Məhkəmə qərarları › İş №2-1(3-8)-1054/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1054/2026

10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1054/2026 10.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Quliyev Ismayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X3 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi Iddiaçı İddiaçı və qanuni nümayəndəsi X4 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqəsinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. IŞIN HALLARI: Iddiaçı İddiaçı (qanuni nümayəndəsi X4) cavabdeh Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasının məcburi köçkün statusuna malik olmasına əsaslanaraq iddiaçıya məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. IŞ ÜZRƏ QƏBUL EDILMIŞ MƏHKƏMƏ AKTLARI: a) Birinci instansiya məhkəməsindəki icraat Iddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə bağlı 1992-ci ildə doğma kəndi, Laçın rayonu Səfiyan kəndindən ailəliklə qaçqın düşmüş və ünvan 1ndə boş torpaq sahəsində ev tikərək ailəsi ilə birlikdə orada məskunlaşmışdır. Hazırda ailə üzvləri – həyat yoldaşı X8, övladları X2 və İddiaçı ilə birlikdə həmin ünvanda yaşayır. Torpaqları geri qaytarıldığı və müvafiq şərait yaradıldığı zaman ailəsi ilə birlikdə ata-baba yurduna qayıdaraq orada yaşayacaqdır. O, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət edərək, övladları X2 və İddiaçı məcburi köçkün olması əsası ilə məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Müraciəti *-**-*/*-K-****/*-**/****/***** nömrəli, ##.##.2025ci il tarixli imtina məktubu ilə cavablandırılmışdır. Imtina məktubunda həyat yoldaşı X8 qeydiyyatının Abşeron rayonu, Hökməli qəsəbə ərazi dairəsi üzrə Atyalı yaşayış massivində olması əsas gətirilərək, X1 və qızı İddiaçı məcburi köçkün statusunun verilməsindən imtina edilmişdir. Lakin Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin həyat yoldaşı X11 qəsəbəsi, Atyalı yaşayış massivində öz valideynlərinin mənzilində qeydiyyatda olmasını onların övladlarına məcburi köçkün statusunun verilməməsi üçün əsas götürməsi düzgün hesab edilə bilməz. Belə ki, X8 nikaha daxil olduqdan sonra öz ata evindəki mənzildən qeydiyyatdan çıxaraq həyat yoldaşının yaşadığı ünvana qeydiyyata düşə bilərdi. Lakin həmin ünvana qeydiyyata düşməsinə zərurət yaranmamışdır. Bununla belə, onun faktiki olaraq həyat yoldaşı ilə birlikdə yaşaması və ailənin Laçın rayonunun Səfiyan kəndindən məcburi köçkün düşməsi digər sənədlərlə təsdiq olunur. Belə ki, Laçın Rayon Icra Hakimiyyəti başçısının Səfiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ## ### 2023-cü il tarixli, *-**/**-*-*-**/**** saylı arayışından, həmçinin Laçın Rayon Icra Hakimiyyəti başçısının Səfiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** saylı məktubundan görünür ki, X8 inzibati ərazi dairəsi üzrə * nömrəli təsərrüfatbaşına kitabın 91-ci səhifəsində, ** nömrəli şəxsi hesabda təsərrüfat başçısı X5 ailə üzvü kimi qeyd edilmişdir. Digər tərəfdən, İddiaçı anadan olduğu gündən etibarən atasının ailə üzvü olması əsasında hal-hazıradək “çörək pulu” alır. X1 da məcburi köçkün vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən imtina edilmişdir. Həmin imtina məktubundan Sumqayıt Inzibati Məhkəməsinə müraciət edilmiş, iddia təmin olunmuş və Sumqayıt Inzibati Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixli, *- *(***)-****/**** saylı qərar qəbul edilərək icraya yönəldilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Iddia tələbinə qarşı etiraz daxil olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibətdə təqdim edilmiş (imtina) məktubunun məzmunundan görünür ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən, iddiaçının anası X8 qeydiyyatının Abşeron rayonu, Hökməli qəsəbə ə/d, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində olduğundan, məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, Sumqayıt Inzibati məhkəməsinin qəbul etdiyi *-*(***)-****/**** saylı, ##.##.2025 il tarixli qərarı əsassız, qanunsuz və kobud prosessual pozuntu ilə qəbul edilmişdir. Məhkəmə onun iddia ərizəsini ümumiyyətlə oxumamış, kiminsə iddia ərizəsini oxumuş, işin faktiki halları o şəxsə aid olmuş, lakin qəbul edilmiş qərar isə onun qızı İddiaçı aid edilmişdir. Belə ki, X5 rayonunun Səfiyan kəndində doğulmuş və 1992-ci ildə Laçın rayonu Səfiyan kəndindən qaçqın düşmüş və Abşeron rayonu Hökməli qəsəbəsi Atyalı yaşayış massivində məskunlaşmışdır. Bu barədə iddia ərizəsində ətraflı qeydlər versə də, məhkəmə qəbul etdiyi qərarlarda onların qaçqın gəldikləri rayonu “iddiaçının atasının daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu Füzuli rayonunun Horadiz qəsəbəsi işğal olunmuş ərazi olmadığından...” ifadələrini qeyd etməklə, onda belə bir fikir formalaşdırmışdır ki, məhkəmə onun iddia ərizəsini ümumiyyətlə oxumamışdır. O cümlədən iddia ərizəsində işin faktiki halları ilə faktiki olaraq tanış olmamış və iddia ərizəsinə əlavə etdiyi sənədlərə ümumiyyətlə baxmamışdır. Bir sözlə, məhkəmə tətbiq edilməli inzibati hüquq normalarını tətbiq etməmiş, tətbiq edilməməli inzibati hüquq normalarını onun iddia ərizəsi ilə əlaqədar qərarında tətbiq etmişdir. Nəticə etibarilə qanunsuz, əsassız, kobud prosessual pozuntu ilə qərar qəbul etmişdir. O, Laçın rayonu Səfiyan kəndindən qaçqın gəlmişdir. Məhkəmə isə qərarında onu ünvan 2 ünvanında qeydiyyatda olan şəxs kimi göstərmişdir. Həmin ərazi isə ermənilər tərəfindən işğalda olmamışdır. O, Laçın rayonu Səfiyan kəndindən qaçqın gəldiyi halda, Məhkəmə qərarında onu ünvan 2 ünvanında qeydiyyatda olan şəxs kimi göstərmişdir. Həmin ərazi isə ermənilər tərəfindən işğalda olmamışdır. Iddia ərizəsinə əlavə olunmuş hüquqi əhəmiyyətli sənədlərin heç birini məhkəmə qəbul etdiyi qərarda bu barədə heç bir qeyd verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun qanuni nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. TƏTBIQ EDILƏN HÜQUQ “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il ## ### tarixli * №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. 1.1-ci bənd. “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Cavabdeh (bundan sonra Komitə) qəbul edir. 4.1-ci bənd. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: (-). 4.1.6-cı bənd. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); (-). Maddə 14. Sübut etmə vəzifəsi (-). 14.3. Inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASIYANIN MÜMKÜNLÜYÜ, APELLYASIYA BAXIŞININ HƏDLƏRI Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən cavabdehin imtinası təşkil edir. Iddiaçının hüquqi marağı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Cavabdeh (bundan sonra Komitə) qəbul edir. Həmin qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün vəsiqəsi verilir. Həmin normanın tələblərindən görünür ki, iddiaçıya məcburi köçkün vəsiqəsinin verilməsi üçün 3 şərt ödənilməlidir: 1) Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olmalı; 2) Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalı; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almalıdır. Birinci və üçüncü şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçının atası X5 ##.##.1981-ci il tarixdə Laçın rayonunda anadan olmuş və ona Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən AA seriyalı ****** nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Həmçinin, iddiaçı İddiaçı Azərbaycan Respublikası adından AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə birinci və üçüncü şərt ödənilir. Ikinci şərtə bağlı kollegiya qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının anası X8 məcbur köçkün deyildir, o, hal-hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının anasının hazırda daimi yaşayış yeri üzrə vaxtı ilə işğal altında olmuş (hazırda isə işğaldan azad olunmuş) rayon (şəhər) da qeydiyyatda olmadığı səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur və hazırda formalaşmış məhkəmə praktikasına uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTICƏVI HISSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar