Məhkəmə qərarları › İş №2-1(3-8)-1058/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1058/2026

09.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1058/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev Ismayıl Rza oğlundan ibarət tərkibdə, Məmmədova Aişə Səfər qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Işin halları “xxxx” Yayma zavodu tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı ##.##.1996-cı il tarixində “xxxx” Istehsalat Birliyinin C.Cabbarlı adına Metallurq Mədəniyyət evinin bədii rəhbəri vəzifəsinə (aylıq vəzifə maaşı 63000 manat müəyyən edilməklə) işə qəbul edilmişdir (əmr №** ##.##.1996-cı il). ##.##.2000-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli 149 №li “Özəlləşdirilən dövlət müəssisələrinin, birliklərinin və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında” Qərarına və Sumqayıt şəhər Icra Hakimiyyəti Başçısının ##.##.1999-cu il tarixli 746 №li müvafiq sərəncamına əsaslanaraq Sumqayıt şəhər Mədəniyyət Idarəsinin sərəncamına keçirilmişdir (əmr №*** ##.##.2000-ci il). “xxxx” Yayma zavodunun ## #### 2025-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, ##.##.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən ##.##.1978-ci il tarixdə Azərbaycan Boruyayma zavodunun Boruyayma sexinin yivaçma şöbəsinə 4-cü dərəcəli soyuq boru kəsicisi peşəsinə işə qəbul edilmişdir (Əmr № ***, ##.##.1978-ci il); -##.##.1980-ci il tarixində həmin sexdə yivaçma şöbəsinə 4-cü dərəcəli aqreqat və xüsusi dəzgahların sazlayıcısı keçirilmişdir (qeyd №****; ##.##.1980-ci il); -##.##.1982-ci il tarixində həmin sexdə yivaçma şöbəsinə 4-cü dərəcəli soyuq boru kəsicisi keçirilmişdir (qeyd №****, ##.##.1982-ci il); -##.##.1983-cü il tarixində həmin sexdə 5-cü dərəcəli aqreqat və xüsusi dəzgahların sazlayıcısı keçirilmişdir (qeyd № ***, ##.##.1983-cü il); -##.##.1985-ci il tarixində həmin sexdə 250-1 dəzgahının növbətçi heyətinə 5-ci dərəcəli təmirçi çilingər keçirilmişdir (qeyd № ***, ##.##.1985-ci il); -##.##.1985-ci il tarixində "Metallurq” Mədəniyyət evinə köçürülmə ilə əlaqədar işdən azad edilmişdir (əmr № *** ##.##.1985-ci il) -##.##.1996-cı il tarixində "xxxx" Istehsalat Birliyinin C.Cabbarlı adına "Metallurq" Mədəniyyət evinin bədii rəhbəri vəzifəsinə (Həmkarlar Ittifaqı Komitəsindən köçürülmə) işə qəbul edilmişdir (əmr №**, ##.##.1996-cı il); -##.##.2000-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999- cu il tarixli *** №-li “Özəlləşdirilən dövlət müəssisələrinin, birliklərinin və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial mədəni və məişət-kommunal təyinatlı obyektlərinin yerli icra hakimiyyəti orqanlarının, aidiyyəti üzrə müvafiq təşkilatların balansına verilməsi haqqında" Qərarına və Sumqayıt şəhər Icra Hakimiyyəti başçısının ##.##.1999-cu il tarixli 746 №-lı müvafiq sərəncamına əsaslanaraq Sumqayıt şəhər Mədəniyyət Idarəsinin sərəncamına keçirilmişdir (Əmr № ***. ##.##.2000-ci i) "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən ##.##.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" Istehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin *** saylı ##.##.1998-ci il tarixli sərəncamı ilə ##.##.1998-ci il tarixdə "xxxx" Istehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialının ##.##.2026-cı il tarixli məktubunda qeyd edilmişdir ki, “C.Cabbarlı” adına Mədəniyyət evinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “xxxx” Yayma Zavodunun ## ### 2026-cı il tarixli AZB **/*** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1985-ci il tarixədək və ##.##.1996-cı il tarixdən ##.##.2000-ci il tarixədək "xxxx" ASC-də (keçmiş Azərbaycan Boruyayma zavodu) işləmişdir. Həmçinin İddiaçı ##.##.1985-ci il tarixdən ##.##.1996-cı il tarixədək C.Cabbarlı adına Mədəniyyət evində (Həmkarlar Ittifaqının tərkibində) işlədiyi dövr üzrə arxiv sənədləri müəssisədə mövcud deyildir. Bu səbəbdən sorğuda tələb olunan sənədlərin təqdim edilməsi imkan xaricindədir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt Inzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının bərpa edilməsinin cavabdehin üzərinə qoyulmasını və hüquqlarının təmin edilməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə təqdim edərək, 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ödənilməsini məhkəmədən xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 1978-ci ildən Azərbaycan Boruyayma zavodunda əmək fəaliyyətinə başlamış, eynbi zamanda Azərbaycan Dövlət Incəsənət Institutunda qiyabi təhsil almışdır. 1985-ci ildə Cəfər Cabbarlı adına Mədəniyyət Evinə bədii rəhbər vəzifəsinə keçirilmişdir. Mədəniyyət evi zavodun balansında olduğu üçün elə zavod tərəfindən maliyyələşdirilirmişdir. 1996-cı ildə zavod fəaliyyətini dayandırmış və ”xxxx” Səhmdar Cəmiyyətinə çevrilmişdir. Həmin vaxt işçilər zavoddan azad edilib yenidən “xxxx” Səhmdar Cəmiyyətinə işə götürülmüşlər. 2000-ci ilə qədər Mədəniyyət Evində bədii rəhbər kimi fəaliyyət göstərmişdir. 1996-cı ildə onları işdən azad edərkən əmək kitabçasına möhür kiril əlifbası ilə vurulmuşdur. Bu səbəbdən cavabdeh həmin dövrü onun sosiaı sıığorta stajına daxil etməkdən imtina edir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ərizə ilə Mərkəzi Filiala müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı qanunvericiliklə tələb edilən 25 ildən az təşkil etdiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. Iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən ##.##.1974-cü il tarixdən ##.##.1975-ci il tarixədək, ##.##.1975-ci il tarixdən ##.##.1976-cı il tarixədək, ##.##.1978-ci il tarixdən ##.##.1985-ci il tarixədək, ##.##.1996-cı il tarixdən ##.##.2000-ci il tarixədək əmək fəaliyyəti dövrləri, ##.##.1976-cı il tarixindən ##.##.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumi sığorta stajı 15 il 4 ay 13 gün təşkil edir. Iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş "C.Cabbarlı" adına Mədəniyyət evində ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə olunub) sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları”nın 3.5-ci bəndinə əsasən əmək kitabçasında işə qəbul və başqa daimi işə keçirilmə barəsində bütün qeydlər işəgötürən tərəfindən müvafiq əmr (sərəncam, qərar) verildikdən 5 (beş) gündən gec olmamaq şərtilə əmək müqaviləsinə xitam verilmə haqqında isə işçinin əmək müqaviləsinə xitam verildiyi gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın, qərarın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 3.6-cı bəndinə əsasən işə qəbul və başqa daimi işə keçirilmə barəsində səhv və qeyri-dəqiq qeydlər aşkar edildikdə işəgötürən tərəfindən düzəliş aparılır. Bu hallar işçi iş yerini dəyişdikdən sonra aşkar olunduqda yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi kömək göstərməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Azərbaycan Respublikasının # ###### 1999-cu il tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş, 1999-cu il ####un #-dən qüvvəyə minmişdir. Əmək Məcəlləsinin 317-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan Respublikasının bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir və bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin maddənin 84.2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Lakin əmək kitabçasındakı qeydlərdən də göründüyü kimi ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrdə işdən azadolma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə edilib. Həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd olunan məlumatlara əsasən "C.Cabbarlı" adına Mədəniyyət evinin sənədləri sözügedən idarədə aşkarlanmadığından iddiaçının ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunur ki, iddiaçı İddiaçı sosial sığorta stajı qanunvericiliklə tələb ediləndən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 65 yaşının tamam olduğu ##.##.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sorğusuna cavab olaraq “xxxx” Yayma Zavodunun ## ### 2026-cı il tarixli AZB **/*** saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı ##.##.1978-ci il tarixindən ##.##.1985-ci il tarixinədək və ##.##.1996-cı il tarixindən ##.##.2000-ci il tarixinədək "xxxx" ASC-də (keçmiş Azərbaycan Boruyayma zavodu) işləmişdir. Həmçinin, İddiaçı ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək Metallurqların C.Cabbarlı adına Mədəniyyət evində (Həmkarlar Ittifaqının tərkibində) işlədiyi dövr üzrə arxiv sənədləri müəssisədə mövcud deyildir. Bu səbəbdən sorğuda tələb olunan sənədlərin təqdim edilməsi imkan xaricindədir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilən dövrlərdə işləmədiyini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və əmək kitabçasındakı qeydlərin qeyri mötəbərliyi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il ######ın #-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il ######ın #-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il ######ın #-dən etibarən sağortaolunanın 2006-cı il ######ın #-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. Iş stajının təsdiq edilməsi qaydası Iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. Iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. Işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. Işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

“Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. Inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. Işin hallarının obyektiv araşdırılması 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin Inzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (IPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (IPM-in 85.2 və 85.3cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya 65 yaşının tamam olduğu ## ###### 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə əsasən iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş "C.Cabbarlı" adına Mədəniyyət evində ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma qeydinə vurulan möhürdəki yazılarda kiril qrafikalı əlifbadan istifadə olunub) sözügedən dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. Iddiaçı ##.##.1957-ci il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaşına çatması işin mübahisəsiz halıdır. Mübahisəli hal iddiaçının ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan olan əmək stajı ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının sığorta stajının yalnız əmək kitabçasında formal uyğunsuzluqlar nəzərə alınmaqla hesablanması və dövrlərin staja daxil edilməməsi barədə mövqe tutulmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən halların mövcudluğu iddiaçının sosial sığorta hüquqlarının məhdudlaşdırılması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə görə əmək kitabçasının düzgün aparılması və rəsmiləşdirilməsi işəgötürənin vəzifəsidir və bu vəzifənin icrasında yol verilmiş nöqsanlar işçinin hüquqlarının, o cümlədən sosial təminat hüququnun pozulmasına səbəb olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli, *** №-li Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin II bölməsinin 3-cü maddəsində göstərilir ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası əmək fəaliyyətini təsdiq edən əsas sənədlərdən biridir və qanunvericiliyə görə, orada aparılmış qeydlər əksini sübut edən mötəbər dəlillər təqdim edilmədiyi halda etibarlı hesab olunur. Cavabdeh inzibati orqan tərəfindən işdən azadolma qeydinə vurulmuş möhürdə kiril qrafikalı əlifbadan istifadə olunması və ya arxiv sənədlərinin saxlanılmaması səbəbindən əməkhaqqı məlumatlarının tapılmaması iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Işəgötürən tərəfindən kargüzarlıq qaydalarının pozulması və ya arxiv sənədlərinin mühafizə edilməməsi vətəndaşın konstitusiya ilə təsbit olunmuş sosial təminat və pensiya hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas təşkil etmir. Nəzərə alınmaldır ki, «Dövlət dilinin tətbiiqi işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** saylı Fərmanına əsasın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001ci il ######un #-ə qədər təmin etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Bundan sonra «Azərbaycan Respublikasında dövlət dili haqqında» ##.##.2002-ci il tarixli ***-IIQ saylı Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət diliinin əlifbası latın qrafikalı Azərbaycan əlifbası hesab edilmişdir. Iş materialları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının göstərilən dövrdə faktiki olaraq çalışmadığını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamış, əmək kitabçasındakı qeydlərin saxtalığı sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasındakı qeydlər onun müvafiq dövrdə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiqləyən əsaslı və yetərli sübut kimi qəbul edilərək iddiaçının ##.##.1985-ci il tarixindən ##.##.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edilməlidir. Həmin müddət sığorta stajına əlavə edildikdə iddiaçının ümumi iş stajı 25 il 8 ay 14 gün təşkil edir ki, bu da yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb edilən azı 25 illik sığorta stajı şərtini tam ödəyir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Qeyd edilən dövrlər nəzərə alındıqda iddiaçının qanunvericiliklə tələb olunan minimum sığorta stajına malik olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirərək iddianın təmin edilməsi qənaətinə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar