Məhkəmə qərarları › İş №2-1(3-8)-1035/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1035/2026

28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1035/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Abşeron rayon Icra Hakimiyyəti Başçısının ## #### 1997-ci il tarixli, ** nömrəli Sərəncamının surətindən görünür ki, fərdi yaşayış evinə dair texniki pasport və qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. Bakı Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən *** saylı fərdi yaşayış evi inventar işi 2185 olan ***** reyestr kitabında iddiaçının adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli imtina bildirişindən görünür ki, aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənədici sənədlərin hazırki müraciətinizə əlavə edilmədiyi, həmçinin arxiv əsaslarında aşkar edilmiş texniki pasport sənədi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir. Bundan başqa faktiki olaraq torpaq sahəsinin 0.05468 ha sahəsinin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin yaxınlığında transformator yerləşdiyi aşkar edilmişdir. “xxxx” ASC-nin ##.##.2026-cı il tarixli, **-**/*-*/**-*****/**** nömrəli məktubundan görünür ki, sorğuda qeyd olunan ünvanda olan *** saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə ünvanında yerləşən *** saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq y/m 8-ci küçə ünvanında yerləşən *** saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-i Cavabdehn * saylı Abşeron Ərazi Idarəsinə ##.##.2025-ci ildə Sumqayıt ASAN Xidmət Mərkəzi vasitəsilə müraciət etmişdir. Sözügedən idarənin ##.##.2025-ci il tarixli cavab məktubu ilə aşağıda qeyd etdiyi kimi imtina verilmişdir. Cavab məktubunda aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənədici sənədlərin hazırki müraciətinizə əlavə edilmədiyi, həmçinin arxiv əsaslarında aşkar edilmiş texniki pasport sənədi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir. Bundan başqa faktiki olaraq torpaq sahəsinin 0.05468 ha sahəsinin istifadəsində olduğu müəyyən edilmişdir. Həmçinin texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin yaxınlığında transformator yerləşdiyi aşkar edilmişdir. Hesab edilir ki, cavabdeh orqanın verdiyi imtina məktubu əsassızdır və süründürürməçilik xarakteri daşıyır. Iddiaı idarəyə bütün sənədlərin surəti təqdim edilmişdir. Fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mişar daşıyla hasarlanmış, faktiki olaraq iddiaçı və onun ailəsi həmin fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayır. Torpaq sahəsinin texniki pasportda göstərilən ölçüdən az olması imtina üçün əsas ola bilməz. Texniki pasportda göstərilən ölçü ilə faktiki istifadəsində olan torpaq sahəsinin arasında olan ölçü fərqindən imtina edə bilər. Həmçinin fərdi yaşayış evinin yaxınlığında transformator həmin ərazidə yerləşən fərdi yaşayış evlərini elektrik enerjisi ilə qidalandıran transformatordur ki, evdən uzaqdadır. Həmin transfarmatorun da, fərdi yaşayış evinin yaxınlığında yerləşməsi də imtina üçün əsas deyildir. Iddiaçı mülkiyyətində olan bu evi 1996- cı ildə tikmişdir və o zamandan ailəsiylə birgə yaşayır. Abşeron RIHB-nın ##.##.1997-ci il tarixli ** saylı Sərəncamı ilə 1999-cu ildə Xırdalan Quşçuluq Y/M, 8-ci küçə, *** saylı evə Abşeron Rayon Dövlət Texniki Inventarlaşdırma və Mülükiyyət Hüquqlarının Qeydiyyatı Idarəsi tərəfindən Qeydiyyat vəsiqəsi almış, eyni zamanda 2185 Inventar nömrəsi; ***** Qeydiyyat nömrəsilə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu ona verilib. Pasportda ümumi sahə əslində: - 670.9 kv.m, - bundan tikili altı: 136 kv.m; Torpaq sahəsi: 534.9 kv.m qeydə alınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı onunla əsaslandırmışdır ki, , aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin müraciətə əlavə edilmədiyi, Arxiv əsaslarında aşkar edilmiş texniki pasport sənədi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu, faktiki olaraq torpaq sahəsinin 0.05468 ha hissəsinin istifadədə olduğu, texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin yaxınlığında transformatorun yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq y/m, 8-ci küçə ünvanında yerləşən *** saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində (torpaq faktiki vəziyyətə uyğun) İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon Dövlət Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş inventar işi 2185 olan ***** reyestr nömrəli Qeydiyyat vəsiqəsində fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması göstərilmiş və qeyd olunan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Bundan başqa torpaq sahəsinin ayrılmasına dair və mənzil tikintisi üçün yerli icra hakimiyyətinin də müvafiq qərarları olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) həmin torpaq sahəsinin üzərində mülkiyyət hüquqları qeydə alınmalıdır. Həmçinin, sözügedən qərarların və Qeydiyyat vəsiqəsinin ləğvi barədə hər hansı məlumat məhkəməyə daxil olmamışdır. Yəni müvafiq icra hakimiyyətinin qərarı və Qeydiyyat vəsiqəsi qüvvədədir və preyudisiyal əhəmiyyətə malikdir. Bundan başqa nəzərə alınmalıdır ki, daşınmaz əmlaklar 30 ildən çoxdur ki, iddiaçının istifadəsində və faktiki sahibliyindədir. Ona görə də iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması yolverilməzdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onların növləri

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 6.Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması; torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi; dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi; bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması;..... Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ .....

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları" \t "_blank" müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il # ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə

2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: .... 2.3. 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); ...... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Istifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddia tələbinin “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki sənədin verilməsi”nə dair təmin dilən hissəsində ləğv edilməli, ləğv edilən həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki sənədin verilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənədici sənədlərin mövcud olmaması, arxiv əsaslarında aşkar edilmiş texniki pasport sənədi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olması, faktiki olaraq torpaq sahəsinin 0.05468 ha sahəsinin istifadəsində olunması, texniki baxış zamanı sözügedən fərdi yaşayış evinin yaxınlığında transformator yerləşməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, *** saylı yaşayış sahəsi 95 kv.m. və köməkçi sahəsi 85,6 kv.m. olan 4 otaqlı yaşayış sahəsinə dair iddiaçının adına qeydiyyat vəsiqəsi tərtib edilmiş, ***** nömrəli reyestr kitabında qeydə alınmış, əsas kimi Abşeron Rayon Icra Hakimiyyəti Başçısının ## #### 1997-ci il tarixi ** saylı sərəncamı qeyd edilmiş, habelə texniki passport tərtib edilmiş, tərtib edilmə tarixi məzmununda əks olunmamış, torpaq sahəsinin ölçüsü kimi 670,9 kv.m., tikintialtı sahəsi kimi 136 kv.m., həyət örtüyü sahəsi kimi 534,9 kv.m., evin ölçüsü kimi ümumi saə 180,6 kv.m., yaşayış sahəsi 95 kv.m., köməkçi sahəsi kimi 85,6 kv.m. qeyd edilmiş, həmin sənədlərin arxiv nüsxəsi cavabdeh inzibati orqanda mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, Abşeron Rayon Icra Hakimiyyəti Başçısının ## #### 1997-ci il tarixli sərəncamı Xırdalan qəsəbəsinin Bakı Quşçuluq fabriki ətrafındakı yaşayış massivində tikilmiş evlərin pasportlaşdırılması və onlara qeydiyyat vəsiqlərinin verilməsi haqqında olmaqla, sərəncama əsasən həmin ərazidə tikilmiş müvafiq normalar cavab verən evlərə texniki passport və qeydiyyat vəsiqəsinin verilməsi və bununla bağlı tədbir görülməsi qərara alınmışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, qeydiyyat vəsiqəsi və texniki pasportda əks olunmuş fərdi yaşayış evi hazırda mövcuddur, əsas sahə kimi 95 kv.m. faktiki mövcud olsa da, köməkçi sahə üzrə dəyişiklik edilmiş, hazırda köməkçi sahənin faktiki ölçüsü kimi 101,1 kv.m. qeyd edilmiş, sənəd üzrə ölçüsü iəs 85,6 kv.m. olmuşdur, bu səbəbdən də konfiqurasiya fərqi yaramışdır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və onun ailə üzvləri 2003-cü ildən həmin fərdi yaşayış evində daimi passport qeydiyyatında olmuş, həmin əmlakın sığortalanması üzrə ##.##.2001-ci ildən müxtəlif illər üzrə sığorta ödənişləri həyata keçirmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının adına tərtib edilmiş qeydiyyat vəsiqəsi və texniki pasport qeydiyyat kitabında ##.##.2002-ci il tarixdə qeydə alınmışdır, arxivdə saxlanılan nüsxəsində də texniki pasportun məzmununda tarix qeyd edilməsə də, həmin inventar nömrə ilə qeydiyyat kitabında ##.##.2002-ci il tarixdə qeydiyyata alınmışdır. Kollegiya fərdi yaşayış evi üzərində mülkiyyə hüququnun yaranıb-yaranmaması ilə bağlı hissədə qeyd edir ki, ümumi sahəsi 180,6 kv.m. olan (əsas sahə 95 kv.m., köməkçi sahəsi 85,6 kv.m. olan) *** saylı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması cavabdeh tərəfindən təsdiq edilərək, onun adına qeydiyyat vəsiqəsi verilmişdir. Hansıki yuxarıda istinad edilən qnaunvericilik normasının tələbinə əsasən həmin sənəd əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçına adına evə dair qeydiyyat vəsiqəsi tərtib edildiyindən, həmin sənədin arxiv nüsxəsi cavabdeh inzibati orqanda aşkar olunduğundan, həmin sənəd mülkiyyət hüquququnun yaranması üçün əsas hesab edildiyindən, habelə həmin ev hazırda naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsində olduğundan, iddiaçının *** saylı (əsas sahə 95 v.m. və köməkçi sahəsi 85,6 kv.m. olan) fərdi yaşayış evi üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya fərdi yaşayış evi ilə cavabdehin imtina əsaslarına dair hissədə qeyd edir ki, cavabdeh inzibati orqan fərdi yaşayış evinə münasibətdə imtina əsası kimi yaxınlığında transfarmatorun yerləşdiyini qeyd etmiş, qalan imtina əsasları torpaq sahəsi ilə bağlı olmuşdur. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan özü iddiaçının evə dair mülkiyyət hüququnu tanıyaraq, onun adına qeydiyyat vəsiqəsi vermişdir, həmin sənədlər hazırda qüvvədədir. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir. Cavabdeh tərəfindən isə bu halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmiş, habelə özünün istinad etdiyi hala dair heç bir sübut təqdim etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın bu hissədə arqumenti əsassız olmaqla, formal xarakter daşımış, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, iddiaçının *** saylı (əsas sahə 95 v.m. və köməkçi sahəsi 85,6 kv.m. olan) fərdi yaşayış evi üzərində mülkiyyət hüququ yarandığından və bu hüququn qeydə alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddia tələbi həmin hissədə əsaslı olmuş, cavabdehin həmin hissədə imtina və şikayətin dəliləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayəti fərdi yaşayış evinə dair hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması, evə dair çıxarış və texniki sənədin verilməsi” hissəsində dəyişdiirlmədən saxlanılmalıdır. Kollegiya fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranıbyaranmaması ilə bağlı qeyd edir ki, indiki halda iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası kimi məhz evə dair tərtib edilmiş texniki pasporta istinad etmişdir. Nəticə etibarilə bu hissədə iddiaçının tələbinin qanuni əsası qismində müvafiq Fərmanın 2.4-cü bəndinin dispoztiv şərtləri çıxış etmişdir. Həmin normanın tələbinə əsasən yaşayış evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Göründüyü kimi normanın tələbinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün evə dair texniki pasportun ## ###### 2001-ci ilədək tərtib edilməsi və torpaq sahəsinin ölçüsünün onun məzmununda əks olunması tələb olunur. Indiki halda iddiaçının adına tərtib edilmiş texniki pasportun məzmununda torpaq sahəsinin ölçüsü qeyd edilsə də, onun məzmununda tərtib edilmə tarixi barədə məlumat əks olunmamışdır. Kollegiya iddianın əsaslılığı baxımından həmin halın iş üçün əhəmiyyt kəsb etdiyini nəzərə alaraq, bu istiqamətdə araşdırma aparmış, araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, texniki pasportun tərtib edilməsi ilə bağlı həmin arxiv qeydiyyta kitablarında, həm də elektron məlumat bazasında tərtib edilmə tarixi kimi ##.##.2002-ci il tarix əks olunmuşdur. Kollegiya iddiaçının texniki pasportun 1997-ci ildə tərtib edilməsi ilə bağlı istinad etdiyi arqumentinə dair onu qeyd edir ki, iddiaçı həmin evdə 1997-ci ildən yaşadığını, texniki pasportun 1997-ci ildə verildiyini qeyd etsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə özünün təqdim etdiyi sənədlərin (sığorta ödənişi, kommunal ödənişlər, pasport qeydiyyatı, arayış və s.) tarixləri məhz ## ###### 2001-ci il tarixdən sonrakı dövrə aid olmuş, habelə həmin evdə 2003cü il tarixdən pasport qeydiyyatında olmuşlar, hansı ki qanunvericiliyin tələbinə əsasən şəxs məhz yaşayış yeri üzrə pasport qeydiyyatına alınır. Nəticə etibarilə işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının tələbin əsası kimi istinad etdiyi texniki pasportun ## ###### 2001-ci ilədək verilməsi halının müəyyən edilməsi mümkün olmamış, habelə cavabdehin təqdim etdiyi arxiv qeydiyyat kitabında əks olunmuş məlumatın (##.##.2002-ci il tarixdə qeyd edilməsi halının) təkzib edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, iddiaçının adına tərtib edilmiş texniki pasportun tərtib edilmə tarixi ## ###### 2001-ci il tarixdən sonrakı dövrə aid olduğundan, həmin sənəd mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməmiş, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması əsası kimi başqa hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilməmiş, iddiaçı özü də buna dair başqa hər hansı sənəd təqdim etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, bu hissədə iddiaçının tələbi qanunun normasının dispoztiv şərti ilə uzlaşmadığından, əsassız olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin hallarına düzgün hüqui qiymət verilməmiş, qanunun normasını düzgün tətbiq etməmiş, bununla da həmin hissədə iş üzrə gəldiyi nəticə işin faktiki və hüquqi halına uyğun olmamış, nəticə etibarilə yanlış nəticəyə gəlmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədin olmaması hissəsində əsaslı olduğundan, bu hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “torpaq sahəsi üzəridnə mülkiyyət hüququnun qeydə alınması” hissəsində ləğv edilməli, ləğv edilən həmin hissədə iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddia tələbinin “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki sənədin verilməsi”nə dair təmin edilən hissəsində ləğv edilməli, ləğv edilən həmin hissədə iddia təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı qisməniddia tələbinin “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, torpaq sahəsinə dair müvafiq çıxarışın və texniki sənədin verilməsi”nə dair təmin edilən hissəsində ləğv edilsin, ləğv edilən həmin hissədə iddia tələbi təmin edilməsin. Qərar qalan hissədə (iddia tələbinin “inventar nömrəsi 2185, qeyd nömrəsi ***** olan qeydiyyat vəsiqəsinə və ##.##.2002-ci il tarixli texniki pasporta əsasən 106 sayl fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, evə dair müvafiq çıxarışın və texniki sənədin verilməsi”nə dair təmin edilən hissəsində) dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar