Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1036/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1959-cu il təvəllüdlüdür. Iddiaçıya məxsus AT-II ******* nömrəli əmək kitabçasından görünür ki, o, ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olmuş, ##.##.1980-ci il tarixdən ##.##.1999-cu il tarixədək müxtəlif müəssisələrdə, o cümlədən ##.##.1984-cü il tarixdən ##.##.1999-cu il tarixədək Sumqayıt Avtonəqliyyat Cəmiyyətinin *** saylı Avtokolonunda sürücü işləmişdir. Iddiaçı cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-R-******/**** nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ##.##.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında“ Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq sizə ##.##.2004-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyası ödənişi ##.##.2025-ci il tarixədək davam etdirilmişdir. Mərkəzi Filiala daxil olmuş müvafiq xidməti məruzəyə əsasən əlilliyiniz ilə bağlı ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi" qərarı qəbul edilmişdir. Nəticədə əmək pensiyası üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, Sumqayıt Avtonəqliyyat Cəmiyyətinin arayışına əsasən 1986-1990-cı illər üzrə adınıza əmək haqqı hesablanan dövrlər, ##.##.2018-ci il tarixdən ##.##.2025-ci il tarixədək X6 qulluq etdiyi müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 17 il təşkil edir. Əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1984- cü il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (təsdiqedici möhürlə kiril qrafikalı əlifbadan istifadə edilmişdir) ##.##.1984-cü il tarixindən ##.##.1986-cı il tarixinədək və ##.##.1991-ci il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunan maddənin tələblərinə əsasən ##.##.2025ci il tarixində 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd edilən ##.##.1984-cü il tarixdən ##.##.1999-cü il tarixədək olan işlədiyi dövrün sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək və ##.##.1991-ci il tarixdən ##.##.1999- cu il tarixədək Sumqayıt Avtonəqliyyat Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin ediməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1959-cu il təvəllüdlüdür. ##.##.2004-cü il tarixindən ##.##.2025-d il tarixinədək əlilliyə görə əmək pensiyası almışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfində ##.##.2025-cı il tarixində müddətsiz əlilliyi "Dioqnoz əlillik əlaməti təyin etmir" səbəbindən ləğv edilmişdir. Nəticədə iddiaçı maddi olaraq çox çətin duruma düşmüş, həm əlilliyə əsas verən xəstəliyinin, həm də yanaşı xəstəliklərinin (ağır dərəcə şəkər xəstəsi) müalicəsi ilə bağlı dərman almağa, eyni zamanda minimum yaşayış üçün zəruri olan ərzaq və s. almağa gücü çatmır. Iddiaçı hazırda 65 yaşı keçdiyi üçün (qanunsuz ləğv edilmiş əlilliyi və pozulmuş hüquqları məhkəmə vasitəsi ilə bərpa olunandək) yaşa görə pensiya təyin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Səbəb isə əmək kitabçasının doldurulması qaydasının pozulması (təsdiqedicı möhürdə kiril qrafikalı əlifbadan istifadə edilməsi) səbəbindən ##.##.1984-cü il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrü sığorta stajına daxil edilməməsini göstərdilər. ##.##.2004-cü il tarixdə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim etdiyi sözügedən əmək kitabçası və arxiv arayışı əsasında iddiaçının 21 il 3 ay sığorta stajı nəzərə alınmış və 21 ildən artıq müddət əlilliyə görə pensiyası almışdır. Eyni zamanda ##.##.2018-ci il tarixindən 70 yaşından yuxarı şəxsə qulluq etdiyi ilə bağlı müvafiq sənədləri Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqim etmişdir. Nəticədə əmək kitabçası və arxiv arayışı ilə birlikdə ##.##.2006-cı ilədək 21 il 3 ay və ##.##.2018-ci il tarixindən hazıradək 70 yaşından yuxarı şəxsə qulluq etdiyi 6 il 10 ay 25 ildən çox (28 il) təşkil edir. Buna baxmayaraq Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əsassız şəkildə iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb edilən 25 ildən az təşkil etdiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı Sumqayıt inzibati Məhkəməsinə müraciət etmişdir. Iddiaçı ##.##.2024-cü il tarixində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmışdır. Həmçinin, ##.##.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ##.##.2004-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin edilmiş, ##.##.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi ## ##.2025-ci il tarixinədək davam etdirilmişdir. Məlumat üçün bildirilir ki, mərkəzi Filiala daxil olmuş müvafiq xidməti məruzəyə əsasən İddiaçı əlilliyi ilə bağlı ##.##.2025-ci il tarixindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi" qərarı qəbul edilmişdir. Nəticədə emək pensiyası üzrə ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Təqdim edilən sənədlərin surətlərində qeyd olunan məlumatlara əsasən iddiaçının ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət Sumqayıt Avtonəqliyyat Cəmiyyətinin arayışına əsasən 1986- 1990-cı illər üzrə iddiaçının adına əməkhaqqı hesablanan dövrlər, ##.##.2018-ci il tarixindən ##.##.2025-ci il tarixində X6 qulluq etdiyi müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 17 il təşkil edir. Məlumat üçün bildirilir ki, əmək kitabçasının surətində qeyd edilmiş ##.##.1984-cü il tarixindən ##.##.1999-cu il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (təsdiqedici möhürdə kiril qrafikalı əlifbadan istifadə edilmişdir) ##.##.1984-cü il tarixindən ##.##.1986-cı il tarixinədək və ##.##.1991-ci il tarixindən ##.##.1999-cu il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2025-ci il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək və ##.##.1991ci il tarixdən ##.##.1999-cu il tarixədək Sumqayıt Avtonəqliyyat Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh inzibati orqanın imtinasına münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında olan ##.##.1984- ##.##.1986 və ##.##.1991-##.##.1999-cu il tarixlərdə Sumqayıt Avtonəqliyyat Cəmiyyətində işlədiyi həqiqiliyinə şübhə yaranması əsası ilə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamış, digər dövrlər nəzərə alınmaqla iddiaçının 17 il ümumi iş stajı olduğu göstərilmişdir. Iddiaçının əmək kitabçasında olan həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındığı təqdirdə onun ümumi iş stajı 25 ildən artıq təşkil edir . Iddiaçı məhkəməyə müraciət edərkən qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X2) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, ##.##.1978-ci il tarixdən ##.##.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, Sumqayıt Avtonəqliyyat Cəmiyyətinin arayışına əsasən 1986-1990-cı illər üzrə adına əməkhaqqı hesablanan dövrlər, ##.##.2018-ci il tarixdən ##.##.2025-ci il tarixədək X6 qulluq etdiyi müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 17 il təşkil edir ki, bu da yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyildir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1959-cu il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaşına çatması işin mübahisəsiz halıdır. Mübahisəli hal iddiaçının əmək kitabçasında ##.##.1984-cü il tarixdən ##.##.1986-cı il tarixədək və ##.##.1991-ci il tarixdən ##.##.1999-cu il tarixədək olan dövrlərə dair qeydlərin kiril qrafikası ilə doldurulduğundan həmin dövrlərin sığorta stajına daxil edilməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın həmin mövqeyi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, cavabdeh yalnız əmək kitabçasındakı möhürün kiril qrafikalı əlifba ilə tərtib edilməsinə istinad edərək iddiaçının Sumqayıt Avtonəqliyyat Cəmiyyətində işlədiyi dövrün həqiqiliyini şübhə altına almış, lakin bu qeydlərin saxta və ya həqiqətə uyğun olmamasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alındıqda iddiaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 2001-ci ilə qədər Azərbaycan Respublikasında həm latın, həm kiril əlifbalarından istifadə edilməsi aşkar və hamıya məlum olan fakdır. «Dövlət dilinin tətbiiqi işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** saylı Fərmanına əsasın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il ######un #-ə qədər təmin etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Bundan sonra «Azərbaycan Respublikasında dövlət dili haqqında» ##.##.2002-ci il tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət diliinin əlifbası latın qrafikalı Azərbaycan əlifbası hesab edilmişdir. Hazrıda bu əsasla iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılması qanuna zidd hesab edilməlidir. Məhkəmə cavabdehin apellyasiya şikayətində göstərdiyi, əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə dair arqumenti ilə bağlı qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi dövrdə qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə görə sığorta stajı iki hissədən ibarətdir: Qanunun qüvvəyə mindiyi tarixədək olan dövr üzrə ümumi iş stajı və həmin tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan dövr üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il ######ın #-dək qazanılmış əmək pensiyası hüquqlarının müəyyən edilməsi üçün iş stajı əmək kitabçası üzrə X2 daxil edilmiş məlumatlar əsasında müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə əsasən isə yalnız ##.##.2006-cı il tarixindən sonrakı dövr üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Deməli, iddiaçının mübahisələndirilən iş dövrləri ##.##.2006-cı il tarixindən əvvəlki dövrə aid olduğundan həmin dövrlərin qiymətləndirilməsi zamanı əmək kitabçası əsas sübut kimi qəbul edilməlidir. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası əmək fəaliyyətini təsdiq edən əsas sənədlərdən biridir və qanunvericiliyə görə, orada aparılmış qeydlər əksini sübut edən mötəbər dəlillər təqdim edilmədiyi halda etibarlı hesab olunur. Eyni zamanda, əmək kitabçasında qeydiyyat aparılarkən texniki və ya formal xarakterli uyğunsuzluqların mövcudluğu həmin qeydlərin tamamilə etibarsız hesab olunmasına səbəb ola bilməz. Belə uyğunsuzluqlar, əksinə, sənədin doldurulması qaydalarına riayət olunmaması ilə bağlıdır və bu qaydaların pozulmasına görə məsuliyyət işçinin deyil, işəgötürənin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında iddiaçının qeyd olunan müddətdə işləmədiyini təsdiq edən mötəbər sübut mövcud deyildir. Əmək kitabçasındakı qeydlər onun müvafiq dövrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən əsaslı və yetərli sübut kimi qəbul edilməlidir. Bundan başqa, inzibati prosessual və inzibati icraat qanunvericiliyinin tələblərinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilmiş sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi halda mötəbər hesab edilir. Inzibati orqanın həmin sənədlərin mötəbərliyini təsdiq edən əlavə sənədlər tələb etməsi yolverilməzdir. Təqdim olunmuş sənədlərin mötəbərliyinə əsaslı şübhələr yarandığı halda isə onların həqiqiliyinin araşdırılması vəzifəsi məhz inzibati orqanın üzərinə düşür. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının qanunvericiliklə tələb olunan minimum sığorta stajına malik olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-****/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.