Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1043/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi Sığorta və Ekspertiza Agentliyi X4ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Sədrlik edən və məruzəçi hakim X6, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Tibbi Sığorta və Ekspertiza Agentliyi X4ə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2023-cü il tarixdə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. “xxxxnin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında iddiaçı ##.##.2025-ci il tarixində Agentlikdə əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksionaı dəyişikliklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X8 X2 Komissiyasının həkim psixiatr komissiyasının ##.##.2024-cü il tarixli, *** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı Raci oğluna II X9 alınmış barotravma nəticəsində şəxsiyyət pozuntusu, tez tez dekompensasiyalar, özünə davamlı xəsarət yetirmələr, intihar cəhdləri F 07.0 diaqnozu qoyulmuşdur. 13. ##.##.2021-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnamədə diaqnoz və xəstəliyin səbəbli əlaqəsi “hərbi tarvamadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 ##.##.2026-cı il tarixli, *** nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı üzvi (II X9 alınmış barotravma nəticəsində) mənşəli şəxsiyyət pozuntusu anamnezində tez tez dekompensasiyalar, özünə xəsarət yətirmələr, intihar fikirləri, depressiv daxilolmalarla ( sixi və davranıç pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) məyyən edilir. Əlilliyin müəyyən olunması meyarları AR Nazirlər Kabinetinin ##.##.2002-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə" əsasında müəyyən edilir və bu funksiyanı həyata keçirən orqan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyidir. Əlilliyin müəyyən olunması meyarian Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Agentliyinin səlahiyyətlərinə aid olmaqla tibbin müxtəlif sahələrinin həkimləri cəlb edilərək müraciət edən şəxsin xəstəliyi və həmin şəxsin orqan funksiyalarının hansı dərəcədə itirilməsi barəsində yekun nəticə formalaşaraq orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti müəyyən edilir. Buna görə də əlilliyin təyin edilməsinə əsas verən ağırlaşmalar və patofunksional dəyişiklər barəsində Inzibati Məhkəmə tərəfindən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertizinin qarşısında qərarda qoymuş suallar şəxsin əmək qabiliyyətinin qiymıtləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspertizanın səlahiyyətlərində aid deyildir. Göstərilənləri nəzərə alaraq həmçinin qeyd edilir ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində aparılan məhkəmə psixiatrik müayinəsi nəticəsində hazırkı müayinə zamanı onda aşkar edilən psixi xəstəlik, yaxud psixi pozuntunun diaqnozu və kodu tərtib edilmiş rəydə əks olunur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixindən ona əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və ona ## ##### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funlsiyalarının 35-60% pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlər zamanı ##.##.2020-ci il tarixində Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı “Barotravma qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, kontuziya” xəsarəti almışdır. (əsas: N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş ##.##.2021-ci il tarixli, *** nömrəli travma haqqında arayış).Buna müvafiq olaraq iddiaçıya Azərbaycan Respublikası Sosal Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosal Ekspertiza və Reablitasiya Agentliyi tərəfindən “XBT-10 üzrə kod F07.0” xəstəlik təyin olunmuşdur. Bu xəstəlik kodunda aşağıdakılar qeyd olunmuşdur: 2-ci X9 Alınmış Barotvavma nəticəsində şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünə xəsarət yetirmələr, Intihar Cəhdləri və s. ilə (Prof. B. Əsədov) diaqnozu təyin olunmuşdur, (əsas: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçada (xəstəlik tarixindən) Çıxarış 23.12. 2024-cü il). Bildirilir ki, yuxarıda göstərilən xəstəlik diaqnozundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən iddiaçı ##.##.2023 tarixdən ##.##.2025-ci il tarixinə qədər 330 manat məbləğində III qrup Qarabağ Əlili kimi dövlətdən müavinət almışdır (Əsas: 23. 07. 2025 ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən verilmiş arayış). ##.##.2025-ci il tarixində Qarabağ Əlilliyinin təyinat müddəti bitdikdən sonra iddiaçı lazımı olan tibbi sənədləri Əlilliyinin yenidən təyin olunması üçün yazılı şəkildə Reabilitasiya Agentliyinə göndərmişdir. Məktubda “XBT-10 üzrə kod F07.0” xəstəlik diaqnozuna uyğun olaraq iddiaçıya III qrup Qarabağ Əlilliyinin təyin olunması xahiş edilmişdir. ##.##.2025-ci ci il tarixdə Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya göndərilmiş cavabda vurğulanır ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 13.05. 2022-ci Il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, əlillik səviyyəsində hər hansı ağırıalşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Hesab edilir ki, Azərbaycan Respublikası Sosal Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosal Ekspertiza və Reablitasiya Agentliyinin bu qərarı qanunsuz və əsassız otmaqla humanizmə ziddir. X3 xəstəlik kodu F07.0 da diaqnozun əlamətləri ətraflı olaraq sadalanmışdır. F07.0 xəstəlik diaqnozuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq 7.6.2.İ. bəndi təsdiqlənməli idi. Bu bənddə aşağıdakılar qeyd olunur: Əmək qabilliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlərin yaranmasına gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məs. yüksək intihar risqi zamanı). Buna rəğmən Azərbaycan Respublikası Sosal Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosal Ekspertiza və Reablitasiya Agentliyinin iddiaçıya göndərdiyi ##.##.2025-ci il cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli qərarı Ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyyarlarına uyğun olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişiklər aşkar olunmadığından, ##.##.2025-ci il tarixindən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. (Əsas: Reabilitasiya Agentliyinin №***- 4/2 - Q - 17363 / **** saylı cavab məktubu, ##.##.2025). Belə ki, guya göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmalar əlilliyin təyininə əsas verməmişdir. Hesab edilir ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosal Ekspertiza və Reablitasiya Agentliyinin bu qərarı qanunsuz və əsassız olmaqla humanizmə ziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, ##.##.2023-cü il tarixdə qiymətləndirilmiş və OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2021-ci il tarixli ***** nömrəli Şəhadətnamə verilmişdir. Həmin, şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş postkommotsion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin ayrı-ayrı ocaqlı nevroloji nişanələr və vegetativ damar davamsızlığı ilə olan nəticəsi" diaqnozlu travmanın səbəb əlaqesi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2023-##.##.2023-cü il tarixli *****/** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Uzvi (II X9 alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, təşviş daxilolmalar, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz *Baş-beynin xəstəliyi, travması və digər disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024- ##.##.2024-cü iltarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu"kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli *** nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (II X9 alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, özünə xəsarət yetirmələr, intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 2 il müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısı, qulağına səs gəlməsindən (tıqqıltı, adam gəzməsi), əsəb fonunda əl və ayaqlarında əsmə olmasından şikayətlənmişdir. Ketilept, Depakin dərman preparatları qəbul etdiyini bildirmişdir. Müayinə zamanı özünü təqdim etmiş, saçı dağınıq, saqqalı formalı uzatmış, qaşı formalı, geyimi rahat, ayaqqabısı kirli, dırnaqları uzun izlənilmişdir. Sol saiddə səthi cızıqlar göstərmişdir. Gecələr qorxu olduğunu, həyətdə kiminsə olduğundan şübhələnib, bıçaqla həyətdə gəzdiyini bildirmişdir. Yalnız atası ilə gəzdiyini, 2-3 gündən bir ona heyvana baxmağa kömək etdiyini, uzağa getmədiyini, bu zaman özünü tək hiss etdiyini bildirmişdir. Əhvalı enik, ünsiyyətdə rahat, əzgin izlənilmişdir. Huşu aydın, bələdliyi tam saxlanılmışdır. Emosional stabil, emosiyaları situasiyaya adaptiv izlənilmişdir. Mühakimə qabiliyyəti qorunmuşdur. Hazırda heç bir psixi pozuntu, psixoproduksiya aşkar edilməmişdir. 3 ildir ailəli olduğunu, övladının olmadığını və DMA tərəfindən iribuynuzlu heyvanla təmin edildiyini söyləmişdir. ƏƏSMN tərəfindən Sumqayıt şəhərində mənzillə təmin olunmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, kompensasiya" kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR IPM- nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin əlilliyin təyin olunmasından imtina edilməsi barədə ## ##### 2025-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçı İddiaçı ## ##### 2025-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh X4 üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 7.6.2 üzvi mənşəli şəxsiyyət pozuntusu – F07.0. Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı). Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif edərək, guya etirazın şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə xxxx tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar iddiaçının forma ** nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X14-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etmir” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçının apellyasiya şikayətinə qarşı etirazı məhkəməyə daxil olmmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin ## #### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2 Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinə görə Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRI-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Bənd 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu-XBT kodu F07.0 Qiymətləndirmə üzrə əlamətləri: 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi- XBT kodu F62.0 Qiymətləndirmə üzrə əlamətləri: 7.7.1.1.fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski;7.7.1.2.bütün həyat fəaliyyətində dezadaptasiyaya səbəb olan 2 ildən çox davam edən dekompensasiya; reallığı qiymətləndirmək, adekvat qərarlar qəbul etmək və uzun müddət ərzində öz davranışına nəzarət etmək qabiliyyətinin olmaması “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyin müəyyən edilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edərək, əlilliyin müəyyən edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki,hazırki mərhələdə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsas aşkar edilməmişdir. Bundan əlavə, kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlilliyin müəyyən edilməsindən imtina barədə qərarını ##.##.2025-ci il tarixdə qəbul edərək, ##.##.2025-ci il tarixdə sistemə yerləşdiirlmiş, bu barədə sms bildiriş ##.##.2025-ci il tarixdə göndərilmiş, iddiaçı iddia tələbi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Iddiaçı həmin məlumatın onun adına olan və aktiv olmayan mobil nömrəsinə göndərilməsi halına istinad etmişdir. Cavabdeh tərəfindən isə həmin qərarın rəsmi qaydada başqa formada iddiaçıya çatdırılması halına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının həmin qərar barədə məlumatlı olması halı müəyyən edilmədiyindən (rəsmi qaydada çatdıırlma mövcud olmamış, sms bildiriş isə aktiv olmayan nömrəyə göndərilmşdir), birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə ötürülmüş prosessual müddətin bərpasına dair qərardad qəbul etmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdein həmin hissədə arqumenti əsassız olmuşdur. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının barəsində müvafiq tibb müəssisəsi tərəfindən tibbi göndəriş tərtib edilmiş (##.##.2025-cü il tarixli), həmin tibbi göndərişdə iddiaçı barəsində əsas diaqnoz xəstəliyi “ Üzvi mənşəli həyəcan pozuntusu,Üzvi Təşviş pozuntusu (XBT kodu F06.4)”, ağırlaşmaları “ Üzvi mənşəli şəxsiyyət pozuntusu,üzvi (II X9 alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu,tez-tez dekompenasiyalar,özünə xəsarət yetirmələri,intihar cəhdləri ilə (XBT kodu F07.0)”, “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakətdən sonra yaranan şəxsiyyət dəyişikliyi (XBT kodu F62.0)”, yanaşı xəstəlikləri “Baş beyin silkələnməsi (XBT kodu S06.0)”, “Gərginlik tipli baş ağrısı,gərginliklə bağlı xroniki baş ağrısı, gərginliklə bağlı epizodik baş ağrısı gərginliklə bağlı ƏGO baş ağrısı, kranialgiya (XBT kodu G44.2)”, “Hərbi əməliyyatlar,partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət (XBT kodu Y36)”, “Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan birtərəfli neyrosensor tipli itirilməsi,sağ tərəfli İ dərəcəli xroniki neyrosensor tip ağıreşitmə (XBT kodu H90.4)” kimi qeyd edilmişdir. Cavabdeh inzibati orqan həmin tibbi göndəriş əsasında iddiaçının əlilliyinin qiymətləndirilməsini həyata keçirərək, diaqnoz əlilliyin təyin edilməsi üçün əsas olmaması barədə ##.##.2025-cü il tarixli imtina qərarı qəbul etmişdir. Iş materiallarından görünür ki, müvafiq Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində ## ####### 2021 tarixdə xəstəlik şəhadətnaməsi tərtib edilmiş, iddiaçı barəsində qoyulmuş diaqnoz kimi “mülayim dərəcədə ifadə olunmuş postkommotson sindrom, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, partlayış travması (##.##.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin ayrı-ayrı ocaqlı nevroloji nişanələri və vegetativ damar davamsızlığı ilə olan nəticəsi”, səbəb əlaqəsi kimi “Hərbi travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, həkim-psixiatr rəyləri, ambulator kartadan çıxarış və digər tibbi sənədlər əsasında iddiaçıda XBT kodu F07.0 olan diaqnoz xəstəliyinin aşkar olunduğu qeyd edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində ##.##.2023-cü il tarixdə iki il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq” səbəb əlaqəsi ilə iki il müddətinə əlillik müəyyən edilmiş, ##.##.2025-ci il tarixdə müddəti bitimişdir. Kolegiya hesab edir ki, indiki halda işin mübahisəli halı iddiaçıda aşkar edilmiş diaqnoz xəstəliklərin və onların əlamətlərinin müvafiq Qərarda əks olunmuş əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik qismində çıxış edib-etməməsi və həmin xəstəliyin məhz hərbi xidmət dövründə alınmış travmanın nəticəsində yaranıb-yaranmaması ilə bağlı olmuşdur. Kollegiya qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş müvafiq tibbi göndərişdə əks olunmuş diaqnoz xəstəliklərdən XBT kodu F06.0, F07.0, F62, S06 və H90 olan diaqnoz xəstəliklərin və onun qiymətləndirmə üzrə əlamətləri müvafiq Qərar əsasında təsdiq edilmiş meyarlarda əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlik kimi ehtiva edilmişdir. Indiki halda məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-psixiatr rəyləri, tibbi sənədlər əsasında iddiaçı XBT kodu F07.0 olan diaqnoz xəstəliyin və onun Meyarların 7.6.2.1ci bəndində əks olunmuş qiymətləndirmə üzrə əlamtlərinin (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) mövcudluğu müəyyən edilmişdir. Hansı ki həmin xəstəlik əlamətləri Meyarların tələbinə əsasən orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə iki il müddətinə əlilliyin müəyyən edilməsi üçün əsas hesab olunur. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmiş, habelə işin müəyyən edilmiş həmin hallarını təkzib edən heç bir tibbi sənəd təqdim edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, indiki halda iddiaçıda aşkarlığı müəyyən edilmiş və əlliyin müəyyən edilməsi üçün əsas olan diaqnoz xəstəlik və onların qiymətləndirmə üzrə əlamətlərini əsas götürdükdə, orqanizmin funskiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi üçün əsasın olduğu aşkar olunduğundan, iddianın bu hissədə əsaslılığı müəyyən edildiyindən, cavabdehin həmin hissədə şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda birinci instansiya məhkəməsinin qərarı ilə məhz XBT kodu F07.0 olan diaqnoz xəstəlik və onun qiymətləndirmə üzrə əlaməti əsas götürülməklə, əlilliyin müəyyən edilməsi aparıldığından, iddiaçı tərəfindən isə həmin məhkəmə qərarından şikayət verilmədiyindən, iddiaçıya münasibətdə iddianın əsaslılığının digər xəstəlik əlamətləri üzrə araşdırma apaarılması əsası (apellyasiya baxışının predmeti olmadığından) mövcud olmamışdır. Bundan əlavə, kollegiya əlilliyin səbəb əlaqəsi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində qeyd edilən XBT kodu F07.0 olan diaqnoz xəstəliyin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” aldığı travma ilə əlaqədar yaranması halı da iş materiallarına olan sənədlər (Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş müvafiq şəhadətnamə, travma haqqında arayış) əsasında öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsassız olmuşdur. Eyni zamanda kollegiya əlilliyin təyinat tarixi ilə bağlı hissədə onu qeyd edir ki, indiki halda iddiaçı barəsində müvafiq tibbi göndəriş ##.##.2025-ci il tarixdə tərtib edilmiş, cavabdeh inzibati orqan iddiaçı barəsində məhz həmin tibbi göndəriş əsasında aparılmış yoxlamanın nəticəsinə dair ##.##.2025-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul etmişdir. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən əlilliyin hansı tarixdən müəyyən edilməsi üçün məhz müvafiq tibbi göndəriş əsasında iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsini ehtiva edən əlilliyin təyin edilməsindən imtina barədə cavabdeh tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarın tarixi əsas götürülməli olduğundan, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə də işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti (müalicə müddətinə aid tələbin ödənilməməsi hissəsində) ilə bağlı qeyd edir ki, indiki halda iddiaçının müraciəti təkrar əlilliklə bağlı olduğundan, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə tibbi göndərişlərin verilməsi” Qaydalarının * nömrəli Əlavəsində iddiaçının əlilliyinin müəyyən edilməsi üçün əsas olan XBT kodu F07.0 olan diaqnoz xətəliklə bağlı tibbi göndərişin tərtib edilməsi üçün müalicə müddətinə aid şərt kimi stasionar müalicə müddəti 10 gün, ambulator müalicə müddəti 2 dəfə nəzərdə tutulmuşdur. Indiki halda iddiaçı barəsində mövcud olan tibbi sənədlər əsasında iddiaçıya münaisbətdə həmin şərtin ödənilməsi halı öz təsdiqini tapmış, cavabdeh tərəfindən isə həmin halı təkzib edən heç bir dəlil təqdim edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlili həmin hissədə də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmuş, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.