Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1057/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı (Açar sözlər: torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Ismayılova Ləman Zakir qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Reyestr nömrəsi *****, inventar işi 134 № olan qeydiyyat vəsiqəsinin məzmunundan görünür ki, Abşeron rayonu, Novxanı bağ sahəsində yerləşən 1 yaşayış otaqlı yaşayış sahəsi 10,6 kv.m. ümumi sahəsi 10,6 kv.m. ibarət olan bağ evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayonu XDS IK-nin 150/6 ## ######## 1988-ci il tarixli qərarı əsasında vətəndaş İddiaçı adına qeydə alınmış, bu barədə iyun 1999-cu il tarixli texniki pasport tərtib edilmiş, texniki pasportun məzmununda torpaq sahəsinin ölçüsünün 1020 kv.m. olduğu və evə dair texniki göstəricilər əks olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilmiş ##.##.2025-ci il tarixli imtina məktubunun məzmunundan görünür ki, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında ölçü və konfiqurasiya fərqi olduğu, faktiki torpaq sahəsinin bir hissəsinin “xxxx” ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edilmiş, bundan başqa bağ sahəsinə dair məlumatların arxiv əsaslarında sadalanan bağların siyahısındaaşkar edilmədiyi müəyyən edilmişdir, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, ərizənin icrasından imtina edilir. Cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən tə.rtib edilmiş müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1020 kv.m., faktiki ölçüsü 0,1138 ha, sənəd üzrə yaşayış sahəsinin ölçüsü 10,6 kv.m., faktiki tikintialtı sahə 19,4 kv.m., icazəsiz tikili fərdi yaşayış evi 131,1 kv.m., köməkçi tikili 66,4 kv.m., söhbətgah 20,4 kv.m., talvar 72,3 kv.m., torpaq sahəsi üç tərfədn qonşu ilə bir tərəfdən yol ilə sərhəddir, fərdi yaşayış evi kommunkiasiya xəttlərinin mühafizə zonasında yerləşmir, torpaq sahəsi ümumi daş hasar daxilindədir, torpaq sahəsi üzərində bir mərtəbəli mansardlı fərdi yaşayış evi köməkçi tikili, talvar və söhbətgah inşa edilmişdir, texniki pasportda göstərilən A fərdi yaşayış evi ilə vətəndaş tərəfindən göstərilən evin göstəriciləri arasında fərq mövcuddur, bundan əlavə texniki pasportda göstərilən torpaq sahəsinin ölçü və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin ölçü və konfiqurasiyası arasında qismən uyğunsuzluq aşkar edilmişdir, baş plan, faktiki mərtəbə planı və fotoşəkillər müayinə aktına əlavə edildi. Abşeron rayonu Dövlət Notariat Arxivinin ##.##.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, Abşeron rayonu XDS IK-nin ##.##.1988-ci il tarixli ***/* saylı qərarında İddiaçı adı aşkar edilməmişdir. “Iri şəhərlərin X1 Xidməti” PHŞ tərəfindən verilmiş ## ### 2026-cı il tarixli məktubunun məzmunundan görünür ki, müraciətdə qeyd olunan torpaq sahəsindən 8 metr məsafədə publik hüquqi şəxsin balansında olan və 1980-1982-ci illərdən istismar olunan strateji əhəmiyyətli 2xd1220 mm Ceyranbatan-Maştağa magistral su kəmərləri və 1,5 metr məsafədə d=225 mm su xətti keçir, Qaydaların 6.1.2.1.-ci yarımbəndinə əsasən kəmərin mühafizəsi zonası, xəttin mərkəzi oxundan hər iki tərəfə 10 metr məsafədə saxlanılmaqla qəbul edilmişdir, bununla da bildirilir ki, Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsinin içməli su ilə təminatında mühüm rolu olan Ceyranbatan- Maştağa magistral su kəmərlərinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılması sözügedən Qaydaların tələbinə əsasən qadağandır, nəzərə alınması xahiş edilir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Novxanı kəndi ərazisində, üzərində fərdi yaşayış evi tikilmiş İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq və müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə müraciət edərək, Abşeron rayon, Novxanı kəndi ərazisində yerləşən ***** reyestr nömrəli, 134 inventar nömrəli qeydiyyat vəsiqəsinə (##.##.1988-ci il tarixli Abşeron rayon XDS IK-nın ***/* saylı sərəncamı) və iyun 1999-cu il tarixli texniki pasporta əsasən iddiaçıya məxsus 0.1020 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi üzərində mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” nı məhkəmədən xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Novxanı kəndi ərazisində iddiaçıya fərdi ev tikintisi üçün torpaq sahəsi verilmişdir. Həmin torpasq sahəsi üzərində qanunvericiliyin bütün tələblərinə riayət etməklə yaşayış sahəsi inşa etmişdir. Həmin yaşayış sahəsi dövlət qeydiyyatına alınaraq bu barədə iddiaçıya qeydiyyat vəsiqəsi də verilmişdir. Lakin həmin yaşayış sahəsinin yerləşdiyi 0.10 ha torpaq sahəsi uzun zamandır, iddiaçının istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsinin üzərində yerləşən qeyd olunan evə qeydiyyat vəsiqəsi alsa da, torpaq sahəsinə hələdə çıxarış ala bilməmişdir. Bu səbəbdən də cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi Idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin qeyd olunan qurum tərəfindən ##.##.2025-ci il tarixdə iddiaçının müraciətinə cavab verilərək “aparılan araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında ölçü və konfiqurasiya fərqi olduğu, faktiki torpaq sahəsinin bir hissəsinin “xxxx” ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi aşkar edildiyi, bundan başqa bağ sahəsinə dair məlumatların arxiv əsaslarında saxlanılan bağların siyasında aşkar edilmədiyini bildirərək, “Daşınmazəmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Halbuki, imtina məktubunda qeyd olunanlar əsassızdır və çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, Abşeron rayonu,Novxanı kəndində yerləşən baq evi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışınmünasibət təqdim edilməmişdir. verilməsi ilə baqlı * saylı Abşeron Ərazi Idarəsinə ## #### 2025-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı:Sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq səhəsi arasında ölçü və konfiqurasiya fərqi olduğu; Torpaq sahəsinin bir hissəsinin “xxxx” ASC-nin istifadəsində (istismarında) olan su kəmərinin mühafizə zolağında yerləşdiyi; Bağ sahəsinə dair məlumatların arxiv əsaslarında saxlanılan bağların siyahısında aşkar edilmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazı bildirib, * saylı Abşeron Ərazi Idarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon, Novxanı kəndi ərazisində yerləşən ***** reyestr nömrəli, 134 inventar nömrəli qeydiyyat vəsiqəsinə (##.##.1988-ci il tarixli Abşeron rayon XDS IK-nın ***/* saylı sərəncamı) və iyun 1999-cu il tarixli texniki pasporta əsasən iddiaçıya məxsus 0.1020 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi üzərində İddiaçı mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və texniki sənədlərin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında cavabdeh1 üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ***** reyestr nömrəli, 134 inventar nömrəli qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərindəki yaşayış evi Abşeron rayon XDS-nin Icraiyyə Komitəsinin ***/* saylı, ## ######## 1988-ci il tarixli qərarı İddiaçı ayrılmış və həmin vaxtdan onun mülkiyyətində və istifadəsində olmuşdur. Iddiaçı qeyd edilən yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair cavabdeh orqana müraciət etmiş, lakin cavabeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin ##.##.2015-ci il tarixli *** nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin əsası hesab olunur. Siyahının 1.11-ci bəndində qeyd edilir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya vəqiymətləndirilməsinə aid pasportlar müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Iş materiallarından göründüyü kimi, fərdi yaşayış evinin əvvəlki sahibinin adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1999-cu ildə tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir; torpaq sahəsinin texniki göstəricilər üzrə ölçüsü 0.1020 ha, faktiki ölçüsü isə 0.1138 ha-dır; F.Y.E kommunikasiya xətlərinin mühafizəsində yerləşmir; texniki pasportda göstərilən torpaq sahəsinin ölçü və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin ölçü və konfiqurasiyası arasında qismən uyğunsuzluq aşkar edilmişdir. Məhkəmə cavabdeh orqanın etirazda qeyd etdiyi dəlillərin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə müvafiq sorğular ünvanlamışdır. “Iri Şəhərlərin X1 Xidməti” publiq hüquqi şəxsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir: “Nəzərinizə çatdırırıq ki, müraciətinizdə qeyd olunan torpaq sahəsindən 8 metr məsafədə “Iri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsin balansında olan və 1980-1982-ci illərdən istismar olunan strateji əhəmiyyətli 2xd1220mm Ceyranbatan-Maştağa magistral su kəmərləri və 1.5 metr məsafədə d=225 mm su xətti keçir. Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2003-cü il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları”nın 6.1.2.1ci yarımbəndinə əsasən kəmərin mühafizə zonası, xəttin mərkəzi oxundan hər iki tərəfə 10 metr məsafə saxlanılmaqla qəbul edilmişdir. Bununla da bildiririk ki, Bakı şəhəri və Abşeron yarımadasının bir hissəsinin içməli su ilə təminatında mühüm rolu olan Ceyranbatan-Maştağa magistral su kəmərlərinin mühafizə zonasında tikinti-quraşdırma işlərinin aparılması sözügedən Qaydaların tələblərinə əsasən qadağandır.” Məhkəmə cavabdeh orqana sorğu ünvalayaraq mübahisəli torpaq sahəsinin ətrafındayerləşən və mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən, qonşu torpaq sahələri yaşayış məntəqələri təyinatlı torpaqları olaraq, Abşeron rayon XDS Icraiyyə Komitəsinin qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, məhkəmə nəzərə alır ki, hüquqların dövlət qeydiyyatının məqsədi mövcud hüquqi vəziyyətin rəsmiləşdirilməsi və hüquq sahibinin hüquqlarının dövlət tərəfindən tanınmasının təmin edilməsidir. Hazırkı iş üzrə toplanmış sübutlar mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi 0.1020 ha torpaq sahəsi üzərində hüquqların yaranmasını və həmin hüquqların iddiaçıya keçməsini kifayət qədər təsdiq edir. Belə olan halda, məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir və iddiaçının fərdi yaşayış evi ilə onun yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının təmin edilməli olduğu qənaətinə gəlir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün istinad edilən su kəmərinin mühafizə zolağının mövcudluğu özlüyündə iddiaçının uzun illər əvvəl yaranmış əmlak hüquqlarının tanınmasına maneə təşkil etmir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçının hüquqlarının əsasında duran hüquqmüəyyənedici sənədlər mühafizə zonalarına dair məhdudiyyətlərin tətbiqindən xeyli əvvəl verilmiş, fərdi yaşayış evi və torpaq sahəsi üzərində faktiki sahiblik və istifadə uzun müddət ərzində dövlət orqanları tərəfindən mübahisələndirilməmişdir. Mühafizə zonasının mövcudluğu daşınmaz əmlak üzərində hüququn yaranmasını və ya mövcudluğunu deyil, həmin əmlakdan istifadə qaydasını məhdudlaşdıra bilən hüquqi rejimi ifadə edir. Buna görə də belə hal daşınmaz əmlak üzərində artıq formalaşmış hüquqların dövlət qeydiyyatından imtina edilməsinin müstəqil əsası kimi qiymətləndirilə bilməz. Eyni zamanda, iş üzrə təqdim olunmuş sübutlardan mübahisəli ərazinin yerləşdiyi yaşayış massivində analoji hüquqi əsaslarla əldə edilmiş digər torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik və legitim gözləntilərin qorunması prinsipləri tələb edir ki, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşma tətbiq edilməsin. Cavabdeh tərəfindən göstərilən hallar iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin etibarlılığını aradan qaldırmadığından və həmin sənədlər əsasında yaranmış hüquqların mövcudluğunu təkzib etmədiyindən, dövlət qeydiyyatının həyata keçirilməsindən imtina qanunvericiliyin məqsəd və mahiyyətinə uyğun hesab edilə bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə dair yazılı etirazın dəlilləri ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd edilmişdir ki, Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli sərəncamı ilə Bakı şəhəri və Abşeron rayonu inzibati ərazi vahidlərinin hüdudlarında olan bəzi torpaq sahələrinin inzibati ərazi aidiyyəti ilə bağlı mövcud mübahisələrin həlli və inzibati ərazi vahidlərinin sərhədlərinin dəqiqləşdirilməsi məqsədi ilə müvafiq komissiya yaradılmışdır. Adıçəkilən daşınmaz əmlak Bakı və Abşeron rayonu arasında mübahisəli ərazilər daxilində yerləşir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi yazılı ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ..... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ..... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il ####un #-dək HYPERLINK "https://e-qanun.az/framework/23986" \o "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Icra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;... 8.0.9. Azərbaycan Respublikasının HYPERLINK "https://eqanun.az/framework/46958" \o "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə:8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, HYPERLINK "https://e-qanun.az/framework/5474" \o "yerli icra hakimiyyəti orqanları"müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ..... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi” Qaydaları ....
4. Su anbarlarında, magistral və təsərrüfatlararası kanallarda və kollektorlarda mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazilərində əlavə məhdudiyyətlər tətbiq edilir. Bu zolaqların ölçüləri, sərhədləri və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/891" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli qərarı"2000-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na əsasən həyata keçirilir. .....
15. Hidrotexniki qurğuların mühafizə zonalarının ölçüləri və sərhədlərinin müəyyən edilməsi və onların hüdudlarında istifadə rejimi barədə müvafiq təşkilatlar tərəfindən əhali, torpaq mülkiyyətçiləri və istifadəçiləri müəyyən olunmuş qaydada məlumatlandırılırlar. ....
17. Hidrotexniki qurğuların mühafizə zonalarının və mühafizə nişanlarının lazımi səviyyədə saxlanılması hidrotexniki qurğunun mülkiyyətçisi, yaxud istifadəçisi tərəfindən həyata keçirilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
18. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində hidrotexniki qurğuların mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur. .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları .....
25. Su mühafizə zonalarının, sahil mühafizə zolaqlarının və su mühafizə nişanlarının lazımi vəziyyətdə saxlanması su istifadəçilərinə həvalə edilir. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər.
26. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağan qoymur. ..... Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsi və onun üzərindəki bağ evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq, ona dair çıxarış və texniki sənədlərin verilməsinə nail olmağa yönəlmişdir. Işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sənəd üzrə torpaq sahəsinin ölçüsü ilə faktiki ölçüsü və konfiqurasiyası arasında fərq olması, torpaq sahəsinin bir hissəsinin su kəmərinin mühafizə zonasında yerləşmsi, bağ sahəsinə dair arxiv məlumatlarının bağların siyahısında aşkar edilməməsi halına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırki iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı qeyd edir ki,sözügedən torpaq sahəsi və orada yerləşən bağ evinə dair iddiaçının mülkiyyət hüququ qeydə alınaraq, onun adına qeydiyyat vəsiqəsi tərtib edilmiş, habelə iyun 1999-cu il tarixli texniki passport verilmişdir, həmin sənədlərin arxiv nüsxələri kadastr baza məlumatında aşkar edilməsə də, cavabdeh inzibati orqanın özündə mövcud olmuşdur. Işin müəyyən edilmiş hallarından görünür ki, istinad edilən hüquqmüəyyənedici sənədlərdə əks olunmuş texniki göstəricilərdə olan sözügedən torpaq sahəsi və onun üzərində yerləşən bağ evi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Kollegiya sözügedən əmlak üzərində iddiaçının mülkiyyət hüququnun yaranıb-yaranmaması ilə bağlı qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən qeydiyyat vəsiqəsi və ## ###### 2001-ci ilədək tərtib edilmiş texniki pasport əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas təşkil etdiyindən, habelə həmin sənədlər hazırda qüvvədə olduğundan, onların ləğv edilməsi və ya qüvvədən düşməsi halı aşkar edilmədiyindən, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququ yaranmışdır. Kollegiya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsasın olub-olmaması ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi və onun üzərində yerləşən bağ evi cavabdeh inzibati orqanın özünün mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərinə dair müayinə aktı tərtib edilmiş, aktın məzmununda sənəd üzrə torpaq sahəsinin və bağ evinin naturada mövcudluğu qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin imtina əsası kimi istinad etdiyi “torpaq sahəsinin sənəd və faktiki ölçü və konfiqurasiya fərqinin olması” halı iddiaçının faktiki istifadəsində artıq torpaq sahəsinin olması ilə bağlı ortaya çıxmışdır. Belə olan halda, kollegiya hesab edir ki, sənəd üzrə olan ölçüdə torpaq sahəsi naturada mövcud olduğundan və iddiaçı tərəfindən faktiki istifadə edildiyindən, habelə iddiaçının tələbi məhz sənəd üzrə ölçüdə olan torpaq sahəsi ilə bağlı olmaqla, artıq torpaq sahəsi ilə bağlı olmadığından, cavabdeh həmin arqumentə istinad etməkdə haqlı olmamışdır. Bundan əlavə, kollegiya qeyd edir ki, iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin arxiv nüsxələri kadastr baza məlumatında aşkar edilməsə də, sənədlərin əsli iddiaçıda mövcud olmuş, habelə cavabdeh inzibati orqanın özündə arxiv nüsxəsi mövcud olmuş, bu hal mübahisələndirilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun qeydə alınmasına əsas olmuş sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri məhz bağçılıq-bostançılıq məqsədilə ayrılmış, onlara dair hüquqmüəyyənedici sənədlərin məzmununda “vətəndaşlara kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsinin ayrılması haqqında” qeyd edilmiş, təyinatına görə “yaşayış məntəqələri torpaq sahələri” kimi əks olunmuş, habelə hüquqmüəyyənedici sənədlər qismində Abşeron rayonu XDS Icraiyyə Komitəsinin qərarları və Abşeron rayonu Icra Hakimiyyətinin qərarı çıxış etmişdir. Nəticə etibarilə işin müəyyən edilmiş həmin halları sözügedən torpaq sahəsinin məhz bağçılıqbostançılıq üçün ayrılmış torpaq sahələrinin olduğu ərazidə yerləşməsi halını müəyyən etməyə imkan vermişdir. Bu baxımından kollegiya hesab edir ki, indiki halda işin müəyyən edilmiş halları əsasında torpaq sahsinə dair hüquqmüəyyənedici sənədlər mövcud olduğundan, habelə həmin torpaq sahəsinin bağ sahələrinin yerləşdiyi ərazidə yerləşməsi halı müəyyən edildiyindən , bağ sahəsinə dair məlumatların arxiv əsaslarında saxlanılan bağların siyahısında aşkar edilməməsi halı mövcud olan mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas qismində çıxış etməmişdir. Belə ki, kollegiya hesab edir ki, sənədlərin arxiv əsaslarının saxlanılması məhz səlahiyyətli qurumun səlahiyyətinə aid olmaqla, onun məsuliyyət daşıdığı öhdəlik kimi çıxış etmişdir. Nəticə etibarilə həmin sənədlər cavabdeh qurumda olduğu halda, kadastr baza məlumatlarının arxivində saxlanılmaması məhz səlahiyyətli qurumun öz öhdəliyini lazımi qaydada icra etməməsi ilə bağlı ortaya çıxmışdır. Bu halda kollegiya hesab edir ki, iddiaçının təqsiri ilə əhatə olunmayan hala istinad etməklə, iddiaçının mövcud olan hüququn məhdudlaşdırılması ilk növbədə mütənasiblik prinsipinin tələblərinə zidd olmuşdur, əks yanaşmanın tətbiqi isə mövcud olan mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti də əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki,cavabdeh sözügedən torpaq sahəsinin su kəmərinin mühafizə zolağında yerləşdiyini qeyd edir, habelə işin müəyyən edilmiş halları əsasında torpaq sahəsinin 8 metr məsafədə magistral su kəməri və 1,5 metr məsafədə su xəttinin keçdiyi müəyyən edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən əmlaklara dair mülkiyyət hüququ tanınaraq (1999-cu ildə), bu hüquq qeydə alınmış, qeydiyyat vəsiqəsi və texniki pasport tərtib edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, həmin vaxtdan hazıradək bu qədər uzun müddət ərzində torpaq sahəsi və bağ evi iddiaçının faktiki istifadəsində olmuş, magistral su kəməri və su xəttinin balansında olduğu müvafiq təşkilat tərəfindən buna dair hər hansı etiraz (həm faktiki istifadə vəziyyətində, həm də hüququn rəsmiləşdirilməsi zamanı) bildirilməmiş, bu hal onun tərəfindən mübahisələndirilməmiş, iddiaçı həmin davranışa güvənərək ona uyğun hüquqlarını realizə etmişdir. Eyni zamanda kollegiya qeyd ki, yuxarıda istinad edilən qaydaların tələbinə əsasən torpaq sahəsinin mülkiyyətçiləri onların torpaq sahələrində yerləşən su mühafizə zonaları və sahil mühafizə zolaqları üçün müəyyən edilmiş istifadə rejiminə riayət etməlidirlər, torpaq sahələrində su mühafizə zonalarının müəyyən edilməsi həmin torpaqlar üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur, habelə onlara dair əqdlərin bağlanmasına qadağa qoymur, Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının sözügedən torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququ qeydə alındığından, onun faktiki sahibliyində olduğundan, təşkilat tərəfindən uzun müddət ərzində bu hala dair hər hansı etiraz edilmədiyindən, habelə istinad edilən qaydaların məzmununa əsasən bu hal mülkiyyət hüququnun xitamına səbəb olmadığından, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya hesab edir ki, cavabdehin bu hissədə istinad etdiyi arqumenti və iddianın əsaslılığı bərabərlik prinsipinin tələbləri baxımından da dəyərləndirilməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu və oxşarməzmunlu hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə ## #### 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti bu əsasla da formal xarakter daşımış və əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi Abşeron rayonu inzibati ərazi vahidi hüdudları daxilində yerləşdiyindən, inzibati ərazi vahidinin hüdudlarının dəyişdirilməsi halına dair qüvvəyə minmiş normativ hüquqi aktın mövcudluğu müəyyən edilmədiyindən, cavabdehi “torpaq sahəsinin mübahisəli ərazi daxilində yerləşməsi” ilə bağlı arqumenti də əsassız olmuşdur. Nəticə etibarilə kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddianın əsaslılığı müəyyən edildiyindən, torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilmədiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin imtina və şikayətin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.