Məhkəmə qərarları › İş №2-1(3-8)-1045/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1045/2026

30.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1045/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X6 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Idarəsinin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdehin ##.##.2025-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 44505.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70000 manat məbləğində siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin ##.##.2025-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 44505.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, **YB*** dövlət qeydiyyat nişanlı, “X2 PluginHibrid” markalı, “minik” modelli, 2022-ci il buraxılışlı, qara metallik rəngli, PC545361 mühərrik nömrəli, 1C4RJYE63PC545361 kuzov nömrəli 70000 manat dəyərində nəqliyyat vasitəsi) satılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-*****/**** nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Inzibati Məhkəməsinə göndərilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1 -ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə ##/##/2025 tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin ##/##/2025 tarixə yaranan 44505.22 manat borcuna görə 70000 manat məbləğində əmlakı (bir ədəd, **YB*** dövlət qeydiyyat nişanlı, “X2 Plug-in-Hibrid” markalı, “minik” modelli, 2022-ci il buraxılışlı, qara metallik rəngli, PC545361 mühərrik nömrəli, 1C4RJYE63PC545361 kuzov nömrəli 70000 manat dəyərində nəqliyyat vasitəsi siyahıya alınmış və bu barədə ##/##/2025 tarixli, *********** saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##/##/2025 tarixli Itq məktubu göndərilmişdir. Cavabdehin ##/##/2025 tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 44505.22 manat ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, 2024-ci il dekabr ayının 22-də Cavabdeh MMC-ilə “xxxx”/Gürcüstan şirkəti arasında baqlanmış alqı-satqı mügaviləsinə əsasən tərəflərindən 93 478.70 (doğsan üç min dörd yüz yetmiş səkkiz və 70 qəp) AZN dəyərində olan “X2 Plug-in-Hibrid” markalı, “minik” modelli 2022-ci il buraxılışlı, qara metallik rəngli, PC545361 mühərrik nömrəli, BAN: 1C4RJYE63PC545361 (kuzov nömrəli) minik avtomobili əldə edilmişdir. Müəyyən tələb edilən prosedurlardan sonra Baş Dövlət Yol Polisi Idarəsində qeydiyyatdan kecərək, ## ### 2025-ci il tarixdə əldə edilmiş nəqliyyata dair BB755892№- li Qeydiyyat Şəhadətnaməsi və **YB*** saylı dövlət qeydiyyat nişanı əldə etmişdirlər. Cavabdeh MMC-ilə “X1” MMC (yeni qaydada “xxxx” MMC) arasında bağlanmış ## ###### 2025-ci il tarixli icərə müqaviləsinə əsasən Bakı şəhəri, Suleyman Rüstəm, 33B ünvanında yerləşən 22.6 m2 sahə ofis və anbar istifadəsi üçün götürülmüşdür. ## ##### 2025-ci il tarixdə “xxxx” MMC-lə aralarında bağlanmış ****/** saylı “Malların anbarda saxlama müqaviləsinə” əsasən ## ### 2025-ci il tarixdən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məhsus olan “X2 Plug-in-Hibrid” markalı, “minik” avtomobili daxil olmaqla sirkətin (möhürü, balans üzrə qaliq mallari, muhasibatlıq dövriyyə sənədləri) saxlama məqsədi ilə, tərtib edilmiş akta əsasən, siyahıya alınaraq, “xxxx” MMC-yə şəxsən müdiri, X3, təhvil verilmişdir. ##.##.2025-ci il tarixdə e-mehkeme sistemindən SMS vasitəsi ilə telefonuna daxil olan bildirişə dair ilkin araşdırma apararaq, müəyyən olunmuşdur ki, “xxxx” MMC-nə məxsus olan Bakı şəhəri, Suleyman Rüstəm, 33B ünvanında yerləşən 22.6 m2 ibarət olan və şirkətə icariyə verilən əmlak heç bir xəbərdarlıq edilmədən satılmışdır. ## #### 2025-ci il tarixdə Cavabdeh MMC-in saxlamaya verilmiş möhüründən xəbəri və iştirakı olmadan, saxlama müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq, sirkətə məxsus və saxlanmaya verilmiş “X2 Plug-in-Hibrid” (BAN: 1C4RJYE63PC545361) markalı, “minik” avtomobilini iş ortağı və “xxxx” MMC-nin müdürinin yaxın qohumu olan və Cavabdeh MMC-nın real sahibi X5 adina rəsmiləşdirərək, nəqliyyata dair yeni BB763975№-li qeydiyyat şəhadətnaməsi və **OB*** saylı dövlət qeydiyyat nişanı əldə edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Aynur Axundova). Qərardad onunla əsaslandırılmışdır ki, Dövlət Yol Polisi Idarəsi Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "X2 PLUG-IN HIBRID" markalı **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2025-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, ##.##.2025-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni 10-ОВ-008 dövlət qeydiyyat nişanı təhkim olunaraq X5 adına rəsmiləşdirilmişdir. Iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Iş materialları ilə müəyyən edilir ki, iddia qaldırılan zaman satılması tələb edilən əmlak cavabdehin mülkiyyətində olmamışdır. Iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması, inzibati iş üzrə məhkəmə baxışının dayandırılaraq cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mübahisənin predmeti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin aparılması üçün aidiyyət üzrə istintaq orqanına göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, qeyd olunan hüquq normalarının məzmununa əsasən vergi ödəyicisi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin siyahıya alınmış nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə bağlı alqı-satqı müqaviləsi etibarsız olmuşdur. Belə ki, “əmlakın siyahıya alınması haqqında” ##.##.2025-ci il tarixli qərar, həmçinin “siyahıya alınmış əmlakın vergi orqanına təqdim edilməsi barədə” ##.##.2025-ci il tarixli məktub, vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 303.1-ci maddəsi və Vergi Məcəlləsinin 89.10-cu maddəsi üzrə xəbərdar edilməsi barədə məktub vergi ödəyicisinin vergi orqanında olan elektron kabinetinə rəsmi qaydada göndərilmiş, həmin qərar və məktublar ödəyici tərəfindən oxunmuşdur (Vergi ödəyicisi ilə yazışmalar barədə hesabat şikayətə əlavə olunur). Həmçinin birinci instansiya məhkəməsində icraat zamanı ##.##.2026-cı il tarixli vəsatət verilərək inzibati işin icraatının dayandırılması və inzibati iş üzrə materialların istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi xahiş edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən vəsatətə münasibət bildirilməyərək qiymət verilməmişdir. Belə ki, Azərbaycan Respublikası IPM-in 7.2-ci maddəsinə əsasənInzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsinə əsasən siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın etibar olunmuş şəxs tərəfindən israf edilməsi, özgəninkiləşdirilməsi, gizlədilməsi, həmçinin dəyişdirilməsi, habelə üzərinə həbs qoyulmuş pul vəsaitləri (əmanətləri) ilə bank əməliyyatlarının, o cümlədən ödəniş əməliyyatlarının bank və ya digər ödəniş xidməti təchizatçısının nümayəndəsi tərəfindən həyata keçirilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan hüquq normasının məzmunundan məlum olduğu kimi vergi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 70000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, **YB*** dövlət qeydiyyat nişanlı, “X2 Plug-in-Hibrid” markalı, “minik” modelli, 2022-ci il buraxılışlı, qara metallik rəngli, PC545361 mühərrik nömrəli, 1C4RJYE63PC545361 kuzov nömrəli 70000 manat dəyərində nəqliyyat vasitəsi) satılması birbaşa olaraq Azərbaycan Respublikası CMin 303.1-ci maddəsinin tələblərinin pozulduğunu, siyahıya alınmış əmlak üzərində qanunsuz hərəkətlər edildiyini və cinayət əlamət olduğunu göstərir. Lakin birinci instansiya məhkəməsi qeyd olunanlara qiymət verməyərək iddia ərizəsinin məhkəməyə verildiyi ##.##.2025-ci il tarixi əsas götürməklə yanlış olaraq subyektiv hüququn olmamasına istinad etmiş və nəticədə əsasssız və qanunsuz qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin normasında cinayətin baş verməsini iddia ərizəsinin məhkəməyə verildiyi anla deyil, siyahıya alınma anı ilə müəyyən edir, yəni əmlak siyahıya alındıqdan sonra vergi ödəyicisinin həmin əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hər bir hərəkəti bu cinayətin tərkibini yaradır. Həmçinin o da qeyd olunmalıdır ki, “siyahıya alınmış əmlakın vergi orqanına təqdim edilməsi barədə” ##.##.2025-ci il tarixli məktub vergi ödəyicisi tərəfindən ##.##.2025-ci il tarixdə elektron kabinetdə oxunmuşdur. Lakin birinci instansiya məhkəməsi bu fakta da qiymət verməmiş, cavabdeh tərəfindən biləbilə qanunsuz olaraq siyahıya alınmış əmlakı özgəninkiləşdirməsinə yönəlmiş hərəkətlərinə heç bir qiymət verməyərək iddianı mümkünsüz saymış, bununla da vergi orqanı tərəfindən vergi borcunun tutulmasına yönəlmiş hərəkətləri səmərəsiz etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdehin ##.##.2025-cü il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 44505.22 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 70000 manat məbləğində siyahıya alınmış əmlakının (bir ədəd, **YB*** dövlət qeydiyyat nişanlı, “X2 PluginHibrid” markalı, “minik” modelli, 2022-ci il buraxılışlı, qara metallik rəngli, PC545361 mühərrik nömrəli, 1C4RJYE63PC545361 kuzov nömrəli 70000 manat dəyərində nəqliyyat vasitəsi) satılmasına yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Iş materiallarının araşdırılmasından müəyyən edilir ki, iddia tələbi konkret olaraq cavabdehə məxsus siyahıya alınmış nəqliyyat vasitəsinin satılması yolu ilə vergi borcunun ödənilməsinin təmin edilməsinə yönəlmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin nəqliyyat vasitəsi iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən əvvəl cavabdehin mülkiyyətindən çıxmış və başqa şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Bu halda iddia qaldırılan zaman tələbin yönəldiyi əmlak cavabdehə məxsus olmadığından, həmin əmlakın satılması barədə tələb irəli sürülməsi üçün zəruri hüquqi əsas mövcud olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab etməkdə haqlı olmuşdur. Iddiaçı apellyasiya şikayətinin dəlillərində nəqliyyat vasitəsinin siyahıya alındıqdan sonra özgəninkiləşdirilməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 303.1-ci maddəsinin tələblərini pozduğu, alqı-satqı müqaviləsinin etibarsız olduğu və bu səbəbdən iş üzrə icraatın dayandırılaraq materialların istintaq aidiyyəti üzrə göndərilməli olduğu göstərilsə də, həmin dəlillər hazırkı inzibati mübahisənin predmetinə aid deyildir. Belə ki, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin cinayət qanunvericiliyinin tələblərini pozub-pozmaması, həmin hərəkətlərdə cinayət tərkibinin olub-olmaması, yaxud alqı-satqı müqaviləsinin etibarlılığı məsələləri müvafiq səlahiyyətli orqanlar tərəfindən ayrıca icraat qaydasında qiymətləndirilməli olan hallardır. Hazırkı iş üzrə isə məhkəmə yalnız iddia ərizəsinin verildiyi tarixdə iddiaçının irəli sürdüyü tələbin hüquqi əsaslarının mövcud olub-olmamasını qiymətləndirir. Bundan başqa cinayət əməlinin əlamətlərinin mövcud olduğu halda vergi orqanı özü də vergi ödəyicisinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. Iş materialları ilə müəyyən olunduğu kimi, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdə satılması tələb edilən nəqliyyat vasitəsi artıq cavabdehin mülkiyyətində olmamışdır. Sonradan həmin özgəninkiləşdirmənin qanuniliyinin və ya qanunsuzluğunun müəyyən edilməsi bu iş üzrə irəli sürülmüş tələbin hüquqi əsaslarının mövcud olmaması faktını aradan qaldırmır və iddiaçının məhz bu iddia ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu təsdiq etmir. Odur ki, iddiaçının hazırki iddia tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti üzrə araşdırılması hüquqi baxımdan mümkün olmadığından, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar