya 2005-ci ildə 24 kv.m torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinin alqı-satqısı rəsmiləşdirilmiş, müvafiq dövlət aktı verilmiş və sonrakı araşdırma zamanı həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi ilə 2005-ci ildə tərtib edilmiş yerquruluşu sxeminin uyğunluğu müəyyən edilmişdir. Dövlət aktında göstərilən koordinatların naturadakı torpaq sahəsinə uyğun gəlməməsi isə digər sübutlarla təsdiq edilmiş hüquqi faktları aradan qaldırmır. Kollegiya hesab edir ki, torpaq sahəsinə dair verilmiş dövlət aktında göstərilən koordinatlar torpaq sahəsinin ayrılmasına əsas olmuş ilkin torpaqayırma sənədlərində, o cümlədən Dəvəçi Bələdiyyəsinin ## ### 2005-ci il tarixli, ** saylı qərarında və həmin qərar əsasında tərtib edilmiş 1:2000 miqyaslı yerquruluşu sxemində müəyyən edilmiş torpaq sahəsinin yerləşmə mövqeyinə və sərhədlərinə uyğun olmalıdır. Dövlət aktında koordinatların texniki səhv nəticəsində ilkin torpaqayırma sənədlərində göstərilən faktiki yerləşmə mövqeyinə uyğun əks etdirilməməsi iddiaçıya ayrılmış torpaq sahəsinin dəyişdirilməsi və ya onun üzərində yaranmış hüququn aradan qalxması kimi qiymətləndirilə bilməz. Belə ki, iş üzrə aparılmış araşdırma nəticəsində JN-3002 (KOD ********) nömrəli dövlət aktında göstərilən koordinatların ilkin torpaqayırma sənədlərinə və naturada müəyyən edilmiş torpaq sahəsinə uyğun gəlmədiyi, əksinə, Dəvəçi Bələdiyyəsi və əvvəlki DT və XK-nin Dəvəçi rayon şöbəsi tərəfindən təsdiq edilmiş 1:2000 miqyaslı yerquruluşu sxemində göstərilən ölçü və yerləşmə mövqeyinin naturada iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə uyğun olduğu müəyyən edilmişdir. Bu halda, dövlət aktında koordinatların texniki səhv göstərilməsi nəticəsində yaranmış uyğunsuzluq iddiaçının hüququnun dövlət qeydiyyatına alınmasına maneə təşkil etməməli, əksinə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarkən torpaq sahəsinin yerləşmə mövqeyi və sərhədləri onun ayrılmasına əsas olmuş ilkin torpaqayırma sənədlərinə uyğun müəyyən edilməlidir. Başqa sözlə, dövlət reyestrindən veriləcək çıxarış və ona əlavə edilən planölçü sənədi dövlət aktında texniki olaraq səhv göstərilmiş koordinatlara deyil, torpaq sahəsinin ayrılmasına əsas olmuş ilkin torpaqayırma sənədlərində və yerquruluşu sxemində müəyyən edilmiş faktiki torpaq sahəsinə uyğun tərtib edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçıya verilmiş dövlət aktının arxiv nüxsəsinin nə cavabdeh inzibati orqanda nə də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-də saxlanılmamasıda sənədin hazırlanması zamanı səhvliyə yol verilməsi ehtimalını artırır. Kollegiya qeyd edir ki, dövlət aktının əsasını təşkil edən ilkin torpaqayırma sənədləri mövcuddur və həmin sənədlərdə torpaq sahəsinin yeri, ölçüsü və yerləşmə mövqeyi müəyyən edilə bilir. Bu səbəbdən dövlət aktında yol verilmiş texniki xarakterli koordinat səhvinin nəticələrinin iddiaçının üzərinə qoyulması və həmin səhvə əsasən dövlət qeydiyyatından imtina edilməsi əsaslı hesab edilə bilməz. Cavabdehin ikinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsinin ##.##.2005-ci il tarixli *** nömrəli rəyindən görünür ki, satılması nəzərdə tutulan torpaq sahəsi 24 m² olmaqla Dəvəçi bələdiyyəsinin Dəvəçi şəhəri üzrə yaşayış məntəqəsinin torpaq fonduna daxildir. Həmin sahə alqı-satqı predmetidir və qeyd olunan məqsədlə satılması qanunamüvafiqdir. Eyni zamanda iş materiallarında olan müayinə aktında həmin torpaq sahəsinin X6 X2 (TEKUIS) məlumatlarına əsasən, torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası Yaşayış məntəqələrinin torpaqları, uqodiyası Digər kimi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, rəsmi informasiya sistemləri arasında belə uyğunsuzluğun mövcudluğu özlüyündə iddiaçıya verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsızlığını sübut etmir. Əksinə, bu hal torpaq sahəsinin hüquqi rejimi və faktiki vəziyyəti barədə məlumatların səlahiyyətli orqan tərəfindən bütün mövcud sənədlər əsasında ayrıca və hərtərəfli araşdırılmasını zəruri edir. Kollegiya qeyd edir ki, inzibati orqanın sərəncamında eyni torpaq sahəsinə dair məzmun etibarilə fərqlənən rəsmi məlumatların mövcud olduğu şəraitdə qərar yalnız maraqlı şəxsin hüquqi vəziyyətini ağırlaşdıran məlumat əsasında formalaşdırıla bilməz. Belə hallarda inzibati orqan bütün aidiyyəti məlumatları, o cümlədən digər rəsmi sənədləri və yerində aparılmış müayinənin nəticələrini qarşılıqlı əlaqədə və obyektiv şəkildə qiymətləndirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, dövlətin ayrı-ayrı informasiya sistemlərində eyni daşınmaz əmlaka dair fərqli məlumatların mövcudluğu inzibati orqanların öz fəaliyyətinin təşkili və məlumatların düzgün aparılması ilə bağlı məsələdir. Buna görə də, həmin uyğunsuzluq aradan qaldırılmadan və səbəbləri əsaslandırılmadan, onun mənfi nəticələrinin maraqlı şəxsin üzərinə qoyulması yolverilməzdir. Bu baxımdan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dəvəçi rayon şöbəsinin iş materiallarında olan rəyi xüsusi əhəmiyyət kəsb edir. Həmin rəydə satılması nəzərdə tutulan 24 m² torpaq sahəsinin alqı-satqı predmeti olduğu və həmin torpaq sahəsinin nəzərdə tutulan məqsəd üçün satılmasının qanuna müvafiq olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinin ayrıldığı dövrdə torpaq münasibətləri və yerquruluşu sahəsində səlahiyyətli dövlət orqanının konkret torpaq sahəsinə münasibətdə verdiyi belə rəy cavabdehin hazırkı mərhələdə torpaq sahəsinin ümumiyyətlə alqı-satqı predmeti olmadığı barədə dəlili ilə birbaşa ziddiyyət təşkil edir. Bu ziddiyyət cavabdeh tərəfindən həmin əvvəlki rəyin ləğv edilməsi, etibarsızlığı və ya onun konkret torpaq sahəsinə aid olmaması barədə mötəbər sübutlarla aradan qaldırılmamışdır. Sonrakı dövrdə elektron kadastr məlumatlarında torpaq sahəsinin “ümumi istifadədə olan torpaqlar” kimi göstərilməsi də, torpaq sahəsinin ayrıldığı vaxt verilmiş bələdiyyə qərarını, alqısatqı aktını və səlahiyyətli dövlət torpaq orqanının müsbət rəyini qanunla müəyyən edilmiş prosedurdan kənar qaydada geriyə qüvvə ilə hüquqi nəticəsiz hesab etməyə əsas vermir. Həmin sənədlərin hüquqi qüvvəsinə xitam verilməsini təsdiq edən akt iş materiallarında müəyyən edilmir. Bu xüsusda “Inzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də nəzərə alınmalıdır. Iddiaçı bələdiyyənin qərarına, torpaqların alqı-satqısına dair akta və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyinə əsasən formalaşmış hüquqi vəziyyətə etimad göstərmişdir. Inzibati orqanın sonrakı struktur və informasiya dəyişiklikləri həmin etimadın hüquqi müdafiəsini, qanunda nəzərdə tutulan əsas olmadan, aradan qaldıra bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun mübahisəli ## ####### 2007ci il tarixli qərarın qəbul edildiyi zaman qüvvədə olan redaksiyasının 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən müvafiq fərmanına əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları” nın səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirir. Işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi həmin torpaq sahəsinin iddiaçıya alqı-satqı yolu ilə satılmasının qanunvericiliyə uyğunluğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən qiymətləndirilmiş və müsbət rəy verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belliklə qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar