Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1046/2026 11.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X6 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı, 65 yaşının tamam olduğu ## ###### 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə üzrə Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## ###### 1960-cı ildə anadan olmaqla, mövcud qanunvericiliyə uyğun olaraq 2025-ci ilin ######ın ##-də 65 yaşım tamam olmuş və pensiya yaşına çatmışdır. Bununla əlaqədar pensiya məbləğinin hesablanması üçün yanvarın 16-da Abşeron rayon Dost Mərkəzinə müraciət etmişdir. Müraciətinə əsasən 23 il 7 gün əmək stajı nəzərə alınmaqla cəmi 220 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Məlum olmuşdur ki, əmək stajı hesablanarkan səhvən 1999-cu ildən 2002-ci ilə qədər olan işlədiyi dövr nəzərə aınmamışdır. Bununla əlaqədar ərizə ilə DOST-a müraciət etmişdir. Onlar da ərizəni Sosial Müdafiəsi Nazirliyinin müvafiq idarəsinə ünvanladılar. Ərizəsinə SÖTMF tərəfindən ## #### 2025-ci il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubun məzmununda belə bir izahat verilmişdir: “....X1 regional filialının tərtib etdiyi ##.##.2025-ci il tarixli akta əsasən Şamaxı rayonu Qonaqkənd * nömrəli fermer təsərrüfatının X3 filialında saxlanılan arxiv sənədlərində əmək kitabları və 1999-2002-ci illərə aid əmək haqqı cədvəlləri aşkarlanmadığı üçün adınıza əmək haqqı hesablanmayan ayların sıgoıta stajına daxil edilməsi mümkün olmamışdır.” 30 il rəsmi olaraq əmək stajına malik olmağını sübut etmək üçün Dövlət Arxiv idarəsinin Şamaxı filialına müraciət etmişdir. Arxivdən Fondun qeyd etdiyi nəinki 1999-2002-ci illər, hətta 1985-2002- ci illərə aid əmək haqqı cədvəllərinin surətini rəsmi olaraq alıb DOST mərkəzi xətti ilə Fonda ## ##### 2025-ci ildə göndərmişdir. Xeyli müddət gözləsə də heç bir cavab verilməmişdir. Məcbur olub tez-tez DOST mərkəzinə və Pensiya fonduna telefonla zəng vururdu. Fonddan deyirdilər ki, hələ araşdırma gedir. Nəhayət dözməyib Sosial Müdafiə Fonduna getmişdir. Orada deyilmişdir ki, imtina vermişik, yazılı surətdə sənə göndərəcəyik. Xeyli müddət gözləsə də cavab gəlməmişdir. Nəhayət məcbur olub təkrar ##.##.2025-ci il tarixdə Fonda getmişdir. Orada ## ###### 2025-cil tarixli məktubu təqdim etmişdirlər. Iddiaçı faktiki olaraq aldığı 12.09.25-ci il tarixini qeyd edərək, məktubu almışdır. Ikinci cavab məktubu demək olar ki, birinci cavab məktubu ilə eynilik təşkil edir. Lakin ikinci məktubda həqiqətin əksi olaraq göstərilmişdir ki,”...X1 regional Filialının ##.##.2025-ci il tarixli aktında qeyd olunan məlumatlara əsasən 1994-2002-ci il illər üzrə əmək əməkhaqqı məbləğləri, üzərində “xxxx” yazılan dəftərdə qeyd olunub və hansı müəssisəyə aid olmasına dair təsdiqedici heç bir qeyd,imza yoxdur,eyni zamanda qeyd edilmiş məbləğlər əməyin Ödənişi cədvəllərində qeyd edilən məbləğlərə uyğun olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd etdiyi kimi Fondun bu dəlili qətiyyən həqiqəti əks etdirmir. Əvvəla təqdim etdiyi əməkhaqqı cədvəllərində müvafiq imza və möhür vardır. Ikinci də sənədin kötüyü olan, adı çəkilən “xxxx” hazırda Şamaxı rayon arxivində saxlanılır. Həmin dəftərdə Fondun göstərdiklərinin əksi olaraq imza və möhür vardır.Yeri gəlmişkən Şamaxı rayon arxiv idarəsi əməkdaşınin deməsinə görə onlar imzanın və möhürün xxxxndə olmaması haqqında kimi məlumatı Fonda yazmamışlar. Nə səbəbə belə yanlış, doğru olmayan məlumatın Fond tərəfindən verilməsi onlara aydın deyildir. Həqiqətin müəyyən olunması üçün məhkəmə tərəfindən “xxxxnin” tələb olunaraq araşdırılmasını xahiş edir. Beləliklə də göstərdiyi kimi qanuni hüquqları Fond tərəfindən pozularaq faktiki əmək snajının müddətini süni olaraq aşağı salmaq yolu ilə pensiya məbləği aşağı salınaraq qanuni mənafelərinə uyğun olmayan qərar qəbul etmişlər. Ona görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Ilkin olaraq bildirirlər ki, iddiaçının təqdim etdiyi ##.##.1985-ci il tarixli əmək kitabçasına və Я ****** nömrəli diplomun surətinə əsasən ## ##.1975-ci il tarixindən ##.##.1979-cu il tarixinədək təhsil aldığı müddət, *** nömrəli kolxozçunun əmək kitabçasının surətinə əsasən ##.##.1979-cu il tarixindən ##.##.1980-ci il tarixinədək, 1980- 1982-ci illər üzrə 2 il 5 ay əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası X3 Filial nın ##.##.2025-ci il tarixli arxiv arayışına əsasən ##.##.1985- ci il tarixindən ##.##.1985-CI il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1985-ci il tarixinədək, ##.##.1985-ci il tarixindən ##.##.1989-cu il tarixinədək, ##.##.1989-cu il tarixindən ##.##.1994-cü il tarixinədək əməkhaqqı aldığı dövrlər, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində olan məlumata əsasən ##.##.2020- ci il tarixindən ##.## 2021-ci il tarixindədək, ##.##.2021-ci il tarixindən ##.##.2021-ci il tarixinədək. ##.##.2022-ci il tarixindən ##.##.2022-ci il tarixinədək, ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən 2 il 1 ay 1 gün sığorta stajı nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı 17 il 4 ay 15 gün təşkil edir. Həmçinin iddiaçının ##.##.2006-cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixinədək 15 il 4 ay 14 gün sığorta stajına uyğun olaraq 15830,56 manat, ## ##.2020-ci il tarixindən ## ##.2024-cü il tarixinədək 2166,65 manat olmaqla ümumilikdə 17997,21 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (230 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildirilmişdir ki, ##.##.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Iddiaçının təqdim etdiyi X3 Filialının ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli arxiv arayışlarının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan Şamaxı rayonu "Nəsimi" adına kolxozda 1985-ci il üzrə, “Pravda" sovxozunda 1985-1989-cu illər üzrə. “Qonaqkənd" fermer təsərrüfatında 1989-1998-ci illər üzrə və "Qonaqkənd * nömrəli fermer təsərrüfatında" 1998-2002cı illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və müvafiq qurumlara sorğu göndərilmişdir. 1985-1989-cu illər və 1989-1998-ci illər üzrə iddiaçının əmək fəaliyyəti dövrləri zamanı adına əməkhaqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Məlumat üçün bildirirlər ki, X1 regional Filialının ##.##.2025-ci il tarixli aktında qeyd olunan məlumatlara əsasən 1994-2002-ci illər üzrə əməkhaqqı məbləğləri, üzərində “xxxx” yazılan dəftərdə qeyd olunub və hansı müəssisəyə aid olmasına dair təsdiqləyici heç bir qeyd, imza yoxdur, eyni zamanda qeyd edilmıiş məbləğlər əməyin ödənişi cədvəllərində qeyd edilən məbləğlərə uyğun olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə ümumi sığorta stajı 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləri araşdırılaraq pensiya təyinatı hüquq jna yenidən baxılacaqdır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya ##.##.2025-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı dey Idir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş. ##.##.2024-cü il tarixdən (əmək müqaviləsinə xitam verildiyi tarixdən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0 1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərt ərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlir ərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qeyd olunan norma öz əksini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında da tapmışdır. Belə ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlir ərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0 2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zananı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7- ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası huququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaycada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il ## ###### tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Qaydaların 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Qaydaların 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “Iş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “." nömrəli qeyd etibarsızdır". Qaydaların 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. Işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı kifayət qədər olmadığı üçün (20 il 4 ay 20 gün) ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Iddiaçının əmək kitabçasının surəti, arxiv arayışları iş materiallarına əlavə edilmişdir. X3 filialının ## ##### 2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1985-ci illərdə Şamaxı rayonunun Nəsimi adına Sovxozda, 1985-1989-cu illərdə Pravda sovxozunda, 1989-1994-cü illərdə Qarakənd fermer təsərrüfatında işləmişdir. X3 filialının ## ##### 2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1995-1998-ci illərdə Şamaxı rayonunun Qonaqkənd fermer təsərrüfatında, 1998-2002-ci illərdə X5 Komissiyasında işləmişdir. Sığortaolunan hesab məlumatları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X3 filialının ## #### 2026-cı il tarixli məktubu ilə İddiaçı işləməsi haqqında məktubunuza cavab olaraq 1982-1983-cü illərdə H.Aslanov kolxozunda, 1995-1998-ci illərdə Qonaqkənd fermer təsərrüfatında, 1998-2002-ci illərdə Qonaqkənd Aqrar islahat komissiyasında işləyib aldığı aylıq əmək haqqı barədə Arxiv Arayışı məhkəməyə təqdim edilmişdir. Qeyd edilmişdir ki, Moskva sovxozunun əmək haqqı cədvəlləri tam təhvil verilmədiyi üçün, Bakı sovxozunun heç bir sənədi, Qonaqkənd fermer təsərrüfatının əmr kitabı X2 filialına təhvil verilmədiyi üçün məktubu cavablandıra bilmirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, ## #### 2025-ci il tarixli qarşılıqlı yoxlama aktında iddiaçının adının əmək kitablarında və cədvəllərində hər dəfə fərqli olmaqla yəni, Məcun, Məcnun, Məcdun kimi qeyd edilmişdir. Bundan başqa iddiaçının təqdim etdiyi kolxozçunun əmək kitabçasında olan dövrlərə dair qeydlərin bir çoxusu ağardıcı ilə düzəldilmiş və ya qaralanmışdır. Bu isə təqdim edilən sənədlərin mötəbərliyini şübhə altına alır. b) Iddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdehin tələbi tamamilə əsassız və qanunsuzdur. Bu sübutların söz olaraq inkar edilməsi əsaslı dəlil kimi qəbul edilə bilməz. Bəzi sənədlərdə “Məcdun” sözü əvəzinə “Məcnun” kimi qeyd edilməsi cavabdeh tərəfindən bir bəhanə kimi istifadə etmişdir ki, bu da məhkəmə tərəfindən haqlı olaraq əsaslı dəlil kimi qəbul edilməmişdir. Əvvəla ona görə ki, məhkəmə işəbaxmağa başlayarkən iddiaçının şəxsiyyətini dəqiqləşdirərək işə baxıb qərar çıxarmışdır. Ikinci də əgər iddiaçının şəxsiyyət məsələsində şübhələr var idisə o başqa icraat olaraq məhkəməyə müraciət edə bilərdi. Bu və bu ki əsassız bəhanələri ilə cavabdeh məhkəmənin qanuni qərarına kölgə sala bilməz. Belə ki, məhkəmə tərəfindən cavabdehin bütün dəlilləri araşdırılmış və hər birinə hüquqi qiymət verilərək sonda qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, qəbul edilmiş qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRI-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Iş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. Iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“Inzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Inzibati Prosessual Məcəllə: Maddə 12. Işin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1960-cı il təvəllüdlü olmaqla, onun pensiya yaşına, 65 yaşa çatması işin mübahisəsiz halıdır. Mübahisənin əsasını iddiaçının 1994-2002-ci illərdə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsinin mümkün olub-olmaması təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Iş materiallarından görünür ki, iddiaçının əmək kitabçasında mübahisələndirilən dövrlərdə onun müvafiq müəssisələrdə əmək fəaliyyəti göstərməsi barədə qeydlər mövcuddur. Həmin qeydlərin həqiqiliyini və ya düzgünlüyünü şübhə altına alan, yaxud iddiaçının göstərilən dövrlərdə faktiki olaraq işləmədiyini təsdiq edən mötəbər sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Cavabdeh tərəfindən iddiaçının 1994-2002-ci illərdə əmək fəaliyyətinə dair əməkhaqqı məlumatlarının üzərində “xxxx” yazılmış dəftərdə əks olunması və həmin sənədlərin hansı müəssisəyə aidiyyətinin təsdiq edilməməsi də qeyd olunan nəticəni dəyişmir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X3 filialının ## ##### 2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı 1985-ci illərdə Şamaxı rayonunun Nəsimi adına Sovxozda, 1985- 1989-cu illərdə Pravda sovxozunda, 1989- 1994-cü illərdə Qarakənd fermer təsərrüfatında işləmişdir. Eyni zamamda arayışda qeyd edilmişdir ki, İddiaçı 1995-1998-ci illərdə Şamaxı rayonunun Qonaqkənd fermer təsərrüfatında, 1998-2002-ci illərdə X5 Komissiyasında işləmişdir. Arxiv fondunun sənəd materiallarında olan əmək haqqı qeydləri əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X3 filialının ## #### 2026-cı il tarixli məktubu ilə İddiaçı 1982-1983-cü illərdə H.Aslanov kolxozunda, 1995-1998-ci illərdə Qonaqkənd fermer təsərrüfatında, 1998-2002- ci illərdə Qonaqkənd Aqrar islahat komissiyasında işləyib aldığı aylıq əmək haqqı barədə Arxiv Arayışı məhkəməyə təqdim edilmişdir. Həmçinin Aqrar islahat komissiyasının protokolunun və işdən azadolunma barədə əmrin surəti təqdim edilmişdir. Cavabdeh inzibati orqan iş materiallarında olan imtinasında iddiaçının 23 il 7 gün sığorta stajını qəbul etsədə, məhkəmə prosesi gedişində əsassız olaraq iddiaçının vəziyyətini ağırlaşdıran mövqedən çıxış etmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının 1994-2002-ci illərdə işləmədiyini təsdiq edən hər hansı mötəbər sübut əldə edilməmişdir. Bu mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar xarakterli mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinə də uyğundur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli, № *-1(102)- ***/**** saylı qərarı) Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan dəlillər iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. Iddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə iş materiallarında sübutlar mövcud olduğundan, həmin sübutların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Inzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası cavabdehin ## #### 2025-ci il tarixli qarşılıqlı yoxlama aktında iddiaçının adının əmək kitablarında və əmək haqqı cədvəllərində müxtəlif formalarda, o cümlədən “Məcun”, “Məcnun” və “Məcdun” kimi qeyd edilməsi, habelə iddiaçı tərəfindən təqdim edilmiş kolxozçunun əmək kitabçasında müvafiq dövrlərə dair qeydlərin bir qisminin ağardıcı maddə ilə düzəldilməsi və ya qaralanması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qeyd olunan uyğunsuzluqlar yalnız sənədlərin forma və tərtibatına aid olmaqla, özlüyündə iddiaçının həmin müəssisədə və ya kolxozda əmək fəaliyyəti göstərmədiyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Birinci istansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı ##.##.1975-##.##.1979-cu il təhsil dövrü, ##.##.1985-##.##.1985-ci il, ##.##.1985- ##.##.1989-cu il, ##.##.1989-##.##.2002-ci il işlədiyi dövrlər, həmçinin, kolxozda işlədiyi və cavabdeh tərəfindən mübahisələndirilməyən 1980-1982-ci illər üzrə 2 il 5 ay, fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış və cavabdeh tərəfindən mübahisələndirilməyən 2 il 1 ay 1 gün cəmi 24 il 10 ay 19 gün təşkil edir. Həmçinin iddiaçıya məxsus kolxozçunun kitabçasında 1983 və 1984-cü illərin qeyd edildiyi hissənin üzərində düzəlişlərin edildiyi nəzərə alaraq məhkəmə tərəfindən X3 filialına sorğu verilmiş, ##.##.2026-cı il tarixli arayışda 1983-cü il üzrə iddiaçının H.Aslanov adına kolxozda 309 adam günü (minimum 200-175) işlədiyi, əmək haqqı (pul) 1628-30 olaraq qeyd edilmişdir. Beləliklə, təqdim edilmiş arxiv arayışında qeyd edilmiş 1983-cü il kolxozda işlədiyi dövr nəzərə alınmaqla iddiaçının 25 il 10 ay 19 gün ümumi iş stajı yaranmış olur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTICƏVI HISSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.