Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2-1(3-8)-1048/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı iş üzrə (Üçüncü şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0,32 ha torpaq sahəsi üzrə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin dövlət çıxarışının verilməsi barədə qərar qəbul edilməsi, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz olunmasını, Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi üzərində mərhum X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir xahiş etmişdir. Iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X1 məxsus Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə ##.##.2025-ci il tarixində Daşınmaz Əmiakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin idarə tərəfindən ##.##.2025-ci il tarixli, №*-**-*-**/*-****-**** nömrəli məktubla müraciətinə mənfi cavab verilmiş, qeyd olunmuşdur ki, torpağa dair təqdim edilən JN-*** nömrəli (KOD 30311018) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verildiyi üçün və elektron bazada xəritə üzrə məlumat tapılmadığından qeydiyyat aparılmır. Halbuki, təqdim etdiyi dövlət aktı rəsmi sənəd olub, torpaq sahəsinə dair faktiki mülkiyyət hüququnu təsdiqləyir və onun hüquqi qüvvədən salınması barədə hər hansı məhkəmə qərarı və ya qanuni əsas mövcud deyil. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İddiaçı Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən mərhum X1 məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə əlavə olunmuş, JN-*** nömrəli (KOD 30311018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən cavabdeh1n * saylı Xaçmaz Ərazi Idarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında qeydiyyata alınmamışdır. Bundan əlavə, JN-*** nömrəli (KOD 30311018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın cizgisi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, ərizənin icrasından ##.##.2025-ci il tarixli, *-**-*-**/*-H-****/**** nömrəli məktubla imtina edilmişdir. Eyni zamanda, bildirilir ki, JN-*** nömrəli (KOD 30311018) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın cizgisi elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb- düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən 0,0870 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilmişdir (hakim Mehriban Mahmudlu- Abbaszadə). Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia tələbi “Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən 0,2330 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin iş üzrə ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi “Quba rayonu, Vladimirovka kəndi ərazisində yerləşən 0,0870 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulması” hissəsində təmin edilmişdir. Mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahəsinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxsin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan mümkün sayıla bilməz. Iddiaçı hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından hüquqi marağına çatmaq üçün çıxarışın mübahisələndirilməsi barədə iddia qaldıra bilər. Iddiaçının qaldırdığı hazırki iddia iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz. Ona görə də, iddiaçının hazırki iddiaya hüquqi marağı müəyyən edilmir və belə olan halda iddia mümkün sayıla bilməz. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Respublikamızda torpaq islahatı aparılarkən Quba rayonu, Vladimirovka kəndi ərazisində özəlləşdirilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin adambaşına düşən torpaq norması 0,32 ha müəyyən edilmişdir və buna uyğun olaraq hər bir torpaq payı almaq hüququ olan sakinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mərhum atam X1 da mülkiyyətinə həmin ölçüdə torpaq sahəsi verilmiş, bu barədə JN *** nömrəli KOD 30311018 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Torpaq sahəsi naturada ayrılaraq təhkim edilmişdir, Həmin vaxtdan torpaq sahəsi mülkiyyətimizdə, sahibliyimizdə və istifadəmizdədir. Eyni zamanda qonşu torpaq sahələrinə aid Dövlət Aktlarında X1 adı qonşu torpaq mülkiyyətçisi kimi göstərilmişdir. Belə olduğu təqdirdə JN *** nömrəli KOD 30311018 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X1 mülkiyyətinə verilmiş torpaq sahəsinin cizgiləri daxilində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin olması mümkün deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin məhkəmə iclasında verdiyi izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3.Iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ##### 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. Iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. Iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. Iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı “0,32 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi”nə nail olmağa yönəlmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia tələbi 0,2330 ha torpaq sahəsinə aid hissədə mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Kollegiya hazırki iş üzrə iddianın mümkünlüyü ilə bağlı dəyərləndirmə apararaq, qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki və hüquqi halları ətraflı araşdırılaraq, iddianın mümkünlüyü mərhələsində qanunvericiliyin və məhkəmə təcrübəsinin tələbinə uyğun olaraq düzgün dəyərləndirmə aparmış, kollegiya həmin dəyərələndirmə ilə razıdır. Bundan əlavə, kollegiya qeyd edir ki, Quba rayonu AIK-nın ## ###### 1998-ci il tarixli ** saylı qərarı ilə mərhum şəxsin adına 0,32 ha torpaq sahəsi ayrılmış və onun əsasında adına JN-*** nömrəli Dövlət Aktı tərtib edilmişdir. Işin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsinin 0,2330 ha hissəsi üzərində bələdiyyənin adına mülkiyyət hüququ qeydə alınmış (## ### 2022-ci il tarixli ** saylı bələdiyyə qərarı əsasında), onun adına ************ reyestr nömrəli Çıxarış tərtib edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahələrinin üstə-üstə düşməsi TEKUIS-də dürüstləşmə işlərinin aparılması və ya sürüşmə halının baş verməsi ilə bağlı ortaya çımamış, sənəd üzrə koordinatlarda naturada da üst-üstə düşmə halı mövcud olmuşdur. Belə olan halda kollegiya qeyd edir ki, qanunvericiliyin və formalaşdırılmış vahid məhkəmə təcrübəsinin tələblərinə əsasən torpaq sahəsi ilə bağlı başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcuddursa, ilk növbədə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədəri mübahisələndirilməli, həmin iddia uğurlu olduğu halda, hazırki iddia tələbi irəli sürülməlidir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda iddiaçının iddia etdiyi 0,2330 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ bələdiyyənin adına qeydə alındığından, həmin qeydiyyat və Çıxarış qüvvədə olduğundan, bu hal isə iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlili əsassız olmuşdur. Bundan əlavə, kollegiya iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı 0,2330 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması halının onun hüquqlarını pozduğunu ehtimal edirsə, ilk növbədə həmin torpaq sahəsi üzərində bələdiyyənin adına mülkiyyət hüququnun qeydə alınmasına dair ************ reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənəd kimi ## ### 2022-ci il tarixli ** saylı bələdiyyə qərarının ləğv edilməsi ilə bağlı həmin bələdiyyə qurumuna müraciət etməli, müraciətin təmin edilməsindən imtina olunduğu halda bələdiyyəyə qarşı “bələdiyyə qərarının ləğv edilməsi”nə dair inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürməli, həmin iddia tələbi uğurlu olduğu halda, sonrakı mərhələdə hazırki tələblə cavabdeh inzibati orqana yenidən müraciət etməli, müraciətin təmin edilməsindən imtina olunduğu halda, hazırki iddia tələbi ilə yenidən inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməklə, mümkün hüquqi müdafiə vasitəsindən istifadə edə bilər. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, iddiaçının şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1048/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-8)-1048/2026
28.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver