Məhkəmə qərarları › İş №2-1(3-8)-1060/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-8)-1060/2026

04.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(3-8)-1060/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması, kənd təsərrüfatı təyinatlı örüş torpaqları) Sədrlik edən və məruzəçi hakim Cabbarova Gülnar İnqilab qızı, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları # ###### 2005-ci il tarixli, *** nömrəli qəbzdən görünür ki, İddiaçı 70.800 manat məbləğində ödənişi Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin hesabına köçürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ## ### 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ## ###### 2014-cü il tarixli, A seriyalı, ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Şamaxı rayon, Çuxuryurd bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi Seyfullayev Elçin Adil oğluna verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şamaxı Ərazi İdarəsinin ## #### 2023-cü il tarixli, ************ nömrəli nümayəndə2 göndərilmiş məktubundan görünür ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının # ######## 2024-cü il tarixli, *-**-DA-**F/*-***-**-** nömrəli məktubunda bildirilir ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin protokolları və torpaq sənədləri Dövlət Arxivi Şamaxı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şamaxı Ərazi İdarəsinin ## ######## 2024-cü il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda bildirilir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılan zaman məlum olmuşdur ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə verilmiş 0,12 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən örüş torpaqlarına aiddir. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ** saylı Şamaxı Ərazi İdarəsinin # ###### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubunda bildirilmişdir ki, - torpaq sahəsi elektron baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətə aid torpaq sahəsidir;-** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aiddir; mübahisəli torpaq sahəsi elektron baza məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi qeyd edilmişdir; - mübahisəli torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti və digər kommunikasiya xətləri çəkilməmişdir; - ************** nömrəli torpaq sahəsinin planı və ölçüsü elektron baza məlumatlarında mövcuddur. İddiaçı adı DBF siyahısında öz əksini tapır; - torpaq sahəsi 0,12 ha təşkil etməklə, elektron baza məlumatlarına əsasən hər hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşmür; - ************** nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə naturada göstərilən 0,12 ha torpaq sahəsi eyni ərazidə yerləşir və koordinatlar eynilik təşkil edir; - ** saylı Şamaxı Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə həyətyanı məqsədilə çıxarışlar verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi naturada başqa şəxs tərəfindən istifadə olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Çuxuryurd bələdiyyəsi tərəfindən ## ###### 2005-ci il tarixli, ** saylı qərarla ona verilmiş Çuxuryurd kəndi ərazisində yerləşən 1200 kv.m olan torpaq sahəsinə dair mülkiyyət mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə iddiaçıya verilmiş Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair onun mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin ## ###### 2005-ci il tarixli, ** saylı qərarı ilə Çuxuryurd kəndində sahəsi 1200 kv.m olan torpaq sahəsi fərdi yaşayış evi tikilməsi məqsədilə ona verilmişdir. Bunun üçün Azərbaycan Respublikası Dövlət Torpaq və XK-nin torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuş və Torpaq Kadastr kitabında ## ###### 2024-cü il tarixli, 528 nömrə ilə uçota alınmışdır.Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı imtina məktubuna uyğun əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin ## ###### 2005-ci il tarixli,12nömrəliqərarıiləiddiaçıyabələdiyyəninərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi təhkim e dilmişdir. Qeyd edilən qərarda torpaq sahəsinin uqodiyası həyətyanı kimi qeyd edilsə də, cavabdeh orqanın etiraz dəlilinin araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kateqoriyasına, örüş torpaqlara aiddir.Nəticə etibari ilə məhkəmə araşdırması zamanı müəyyənolunurki,mübahisəpredmetiolan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpağı olm ası işin mübahisəsiz halıdır. Həmçinin, formalaşmış məhkəmə təcrübəsinə əsasən mövcud münasibətlərin xarakterini müəyyən etməyə imkan verən ətrafda yerləşən torpaq sahələrində mövcud olan vəziyyətə münasibətdə qeyd edilir ki, iddia predmeti olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində həyətyanı məqsədilə mülkiyyət hüquqları qeydiyyata alınmamış, müvafiq çıxarışlar da verilməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; ... Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar (## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti ## ###### 2008-ci il, № ***, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, № **, maddə 1048) ilə...7.1.3-cü, 7.1.4cü,...maddələr... çıxarılmışdır). 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib olunur (##.##.2007-ci il tarixə qədər olan redaksiya).

Azərbaycan Respublikasının ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ##.##.2001-ci il tarixli *** nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu; torpaqların monitorinqi-torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə müntəzəm müşahidə sistemi mənasını ifadə edir. Maddə 3. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında qanunvericiliyin məqsədi Azərbaycan Respublikasının vahid torpaq fondunda kadastr, monitorinq və yerquruluşu işlərinin aparılmasını, təşkilini və idarə edilməsini tənzimləməkdir. Maddə 12. Dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmağa yönəlmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edilməsi hallarına istinad edərək, müraciətdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddianın mümkünlüyü ilə bağlı onu qeyd edir ki, hazırki inzibati iş üzrə iddianın mümkün sayılmaması üçün qanunla müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Kollegiya iddianın əsaslılığı və işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyənin ##.##.2005-ci il tarixli ** saylı qərarı ilə ayrılmış, ona ödəniş qəbzinin kserosurəti mövcud olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə tərəfindən sənədlər arxiv idarəsinə təhvil verilmədiyindən, həmin qərar və onunla bağlı digər sənədlərin arxiv nüsxəsinin təqdim edilməsi mümkün olmamış, qərarın arxiv nüsxəsi bələdiyyənin özündə mövcud olmuşdur, qərarın məzmununda isə “Şamaxı rayonu torpaq şöbəsinin ## ###### 2005-ci il tarixli **-*-* saylı razılıq rəyini və torpağın alqı-satqısına dair aktını nəzərə alıb, bələdiyyənin həyətyanı torpaq fondundan 0,12 ha torpaq sahəsinin təhkim edilməsi qeyd edilmiş, həmin rəyiv və alqı-satqı aktının arxiv əsası mövcud olmamış, habelə iddiaçı və bələdiyyə tərəfindən də məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, DT və XK tərəfindən sözügedən torpaq sahəsi ilə bağlı iddiaçının adına A№ ****** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmiş, həmin sənədin məzmununda torpaq sahəsinin İ keyfiyyət qrupuna aid olması, bonitet balının 100 olması qeyd edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, torpaq sahəsi naturada mövcuddur, yerləşmə mövqeyi və koordinatları plan və ölçü sənədi ilə eynilik təşkil edir, yaxın ətrafında həyətyanı məqsədilə torpaq sahələri üzərində mülkiyyət hüququ qeydə alınmamış, 52 metr aralı məsafədə yerləşən torpaq sahəsi ilə bağlı başqa şəxsin adına ************ reyestr nömrəli çıxarış verilmiş, həmin çıxarışın məzmununda torpaq sahəsinin təyinatı “yaşayış məntəqələri” kimi qeyd edilmiş, ona aid plan və ölçü sənədində isə İ keyfiyyət qrupu olması və bonitet balının 100 olması əks olunmuş, bundan əlavə iddiaçının adına ayrılmiş torpaq sahəsinin tam yaxınlığında (müəyyən hissədə bitişik olan) torpaq sahəsinə dair digər şəxsin adına çıxarış verilmiş, çıxarış məlumatında həmin torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı təyinatlı əkin” kimi qeyd edilmiş, plan və ölçü sənədində II keyfiyyət qrupu olması, bonitet balının 80 olması əks olunmuşdur. İşin müəyyən edilmiş hallarından gprünür ki, cavabdehin mütəxəsissləri tərəfindən torpaq sahəsinə baxış keçirilərkən, baxış zamanı iddiaçının adına ayrılmış torpaq sahəsi kadastr məlumatlarında bələdiyyə mülkiyyətində olan torpaqlar kimi əks olunmuş, hər hansı kommunikasiya xəttlərinin mühafizə zonasında yerləşmədiyi, DBF siyahısında iddiaçının adının aşkar olunduğu, naturada başqa şəxs tərəfindən istifadə olunduğu müəyyən edilmiş edilmişdir. Kollegiya qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasında mülkiyyət hüququnun yaranması və bu hüququn qeydə alınması üçün əsas olan hallar dəqiq və imperative norma şəklində müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən həm torpaq ayrılan vaxtda qüvvədə olan, həm də hazırda qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən örüş torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsi yolverilməzdir, yalnız icarəyə (müvəqqəti istifadəyə) verilə bilər. Bundan əlavə, kollegiya onu qeyd edir ki, torpaq sahəsinin məqsədli təyinatı, hüquqi rejimi, kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri (yararlılıq əlaməti) ilə bağlı məlumatlar məhz dövlət kadastr məlumatları əsasında müəyyən edilir ki, həmin məlumatlar da məhz qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir:torpaq sahələrinin hüquqi statusu;torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ;torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri;torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi;torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Kollegiya hesab edir ki, hazırki iddianın əsaslılığı baxımından ilkin dəyərləndirmə mərhələsində iş üzrə araşdırılmalı olan hal məhz sözügedən torpaq sahəsinin iddiaçıya satıldığı vaxtda kənd təsərrüfatı təyinatlı yararlı və ya yarasız olması və ya örüş torpaq sahəsi olub-olmaması ilə bağlı hal çıxış edir. Bununla bağlı, kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçıya satıldığı vaxtda səlahiyyətli qurum qismində çıxış edən DT və XK tərəfindən plan-ölçü sənədi verilmiş, həmin sənədin məzmununda isə torpaq sahəsinin İ keyfiyyət qurupu olması və bonitet balının 100 olmasını qeyd edildiyi müəyyən edilmişdir. Bu hal isə özlüyündə həmin torpaq sahəsinin kənd təsərürfatı təyinatlı örüş torpaq sahəsi olduğunu deməyə əsas verir. Bundan əlavə, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidə mülkiyyət hüququ qeydə alınmış qonşu torpaq sahələri ilə bağlı sənədlər tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş sənədlərin məzmunundan görünür ki, sözügedən torpaq sahəsinə müəyyən hissədə bitişik və yaxın olan qonşu torpaq sahəsinə dair çıxarış məlumatında torpaq sahəsinin təyinatı “kənd təsərrüfatı təyinatlı əkin” torpaq sahəsi, II keyfiyyət qrupu olması, bonitet balının 80 olması qeyd edilmiş, 52 metr aralı məsafədə olan torpaq sahəsi ilə bağlı çıxarış məlumatında isə torpaq sahəsinin təyinatı “yaşayış məntəqələri” kimi qeyd edilsə də, ona aid plan-ölçü sənədində İ keyfiyyət qurpu və bonitet balının 100 olması qeyd edilmişdir. Həmçinin, kollegiya məhkəməyə təqdim edilmiş ortofoto görüntüsünün məzmununda əks olunmuş iddiaçıya verilmiş torpaq sahəsi, qonşu torpaq sahələrinin yerləşmə mövqelərini və ərazinin ortofoto görüntüsünü müqayisəli şəkildə tədqiq edərək, qeyd edir ki, ortofoto görüntüsünün məzmununda da torpaq sahəsinin yerləşdiyi ərazinin kənd təsərrüfatı əkin və örüş torpaq sahələri olması aşkar görünür. Nəticə etibarilə həmin torpaq sahəsinin kənd təsərrüfatı örüş torpaq sahəsi olması həmin torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan məlumatlar və hazırda mövcud olan TEKUİS məlumatları əsasında öz təsdiqini tapmışdır. Bu hal isə iddiaçının iddia etdiyi torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi halının mümkünlüyünü təkzib etmişdir. Başqa sözlə desək, torpaqayıran qurum tərəfindən kənd təsərrüfatı yararlı və ya örüş torpaq sahəsini xüsusi mülkiyyətə vermək (satmaq) səlahiyyəti olmadığı halda, həmin torpaq sahəsini iddiaçıya satmışdır. Bu hal isə bələdiyyə tərəfindən torpaq sahəsinin iddiaçının adına satılması barədə qəbul etdiyi qərarın etibarsız inzibati akt qismində çıxış etməsinə səbəb olur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız inzibati akt hesab olunur. Bu baxımından kollegiya hesab edir ki, torpaqayıran qurum tərəfindən sözügedən torpaq sahəsi iddiaçıya satmaq səlahiyyəti olmadığı halda, bu barədə inzibati akt qəbul etdiyindən, bu hal isə inzibati aktın etibarsızlığına səbəb olduğundan və etibarsız inzibati akt heç bir hüquqi nəticəyə səbəb olmadığından, həmin bələdiyyə qərarı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, müvafiq bələdiyyə qərarı əsasında iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması halı müəyyən edilməmişdir, nəticə etibarilə işin müəyyən edilmiş həmin halları iddianın əsaslılığının müəyyən edilməsinə imkan verməmişdir. Bundan əlavə, kollegiya iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri baxımından da yoxlanılmasını zəruri hesab edərək, qeyd edir ki, bərabərlik prinsipinin tələblərinin əsasları cavabdehin qanunauyğun hərəkətlərinə müvafiq olaraq dəyərləndirilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz:67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmçinin, həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur,13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Kollegiya hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin kənd təsərrüfatı yararlı və örüş torpaqları olması həm köhnə kadastr məlumatları (torpaq sahəsinin ayrıldığı vaxtda mövcud olan), həm də hazırki kadastr məlumatları əsasında aşkar olunduğundan, həmin kateqoriya torpaq sahələrinin alqı-satqı predmeti olması qanunla qadağan edildiyindən, satılmasının mümkünlüyünə dair hər hansı istisna norma müəyyən edilmədiyindən, bərabərlik və etimadın qorunması prinsipinin tələbləri qanunsuz hərəkətlərə əsaslana bilmədiyindən, iddianın əsaslılığının həmin prinsiplərin tələbləri əsasında da müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı qonşu torpaq sahələri ilə bağlı çıxarış məlumatları tədqiq edilmiş, həmin torpaq sahələrindən birinin təyinatının kənd təsərrüfatı təyinatlı əkin, bonitet balının 80, II keyfiyyət qrupu olması halı müəyyən edilmişdir. Digər torpaq sahəsinin təyinatı “yaşayış məntəqələri” kimi qeyd edilsə də, ona aid plan-ölçü sənədində keyfiyyət qrupunun İ, bonitet balının 100 olması qeyd edilmişdir. Bu hallar da özlüyündə iddianın əsaslılığının bərabərlik prinsipinin tələbləri əsasında müəyyən edilməsinə imkan verməmişdir. Bu baxımından kollegiya hesab edir ki, işin yuxarıda müəyyən edilmiş halları (torpaq sahəsinin təyinatının DVJ və TEKUİS məlumatlarda örüş olması, ortofoto görüntüsünün məzmununda da yerləşdiyi sahənin kənd təsərrüfatı təyinatlı yararlı və örüş sahə olmasının aşkar görünməsi, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədin özünün məzmununda belə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş olması halının aşkar qeyd edilməsi, həmin sənədin məhz o dövrdə torpaq sahəsinin təyinatının müəyyən edilməsi ilə bağlı səlahiyyətli qurum tərəfindən verilməsi, DT və XK tərfindən verilmiş başqa rəyin mövcud olmaması, qonşu torpaq sahələrinə aid sənədlərin məzmununda da həmin ərazinin kənd təsərrüfatı təyinatlı yararlı və örüş torpaq sahəsi olması barədə məlumatın qeyd edilməsi, bərabərlik prinsipinin əsaslarının mövcud olmaması) iddianın əsaslılığını təkzib etdiyindən, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, şikayətin dəlilləri əsassız olmuş, cavabdehin imtina ilə bağlı hərəkətləri isə əsaslı olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verildiyindən, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar