Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1039/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı iş üzrə (Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, “Xaçmaz rayonu Nabran Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatı ilə ayrılmış 5.25 ha torpaq sahəsinə və Xaçmaz rayonu Nabran Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə kənd təsərrüfati məhsulları istehsalı təyinatı ilə ayrılmış 6.66 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Nabran bələdiyyəsinin ##.##.2005-ci il tarixli 07saylı qərarına əsasən ona kənd təsərrüfatı məhsullarının istehsalı təyinatı ilə 5.25 ha torpaq sahəsi satılmışdır. Bundan sonra torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sxemi verilmişdir. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dairJN *** nömrəli və KOD ******** saylı dövlət aktı adıma verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi müraciət etdikdə, cavabdeh orqan, ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə xahişi təmin etməkdən imtina edərək, məktubda bildirilmişdir ki, 1.48 ha torpaq sahəsi üçün JN-**** nömrəli (KOD 30216018) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim edilmişdir. JN-**** nömrəli (KOD 30216018) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının arxiv nüsxəsi və qeydiyyatı Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Həmçinin, JN-**** nömrəli (KCD 30216018) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 442 B nömrəli planşetində göstərilən 1.48 ha torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı (kolluq) digər bir hissəsi isə yollar (cığırlar) kimi göstərilmişdir. Eyni zamanda JN-**** nömrəli (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktT'nın 442 B nömrəli planşet nömrəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilməmişdir. Bundan əlavə, 1.48 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 1.40 ha ölçüdə öz əksini tapmamışdır. Cavabdeh orqanın imtinası tam əsassızdır. Belə ki, Xaçmaz rayonu Nabran bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı təyinatı ilə 5.25 ha torpaq sahəsi JN *** nömrəli və KOD ******** saylı Dövlət aktına əsasən sahibliyində və istifadəsindədir. Bundan əlavə Xaçmaz rayonu Nabran Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə İddiaçı kənd təsərrüfati məhsulları istehsalı təyinatı ilə 6.66 ha torpaq sahəsi satılmışdır. Bundan sonra 05.2006-cı il tarixdə 6.66 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü sxemi verilmişdir. Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dairJN **** nömrəli və KOD ******** saylı Dövlət aktı isayev Rahib Adil oğlunun adına verilmişdir. Həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh orqan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Xaçmaz Ərazi Idarəsi müraciət etdikdə, cavabdeh orqan, ##.##.2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubu ilə xahişi təmin etməkdən imtina edərək, məktubda bildirilmişdir ki, Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 1.40 ha, 1.11 ha, 4.15 torpaq sahələri üçün JN-**** nömrəli (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktı" təqdim edilmişdir. Bildiririk ki, üçün JN-**** nömrəli (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktT'nın arxiv nüsxəsi və qeydiyyatı Cavabdehn * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Həmçinin, JN-**** nömrəli. (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktT'nın *** nömrəli planşet nömrəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilməmişdir. Eyni zamanda, JN-**** nömrəli (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 444 A nömrəli planşetində göstərilən 1.11 ha torpaq sahəsinin sərhədləri tərəfinizdən təyin edilmədiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmmamışdır. JN-**** nömrəli (KOD 30216018) seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 444 A nömrəli planşet nömrəsi elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı (kolluq) kimi göstərilmişdir və 444 A nömrəli planşet nömrəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bundan əlavə, JN-**** nömrəli (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktT'nın 444 B nömrəli planşet nömrəsi elektron məlumat bazasında öz əksini tapmamışdır. Nəzərinizə çatdırırıq ki, JN-**** nömrəli (KOD 30216018) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət aktının 444 B nömrəli planşetində göstərilən 4.15 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində X1 torpaqlarıdır. Cavabdeh orqanın imtinası tam əsassızdır. Belə ki, Xaçmaz rayonu Nabran Bələdiyyəsinin ##.##.2005-ci il tarixli ** saylı qərarına əsasən kənd təsərrüfati məhsulları istehsalı təyinatı ilə 6.66 ha torpaq sahəsi JN **** nömrəli və KOD ******** saylı Şəhadətnaməsinə əsasən sahibliyində və istifadəsindədir. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, İddiaçı Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən 1.48 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 1.48 ha torpaq sahəsi üçün JN-**** nömrəli (KOD 30216018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” təqdim edilmişdir. Bildiririk ki, üçün JN-**** nömrəli (KOD 30216018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın arxiv nüsxəsi və qeydiyyatı * saylı Xaçmaz Ərazi Idarəsində aşkar edilməmişdir. Həmçinin, JN**** nömrəli (KOD 30216018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın 442 B nömrəli planşetində göstərilən 1.48 ha torpaq sahəsinin bir hissəsi elektron məlumat bazasında olan xəritə üzərində kənd təsərrüfatı təyinatlı (kolluq) digər bir hissəsi isə yollar (cığırlar) kimi göstərilmişdir. Eyni zamanda JN-**** nömrəli (KOD 30216018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın 442 B nömrəli planşet nömrəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində qeyd edilməmişdir. Bundan əlavə, 1.48 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 1.40 ha ölçüdə öz əksini tapmamışdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məqsədinə yalnız üst-üstə düşən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və ya koordinatlarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. Inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Hazırkı tələb iddiaçının hüquqi marağına uyğun deyil. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərardadla razılaşmayan iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamışdır. Məhkəmə qərarında qeyd edir ki, iddiaçıya torpaq sahələri dövlət aktları ilə verilmişdir. Torpaq sahələri naturada mövcuddur. Koordinatlar üzrə baxış keçirilmişdir. Torpaq sahələrinin bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi sistemdə görünür. Bu hallar artıq iddiaçının hüququnun mövcudluğunu təsdiq edir. Buna baxmayaraq məhkəmə yalnız elektron sistemdə və arxiv məlumatlarında ziddiyyətlərin mövcud olmasına əsaslanaraq iddianı mümkünsüz hesab etmişdir. Eyni zamanda məhkəmə həmin ərazidə olan digər torpaq sahələrinin çıxarışının olub-olmamasını araşdırmadan iddianın subyektiv hüququ olmadığını əsaslandıraraq mümkünsüz saymışdır. Lakin bu inzibati Icraat Haqqında qanuna əsasəniInzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Halbuki texniki və kadastr uyğunsuzluqları şəxsin mülkiyyət hüququnun inkarı üçün əsas ola bilməz. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Dövlət aktı hüquqmüəyyənedici sənəddir. Belə ki, iddiaçıya verilmiş dövlət aktları hüquqi qüvvəyə malik rəsmi sənədlərdir. Cavabdeh orqan həmin dövlət aktlarının saxta olmasını, etibarsız sayılmasını, ləğv edilməsini sübut etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ dövlət tərəfindən qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən isə dövlət reyestrində qeydiyyat hüququ təsdiq edən sənədlər əsasında aparılmalıdır. Cavabdeh orqan dövlət aktı mövcud olduğu halda qeydiyyatdan imtina edə bilməz. Elektron bazadakı uyğunsuzluqlar iddiaçının təqsiri deyildir Məhkəmə qərarında göstərilmişdir ki bəzi planşet nömrələri sistemdə görünmür, bəzi hissələr meşə fondu kimi qeyd olunub, elektron məlumat bazasında ziddiyyətlər vardır. Lakin həmin məlumat bazalarının yaradılması, saxlanılması və düzgünlüyünə görə məsuliyyət dövlət orqanının üzərinə düşür. Eyni zamanda elektron məlumat bazası (TEKUIS) ilə əldə olan sənədlər arasında ziddiyyət olarsa sənədlərə üstünlük verilir. Iddiaçı dövlət aktı ilə torpaq əldə etmiş şəxsdir və dövlət orqanlarının arxiv çatışmazlığı, texniki səhvləri, elektron bazadakı uyğunsuzluqları iddiaçının hüquqlarını məhdudlaşdıra bilməz. Məhkəmə iddianın mümkünlüyünü yanlış qiymətləndirmişdir. Belə ki, şəxs 2005-ci ildə dövlət orqanından torpaq almışdır. Hal-hazırda şəxsin həmin torpaq sahəsində subyektiv mülkiyyət hüququ mövcuddur. Bu mövcud hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət etmişdir. Lakin məhkəmə qeyriqanuni olaraq mümkünsüzlük barədə qərar çıxarmışdır. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşməli idi. Cavabdeh isə iddiaçının hüququnun ləğv edildiyini və ya dövlət aktlarının etibarsız olduğunu sübut edə bilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq, iş üzrə cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “torpaq sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması”na nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü üzrə dəyərləndirmə apararaq qeyd edir ki, qanunvericiliyin və oxşar işlər üzrə formalaşdırılmış məhkəmə təcrübəsinin tələbinə əsasən torpaq sahəsinin başqa şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud olduğu halda, şəxs öz adına mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaq üçün ilkin olaraq üstü-stə düşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri və onun əsasında aparılmış qeydiyyatı məhkəmə qaydasında mübahisələndirməlidir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı bələdiyyənin ##.##.2005-ci il tarixli qərarı ilə ayrılmış 5,25 ha və bələdiyyənin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə ayrılmış 6,66 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydə alınmasına nail olmaqdan ibarətdir. Işin müəyyən edilmiş hallarından görünür ki, həmin bələdiyyə qərarları əsasında iddiaçının adına JN-442 və JN-*** nömrəli Dövlət Aktları tərtib edilmiş, həmin aktların məzmununda torpaq sahələrinin koorinatları və yerləşmə mövqeləri əks olunmuşdur. Məhkəmə araşdırması zamanı cavabdehin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinin müayinəsi həyata keçirilərək, onun texniki göstəricilərinə dair müayinə aktı tərtib edilmiş, həmin aktın məzmununda sözügedən torpaq sahəsinin naturada mövcudluğu, təyinatı və ölçüləri ilə bağlı hallar qeyd edilmiş, üst-üstə düşmə halının mövcudluğu əks olunmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahələri ilə bağlı başqa şəxslərin adına mülkiyyət hüququnun qeydə alınması halı mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi qənaətini“.... Iddiaçı məqsədinə yalnız üst-üstə düşən torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və ya koordinatlarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər...... hazırki tələb iddiaçının hüquqi marağına uyğun deyil. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun......” bu mövqe ilə əsaslandırmışdır. Belə olan halda, kollegiya hesab edir ki, indiki halda iddiaçının iddia etdiyi torpaq sahəsinin hər hanıs başqa şəxslərə məxsus torpaq shaəsi ilə üst-üstə düşmə halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən ilkin olaraq üst-üstə düşən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəldərin mübahisələndiirlməsinə dair iddia tələbi irəli sürməli olması, hazırki iddia tələbinin onun hüquqi marağına uyğun olmaması ilə bağlı gəldiyi qənaəti işin hallarına uyğun olmamaqla, yanlış olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv edilməsi hissəsində əsaslı olduğundan, şikayət həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün məhkəməyə göndərilməlidir. Bundan əlavə, kollegiya qeyd edir ki, işə mahiyyəti üzrə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, habelə iddianın mümkünlük məsələsinin araşdırılması məhkəmə icraatının istənilən mərhələsində dəyərləndirilməli olduğundan, iddiaçının şikayəti digər hissədə (iddianın təmin edilməsi hissəsində) təmin edilməməlidir. Bundan əlavə, kollegiya prosessual qənaət prinsipinin tələblərini nəzərə alaraq, birinci instansiya məhkəməsi tərəfindən işin yenidən araşdırılması zamanı iddianın digər mümkünlük şərtləri yoxlanılmaqla, həmin şərtlər ödənildiyi halda iddianın əsaslılığı mərhələsində iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərin (Dövlət Aktları və onların verilməsinə əsas olmuş bələdiyyə qərarlarının) arxiv nüsxələrinin müvafiq aidiyyəti qurumlara sorğu verilməklə əldə edilməsi, hüquqmüəyyənedici sənədlərdə əks olunmuş koordinatlarda torpaq sahələrinin təyinatı, yararlılıq dərəcəsi ilə bağlı DVG və TEKUIS-də əks olunmuş məlumatların əldə edilməsi, həmin koordinatlarda torpaq sahələrinin naturada mövcud olub-olmaması və ya naturada ölçüdə azalma varsa onun səbəbinin (başqa şəxs tərəfindən qanuni əsas olmadan istifadə edilmə ilə bağlı ortaya çıxması və ya başqa səbəbdən) aydınlaşdırılması, qonşu torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlər (eyni hüquqmüəyyənedici sənədin, eyni əsasın və eyni faktiki vəziyyətin olub-olmaması ilə bağlı hissədə) və onların iddiaçının iddia etdiyi torpaq sahələrinə nisbətdə yerləşmə mövqeyinə dair müqayisəli rəngli ortofoto görüntüsünün, habelə meşə fondu torpaqlarının hüdudlarını və ona nisbətdə iddiaçının iddia etdiyi torpaq sahələrinin yerləşmə mövqeyini əks etdirən rəngli ortofoto görüntüsün tələb edilərək, tədqiq edilməsi, bərabərlik prinsipinin tələblərinə dair qanuni əsasın mövcud olub-olmaması istiqamətində dəyərləndirmə aparılması, iş üzrə qəbul ediləcək yekun nəticənin üçüncü şəxsin hüquq və mənafelərinə təsirin əhəmiyyətinin araşdırılması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “torpaq sahələrinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1039/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1039/2026
28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver