Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1050/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Cabbarova Gülnar İnqilab qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi iddiaçı İsmayılov Elvin Namiq oğlunun qanuni nümayəndəsi İsmayılova Nuranə Pənah qızının iştirakı ilə, İddiaçı İsmayılov Elvin Namiq oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI: İddiaçılar İsmayılova Nərgiz Namiq qızı, İsmayılov Elvin Namiq oğlu və İsmayılov Namiq Xanmurad oğlu cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İsmayılova Nərgiz Namiq qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(118)- İddiaçı İsmayılova Nərgiz Namiq qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(118)-6084/2025 nömrəsi ilə, iddiaçı İsmayılov Elvin Namiq oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrəsi ilə və iddiaçı İsmayılov Namiq Xanmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı ““məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrəsi ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün İsmayılov Namiq Xanmurad oğlu ona məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, ##.##.2025-ci il tarixli cavab məktubunda cavabdeh ona məcburi köçkün vəsiqəsi verilməsinə imtina etmişdir. İddiaçı bu imtina cavabı ilə razılaşmayaraq bildirir ki, uzun müddətdir ki, məcburi köçkün statusuna malikdir və bu statusu daşıyır. Belə ki, bu statusu almış şəxs məcburi köçkün vəsiqəsi əldə etmək hüququna malikdir. Ona görə də cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq məhkəməyə müraciət edir. İsmayılov Namiq Xanmurad oğlu 1971-ci ildə Qubadlı rayonu Qubadlı qəsəbəsində anadan olmuşdur. Atası DİN-in əməkdaşı olduğu üçün xidməti işi ilə əlaqədar Qubadlı rayonundan İmişli rayonuna göndərilmişdir. Onlar ailəlikcə müvəqqəti olaraq İmişli rayonunda yaşamalı olmuşlar. 1988-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən torpaqları işğala məruz qalan vaxtda anadan olduğu Qubadlı rayonuna gedərək iddiaçı könüllü özünümüdafiə dəstələrinin tərkibində, sonradan yeni yaranmış milli ordunun tərkibində Qubadlı rayonun sərhəd kəndlərinin müdafiəsində iştirak edirdi. Daimi növbəli postlarda durur, erməni hücumlarının qarşısını alırdı. 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bu haqda iddiaçının hərbi biletində xidmət etdiyi Qubadlıda yerləşən hərbi hissənin qeydləri aparılıb. İddiaçı istirahət verilən günlərdə Qubadlı rayonun Gödəklər kəndində ata evində qalırdı və 1992ci ildə müharibəyə görə həmişə Qubadlıda olduğu üçün öz ata evinə daimi pasport qeydiyyatına düşdü. Həmin pasportun səhifəsində qeydiyyata alınma haqda qeyd aparılıb. Cavabdeh verdiyi cavabda qeyd edir ki, iddiaçı barəsində araşdırma aparılaraq DİN-in MAPS üzrə Məlumat şöbəsində 2004-cü ilədək İmişli rayonunda qeydiyyatda olmağı sonra da Qubadlı rayonunda qeydiyyatda olmağı müəyyən edilib. İddiaçı bildirir ki, pasport sistemi üzrə ilk islahat 1998-ci ilin may ayından aparılmağa başlayıb. 1992- 93-cü illərdə mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qeydiyyat sistemi yox idi. Ona görə də bu məlumatı o qədər də doğru hesab etmək olmaz. DİN-nin MAPS (Milli Avtomatlaşdırılmış Pasport Sistemi) şöbəsi sonralar yaradılıb. Digər tərəfdən o dövrlər ölkədə müharibə gedirdi. Siyasi-iqtisadi vəziyyət normal deyildi. Sabitlik yox idi. İdarəçilik sistemində boşluqlar var idi. Rayonlar arasında əlaqələr zəif idi. Ona görə də Qubadlı rayon polis şöbəsi iddiaçının pasport qeydiyyatına düşməyi barədə bildirişi İmişli rayon polis şöbəsinə göndərməyib. Çünki, Qubadlı rayonu 1993-cü ildə ermənilər tərəfindən işğal olunduğundan bütün sənədlər (arxiv) işğal zonasında qalıb. İddiaçı # ###### 1992ci ildən Qubadlı rayon polis şöbəsində pasport qeydiyyatında olduğu üçün ona ilk yeni şəxsiyyət vəsiqəsini Qubadlı rayon QŞVB-si vermişdir. İmişli rayon polis idarəsinin verdiyi ##.##.2021-ci il tarixli * saylı arayışında qeyd olunur ki, İsmayılov Namiq Xanmurad oğlu ##.##.1992-ci il tarixədək İmişli rayonunda pasport qeydiyyatında olub. Bu da bir daha sübut edir ki, # ###### 1992-ci ildən etibarən Qubadlı rayon polis şöbəsində qeydiyyata düşüb. DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsinin verdiyi ##.##.2021-ci il tarixli ***/**-*** nömrəli arayışında qeyd edilir. İsmayılov Namiq Xanmurad oğlu ##.##.1971-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində anadan olub. ##.##.2004-cü il tarixədək Qubadlı rayonun Gödəklər kəndində qeydiyyatda olmuş, ##.##.2004-cü il tarixdən hal-hazıradək Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyatdadır. Bu məlumat da bir daha sübut edir ki, İsmayılov Namiq Qubadlı rayonunda qeydiyyatda olub. 1992-ci ildə 20 oktyabr tarixli ** saylı Qubadlı Rayon Xalq Deputatlar Sovetinin qərarı ilə Qubadlı şəhərinin Gödəklər məhəlləsində yaşayan İsmayılov Namiq Xanmurad oğluna 6 sot torpaq sahəsi verilməsi haqqında qərar bir daha sübut edir ki, iddiaçı Qubadlı rayonunda pasport qeydiyyatında olmuşdur. Qubadlı Rayon İcra Hakimiyyətinin verdiyi ##.##.2024-cü il tarixli 5-62/2- ***/**** saylı arayışda deyilir: "Verilir Qubadlı rayon, Qubadlı şəhər sakini İsmayılov Namiq Xanmurad oğluna ona görə ki, o rayon ərazisi işğal olduğuna görə 1993-cü ildən məcburi köçkün gəlmiş və halhazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır". Bu sənəd də bir daha sübut edir ki, iddiaçı Qubadlı rayonunda yaşamış və oradan məcburi köçkün düşmüşdür.1993cü ildə Qubadlı rayonu ermənilər tərəfindən işğal olundu. Digər sakinlər kimi iddiaçı da Qubadlı rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunda məskunlaşmışdır. Həmin vaxtdan məcburi-köçkün kimi qeydiyyata alınmışdır. Məcburi köçkün kimi ona icra orqanları tərəfindən humanitar yardımlar da edilirdi. Sonradan Bakı şəhərinə gəlmişdir. Nəsimi rayonunda məcburi-köçkün kimi qeydiyyatdadır və hər ay çörək pulu müavinəti alır. İddiaçı 2004-cü ildə Füzuli rayonundan məcburi köçkün İsmayılova Nuranə Pənah qızı ilə ailə həyatı qurmuşdur. Həmin vaxt nikah haqqında qeydiyyat Qubadlı Rayon VVADQ şöbəsində ##.##.2004-cü tarixdə aparılmış və iddiaçının Qubadlı rayonunda qeydiyyatda olduğu pasportda da ştamp vurularaq qeyd edilib. İddiaçının İsmayılova Nuranə Pənah qızı ilə birgə nikahından 2 övladı var. İddiaçını qızı ##.##.2004-cü il təvvəllüdlü İsmayılova Nərgiz Namiq qızı doğulan vaxtdan məcburi köçkün statusundan istifadə etməklə ona dövlət tərəfindən çörək pulu müavinəti də verilir. ##.##.2009-cu il təvəllüdlü oğlu İsmayılov Elvin Namiq oğlu da məcburi-köçkün statusuna malikdir və çörək pulu-müavinat alır. Hər ikisinə şəxsiyyət vəsiqəsi Qubadlı rayon polis şöbəsi tərəfindən verilib. Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatdadırlar. İddiaçının ailə üzvlərinin hər biri məcburi köçkün kimi çörək pulu-müavinat alır. Digər tərəfdən iddiaçı İsmayılov Namiq Xanmurad oğlunun məcburi köçkün statuslu olmağı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumatları my.gov.az dövlət portalında vardır. İddiaçıya məcburi köçkün vəsiqəsi verilmədiyinə görə övladları İsmayılova Nərgiz Namiq qızı və oğlu İsmayılov Elvin Namiq oğlu da məcburi köçkün vəsiqəsi ala bilmirlər. Hər ikisi uzun müddətdir ki, məcburi köçkün statusuna malikdir və bu statusu daşıyır, qanunla bu statusu almış şəxs məcburi köçkün vəsiqəsi əldə etmək hüququna malikdir. Ona görə də hər ikisi də məcburi köçkün vəsiqəsi ilə təmin olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri İddia tələbinə dair etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, ##.##.2009-cu il təvəllüdlü iddiaçı İsmayılov Elvin Namiq oğluna məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayılov Elvin Namiq oğluna məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; İsmayılov Namiq Xanmurad oğlu Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsinə 2019-cu il # ###### tarixdə verilmiş sorğuya alınmış cavab ***/**-**** nömrəli arayışda 1988-ci il # #### tarixdən 2004-cü il ## ######## tarixinədək İmişli şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında, ## ######## 2004-cü il tarixindən isə Qubadlı rayonunda qeydiyyatda olmuşdur; İsmayılov Namiq Xanmurad oğluna məxsus HZ №******* nömrəli hərbi biletin 1989-cu il # #### tarixdə İmişli rayon hərbi komissarlığından hərbi xidmətə göndərildiyi, xidməti başa vurduqdan sonra 1991-ci il ## #### tarixində İmişli rayonunda qeydiyyata alındığı, yalnız 2004-cü il # ###### tarixində qeydiyyatdan çıxaraq Qubadlı rayon SHXÇDX-də qeydiyyata düşdüyü məlum olmuşdur; İsmayılov Namiq Xanmurad oğlu “Qubadlı rayonu, Qubadlı şəhəri” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İsmayılova Nuranə Pənah qızı “Qubadlı rayonu, Qubadlı şəhəri” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İsmayılov Elvin Namiq oğlunun atası İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli məhkəmə qərarına əsasən, İsmayılov Namiq Xanmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Lakin övladları İsmayılova Nərgiz Namiq qızının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli və İsmayılov Elvin Namiq oğlunun *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli məhkəmə qərarlarına əsasən iddia tələbləri təmin edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarına əsasən, müvafiq qaydaların 4.1.6-cı yarımbəndinin şərti ödənilmədiyindən iddiaçının tələbi rədd edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 1.1-ci bənd. “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 4.1-ci bənd. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: (-). 4.1.6-cı bənd. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (-). Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANIN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXIŞININ HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı mübahisənin predmetini iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. Həmin qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün vəsiqəsi verilir. Həmin normanın tələblərindən görünür ki, iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsi üçün 3 şərt ödənilməlidir: 1) Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olmalı; 2) Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalı; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almalıdır. Məhkəmə kollegiyası 3-cü şərtə münasibətdə qeyd edir ki, iddiaçı İsmayılov Elvin Namiq oğluna Azərbaycan Respublikası adından AB seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə üçüncü şərt ödənilir. Məhkəmə kollegiyası birinci şərtə münasibətdə isə (valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan) aşağıdakıları qeyd edir: İş materiallarından görünən odur ki, iddiaçı İsmayılov Elvin Namiq oğlu digər iddiaçılar İsmayılova Nərgiz Namiq qızı (hazırki iş üzrə iddiaçının bacısı) və İsmayılov Namiq Xanmurad oğlu (hazırki iş üzrə iddiaçının atası) ilə birlikdə iddia qaldırmış, daha sonra Sumqayıt İnzibati Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə işlərin icraatı ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarına əsasən, İsmayılov Namiq Xanmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Sumqayıt İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından apellyasiya şikayəti verilmədiyini bildirmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının atasına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməməsi faktı öz təsdiqini tapmışdır. Beləliklə də, iddiaçıya münasibətdə 1-ci şərt ödənilməmişdir. Məhkəmə kollegiyası 2-ci şərtə münasibətdə isə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının atasının məcburi köçkün satusu olmaması ilə yanaşı onun Qubadlı şəhəri üzrə daimi pasport qeydiyyatına 2004-cü il tarixdən düşüdüyünü (rayonun işğal olunmasından sonra) əsas gətirərək, iddiaçıya müvafiq statusunun verilməsindən imtina edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının atasının tələbi ilə bağlı qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarının məzmununda qeyd edilmişdir ki, “.....Qaydalar”ın 4.1.1-ci bəndində “sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşları” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. ...Göründüyü kimi iddiaçı Qubadlı rayonu işğal olunanadək həmin rayonda deyil, İmişli şəhərində qeydiyyatda olmuşdur.....iddiaçının tələbi əsaslı sayıla bilməz...” Belə olan halda, kollegiya qeyd edir ki, iddiaçının atasının məcburi köçkün statusuna malik olmaması halının müəyyən edilməsi, iddiaçının atasının bununla bağlı tələbinin təmin edilməməsi barədə məhkəmə qərarının mövcud olması (həmin qərardan apellyasiya şikayəti verilməmişdir), habelə iddiaçının atasının rayon işğal olunanadək həmin rayonda qeydiyyatda olmaması, iddiaçının özünün Bakı şəhərində doğulması kimi işin müəyyən edilmiş halları hazırki iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış etmişdir. Bu səbəbdən də kollegiya qeyd edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı təmin etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin ## ### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İsmayılov Elvin Namiq oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-8)-1050/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1050/2026
04.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver