Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1051/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılova Nərgiz Namiq qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı (Açar sözlər: məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi İsmayılova Nuranə Pənah qızının iştirakı ilə, İddiaçı İsmayılova Nərgiz Namiq qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “ məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları ##.##.2004-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İsmayılov Namiq Xanmurad oğlu və Şirinzadə (nikah bağlandıqdan sonra İsmayılova) Nuranə Pənah qızı ##.##.2004-cü il tarixdə nikaha daxil olmuşlar. ##.##.2005-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İsmayılova Nərgiz Namiq qızının atası İsmayılov Namiq Xanmurad oğlu və anası İsmayılova Nuranə Pənah qızıdır. İddiaçının anası İsmayılova Nuranə Pənah qızına məxsus AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Füzuli rayonundan məcburi köçkündür. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, atanız İsmayılov Namiq Xanmurad oğlu barəsində araşdırma aparılaraq Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsinə ## ###### 2019-cu il tarixdə verilmiş sorğuya alınmış cavab ***/**-**** nömrəli arayışda atanızın ## #### 1988-ci il tarixdən ## ######## 2004-cü ilədək İmişli şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında, ## ######## 2004-cü il tarixindən isə Qubadlı rayonunda qeydiyyatda olduğu müəyyən edilmişdir. Eyni zamanda atanız İsmayılov Namiq Xanmurad oğluna məxsus HZ№******* nömrəli hərbi biletin ## #### 1989-cu ildə İmişli rayon hərbi komissarlığından hərbi xidmətə göndərildiyi, xidməti başa vurduqdan sonra ## #### 1991-ci ildə İmişli rayonunda qeydiyyata alındığı, yalnız ## ###### 2004-cü ildə qeydiyyatdan çıxaraq Qubadlı rayon SHXÇDX-də qeydiyyata düşdüyü məlum olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən atanız İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün statusuna malik olmadığından sizə məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi ilə bağlı müraciətinizin müsbət həlli Komitənin imkanı xaricindədir. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçının atası İsmayılov Namiq Xanmurad oğlu Qubadlı rayonunda qeydiyyatdadır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı ** saylı Mənzil Kommunal Sahəsinin ##.##.2025-ci il tarixli, **** nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı ünvan 3 ünvanında yaşayır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İsmayılova Nərgiz Namiq qızı, İsmayılov Elvin Namiq oğlu və İsmayılov Namiq Xanmurad oğlu cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkün İsmayılov Namiq Xanmurad oğlu ona məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, ##.##.2025-ci il tarixli cavab məktubunda cavabdeh ona məcburi köçkün vəsiqəsi verilməsinə imtina etmişdir. İddiaçı bu imtina cavabı ilə razılaşmayaraq bildirir ki, uzun müddətdir ki, məcburi köçkün statusuna malikdir və bu statusu daşıyır. Belə ki, bu statusu almış şəxs məcburi köçkün vəsiqəsi əldə etmək hüququna malikdir. Ona görə də cavabdeh təşkilatın imtinası ilə razılaşmayaraq məhkəməyə müraciət edir. İsmayılov Namiq Xanmurad oğlu 1971-ci ildə Qubadlı rayonu Qubadlı qəsəbəsində anadan olmuşdur. Atası DİN-in əməkdaşı olduğu üçün xidməti işi ilə əlaqədar Qubadlı rayonundan İmişli rayonuna göndərilmişdir. Onlar ailəlikcə müvəqqəti olaraq İmişli rayonunda yaşamalı olmuşlar. 1988-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən torpaqları işğala məruz qalan vaxtda anadan olduğu Qubadlı rayonuna gedərək iddiaçı könüllü özünümüdafiə dəstələrinin tərkibində, sonradan yeni yaranmış milli ordunun tərkibində Qubadlı rayonun sərhəd kəndlərinin müdafiəsində iştirak edirdi. Daimi növbəli postlarda durur, erməni hücumlarının qarşısını alırdı. 1-ci Qarabağ müharibəsində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Bu haqda iddiaçının hərbi biletində xidmət etdiyi Qubadlıda yerləşən hərbi hissənin qeydləri aparılıb. İddiaçı istirahət verilən günlərdə Qubadlı rayonun Gödəklər kəndində ata evində qalırdı və 1992-ci ildə müharibəyə görə həmişə Qubadlıda olduğu üçün öz ata evinə daimi pasport qeydiyyatına düşdü. Həmin pasportun səhifəsində qeydiyyata alınma haqda qeyd aparılıb. Cavabdeh verdiyi cavabda qeyd edir ki, iddiaçı barəsində araşdırma aparılaraq DİN-in MAPS üzrə Məlumat şöbəsində 2004-cü ilədək İmişli rayonunda qeydiyyatda olmağı sonra da Qubadlı rayonunda qeydiyyatda olmağı müəyyən edilib. İddiaçı bildirir ki, pasport sistemi üzrə ilk islahat 1998- ci ilin may ayından aparılmağa başlayıb. 1992-93-cü illərdə mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qeydiyyat sistemi yox idi. Ona görə də bu məlumatı o qədər də doğru hesab etmək olmaz. DİN-nin MAPS (Milli Avtomatlaşdırılmış Pasport Sistemi) şöbəsi sonralar yaradılıb. Digər tərəfdən o dövrlər ölkədə müharibə gedirdi. Siyasi-iqtisadi vəziyyət normal deyildi. Sabitlik yox idi. İdarəçilik sistemində boşluqlar var idi. Rayonlar arasında əlaqələr zəif idi. Ona görədə Qubadlı rayon polis şöbəsi iddiaçının pasport qeydiyyatına düşməyi barədə bildirişi İmişli rayon polis şöbəsinə göndərməyib. Göndərib, bəlkə də gedib çatmayıb, itib, bilinmir. Çünki, Qubadlı rayonu 1993-cü ildə ermənilər tərəfindən işğal olunduğundan bütün sənədlər (arxiv) işğal zonasında qalıb. İddiaçı # ###### 1992-ci ildən Qubadlı rayon polis şöbəsində pasport qeydiyyatında olduğu üçün ona ilk yeni şəxsiyyət vəsiqəsini Qubadlı rayon QŞVB-si vermişdir. İmişli rayon polis idarəsinin verdiyi ##.##.2021- ci il tarixli * saylı arayışında qeyd olunur ki, İsmayılov Namiq Xanmurad oğlu ##.##.1992-ci il tarixədək İmişli rayonunda pasport qeydiyyatında olub. Bu da bir daha sübut edir ki, 5 yanıvar 1992-ci ildən etibarən Qubadlı rayon polis şöbəsində qeydiyyata düşüb. DİNnin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat şöbəsinin verdiyi ##.##.2021ci il tarixli ***/**-*** nömrəli arayışında qeyd edilir. İsmayılov Namiq Xanmurad oğlu ##.##.1971-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində anadan olub. ##.##.2004-cü il tarixədək Qubadlı rayonun Gödəklər kəndində qeydiyyatda olmuş, ##.##.2004-cü il tarixdən hal-hazıradək Qubadlı rayonunun Qubadlı şəhərində qeydiyyatdadır. Bu məlumat da bir daha sübut edir ki, İsmayılov Namiq Qubadlı rayonunda qeydiyyatda olub. 1992-ci ildə 20 oktyabr tarixli ** saylı Qubadlı Rayon Xalq Deputatlar Sovetinin qərarı ilə Qubadlı şəhərinin Gödəklər məhəlləsində yaşayan İsmayılov Namiq Xanmurad oğluna 6 sot torpaq sahəsi verilməsi haqqında qərar bir daha sübut edir ki, iddiaçı Qubadlı rayonunda pasport qeydiyyatında olmuşdur. Qubadlı Rayon İcra Hakimiyyətinin verdiyi ##.##.2024-cü il tarixli 5- 62/2- ***/**** saylı arayışda deyilir: "Verilir Qubadlı rayon, Qubadlı şəhər sakini İsmayılov Namiq Xanmurad oğluna ona görə ki, o rayon ərazisi işğal olduğuna görə 1993-cü ildən məcburi köçkün gəlmiş və hal-hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır". Bu sənəd də bir daha sübut edir ki, iddiaçı Qubadlı rayonunda yaşamış və oradan məcburi köçkün düşmüşdür.1993-cü ildə Qubadlı rayonu ermənilər tərəfindən işğal olundu. Digər sakinlər kimi iddiaı da Qubadlı rayonundan məcburi köçkün düşmüş və İmişli rayonunda məskunlaşmışdır. Həmin vaxtdan məcburi-köçkün kimi qeydiyyata alınmışdır. Məcburi köçkün kimi ona icra orqanları tərəfindən humanitar yardımlar da edilirdi. Sonradan Bakı şəhərinə gəlmişdir. Nəsimi rayonunda məcburi-köçkün kimi qeydiyyatdadır və hər ay çörək pulu müavinəti alır. İddiaçı 2004-cü ildə Füzuli rayonundan məcburi köçkün İsmayılova Nuranə Pənah qızı ilə ailə həyatı qurmuşdur. Həmin vaxt nikah haqqında qeydiyyat Qubadlı Rayon VVADQ şöbəsində ##.##.2004-cü tarixdə aparılmış və iddiaçının Qubadlı rayonunda qeydiyyatda olduğu pasportda da ştamp vurularaq qeyd edilib. İddiaçının İsmayılova Nuranə Pənah qızı ilə birgə nikahından 2 övladı var. İddiaçını qızı ##.##.2004-cü il təvvəllüdlü İsmayılova Nərgiz Namiq qızı doğulan vaxtdan məcburi köçkün statusundan istifadə etməklə ona dövlət tərəfindən çörək pulu müavinəti də verilir. ##.##.2009-cu il təvəllüdlü oğlu İsmayılov Elvin Namiq oğlu da məcburiköçkün statusuna malikdir və çörək pulu-müavinat alır. Hər ikisinə şəxsiyyət vəsiqəsi Qubadlı rayon polis şöbəsi tərəfindən verilib. Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatdadırlar. İddiaçının ailə üzvlərinin hər biri məcburi köçkün kimi çörək pulu-müavinat alır. Digər tərəfdən iddiaçı İsmayılov Namİq Xanmurad oğlunun məcburi köçkün statuslu olmağı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Məcburi köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumatları my.gov.az dövlət portalında vardır. İddiaçıya məcburi köçkün vəsiqəsi verilmədiyinə görə övladları İsmayılova Nərgiz Namiq qızı və oğlu İsmayılov Elvin Namiq oğlu da məcburi köçkün vəsiqəsi ala bilmirlər. Hər ikisi uzun müddətdir ki, məcburi köçkün statusuna malikdir və bu statusu daşıyır, qanunla bu statusu almış şəxs məcburi köçkün vəsiqəsi əldə etmək hüququna malikdir. Ona görə də hər ikisi də məcburi köçkün vəsiqəsi ilə təmin olunmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İsmayılova Nərgiz Namiq qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(118)- iddiaçı İsmayılova Nərgiz Namiq qızının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş 2-1(118)-6084/2025 nömrəsi ilə, iddiaçı İsmayılov Elvin Namiq oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrəsi ilə və iddiaçı İsmayılov Namiq Xanmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı ““məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” barədə iddia tələbi üzrə iş yeni nömrəsi ilə qeydiyyata alınmaqla icraatlar ayrılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı İsmayılova Nərgiz Namiq qızının sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı İsmayılova Nərgiz Namiq qızının “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, atanız İsmayılov Namiq Xanmurad oğlu barəsində araşdırma aparılaraq Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsinə ## ###### 2019-cu il tarixdə verilmiş sorğuya alınmış cavab ***/**-**** nömrəli arayışda atanızın ## #### 1988-ci il tarixdən ## ######## 2004-cü ilədək İmişli şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında, ## ######## 2004-cü il tarixindən isə Qubadlı rayonunda qeydiyyatda olduğu müəyyən edilmişdir. Eyni zamanda atanız İsmayılov Namiq Xanmurad oğluna məxsus HZ№******* nömrəli hərbi biletin ## #### 1989-cu ildə İmişli rayon hərbi komissarlığından hərbi xidmətə göndərildiyi, xidməti başa vurduqdan sonra ## #### 1991-ci ildə İmişli rayonunda qeydiyyata alındığı, yalnız ## ###### 2004-cü ildə qeydiyyatdan çıxaraq Qubadlı rayon SHXÇDX-də qeydiyyata düşdüyü məlum olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən atanız İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün statusuna malik olmadığından sizə məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi ilə bağlı müraciətinizin müsbət həlli Komitənin imkanı xaricindədir. İsmayılova Nərgiz Namiq qızına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, - İsmayılova Nərgiz Namiq qızının atası İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; - İsmayılov Namiq Xanmurad oğlu Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsinə 2019-cu il # ###### tarixdə verilmiş sorğuya alınmış cavab ***/**-**** nömrəli arayışda 1988-ci il # #### tarixdən 2004- cü il 30 sentyabr tarixinədək İmişli şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında, ## ######## 2004-cü il tarixindən isə Qubadlı rayonunda qeydiyyatda olmuşdur. - İsmayılov Namiq Xanmurad oğluna məxsus HZ№******* nömrəli hərbi biletin 1989- cu il 2 iyul tarixdə İmişli rayon hərbi komissarlığından hərbi xidmətə göndərildiyi, xidməti başa vurduqdan sonra 1991-ci il ## #### tarixində İmişli rayonunda qeydiyyata alındığı, yalnız 2004- cü il 2 avqust tarixində qeydiyyatdan çıxaraq Qubadlı rayon SHXÇDX-də qeydiyyata düşdüyü məlum olmuşdur. - İsmayılov Namiq Xanmurad oğlu “Qubadlı rayonu, Qubadlı şəhəri” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; - İsmayılova Nərgiz Namiq qızının anası İsmayılova Nuranə Pənah qızı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; - İsmayılova Nuranə Pənah qızı “Qubadlı rayonu, Qubadlı şəhəri” ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İsmayılova Nərgiz Namiq qızının atası İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün vəsiqəsinə malik olmadığından, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmiş, ##.##.2004-cü il təvəllüdlü iddiaçı İsmayılova Nərgiz Namiq qızına məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı tələb üzrə məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin 1-ci hissəsinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Həmin Qaydalarda nəzərdə tutulmuş “valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan” anlayışı ən azından Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə zidd kimi qiymətləndirilməklə bu əsas üzrə işin hallarına münasibətdə tətbiq edilə bilməzdi. Həmin maddəyə əsasən, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət (...) cinsindən (...) asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının anasının məcburi köçkün statusuna malik olması Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 1-ci şərtin ödənilməsini təmin edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli məhkəmə qərarına əsasən, İsmayılov Namiq Xanmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Lakin övladları İsmayılova Nərgiz Namiq qızının *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli və İsmayılov Elvin Namiq oğlunun *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli məhkəmə qərarlarına əsasən iddia tələbləri təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarına əsasən, müvafiq qaydaların 4.1.6-cı yarımbəndinin şərti ödənilmədiyindən iddiaçının tələbi rədd edilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun gəlməyən vətəndaşlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi mümkün deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi İsmayılova Nuranə Pənah qızı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qanunun qüvvəsinin şamil edilmədiyi hallar ... Bu Qanunun müddəaları 1-ci maddədə verilmiş “məcburi köçkün” anlayışına uyğun gələn aşağıdakı şəxslərə şamil edilmir: - əvvəlki adi yaşayış yerinə qayıdana və ya həmin regionda əvəzsiz olaraq müəyyən edilmiş ölçüdə başqa yaşayış yeri ilə təmin olunana; - bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin olunana; - başqa ölkədən gəlmiş Azərbaycan Respublikası vətəndaşının həmin ölkədən məcburi köçməsi üçün əsas olan hallar aradan qalxdıqda həmin şəxsin məcburi köçdüyü ölkənin müdafiəsindən könüllü istifadə edənə; - könüllü surətdə Azərbaycan Respublikası ərazisindən başqa ölkəyə gedənə. Maddə 14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi .... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar: Əsas anlayışlar Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.[1] Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeri dedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. Yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, qəyyumların və himayəçilərin yaşayış yeri sayılır. İ Ümumi müddəalar 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. IV “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. “Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydası:
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ..... 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; ..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi məcburi köçkün statusunun və vəsiqəsinin verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı onan ibarətdir ki, cavabdeh inzibati orqan İsmayılova Nərgiz Namiq qızının atası İsmayılov Namiq Xanmurad oğlu məcburi köçkün vəsiqəsinə malik olmadığından, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş hallar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı ##.##.2004-cü il təvəllüdlü olmaqla, Bakı şəhərində anadan olmuşdur. İddiaçının anası məcburi köçkün statusuna malik olmaqla, ona məcburi köçkün vəsiqəsi verilmiş, atası 2004-cü ildən Qubadlı şəhərində pasport qeydiyyatında olmaqla, məcburi köçkün statusuna malik deyildir. İndiki halda isə cavabdeh inzibati orqan iddiaçının atasının Qubadlı şəhəri üzrə daimi pasport qeydiyyatına 2004-cü il tarixdən düşüdüyünü (rayonun işğal olunmasından sonra), atasının məcburi köçkün satusu olmadığını əsas gətirərək, iddiaçıya müvafiq statusunun verilməsindən imtina edir. Kollegiya iddianın əsaslılığının və cavabdehin hərəkətlərinin qanunauyğunluğu üzrə dəyərləndimrə apararaq, qeyd edir ki, məcburi köçkün statusunun verilməsi qaydaları və şərtləri qanunvericilik normasında imperativ norma şəklində müəyyən edilmişdir. Hazırki inzibati iş üzrə iddia tələbinin qanuni əsası qismində Qaydaların 4.1.6-ci maddəsinin dispozitiv şərti çıxış edir. Həmin normanın tələbinə əsasən məcburi köçkün statusunun verilməsi üçün zəruri olan şərtlər: valideynlərindən atasının məcburi köçkün statusuna malik olması, hər iki valideyninin daimi qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin almış olmasından ibarətdir. Hazırki halda iddiaçıya münasibətdə 3-cü şərti ödənilməsi işin mübahisəsiz halı kimi çıxış edir. İndiki halda işin müəyyən edilmiş halları (iddiaçının anası məcburi köçkün olsa da, atası məcburi köçkün olmamış, Qubadlı şəhərində daimi pasport qeydiyyatına 2004-cü ildə düşmüşdür) əsasında iddiaçıya münasibətdə qanunla tələb olunan 1-ci və 2-ci şərtin ödənilməsi halı müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, indiki halda iddiaçının atası “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmış, həmin qərardan apellyasiya şikayəti verilməmişdir. Həmin qərarın məzmununda qeyd edilmişdir ki, “.....Qaydalar”ın 4.1.1-ci bəndində “sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. ...Göründüyü kimi iddiaçı Qubadlı rayonu işğal olunanadək həmin rayonda deyil, İmişli şəhərində qeydiyyatda olmuşdur.....iddiaçının tələbi əsaslı sayıla bilməz...” Belə olan halda, kollegiya qeyd edir ki, indiki halda iddiaçının atasının məcburi köçkün statusuna malik olmaması halının müəyyən edilməsi, iddiaçının atasının bununla bağlı tələbinin təmin edilməməsi barədə məhkəmə qərarının mövcud olması (həmin qərardan şikayət verilməmişdir), habelə iddiaçının atasının rayon işğal olunandək həmin rayonda qeydiyyatda olmaması, iddiaçının özünün Bakı şəhərində doğulması kimi işin müəyyən edilmiş halları hazırki iddianın əsaslılığını təkzib edən hallar kimi çıxış etmişdir. Nəticə etibarilə iddiaçının tələbi qanunun normasının dispozitiv şərti ilə uzlaşmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. Həmçinin, kollegiya iddiaçının tələbin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydalarda hansı şəxslərə məcburi köçkün statusunun verilməsi, habelə bununla əlaqədar olaraq aylıq müavinətin verilməsi və hansı şəxslərə aylıq müavinətin verilməsi halının şamil edilməməsi dəqiq və imperativ norma şəklində müəyyən edilmişdir. İndiki halda iddiaçının qanunla müəyyən edilmiş həmin əsaslar olmadan aylıq müavinət alması və elektron sistemə statusun mövcudluğu barədə “var” qeydinin aparılması halı hazırki iddia tələbinin əsaslılığını müəyyən edən hal kimi çıxış etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçı hazırki iddia tələbinin əsası kimi qanunla müəyyən edilmiş əsas olmadan məcburi köçkün statusu ilə əlaqədar olaraq aylıq müavinət alması və elektron portalda “var” statusunun qeyd edilməsi ilə bağlı hallara istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya iddiaçının istinad etdiyi digər arqumentləri ilə bağlı qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Hazırki mərhələdə oxşar işlər üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının *-*(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarında öz əksini tapmış, həmin hüquqi mövqeyə əsasən iddianın əsaslılığının məhz onun qanuni əsası qismində çıxış edən maddi hüquq normasının dispozitiv şərtllərinin ödənilib-ödənilməməsi əsasında dəyərləndirilməsi qeyd edilmişdir. İndiki halda oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcud olması və bu əsasla dəyərləndirmə aprılması halı da özlüyündə iddiaçının tələbinin əsaslılığını müəyyən etməyə imkan verməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin və hüquqi halları üzrə düzgün dəyərləndirmə aparmamamış, həmin halları formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq düzgün təhlil etməmiş, bununla da iş üzrə yanlış nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları iddianın əsaslılığını təkzib etdiyindən, cavabdehin şikayəinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.