Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1032/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının hakimləri X5 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçılar iddiaçı6 və iddiaçı4 iştiraklar ilə, Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı1 və iddiaçı2 cavabdeh cavabdeh2 qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın “Müraciətə baxılması barədə” ##.##.2025- ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 0,6088 ha hissəsinə dair hüquqların dövlət qeydiyyatından imtinasının qanunsuz hesab edilməsi, 0,6088 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmaqla çıxarışın hazırlanması öhdəliyinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 ilə əvəz olunmasını, 0,5644 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon AIK-nın ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 0,86 ha pay torpaq sahəsi ayrılmış və ## ###### 1995-ci il tarixli JN: 0063 kod ******** nömrəli Dövlət Aktı ilə torpağa mülkiyyət hüquqları tanınmışdır. Dövlət Akına əsasən, mülkiyyətində olan torpaq sahəsinin 0,6088 ha hissəsinə Quba Rayon Məhkəməsinin ## ###### 2009-cu il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı X4 iddiaçı6 və digərlərinə qarşı “torpağın alqı-satqı əqdinin etibarlı hesab edilməsi, reyestrdən çıxarışın verilməsi” tələbi təmin edimişdir. Cavabdeh orqan tərəfindən X6 adına dövlət reyestrindən RX seriyalı ******* nömrəli ##.## 2016-cı il tarixli RX seriyalı 0098414, 29.12. 2012-ci il tarixli, RX seriyalı ******* nömrəli, 28.092016cı il tarixli çıxarış və texniki pasportlar işlənilmişdir. X6 vəfatından sonra onun vərəsəsi X8 adına RX seriyalı ******* qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli, RX seriyalı ******* qeydiyyat nömrəli ##.##.2018-ci il tarixli, RX seriyalı ******* qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli çıxarış, plan ölçüləri ilə əvəzlənmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli qətnaməsi ilə Quba rayon Məhkəməsinin ## ###### 2009-cu il tarixli *(***)-*** nömrəli qətnaməsi iddiaçılara münasibətdə ləğv edilmiş, həmin şəxslərə aid hissədə iş üzrə icraata xitam verilmiş, apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və həmin şəxslər, o cümlədən iddiaçı6 cavabdeh Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti cavabdeh2n * saylı Xaçmaz Ərazi Idarəsinə qarşı X6 adına olan dövlət reyestrindən RX seriyalı ******* nömrəli ##.##.2016-cı il tarixli RX seriyalı 0098414, ##.##.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli, ##.##.2016-cı il tarixli çıxarış və texniki pasportun ləğv edilməsi barədə məcburetmə haqqında iddia ərizəsi Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-****/**** saylı qərarı ilə təmin edilmiş, çıxarışlar, plan-ölçü sənədləri və daşınmaz əmlakın dövlət reyestrindən qeydlər ləğv edilmişdir. Iddiaçı JN: 0060 kod ******** nömrəli Dövlət Aktına əsasən, ərizə ilə paylı mülkiyyətlərində olan 0,6088 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ##.##.2025-ci il tarixli müraciətinə baxılması barədə *-**-*-**/*-S****/**** nömrəli cavabı ilə ərizənin icrasından imtina etmişdir. Imtinaya səbəb kimi guya torpaq sahəsinin müayinə işlərinin aparılmasına şəraitin yaradılmaması və həmin 0,6088 ha torpaq sahəsinə digər şəxsin adına dövlət reyestrindən çıxarışın verilməsi bildirilir. Həmçinin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,5643 ha ölçüdə azalaraq öz əksini tapması bildirilir. Iddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Iddia ərizəsi üzrə Sumqayıt Inzibati Məhkəməsi ilkin olaraq həmin tarixə qüvvədə olan X8 adına RX seriyalı ******* qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli, RX seriyalı ******* qeydiyyat nömrəli ##.##.2018-ci il tarixli, RX seriyalı ******* qeydiyyat nömrəli, ##.##.2019-cu il tarixli, çıxarışların, plan-ölçü sənədlərinin və daşınmaz əmlakın dövlət reyestrindən qeydləri ləğv emişdir, lakin cavabdeh orqan elektron məlumat bazasında olan xəritə üzərində dövlət reyestrindən RX seriyalı ******* nömrəli ##.## 2016-cı il tarixli RX seriyalı 0098414, ##.##.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli, ##.##.2016-cı il tarixli çıxarış və texniki pasportların X6 adına olduğunu bildirməsi məhkəməyə etirazı səbəbindən hakim qərarında düzəliş apararaq X6 adına olan çıxarışları ləğv etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, iddiaçı6 Quba rayonu, Dağlı kəndi ərazisində yerləşən 0,6088 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və təkrar torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh2n * saylı Xaçmaz Ərazi Idarəsinə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilən, 0,6088 ha torpaq sahəsinə müayinə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bildirilir ki, 0,6088 ha torpaq sahəsinə digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, 0,6088 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində 0,5643 ha ölçüdə azalaraq öz əksini tapmışdır. Nəzərə çatdırılır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-S-****/**** nömrəli məktubla imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** saylı məktuba əsasən, Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli *-*(***)-****/**** nömrəli Qərarı ilə 6,56 ha torpaq sahəsinə X6 adına verilmiş seriya RX ******* nömrəli çıxarış ləğv edilmişdir. 6,56 ha torpaq sahəsinə Bakı şəhəri ** saylı NK-nun ##.##.2016-cı il tarixli, *V-** nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasən X7 adına ##.##.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mübahisəli torpaq sahəsinin qonşuluğunda(sağında və solunda) X7 başqa hər hansı fiziki və hüquqi şəxsə çıxarışın verilməsi barədə məlumat aşkar edilməmişdir. Iddiaçılar tərəfindən həmin hissədə iddia tələbinin həcmi azaldılaraq, 0,5644 ha (müayinə aktına uyğun olaraq) torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraz uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarına istiad edilərək həmin torpaq sahəsinə digər şəxsin adına verilmiş çıxarışın ləğv edildiyi bildirilmişdir. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə ləğv edilmiş X6 adına verilmiş seriya RX *******, qeydiyyat tarixi ##.##.2016-cı il, seriya RX *******, qeydiyyat tarixi ##.##.2012-ci il, seriya RX *******, qeydiyyat tarixi ##.##.2016-cı il olan çıxarışlarda göstərilən torpaq sahələri digər şəxslərin adlarıına özgəninkiləşdirilmişdir və dövlət reyestrindən çıxarışlar verilmişdir. Qərar cavabdeh2n * saylı Xaçmaz Ərazi Idarəsində icra edilmiş, X6 adına verilmiş seriya RX *******, qeydiyyat tarixi ##.##.2016-cı il, seriya RX *******, qeydiyyat tarixi ##.##.2012-ci il, seriya RX *******, qeydiyyat tarixi ##.##.2016-cı il olan çıxarışların ləğv edilməsi barədə müvafiq qeydlər aparılmışdır. Bununlada məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair dövlət aktında göstərilən torpaq sahəsi X1 və ailə üzvlərinin mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçıların apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçılar iddiaçı6 və iddiaçı4 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı JN-060 Dövlət Aktında əks olunmuş 0,6088 ha torpaq sahəsinin 0,5643 ha hissəsinə dair birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Kollegiya hazırki mərhələdə işin müəyyən edilmiş faktiki və hüquqi hallarını nəzərə alaraq, hesab edir ki, iş üzrə iddianın əsaslılığı mərhələsindən öncə ilk növbədə iddianın mümkünlüyü üzrə dəyərləndirmə aparılması zəruridir. Kollegiya iddianın mümkünlüyü üzrə dəyərləndirmə apararaq, qeyd edir ki,Quba rayonu AIKnın ## ###### 1998-ci il tarixli ** nömrəli qərarı ilə 1,03 ha torpaq sahəsi ayrılmış, həmin qərar əsasında onların adına JN-*** nömrəli Dövlət Aktı işlənilmiş, həmin Dövlət Aktı iki planşetdən ibarət olmaqla, **** nömrəli planşet üzrə torpaq sahəsinin ölçüsü 6088 kv.m., **Z nömrəli planşet üzrə torpaq sahəsinin ölçüsü 4234,99 kv.m. qeyd edilmişdir, həmin sənəldərin arxiv nüsxələri və kadastr arxiv baza məlumatından çıxarış məlumatları mövcuddur. Işin müəyyən edilmiş hallarından görünür ki, **Z nömrəli planşetdə əks olunmuş 0,4234 ha torpaq sahəsi üzərində iddiaçıların ümumi birgə mülkiyyət hüququ qeydə alınaraq, onların adına ##.##.2024-cü il tarixdə Çıxarış verilmişdir. Indiki halda iddiaçıların istədiyi məhz **** nömrəli planşetdə əks olunmuş 0,6088 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınması, habelə iddiaçılar tələbin əsası kimi həmin torpaq sahəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə X3 adına işlənilmiş Çıxarış və qeydin ləğv edilməsi ilə bağlı hallara istinad edirlər. Işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə sözügedən 0,6088 ha torpaq sahəsi üzərində X6 adına aparılmış seriya RX0928447,qeydiyyat tarixi ##.##.2016-cı il olan Çıxarış və reyestrdə aparılmış qeyd ləğv edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, 0,6088 ha torpaq sahəsi üzərində hazırda X8 adına ************ reyestr nömrəli çıxarış işlənilmiş, həmin çıxarışın verilməsinə əsas olmuş sənəd ## ####### 2016-cı il tarixli qanun üzrə vərəslik şəhadətnaməsi çıxış etmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, 0,6088 ha torpaq sahəsi ************ reyestr nömrəli çıxarışda əks olunmuş 6,56 ha torpaq sahəsinin bütünlüklə daxilində yerləşir, habelə cavabdeh həmin torpaq sahəsinin koordinatlar üzrə yerində ölçüsünün azalaraq, 0,5643 ha olduğunu qeyd etmişdir. Göründüyü kimi indiki halda iddiaçıların iddia etdiyi 0,5643 ha torpaq sahəsi (0,6088 ha torpaq sahəsinin tərkibində olmuşdur) üzərində başqa şəxsin adına mülkiyyət hüququ qeydə alınmış, onun əsasında Çıxarış verilmiş, hazırda həmin Çıxarış və aparılmış qeyd qüvvədədir. Belə olan halda, kollegiya hesab edir ki, sözügedən torpaq sahəsi ilə bağlı başqa şəxsin adına mülkiyyət hüququnun qeydə alınmasına dair aparılmış qeyd və Çıxarış qüvvədə olduğundan, ilk növbədə həmin hüquqmüəyyənedici sənədlər və onun əsasında aparılmış qeyd mübahisələndirilməli olduğundan, həmin qeydiyyat ləğv edilmədən hazırki iddia tələbinə baxılması mümkün olmadığından, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına (torpaq sahəsi üzərində başqa şəxsin adına mülkiyyət hüququnun qeydə alınması, həmin qeydin və Çıxarışın qüvvədə olması halına) düzgün hüquqi qiymət verilməmiş, naturada azalma olan torpaq sahəsinin özünün məhz 0,6088 ha torpaq sahəsinin tərkibində olması və həmin torpaq sahəsinin bütünlüklə başqa şəxsin adına qüvvədə olan Çıxarışla üst-üstə düşmə halına diqqət yetirməmiş (halbuki həmin halın müəyyən edilməsi iddianın mümküyünə birbaşa təsir etməklə, işə mahiyyəti üzrə baxılmasına mane olan hal kimi çıxış etmişdir), bununla da iş üzrə iddianın mümkünlük mərhələsində dəyərləndirmə aparmalı olduğu halda, işə mahiyyəti üzrə baxaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, iddia tələbi mümkün sayılmadığından, şikayət “iddia tələbinin təmin edilməməsi” hissəsində təmin edilməməlidir. Bundan əlavə, kollegiya iş üzrə müəyyən edilmiş işin faktiki və hüquqi halları nəzərə alaraq, iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı sözügedən torpaq sahəsi üzərində başqa şəxslərin adına mülkiyyət hüququnun qeydə alınması halının onun hüququnu pozduğunu ehtimal edirsə, X8 adına verilmiş ************ reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənəd ## ####### 2016-cı il tarixli qanun üzrə vərəslik şəhadətnaməsi çıxış etdiyindən, həmin hüquqmüəyyənedici sənədi (habelə başqa şəxslərin adına özgəninkiləşdirmə və onun nəticəsində digər Çıxarışlar olduğu halda, həmin Çıxarışların da verilməsinə əsas olmuş sənədləri) mülki məhkəmə icraatı qaydasında mübahisələndirməklə, iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməklə, mümkün hüquqi müdafiə vasitəsindən istifadə edə bilər. Həmçinin, qeyd edilməlidir ki, həmin iddia uğurlu olduğu halda, iddiaçı hazırki tələblə ilk növbədə cavabdeh inzibati orqana müraciət etməli, müraciətin təmin edilməsindən imtina olunduğu halda, hazırki iddia tələbi ilə yenidən inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Beləliklə, kollegiya hesab edir ki, caabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1032/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1032/2026
28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver