Məhkəmə qərarları › İş №2-1(3-8)-1047/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1047/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1047/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X4 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları Iddiaçı ##.##.1961-ci il təvəllüdlüdür. O, 1979-1984-cü illərdə ali təhsil almış, ##.##.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış, ##.##.2015-ci il tarixdən hazıradək Respublika Taun Əleyhinə Stansiyada (indiki “xxxx” publik hüquqi şəxs) işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, fərdi hesabının sığorta hissəsində 2016-cı ilin oktyabr, 2019-cu ilin iyul, 2020-ci il dekabr, 2024-cü ilin oktyabr ayları üzrə (ümumilikdə 4 ay) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı qeydə alınmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 10 gün((##.##.2015- ##.##.2016-cı il, ##.##.2016-##.##.2019-cu il, ##.##.2019-##.##.2020-ci il, ##.##.2021- ##.##.2024-cü il, 01.11.20204-##.##.2025-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2025-ci il tarixli. **/** nömrəli arayışından görünür ki, İddiaçı ##.##.2015-ci il tarixdən xxxx” X3 mühəndis vəzifəsinə işə qəbul olunmuş, ##.##.2020-ci il tarixdən bu günə kimi texniki şöbənin bölmələr üzrə baş mühəndis vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş 2 N-li Siyahısımım XXlV bölməsinin (Səhiyyə və sosial təminat idarələri) 22600000-1754a şifrəsi (tauna qarşı idarələrdə məşğul olan işçilər), ## ###### 2007-ci il tarixli 12 N-li Qərarın 19 (tibb və sosial təminat), 19.5 (tauna qarşı müəssisələrdə məşğul olan işçilər) bəndləri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 24.0.3-cü bəndinə əsasən “xxxx” PHŞ-nin işçilərinə şamil olunur. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2025-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, ##.##.1961-ci il təvəllüdlüdür. ##.##.2015-ci il tarixdən “xxxx” X3 mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. ##.##.2020-ci il tarixindən həmin publik hüquqi şəxsdə texniki şöbənin bölmələr üzrə baş mühəndisi vəzifəsinə təyin olunmuşdur. Bu günə qədər “xxxx” X3 işləmişdir. 2025-cı ilədək 9 il 8 ay 10 gün sığorta stajı vardır. Iddiaçı İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin onun müraciət etdiyi vaxt kifayət qədər əmək stajı, zərərli iş stajına olmasına və pensiya kapitalı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. 2025-ci il ######ın #-da iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən rəsmi məktubla müraciətinə imtina cavabı təqdim olunmuşdur. Həmin məktubda qeyd olunur ki, iddiaçı İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması üçün tələb olunan minimum 10 il güzəştli iş stajına malik olmadığı üçün əsas gətirilmişdir. Müvafiq olaraq, fond tərəfindən təqdim edilən sənədlərə əsasən iddiaçı İddiaçı cəmi 9 il 8 ay 10 gün güzəştli iş stajının olduğu bildirilmiş və buna görə də pensiya təyin edilməsindən imtina edilmişdir. Imtina məktubunda qeyd olunmuş müddəalar hüquqi cəhətdən birtərəfli və natamam şərh olunmuş, qanunvericilikdə nəzərdə tutulan güzəşt halları və xüsusi iş şəraiti diqqətə alınmamışdır. Belə ki, 9.1-ci maddəyə əsasən incəsənətin xüsusi sahələrində, yeraltı və xüsusilə zərərli, ağır əmək şəraitində azı 10 il çalışmış şəxslər üçün pensiya yaşı 5 il azaldılmaqla yaşa görə pensiya hüququ nəzərdə tutulmuşdur. Lakin bu müddəa təkbaşına tətbiq edilərkən, “Əmək pensiyaları haqqında” Qanunun digər müvafiq müddəaları ilə birgə şərh edilməlidir. Xüsusilə, 24.0.3-cü maddəyə görə, güzəştli şərtlərlə stajın hesablanması zamanı müəyyən sahələrdə çalışmış şəxslərin stajı ikiqat ölçüdə hesablanır. Mənim çalışdığım müəssisə - "xxxx" - məhz həmin siyahıya daxil olan müəssisələrdən biridir və bu barədə iş yerindən aldığım arayışla sübuta yetirilmişdir. Arayışda aydın şəkildə göstərilmişdir. Belə ki, arayışda qeyd edilmişdir ki, “İddiaçı həqiqətən ##.##.2015-ci ildə "xxxx" puhlik lıüqııqi şəxsində (əvvəlki S.Imaməliyev adına Respublika Taun əleyhinə Stansiya) mühəndis vəzifəsinə işə qəbul olunmuş, ##.##.2020- ci il tarixdən bu günə kimi isə texniki şöbənin bölmələr üzrə baş mühəndisi vəzifəsində işləyir. ” Iddiaçı ##.##.2015-ci ildən ##.##.2020-ci ilə qədər mühəndis vəzifəsində işə qəbul edilmiş, ##.##.2020-ci ildən bu günə qədər xxxxndə (əvvəlki adı Taun Əleyhinə Stansiya) texniki şöbənin bölmələr üzrə baş mühəndisi vəzifəsində çalışır. Burada olan 9 ildən çox iş stajı 2 qat hesablanmalı idi. Çünki, "Əmək pensiyaları haqqında" Qanunun 24.0.3-cü maddəsinə əsasən cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Cavabdeh iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinə Mərkəzi Filialda baxılaraq, onun qanunvericiliklə tələb olunan (12 il 6 ay) güzəştli stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Vətəndaşlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 tələb mövcud olmalıdır: şəxs qanunvericiliklə tələb olunan yaş həddinə çatmalı; şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq) və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalı; şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış olmalıdır. Ilk tələbə münasibətdə bildirilir ki, ##.##.1961-ci il təvəllüdlü iddiaçı İddiaçı pensiya hüququ 60 yaşının tamam olduğu ##.##.2021-ci il tarixindən yaranmışdır. Lakin həmin dövrdə qüvvədə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verən həddə pensiya kapitalı qeydə alınmadığından iddiaçının pensiya hüququ qanunvericiliyə edilən dəyişikliyə uyğun pensiya kapitalı tələbinin ortadan qalxdığı ##.##.2022-ci il tarixindən yaranmışdır. Ikinci tələbə münasibətdə bildirilir ki, iddiaçının ümumi sosial sığorta stajı mübahisələndirilmir. Qanunvericiliklə tələb olunan 25 il ümumi sosial sığorta stajı tamamlanmışdır. Üçüncü tələbə münasibətdə bildirilir ki, iddiaçının qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəşti iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı İddiaçı Mərkəzi Filiala təqdim etdiyi ******** nömrəli əmək kitabçası və ## ###### 2025-ci il tarixli **/** nömrəli arayışında onun ##.##.2015-ci il tarixindən ##.##.2020-ci il tarixinədək “xxxx” X3 mühəndis vəzifəsində, ##.##.2020-ci il tarixinədək bugünədək isə texniki şöbənin bölmələr üzrə baş mühəndisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin Sığorta Alt Sisteminə baxış keçirdikdə, iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində 2016-cı ilin oktyabr, 2019-ci ilin iyul, 2020- ci ilin dekabr, 2024-cü ilin oktyabr ayları ərzində (ümumilikdə 4 ay) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı qeydə alınmadığı müəyyən olunmuşdur. Beləliklə, Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları iddiaçının iş stajına daxil etmək tərəfimizdən mümkün olmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 10 gün ((##.##.2015-##.##.2016-cı il, ##.##.2016- ##.##.2019-cu il, ##.##.2019- ##.##.2020-ci il, ##.##.2021-##.##.2024-cü il, ##.##.2024- ##.##.2025-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. 2020-ci ilin dekabr, 2024-cü ilin oktyabr avları iddiaçının güzəştli iş stajına daxil edildikdə belə, qanunvericiliklə tələb olunan (12 il 6 ay) staj tamamlanmır. Göründüyü kimi, 2016, 2019 və 2020-ci il tarixindən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Iddiaçının 2016-cı ilin oktyabr, 2019-ci ilin iyul, 2020-ci ilin dekabr, 2024-cü ilin oktyabr ayları üzrə (ümumilikdə 4 ay) əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmçinin işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat pensiya alt sistemində (PAS) əks olunmadığından, eləcə də “X8 Sistemi”nin Sığorta Alt Sisteminin X6 Statistika keçidinin Sığortaolunanların fərdi şəxsi hesabına baxış bölməsindən əldə edilmiş məlumatlara əsasən vətəndaş sığortaolunan kimi aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyildir. Ali Məhkəmənin qeyd olunan qərarında sözügedən işin faktiki hallarından fərqli olaraq hazırki iş üzrə iddiaçı İddiaçı “xxxx” X3 mühəndis vəzifəsində işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində bütün digər aylar üzrə məcburi dövlət sosial sığorta haqları barədə ödənişlərin həyata keçirilib yalnız 2016cı ilin oktyabr, 2019-ci ilin iyul, 2020-ci ilin dekabr, 2024-cü ilin oktyabr ayları üzrə (ümumilikdə 4 ay) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı qeydə alınmaması ağlabatan deyildir. Məhz bu hal iddiaçının həmin 4 ay ərzində əmək fəaliyyəti ilə məşğul olmadığını birbaşa olaraq sübuta yetirir. Beləliklə qeyd olunanlara əsasən iddiaçı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etdiyi ##.##.2025-ci il tarix nəzərə alınmaqla ##.##.2025-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan imtinasını və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının cüzam və taun əleyhinə müəssisədə işlədiyi müddət “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə uyğun olaraq yalnız onun ümumi iş stajı hesablanarkən nəzərə alınmalıdır. Həmin müddət güzəştli iş stajı hesablanarkən ikiqat ölçüdə nəzərə alınmamalıdır. Məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 24.0.3-cü maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə hesablanması göstərilmişdir. Qeyd olunan normada yalnız ümumi stajın hesablanması barədə birbaşa göstəriş mövcud deyildir. Məhkəmə hesab etmişdir ki, şəxsin qeyd olunan müəssisədə işlədiyi dövrün ikiqat ölçüdə hesablanması həm ümumi, həm də xüsusi stajına münasibətdə nəzərə alınmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsi cüzam və taun əleyhinə müəssisədə işləyənlərə münasibətdə həmin Qanunun 9.1-ci maddəsində tələb olunan xüsusi sosial sığorta stajının (12 il 6 ay) yarısını, yəni 6 il 3 ay kimi hesablanmasını nəzərdə tutur. Əks halda qeyd olunan norma həmin kateqoriyadan olan şəxslərə münasibətdə heç bir güzəşt müəyyən etmiş olmazdı. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. M a d d ə 24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: (...) 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ##.##.2025-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən fərdi hesabının sığorta hissəsində 2016-cı ilin oktyabr, 2019-cu ilin iyul, 2020-ci il dekabr, 2024-cü ilin oktyabr ayları üzrə (ümumilikdə 4 ay) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya sığorta kapitalı qeydə alınmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün mümkün deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (9 il 8 ay 10 gün((##.##.2015-##.##.2016-cı il, ##.##.2016-##.##.2019-cu il, ##.##.2019-##.##.2020-ci il, ##.##.2021-##.##.2024-cü il, 01.11.20204-##.##.2025-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh iddiaçının güzəştli iş stajını ikiqat ölçüdə hesablamaqdan imtina edir və bu mövqeyini onunla əsaslandırır ki,”Əmək pensiyaları haqqında” Qanunun 24.0.3-cü maddəsi güzəştli deyil, ümumi sığorta stajının hesablanması zamanı nəzərə alınmalı normadır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması; b) azı 25 ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ##.##.1961-ci il təvəllüdlü olmaqla, ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Qeyd edilməlidir ki, imtina əsası kimi cavabdeh inzibati orqan yalnız güzəştli iş stajına aid şərtin ödənilməməsi ilə bağlı hallara istinad etmişdir. Bu baxımdan indiki halda işin mübahisəli halı qismində iddiaçının qanunla tələb olunan güzəştli iş stajına malik olub-olmaması ilə bağlıdır. Kollegiya şəxsi hesabla bağlı imtina cavabına münasibətdə qeyd olunmalıdır ki, iddiaçının ## #### 2022-ci il tarixdən sonra müraciət etməsi nəzərə alınaraq, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı məbləğinin mövcudluğu şərti bu tarixdən etibarən qanunvericilikdən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının “xxxx” adlanan 19-cu bəndinə əsasən tauna qarşı müəssisələrdə məşğul olan işçilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxslərə aid edilmişdir. Hazırki iş üzrə mübahisəli hal cavabdehin iddiaçının cüzam və taun əleyhinə müəssisədəki fəaliyyət dövrünün güzəştli iş stajı hesablanarkən ikiqat ölçüdə nəzərə alınmaması və bununla da 12 il 6 ay güzəştli stajın toplanmaması iddiası ilə bağlıdır. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.3-cü maddəsində cüzam və taun əleyhinə müəssisələrdə iş müddətinin ikiqat ölçüdə hesablanması nəzərdə tutulmuş və bu normada sözügedən güzəştin yalnız ümumi staja tətbiq olunması barədə hər hansı məhdudlaşdırıcı şərt müəyyən edilməmişdir. Zərərli və təhlükəli iş şəraitində çalışan şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədini daşıyan həmin normaya əsasən, cüzam və taun əleyhinə müəssisələrdə işlənmiş müddətin ikiqat ölçüdə hesablanması həm ümumi, həm də xüsusi (güzəştli) staja şamil olunmalıdır. Əks halda, qanunvericinin bu kateqoriyadan olan şəxslər üçün müəyyən etdiyi güzəşt öz hüquqi mahiyyətini və əhəmiyyətini itirmiş olar. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarında da nümayiş olunmuşdur. Digər tərəfdən şəxsin bir müəssisədə işlədiyi iş dövrü necə ki, onun həm ümumi, həm xüsusi (güzəştli) stajına hesablanır, eyni ilə burada da iddiaçının işlədiyi dövrün ikiqat ölçüdə hesablanması onun həm ümumi, həm də xüsusi stajına tətbiq olunması zamanı nəzərə alınmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, yalnız qeyd edilən əsasa istinad edilməklə, iddiaçının sosial təminat hüququnun məhdudlaşıdırlması ilk növbədə qanunvericiliyin norma prinsiplərinin tələbinə zidd olmuşdur. Cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlil əsassız olmaqla iddiaçının hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Belə ki, iddiaçı əmək şəraiti ağır olan işlərdə çalışmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi iddiaçının konstitusion hüquqlarının pozulması kimi nəzərə alına bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar